"Bayrağımızın yerində İŞİD-in qara əski parçası asılsın?"
Oxunub: 8461
07 Oct 2015 | 11:54
Moderator.az “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "İctimai-siyasi Azərbaycan: Qarşımızdakı açıq mənzərə" yazısını təqdim edir:

 
Rəhbərlik etdiyim “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin fəaliyyətə başlamasından bir il ötür. O qədər də böyük müddət deyil. Lakin bizim üçün ciddi nəticədir və elə bu bir ilin tamamında ənənəvi iqtisadi təhlillərimizdən kənara çıxıb Azərbaycanın ictimai-siyasi həyatına, söz və mətbuat azadlığının vəziyyətinə və ümumən vətəndaş cəmiyyətinin durumuna nəzərə salmaq istərdik. Beləliklə, vətəndaş cəmiyyətinin bir parçası olaraq ötən müddət ərzində nələri müşahidə etdik? Qarşımızda hansı həqiqətlər dayandı?

***

Qeyri-Hökumət Təşkilatının fəaliyyətə başlaması, onun ictimai proseslərə qoşularaq bu və ya digər layihələrdə iştirak etməsi, ən əsası isə cəmiyyətə çıxış imkalanlarının yaranması üçün sözsüz ki, təşkilatın dövlət tərəfindən rəsmi qeydiyyata alınması vacib şərtlərdən biridir. Bu prosesin Azərbaycanda olduqca sadə bir mexanizm üzərində qurulduğunu biz öz təcrübəmizdə gördük. Lakin onu da qeyd etməliyik ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edərkən ətrafda müəyyən söz-söhbətlər də dolaşırdı: “QHT-ləri qeydə almırlar”, “Çətin məsələdir”, “Süründürəcəklər” və s. Biz qanunvericiliyin tələb etiyi qaydalara əməl edərək Ədliyyə Nazirliyinə müraciət etdik. Söz-söhbətin tam əksinə olaraq qanunla müəyyən edilmiş müddət ərzində müraciətimizə müsbət cavab verildi və “Ekonomiks” BİAB rəsmi dövlət qeydiyyatına alındı - Süründürmədilər! Bundan sonra isə qarşımızda böyük bir ictimai fəaliyyət sahəsi açıldı və biz bu sahənin əsas və aparıcı iştirakçılarından birinə çevrilmək üçün konkret proqrama söykənən sistemli fəaliyyətə başladıq.

***

Artıq çoxlarına məlumdur ki, biz son bir ildə mütəmadi olaraq mətbuatda ölkənin iqtisadi vəziyyətilə bağlı təhlil və araşdırmalarla çıxış edirik. Materiallarımız ölkənin əksər KİV-lərində dərc olunur. Bununla yanaşı, xarici mediaya da çıxış imkanlarından yararlanmışıq. Materiallarımız müxtəlif yazılı və elektoron KİV nümunələrində yayımlanıb.  Bakı 2015 I Avropa Oyunları ərəfəsində isə Polşada xüsusi təbliğat aksiyası təşkil etmişik. Bir sözlə, ötən bir il ərzində fəaliyyətimizdə axsamalar olmayıb, komandamız öz üzərinə düşən vəzifəni ardıcıl və nizamlı şəkildə yerinə yetirib. Mətbuata təqdim etdiyimiz yazılar isə həmişə dəyişməz prinsipə söykənib ”“ problemləri də, uğurları da olduğu kimi göstərmək prinsipinə. Biz Azərbaycanın xüsusən son 11 il ərzində əldə etdiyi nailiyyətləri və iqtisadi uğurları göstərməklə yanaşı, müxtəlif sahələrdə gözə dəyən çatışmazlıqları da gizlətməmişik. Bir tərəfdən ölkənin üstünlüklərini, möhkəm maliyyə bazası üzərində qurulmuş sosial təminat sistemini, dünyada müşahidə olunan iqtisadi böhranın Azərbaycana sarsıdıcı zərbə vura bilməməsinin səbəblərini, neftin qiymətlərinin aşağı düşdüyü bir dövrdə ölkənin qeyri-neft sektorunda müşahidə olunan inkişaf  tendensiyasını, ixracatın yüksələn xətt üzərinə gətirildiyini və bu kimi bir çox digər müsbət nümunələri göstərmişiksə, bir tərəfdən də inkişafın daha da sürətlənməsinə əngəl ola biləcək problemləri də sadalamışıq. Müvafiq sahəyə cavabdeh olan dövlət qurumlarının fəaliyyətində rast gəlinən neqativ halları və yaranmış problemlərin aradan qaldırılması istiqamətinə atılmalı olan addımları da göstərmişik. Nə yazmışıqsa hamısını olduğu kimi, necə deyərlər, nöqtəsinə, vergülünə toxunmadan dərc ediblər. Hansısa media orqanından, “Burada filan sahədəki problemi tənqid etmisiz”, “Bizim qəzetdə neqativ hallar barədə yazmaq olmaz” və sairə kimi cavablar eşitməmişik. Kimsə bizə deməyib ki, filan cümləni çıxarın, filan formada yazın. Hətta rəsmi dövlət qəzetlərinin belə hansısa məhdudiyyətlərilə rastlaşmamışıq. Onlar da konkret sahələrdəki çatışmazlıqlara dair qeydlərə toxunmadan yazılarımızı, açıqlamalarımızı və müsahibələrimizi olduğu kimi dərc ediblər. Nə sözümüzü boğan oldu, nə də özümüzü. Odur ki, tərəddüdsüz deyə bilərik: Azərbayacanda bir QHT-nin özünü təsdiq etməsi, cəmiyyətin inkişafına töhvələr verməsi, konkret və kreativ ideyalarla çıxış edərək onların həyata keçirilməsinə  nail olması üçün bütün imkanlar yaradılıb - Mediaya çıxış sərbəst, söz demək, fikir yürütmək, təkliflərlə çıxış etmək vasitələri saysız-hesabsız.  Kifayətdir ki, istək və işləmək həvəsi olsun.

***

Ötən bir il ərzində də Azərbaycanda dövləti vətəndaş cəmiyyətinə dəstəyini əsirgəmədi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttilə keçirilən müsabiqələrdə ölkənin əksər QHT-ləri iştirak edərək öz layihələrinə bu və ya digər dərəcədə dəstək aldılar. Burada bir məqamın altını xüsusilə cızmalıyıq. Bu maliyyələşmə dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən Azərbaycanın gəlirlərinin azaldığı bir dövrə təsadüf etdi. İqtisadi böhranın hətta inkişaf etmiş Avropa ölkələrini də tutduğu bir ərəfədə, az qala bütün dünyanın maliyyə təlatümləri yaşadığı bir vaxtda  Azərbaycan dövləti vətəndaş cəmiyyətinə dəstəyini davam etdirdi və bununla bir daha göstərdi ki, bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının və onun rəhbərliyinin fəaliyyəti də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Hər halda bu da səbəbsiz deyil. Şuranın nümayəndələri QHT-lərin layihə icrası zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında şəxsən iştirak edirlərsə, tədbirlərin təşkilində, sənədləşmə məsələlərinin qaydasına salınmasında öz bilik və bacarıqlarından istifadə edirlərsə, yeni fəaiyyətə başlamış QHT-lərə lazımı məsləhətlər verib onların pəşəkarlıq səviyyəsinin artırılmasına maraq göstərirlərsə, şübhəsiz ki, bütün bunlar lazımı qiymətini almalıdır. Yeri gəlmişkən, bizim də Şuraya təqdim etdiyimiz layihə qurumun dəstəyini qazanıb və bu bizdə daha həvəslə işləmək, cəmiyyətin inkişafına daha böyük töhvələr vermək üçün əlavə ruh yaradır. Bu həm də onun göstəricisidr ki, dövlət yeni-yeni addımlar atan QHT-lərin də ayaqda durması və öz yerini möhkəmlətməsində maraqlıdır, bunun üçün dəstək verməyə həmişə hazırdır.

***

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsinə şərait yaradan əsas amillərdən biri, sözsüz ki, ölkədəki sabit ictimai-siyasi vəziyyətdir.  Qonşu ölkələrdə müşahidə olunan gərgin siyasi mühit,  müsəlman ölkələrinin qan gölündə boğulması, “demokratiyanın beşiyi”ndən güc alanların beşikdəki körpələri də terrora məruz qoyması, nüfuz savaşı aparan böyük ölkələrin bir göz qırpımındaca yüz minlərlə insanı siyası maraqlara qurban verməsi və bu bədbəxt edilmiş ölkələrin sırasını genişləndirməyə çalışanların getdikcə daha da azğınlaşması fonunda Azərbaycan dövlətinin kənar müdaxilələrə kifayət qədər ciddi təpki göstərərək öz inkişaf yolunda inamlı addımlarını davam etdirməsi təkcə bizim ”“ vətəndaş cəmiyyətinin təmsilçilərinin yox, ümumilikdə ölkə əhalisinin də diqqətindən yayınmır və insanlar bugünkü əminamanlığın, sərbəst və azad yaşayış şəraitinin qorunub saxlanılmasında maraqlıdırlar.  İnsanlar görürlər ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlar, qəbul olunan qətnamələr əslində ölkəyə kənar müdaxilələrə imkan verilməməsi faktından qaynaqlanır və yalnız ayrı-ayrı ölkələrin siyasi maraqlarına söykənir.  Ölkə əhalisi aydın şəkildə müşahidə edir ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti yaranıb və təkcə 2015-ci ilin əvvəlindən bu yana müxalifət partiyalarının rəhbərləri və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov başda olmaqla hakimiyyət təmsilçilərinin iştirakı ilə bir neçə görüş keçirilib. İnsanlarımız xarici dairələrdən istiqamətlənən “ölkədə söz və mətbuat azadlığı” boğulur kimi iddiaların da əsassız olduğuna şübhə etmirlər. Çünki ortada konkret əyani nümunələr var: Azərbaycan sosial şəbəkələrdən ən çox istifadə olunan ölkələrdən biridir. Bir çox ölkələrdən fərqli olaraq burada hansısa xarici informasiya və video portallarına giriş yasaqlanmır. Qəzetlərin sayı-hesabı yoxdur. İnternet resurslarının sırası isə durmadan genişlənir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuata davamlı şəkildə dəstək verir. Belə bir açıq mənzərəsi olan ölkədə söz və mətbuat azadlığının boğulduğunu, insan hüquq və azadlıqlarının pozulduğunu idda etmək vicdansızlıq deyilmi?.. O başqa məsələdir ki, kimlərsə QHT təmsilçisi və jurnalist adı altında ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edir və bu da dövlətin xüsusi xidmət orqanları tərəfindən müəyyən edilərək qanununvericiliyin  tələblərinə uyğun şəkildə addımlar atılır. Dövlət nə etməlidir? İmkan verməlidir ki, ölkəni saqqal bassın? Şərait yaratmalıdır ki,  minlərlə soydaşımızın qanı bahasına ucaldılmış Bayrağımızın yerində İŞİD-in qara əski parçası asılsın? Açsın qapıları ki, dünyaya “demokratiya ixrac edənlər” buraları da qana boyasınlar?..  Kim bunu istəyirsə, əmin olsun ki, arzusuna çatmayacaq. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri dövlətimizin yanındayıq və onun müstəqilliyinə qarşı fəaliyyət göstərən istənilən qüvvəylə mübarizə aparmağa həmişə hazırıq. 

***

Qarşıdan V çağırış Azərbaycan Milli Məclisinə seçkilər gəlir. Cəmi iki gündən sonra namizədlərin rəsmi təbliğat kampaniyası start götürəcək. İnanırıq ki, imzatoplama mərhələsində olduğu kimi, əsas və deyərdik ki, həlledici mərhələ də nümunəvi və bərabərlik qaydalarına uyğun şəkildə başa vurulacaq.  Əminik, Azərbaycan bu seçimlərdən, bu sınaqdan da alnıaçıq çıxacaq. Dövlətimiz və millətimiz üçün xeyirli olsun.
Oxşar xəbərlər
17:15, Bu gün
BDU-da Respublika elmi-praktik konfransı: “Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar”
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO