Seçki, yoxsa məzhəkə?
Oxunub: 3487
09 Oct 2015 | 08:56
Seçki, yoxsa məzhəkə?
01 noyabrda keçiriləcək növbəti parlament seçkilərinə saylı günlər qalır. Seçki günü yaxınlaşdıqca hakimiyyətin bu seçkiləri də saxtalaşdıracağına dair öncədən gözlənildiyi kimi çoxlu sayda kobud qanun pozuntuları, real faktlar qeydə alınmaqdadır. Hətta bu faktlar əvvəlki seçkilərlə müqayisədə daha mürtəce, primitiv və eybəcərdir. Belə ki, hakimiyyət müxalifət və müstəqil namizədlərin qatıldığı bir çox dairələrdə “ağrımayan başına dəsmal bağlamamaq” üçün deputat təyin edəcək adamlarının qarşısını bəri başdan boşaldır. Onların rəqiblərini qeydiyyata almaqdan imtina edir. Bunun üçün müxalif namizədlərin qeydiyyata alınması üçün verilən imzaları etibarsız elan edir. Bəzi seçicilərə öz imzalarından imtina etməsi üçün təzyiq göstərir, bəzilərini isə pulla ələ alır. Görünən odur ki, hakimiyyət əvvəlki seçkilərlə müqayisədə bu dəfə daha əsəbi və səbrsizdir. Saxtakarlığın daha ifrat və “müasir” yolunu taparaq seçkinin taleyini seçki günündən öncə həll etmək istəyir. Seçkilərin azad və ədalətli keçirilməsi üçün lazım olan islahatları aparmaq, seçki sistemini təkmilləşdirmək əvəzinə gücünü seçki saxtakarlığının yeni- yeni “müasir”, ağlagəlməyən növlərini tapmağa sərf edir. Bəlkə də saxtakarlığın, yalanın, korrupsiyanın yeni üsullarının tapılması ilə bağlı dünya iqtidarları arasında yarış keçirilsəydi bizim iqtidar həmin yarışda aparıcı yerlərdən hökmən birini tutardı. Son illər hökümətimizin bu sahədə nümayiş etdirdiyi, anoloqu olmayan “bilik və bacarıqlar” bu fikri deməyə əsas verir. 
Seçkilərlə bağlı hakimiyyətin yol verdiyi qanun pozuntuları, saxtakarlıqlar təkcə YAP-dan kənar namizədlərin qeydiyyatından imtina ilə yekunlaşmır. Namizədlərin səlahiyyətli nümayəndələrinin və imza vərəqələrinin oğurlanması, DSK sədrlərinin lazım olan anda tapılmaması, qaçıb gizlənmələri, müxtəlif vəzifəli şəxslər və dövlət qurumları vasitəsi ilə namizədlərə, onlara imza verən şəxslərə təzyiq göstərilməsi adi hala çevrilib. Eyni zamanda bütün cəhdlərə rəgmən hakimiyyətin ölkədə seçki abı- havasının hiss olunamaması ilə bağlı göstərdiyi qətiyyətli mövqe, KİV- in,  xüsusən televiziyaların seçki prosesindən bir mənalı şəkildə kənarda saxlanması, mavi ekranlarda daha çox şou- əyləncə verilişlərinin, teleserialların nümayiş olunması, YAP sədri İlham Əliyevin və onun ailə üzvlərinin dayanmadan reklam olunması seçkilərin birinci raundunda- imza kampaniyası dövründə qeydə alınan digər ciddi qanun pozuntularıdır. Bu pozuntular öncədən deyildiyi kimi yeni formalaşacaq parlamentin qeyri- legitimliyini şərtləndirən əsas amillər olmaqla seçkilərin başdan- ayağa saxtalaşdırılacağına dair irəli sürülən fikirlərin bir daha təsdiqidir. Azərbaycan hakimiyyəti öz mahiyyətinə, xarakterinə uyğun da növbəti seçki məhzəkəsi həyata keçirmək istəyir. 
Bu dəfə ki, seçkilərlə bağlı diqqət çəkən məqamlardan biri bəzi ekspertlərin öncədən irəli sürdüyü “hakimiyyət bu dəfə parlamentdə konstruktiv müxalifətin yer almasına mane olmayacaq” tezisi idi. Keçən ilin sonlarından Prezident Administrasiyasının ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi altında bir sıra siyasi partiya sədrləri ilə görüş- dialoqların keçirilməsi bu tezisin güclənməsinə təkan verdi. Görüşlərlə bağlı cəmiyyətdə bir mənalı fikir olmasa da bu təmasların Azərbaycan ictimai- siyasi həyatında iqtidarla müxalifət arasında yeni dönüş nöqtəsinin başlanmasına dair ehtimalları artırırdı. Həmin görüşlərdə Azadlıq 2015- seçki blokuna daxil olan bəzi müxalif yönlü partiyaların, xüsusən Klassik Xalq Cəbhəsi Partiyasının və onun sədri Mirmahmud Mirəlioğlunun iştirak etməsi, onların bu istiqamətdə verdikləri nikbin ruhlu bəyanatlar qeyd olunan ehtimalları gücləndirirdi. Sonrakı mərhələdə Milli Mətbuat günü ərəfəsində vaxtı ilə müxalifət cəhbəsində olmuş, bu gün özlərini müstəqil təqdim etməyə çalışsalar da hakimiyyətin yanında yer alan, deputatlığa iddialı bəzi media orqanlarının və qurumlarının rəhbərlərinə dövlət başçısı tərəfindən fəxri adların, orden və medalların verilməsi 1 noyabrda formalaşacaq parlamentin əvvəlkindən fərqli və rəngarəng formatını təxmini müəyyən edirdi. Qeyd edək ki, həm siyasi partiyalarla görüş- dialoq formatının, həm də dövlət başçısı tərəfindən “müstəqil”  jurnalistlərin titullandırma projesinin Əli Həsənova məxsus olduğu bildirilirdi. Prezident Adiminstrasiyaının rəhbəri Ramiz Mehdiyevin kölgəyə çəkildiyi həmin ərəfədə bu kimi təşəbbüsləri ələ alması Əli Həsənova dövlət başçsı tərəfindən daha bir etimadın göstərilməsi, onun prezidentin köməkçisi vəzifəsinə təyin olunması ilə nəticələndi. Çoxları “Əli Həsənov projesi”- nin ugurla davam edəcəyini gözləyirdi. Əslində parlamentdə kök salmış uzun ömürlü deputatların, məmurların bir az fərqli düşüncəyə malik yeni nəsl təmsilçiləri ilə əvəz olunması, iqtidarla müxalif camiyəsinə yaxın düşərgə arasında buzların əriməsinə təkan verən bu proseslər cəmiyyətin müəyyən təbəqələri tərəfindən müsbət qarşılanmaqla hakimiyyətin islahat anonsu kimi də qiymətləndirilirdi. Amma atalar demişkən “sən saydığını say, gör fələk nə sayır”. Sonrakı mərhələdə dialoq formatının hakimiyyət tərəfindən arxa plana keçirilməsi, seçkilərdə iştirakı gözlənilən “medallı jurnalistlər”- ə stop işarəsinin verilməsi, Avropa parlamentinin 10 sentybar qətnaməsinə İlham Əliyevin “həmin qətnamə  kağız parçasından artıq deyil” deyib üzünü bir mənalı şəkildə Moskvaya çevirməsi, ardınca hazırlanmasında hakimiyyətin köhnə qvardiyasının iştirakı açıqca hiss olunan Yeni Azərbaycan Partiyasının namizəd siyahısının açıqlanması və s. “islahat oynun”-a olan ümidləri minumuma endirdi. Çünki cüzi dəyişikliyin yer aldığı YAP- ın seçki siyahısında hər hansı yenilikdən, islahatdan, müxalifətə güzəştdən söhbət getmirdi. Həmin siyahı ilə hakimiyyət parlamentə düşəcəyinə mane olmayacağı gözlənilən siyasi partiya rəhbərlərinin qatıldığı dairələrə elə namizədləri irəli sürmüşdü ki, həmin namizdlərdən hakim komandanın vaz keçməyəcəyi bəlli idi. Seçkinin birinci raundunun- imza toplama mərhələsinin yuxarıda qeyd olunduğu kimi əvvəlki seçkilərlə müqayisədə daha kobud və ciddi qanun pozuntuları ilə aparılması gözlənilən nikbin ehtimalların üstündən xətt çəkirdi.    
Zənnimizcə, hakimiyyətin keçən ilin sonlarından start verdiyi partiyalarla apardığı görüş- dialoq siyasətinin  iflasa ugramasının açıq göstəricilərindən biri bir neçə gün bundan öncə KXCP sədri Mirmahmud Mirəlioğlunun 43 saylı DSK- da qeydiyyata alınmaması ilə bağlı oldu. Çünki hakimiyyətin siyasi partiyalarla təşkil etdiyi görüş- dialoqların status və cəmiyyətdə diqqət qazanmasında Mirmahmud bəyin iştirakı xüsusi rol oynayırdı. KXCP sədrinin nüfuzlu bir müxalifət partiyasının rəhbəri və təmsilçisi olması, istiqlalçı millət vəkili və AXCP sədri Əbülfəz Elçibəyin müavini olaraq keçdiyi mübarizə yolu, vaxtilə deputat mandatından imtina etməsi, tərəddüdsüz müxalif imici onun bu prosesdə iştirakı ilə bağlı cəmiyyətdə müəyyən suallar yaratsa da dövlət başçısının adı ilə aparılan görüş- dialoqların çəkisini artırırdı. Çoxları da gözləyirdi ki, M. Mirəlioğlu başda olmaqla bir sıra müxalifət təmsilçisi, siyasi partiya rəhbərlərinin bu dəfə parlamentə düşməsinə hakimiyyət mane olmayacaq. Amma KXCP sədrinin hətta seçkilərin birinci mərhələsində- imza toplama kampaniyası zamanı seçkilərdən açıq cığallıqla kənarlaşdırılması hakimiyyətin dialoq siyasətində nə qədər qeyri- səmimi olduğunu, eyni zamanda M. Mirəlioğlunun timsalında müxalifətə qarşı nə qədər qisasçı və barışmaz olduğunu göstərdi. Əlbəttə hakimiyyətin dialoq imitasiyasında, eləcə də seçki tamaşasında iştirak etməyin doğru olub- olmaması ayrı bir mövzunun söhbətidir. Və bu mövzu hökmən müzakirə olunmalıdır. Amma bir şey bir daha isbatlandı ki, Əliyev rejimi keçmişi kənara qoyaraq ona əl uzadan, taleyində və fəaliyyətində nə zamansa onu tənqid edən, müxalif notlar olan kimsəni qəbul etmir və onlara potensial rəqib kimi yox, düşmən gözü ilə baxır.   
Mirəlioğlunun lazım olan imzaları toplaya bilməməsi və imzalarında saxtakarlıq olmasına dair DSK- nın cavabı təbii ki, reallıqdan uzaqdır və əslində bu cavab hakimiyyətin KXCP sədrinə münasibətini nümayiş etdirməklə onunla bağlı yuxarı səviyyədə qəbul olunmuş siyasi qərardır. Ötən parlament seçkilərində bütün təzyiqlərə və saxtakarlıqlara baxmayaraq hazırda parlamentdə əyləşmiş 3 deputatın topladığı səslərin cəmisi qədər, təxminən 5 mindən çox səs toplayan M. Mirəlioğlunun 450 imza yığa bilməməsi ilə bağlı iddialar təbii ki, külünc və absurddur. 
Son baş verənlər onu göstərir ki. Avropa parlamentinin 10 sentyabr tarixli qətnaməsi, ATƏT- in DTİHB- nun Azərbaycanda keçiriləcək 01 noyabr parlament seçkilərini müşahidə etməkdən, Milli Şuranın isə bu seçkilərdə iştirakdan imtina barədə qərarları doğrudur. Bütün baş verənlər, son bir ayda seçkilərlə bağlı qeydə alınan ciddi qanun pozuntuları bir daha göstərdi ki, hakimiyyət ölkədə hər hansı azad, ədalətli seçki keçirmək istəyində və qabiliyyətində deyil. Məhz bu səbəbdən də Azərbaycan xalqı çox haqlı olaraq Əliyev rejiminin keçirdiyi seçkilərdə iştirakdan imtina edir. Çünki bu seçkilərin adı seçki olsa da mahiyyəti məzhəkədir, traqikomediyadır, tamaşadır. Özünə hörmət edən şəxslər və təşkilatlar isə belə tamaşalarda rol almamalıdır. Artıq 01 noyabrda parlamentə “seçiləcək” deputatların siyahısı bəllidir. Nə qədər gec deyil bütün demokratik qüvvələr, seçkilərdə iştirak edən və etməyən, namizədliyi qeydiyyata alınan və alınmayan bütün namizədlər bir yerdə seçkilərdə iştirakdan imtina barədə qərar verib birgə Anlaşma Memorandumu imzalamalı, real müxalifət qüvvələri isə hakimiyyət dəyişikliyi ilə bağlı yaxın dövr üçün Proqram sənədi- Yol Xəritəsi hazırlamalı, fəaliyyəti gücləndirməlidir. 
ABŞ Dövlət Departamentinin son hesabatlarınnı birində qeyd edildiyi kimi Azərbaycanda xalqın seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ əlindən alınıb. Özü də bu hüquq son bir neçə ildə yox, çoxdan xalqın əlindən alınıb. Biz ya mübarizə aparıb bu hüququn geri qaytarılmasına nail olmalıyıq, ya da hakimiyyəti dəyişməyin başqa hüququnu tapmalıyıq... 

Oqtay GÜLALIYEV

Oxşar xəbərlər
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO