«İslahat olacağı şəraitdə iki il ərzində vergi bazasını 3 milyarda yaxın artırmaq mümkündür»
Oxunub: 5869
07 Oct 2015 | 11:00
«İslahat olacağı şəraitdə iki il ərzində vergi bazasını 3 milyarda yaxın artırmaq mümkündür»
Son zamanlar dövlət qurumlarında ciddi struktur islahatları həyata keçirilir. Ən sonuncu dəyişiklik isə Vergilər Nazirliyində edildi. Nazirliyin Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirildi. Dövlət qurumlarında aparılan struktur dəyişikliklərinin hansı nəticələr verəcəyinə, xüsusilə vergi yığımlarında nə kimi nailiyyətlər əldə edilə biləcəyinə aydınlıq gətirmək üçün sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədovdan müsahibə götürdük. 

- Nazim bəy, son aylarda dövlət qurumlarında ciddi struktur dəyişiklikləri müşahidə edilir. Ən sonuncu struktur islahatı isə Vergilər Nazirliyində aparıldı.  Sizcə, bu islahatlar hansı nəticələr doğuracaq?

- Əslində, bu struktur dəyişikliklərinə müsbət yanaşıram. Cənab Prezident Vergilər Nazirliyinin qarşısına büdcənin cari xərclərinin vergilər hesabına formalaşdırılmasını tapşırıq olaraq qoyub. Sözügedən nazirlik həm inzibatçılığı artırır, həm də vergi yığma bazasını genişləndirmək üçün maarifləndirmə işini aparır. Bu o deməkdir ki, hazırda büdcənin cari xərcləri 11 milyarda yaxındırsa, deməli, əlavə 3 milyard manata yaxın vergi yığımına nail olmaq lazımdır. Ona görə də hökumət ilk növbədə bu istiqamətdə Vergilər Nazirliyinə kömək etməlidir. Əvvəla, Nazirlər Kabinetinin özü çevik siyasət yürütməlidir və institusional islahatlar aparılmalıdır. Məsələn, gömrük qurumları tərəfindən idxal olunmuş məhsullar üçün əlavə dəyər vergisi və aksiz vergisi yığılır. Biz təklif etmişik ki, bəzi dövlət qurumlarının vergi yığma funksiyaları Vergilər Nazirliyinə, həyata keçirdiyi prosedurlar isə asanlaşdırılaraq ASAN xidmətə verilməlidir. 

Bununla yanaşı, bir-birini təkrar edən qurumlar ləğv olunaraq birləşdirilməlidir. Misal üçün, qonşu Gürcüstanda, digər Avropa ölkələrində ayrıca Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yoxdur. Hətta Gürcüstanda səhiyyə sahəsi də daxil olmaqla üç sektor tək Sosial Nazirlik adı altında gedir. Sosial Müdafiə Fondu dövlət büdcəsindən dotasiya alır. Özu-özünü maliyyələşdirməli olan orqan niyə saxlanılır? Onun vergi yığma funksiyalarını Vergilər Nazirliyinə həvalə etmək lazımdır. Hazırda fiziki şəxslərdən və işəgötürəndən tutulan 14 faiz və 25 faiz gəlir vergisi (ümumilikdə 39 faiz) "sosial vergi" adı altında birləşdirilib, onun dərəcəsini isə 20 faiz müəyyənləşdirmək olar. Bu, iqtisadiyyatı daha da stimullaşdıracaq. Gürcüstan bir neçə il əvvəl belə bir modelə keçdi. Hazırda onlarda bu vergi üzrə yığım 100 faizə qalxıb. Gürcüstanda dövlət büdcəsinin gəlirlər hissəsinin 94 faizi vergilər hesabına formalaşır, Azərbaycanda isə bu rəqəm 36 faizə yaxındır. Ona görə də Prezidentin dediyi kimi, sahibkarlara siyasi, maddi və mənəvi dəstək göstərməklə, bir məqsəd üçün xidmət etməliyik. Bu baxımdan ümid edirik ki, Vergilər Nazirliyinin apardığı islahatlar vergiyığma bazasının genişləndirilməsinə xidmət göstərəcək. İnzibatçılıqla paralel olaraq, prosesləri iqtisadi islahatlar aparmaqla davam etdirmək lazımdır. Çünki hər bir sahibkarın yanına bir vergi müfəttişi qoymaq olmaz. İslahat olacağı şəraitdə təqribən iki il ərzində vergi bazasını 3 milyarda yaxın artırmaq mümkündür. Hökumət isə iqtisadi fəallığın artmasına kömək etməlidir. Müdaxilələr aradan qaldırılmalı, sahibkarların ucuz resurslara çıxışına şərait yaradılmalıdır. Bunun üçün Mərkəzi Bankın və Dövlət Neft Fondunun xaricdə saxladığı rezervlərin bir hissəsi yerli banklarda yerləşdirilməlidir. Sonra normal mexanizmlər düşünülməlidir ki, həmin vəsaitlər sahibkarlara şəffaf şəkildə çatdırılsın. Əks təqdirdə, Beynəlxalq Bankın təcrübəsi göstərdi ki, milyonlarla vəsait qeyri-şəffaf olaraq kredit şəklində verilib. Kreditlərin girovsuz, qeyri-şəffaf şəkildə verilməsi, az qala Azərbaycanın bank sektorunu çökdürüb. Ona görə də hökumət iqtisadi fəallığı normal vəziyyətə gətirməlidir. Belə olarsa, sahibkar daha çox gəlir əldə edər və daha çox vergi ödəyər. 

- Maraqlıdır ki, bu gün sahibkarların üzərində nəzarət çox olmasına baxmayaraq, vergi intizamsızlığı, ikili mühasibatlıq yüksək olaraq qalır. Sizcə, bunun səbəbi nədir?

- İkili mühasibatlığın olmasının başlıca səbəbi əmək haqlarından yüksək dərəcədə həm sosial sığorta, həm də gəlir vergisinin tutulmasıdır. Qeyd etdiyim kimi, "sosial vergi" adı altında birləşdirilməlidir. Səbəb çox sadədir. 

Dövlətin iri vergi ödəyiciləri büdcədən həm böyük güzəştlər, həm  də investisiya vəsaitləri alırlar. İnvestisiya layihələrinin tenderləri isə qeyri-şəffaf keçirilir. Onların menecerlərinə yaxın olan şirkətlər bu tenderləri "udurlar" və dövlət vəsaitləri səmərəsiz xərclənir, bu səbəbdən korrupsiya halları artır. Həmin şirkətlər cari fəaliyyətindən yığılan vəsaitləri izafi xərcləri adı altında vergidən yayındırmağa imkan tapırlar. Onlar nizam-intizamlı olmadığına, vergiləri vaxtı-vaxtında ödəmədiklərinə görə, bir neçə il öncə təklif etmişdim ki, bu qurumlarda Müşahidə Şurası yaradılmaqla idarə etmə forması dəyişdirilməlidir. Doğrudur, bəzi addımlar atılır. Amma nəzarətin gücləndirilməsi üçün Müşahidə Şurasında ictimai nümayəndələrin də təmsil olunması vacibdir. 
Özəl sektorda da vergidən əsas yayınanlar iri şirkətlər, holdinqlərdir. Kiçik sahibkarlar vergilərini vaxtında ödəyirlər. İstər özəl, istərsə də dövlət mülkiyyətində olan şirkətlərin hamısı eyni məsuliyyəti daşımalıdırlar, Vergilər Nazirliyi hamısına eyni gözlə baxmalı, tələbkarlıq hamı üçün eyni olmalıdır.
2015-ci ildə sadələşdirilmiş vergi üzrə daxil olan gəlirlər təqribən 140 milyon manatdırsa, dövlət orqanlarının büdcədənkənar gəlirləri təqribən 300 milyon manatdan yuxarıdır. Bu o deməkdir ki, nazirliklər, dövlət komitələri sahibkarlıqla məşğuldur. Bazar iqtisadiyyatına keçmiş olsaq da, bu strukturlar müxtəlif xidmətləri özlərində saxlayırlar. O xidmətlərdən toplanan vəsaitlərin xərclənməsi səmərəsiz olur. Həmin strukturlar keçid dövrü üçün ASAN xidmətə, daha sonra özəl sektora verilməlidir. Dövlət orqanları sahibkarlıqla məşğul olmamalıdır. 

- Dövlətin iri vergi ödəyicilərinin daha effektiv işləmələri üçün onların özəlləşdirilməsi təklif edilir. Sizcə, həmin şirkətlərin dövlət mülkiyyətindən ayrılması onların işində çevikliyi və keyfiyyəti artıra bilərmi?

- Əslində, iri vergi ödəyicilərinin birbaşa özəlləşdirilməsinin tərəfdarı deyiləm. Çünki Azərbaycanda özəlləşdirmə prosesinin necə baş verdiyini bilirik. Ölkədə xarici və yerli investorların bu sahəyə böyük sərmayə qoymasının nümunələrini görməmişik. Vaxtı ilə elektrik enerjisi sektorunda "Barmek" şirkətinin fəaliyyətini görmüşdük. Sonradan məlum oldu ki, burada sui-istifadə hallarına yol verilib. Təbii ki, ayrı-ayrı sahələrdə rəqabətliliyin qaldırılması üçün müəyyən struktur islahatlarının aparılmasına ehtiyac var. Burada özəlləşdirməni deyil, menecerlər üzərində nəzarət funksiyasının artırılması mexanizmlərini düşünmək lazımdır. Bu Müşahidə Şurası yaratmaqla mümkün ola bilər. Yəni səhmdar cəmiyyətlərin rəhbərləri təkbaşına qərar verməsi hüququndan kənarlaşdırılmalıdır. Adətən iri vergi ödəyicilərində səmərəsiz xərclənmələr nəticəsində göstərdiyi xidmətlər keyfiyyətsiz olur, eyni zamanda həm də onların maya dəyəri yüksəlir. Məsələn, suyun maya dəyəri çox cüzidir. Amma "Azərsu" ASC-nin dövlət büdcəsinə olan vergi borcu kifayət qədər böyükdür. Bakının su təchizatı isə hələ də çox aşağı səviyyədədir. Kommunal sektora aid olan qurumlar həm xaricdən borc şəklində, həm də daxildə investisiyalardan vəsait alsalar da, effektiv işləmirlər. Düşünürəm ki, bu, idarəetmənin problemidir. 

- Vergilər Nazirliyindəki struktur dəyişikliyini vergi borclarının daha səmərəli üsullarla alınması və sair amillərlə bağlayırlar. Sizcə, struktur dəyişikliyinin vergi yığımlarında intizamın yaradılmasında rolu nə dərəcədə ola bilər?

-  Əslində, vergi islahatları çoxdan aparılıb. İqtisadi regionlar üzrə vergi departamentlərinin yaradılması müsbət bir haldır. Hər rayonda bir vergi müfəttişinin saxlanması indiki informasiya texnologiyaları dövründə çox səmərəsiz olardı. Maliyyə resurslarının düzgün idarə olunması baxımından Maliyyə Nazirliyinin də regional strukturları buna uyğunlaşmalıdır. Əsas xərcləmələr rayon maliyyə şöbələri tərəfindən həyata keçirilir. Yəni yerli icra hakimiyyətləri onların vasitəsilə korrupsiya və rüşvət hallarına yol verir ki, onların maliyyə təsirlərini azaltmağın zamanıdır. Bunun üçün rayon maliyyə şöbələri ləğv edilərək, regional idarələr yaradılmalıdır. 

Vergilər Nazirliyindəki struktur dəyişikliyini isə çoxpilləli nəzarət mexanizmindən asanlaşdırma istiqamətində atılan addım kimi qiymətləndirirəm. Ancaq bununla kifayətlənmək olmaz. Vergilər Nazirliyinin əlində kifayət qədər mexanizmlər var ki, vergi ödəyiciləri ilə normal təmasda olaraq, yığımları həyata keçirə bilsin. Bir misal göstərim. "Avtoqarant" Səhmdar Cəmiyyətinin 30 faiz səhmdarıyam. Səhmdar kimi mənim də marağım ondan ibarətdir ki, müəssisəni idarə edən şəxslər vaxtında vergilərini, bizə dividendlərini ödəsinlər. Mən və 110-a yaxın səhmdarlar qalmışıq bir nəfər əsas səhmdarın əlində. Hətta Vergilər Nazirliyinə bir neçə dəfə müraciət etmişəm. Məhkəməyə müraciətimdən sonra bu müəssisədə vergilərlə bağlı yoxlamalar aparıldı. Baxmayaraq ki, müəssisənin illərdir ki, çox yüksək məbləğdə vergi borcları var, amma ona heç bir təsir mexanizmləri yoxdur. Həmin müəssisədə ayda 20-25 min manat vəsait yığılır. Onun 10 faizi kassaya daxil olur, qalanı gizlədilir. Bu səbəbdən səhmdar cəmiyyətin kağız üzərində gəlirləri aşağı düşür və mənimsəmə baş verir. Biz ora müstəqil auditor göndərə bilmirik, digər tərəfdən isə, Vergilər Nazirliyi bizə məktub yazır ki, yoxlama apararaq maliyyə sanksiyaları tətbiq olunub. Amma yenə də həmin vəziyyət davam edir. 

Bunu misal olaraq göstərməkdə məqsədim odur ki, Vergilər Nazirliyinin əməkdaşlarının maddi təminat çox yüksək olmalı, onların bağlı korrupsiya hüquqpozmalarına qarşı ciddi ölçülər götürülməlidir. Mənim kimi qanunları bilən, tanınmış bir adam "Avtoqarant" ASC ilə normal, qanun çərçivəsində mübarizə apara bilmirəm. İndi görün, minlərlə səhmdar cəmiyyətlər var ki, onları idarə edən şəxslər gəlirləri gizləməklə vergidən yayınırlar, eyni zamanda dividendləri ödəmirlər. 
Bir müəssisəni 16-ya yaxın dövlət orqanı yoxlayır. Sahibkarlara psixoloji sarsıntılar yaşadırlar. Yoxlamaların 95 faizi maddi maraq üzərində qurulur. Sahibkarlara psixoloji təzyiq göstərməklə, vergi şəklində ödəməli olduğu vəsaiti digər orqanlar rüşvət şəklində götürürlər. Sahibkar bəzən borca girərək vergini ödəyir. Əslində, Prezidentin fikrindən misal gətirərək bildirirəm ki, sahibkarla təmasda olan yeganə dövlət orqanı Vergilər Nazirliyi olmalıdır, digər orqanlar müdaxilə etməməlidirlər. Məhkəmələr də, adətən, dövlət orqanlarının mənafeyini güdürlər. Fikrimcə, bu münasibət dəyişməlidir. İlk növbədə sahibkara dəstək olmaq lazımdır ki, o da maariflənərək vergisini ödəməlidir.(bizimyol)
Oxşar xəbərlər
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:20
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
GÜNLÜK
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?