“Bu yollarda ayıq yürü, sadiq ol...”
Oxunub: 7550
07 Oct 2015 | 01:03
“Bu yollarda ayıq yürü, sadiq ol...”
"Xankəndini, Xəzəri bağrına basan torpaq - Elazıq"
("Qənirə Paşayeva ilə addım-addım Türkiyə" kitabından)


Belə ismarlayıb yaddaşlara xocalar xocası Əhməd Yəsəvi dədəmiz. Özünə rəva bilmədiyini bir başqasına qarşı etmə deyərək. Özümüzdən başlaya bilməyimizin örnəyi olaraq özündən başlayıb, özünə səslənir:

Hoca Ahmet, zahid olma, aşiq ol sən,
Bu yollarda ayıq yürü, sadiq ol sən.
Leyla, Məcnun, Fərhad, Şirin, Vamik ol sən,
Aşk olmadan hakkın üzü görülməz.

Böyük Əhməd Yəsəvinin buyurduğu kimi, Elazıq yollarıyla ayıq, eyni zamanda da ehtiramlı duyğularla yürüdük...
Elazığın kutsal dünyasını, munisliyini müqəddəsliyin gerçək üzlərindən biri olaraq ziyarət etdik. Bir an, tək bircə məqam olmadı ki, Əhməd Yəsəvi dədəmizin bu xəyal yüksəldib, könül açan misraları bizimlə olmasın. Hər qədəmimizi, hər baxışımızı izlədi, izlədi:

Ey dostlarım, bu yolların ötəsi çox,
Keçmək olmaz pir dediyin yapmayınca.
Yüz min bəla, möhnət, afət bəlası çox,
Bilmək olmaz pir dediyin yapmayınca.

Ancaq qaçılmaz gerçəklikdi ki, qarşı yatan qara dağları, gen-bol düzəngahları, ətəyi obalı-elli yamacları uca Yaradanın özü bir ziyarətgah olaraq yaratmışdı. Baxdıqca gözümüz sevinir, qəlbimiz isinirdi. «Türkük, müsəlmanıq bu dağlar qədər» qürurumuz hər baxışdan yaslanır, şəkillənirdi.
Bu tarixi, unudulmaz diyara, bolluq-bərəkət məkanı olan vilayətə Giresun-Ordu, Karabük-Safranbolu, Malatya yollarından keçib də gəlmişdik. Yaşıltəpə köyünü sol səmtdə qoyub düzü-düzünə Elazıq yolunı tutub yürümüşdük. Unudulmaz Malatya xatirələri ilə baş-başa varıb gəlmişdik. Malatya-Elazıq şosse yolu tarixi gəlişmələrin bir unudulmaz səhifəsini açmışdı önümüzdə. Malatyanın geniş ərik bağlarından duyğularımıza əsən xoş qoxu dəfolunmaz bir ilğım kimi sarmışdı yan-yörəmizi. Dost-qardaş diyarı-məskəni bilərək də yolu-izi tutub gəlmişdik Elazığa. Sakinləriylə bir ətdən, bir qandan, bir ruhdan gəldiyimizi bilirdik. Dörd min illik tarixinə bələdliyimiz vardı. Bir boydan, bir soydan gəlməmizin fərqindəydik. Bilirdik ki, qədim-qayım Oğuz eli ərənlərinin ruhu bu bənzərsiz mədəniyyət daşıyıcısı olan vilayətin hər səmtindən ürpənməkdəydi.
Erməni vəhşətinin qurbanı olan doğma Xocalımızın soyqırıma məruz taleyinin ağrısını Elazıq insanlarının bizlərdən az çəkmədiklərini əməli işlərindən bilirdik; İllər öncəsi Elazığın mərkəzində Azərbaycan parkı salmış, burada Azərbaycan şəhidlərinin xatirəsinə abidə ucaltmışlar. Xankəndi məhəlləsini hər gün keçib-gedən Elazıq insanları bu yolla uzun illərdir qardaş, dost həmrəyliklərini bəyan etmədədilər. Xankəndi bağlılığı dostluq-qardaşlığın daha əzəlki bağı, ilməsi kimi bizlərə əziz idi.
Mənəvi böyüklərimizdən olan Şəms Təbrizinin ruhu şad olsun; öyüdünü-nəsihətini unutduğumuz olmadı heç. İznliydik qardaş şəhərinə qədəm basmağa. Şəhər bələdiyyəsinin yetkililəri dost-doğma qardaş ehtiramı ilə yolumuzu bəkləməkdəydilər. Fırat Universitetində yolumuzu gözləyirdilər.
Görkəmli füzulişünas alim Ək­rəm Cəfər bu dahi şairdən bəhs edər­kən söylərdi ki, Füzuli şeriyyətini mütaliə etdiyim zamanda hər misra, hər beyt önündə salavat çevirirəm.
Müqəddəslik, paklıq önündə ən önəmli güman yerimiz salavat çevirməkdi.
Elazığın hər qədəm torpağı, cığırı-izi Məhəmməd Füzuli şeriyyətinin ruh içində ruh oyadan pak dünyası kimiydi; Salavat çevirib, ehtiramla baş endirməyimizin savabı vardı. Elə duyğulu idik ki... Bu yollarla ayıq yürüyüb, sadiq olmamaq mümkünmü? Könlü Kəbə yapmadan adlayıb getməkmi olar? Qədimdən-qədim tarixini yarpaq-yarpaq vərəqləməyincə çörəyinə əl uzadıb, suyunu içməkmi olar?

TARİXİN YAŞIDI ”“ HARPUT

Ancaq gərəkdi ki, lap əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazıq mərkəzinin vur-tut beşcə kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar. Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar Harputdan «İtuva» deyərək bəhs edir. Yenə də Miladdan öncə 9-cu yüzildə Doğu Anadoluda dövlət quran Urartuların Elazıq tarixindəki yeri Harput qalasının bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədi.
Tarixi qaynaqlar, məxəzlər üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.
Bir növ, məcburam buna. O səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə çıxır, diqqətimi məhz həmin səmtə yönəldir. Bu xatirələrin unudulmazlığı, xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram...

HAMI YATMIŞ, GECƏ KEÇMİŞ YARIDAN...

Upuzun bir yol adlayıb yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkəndən toplantılar, Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı ilə bağlı konfranslar, çoxlu görüşlər bizi gözləyirdi. Hamı yatmışdı... Unudulmaz Məhəmməd­hüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də mən... Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Fırat Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək tədbirdə söyləyəcəklərimi düşünürdüm... Aradan keçən 22 illik vaxt, zaman məsafəsinin duz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: «İlahi, özün yardım et ki, insanlarımızın günahsız axıdılan qanı yerdə qalmasın. Bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olması üçün xalqımıza yardım et! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrlidi, hiyləgərdi, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdı. Namərd əlindədi düşmən zənciri, necə qısqırtsalar. O cür həmlə edir haqqın üstünə... İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda saxlamağa yardımçı ol. Dədəmiz Əhməd Yəsəvi demiş:

Cilve kılgil, tilbe kılgil, şeyda kılgil,
Mecnun kılgil, el ve halka rüsva kılgil.
İşıq göster, pervane dek yanıq kılgil,
Her ne kılsan aşik eylə, ey Allahım.

Bizi mübarizə, haqq savaşı aşiqliyindən cüda etmə.

“DOST SƏNİ BAÄžINA MEHMAN EYLƏSƏ...”

Dədə Ələsgərdən qalan öyüd-nəsiyyətdi; “dəvət olunduğun bağın almasın ye, heyvasın dər, narın üz” - deyib də saza əl aparıb o böyük ustad. Bizi Elazıqda Fırat Universitetində çalışan alim dostlar; qarşıladılar. Səhər o başdan, dan yeri ağarar-ağarmaz bizi səhər süfrəsi başına götürdülər.
İlk bələdçimiz, can deyib-can eşidənimiz Fırat Universitenin dəyərli aydınları Elazıq Böyük Şəhər Bələdiyyəsinin yetkililəri oldu. Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Əl uzatdığımız halal qardaş, dost süfrəsi oldu.

VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR...

Şair, ədəbiyyatşünas qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə. Qanlı-qadalı 37-ci illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək istədiyini bildirmişdi. «Mütləq ziyarət edəcəyik-demişdim. - Mütləq!»
Həmən, heç unuda bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib keçmişdi:

Hanı məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə «layla balam!» çağıran?
Azərbaycan, mənim baxtsız anam, oy!..
Neçə ildir həsrətində yannam, oy!..

Ani olaraq yenə xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını qoparır elə bil...
Bələdiyyə yetkililəri və alim dostlar:
- Bir şeymi gərəkdi-deyə soruşurlar.
Almas İldırımla bağlı Elazıqda nələrin qaldığını soruşuram.
O könül parçalayan olaylar yenidən xatırlanır; Sovet imperiyası təzyiqləri əlindən doğma Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar. Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb bu əhvalatı: «İran sərhəddini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş. Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da götürüblər».
Gəliblər Elazığa. Almas İldırım burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala dalırmış. Sonra Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkə məktub yazıb, bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu nəzərə alınıb. O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyir bunları.
Fırat Universitetinin rektor yardımçısı Nuru bəy telefon açıb kiminləsə konuşur: - Azərbaycandan millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica edirik, həmən gəl!
Az keçməmiş Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, «Manas» nəşriyyatının başqanı Şener Bulut gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik. Şener bəy «Uyuduğu qəbir naməlumdu, - deyir - ancaq şəhərimizdə adını daşıyan küçə var...» Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər bəyin yorğun, qos-qoca, tutqun səsi «sizi Azərbaycanın Millət vəkili Qənirə xanım Paşayeva arayır» sözlərini eşidəndə elə bil birdən-birə dirçəlir, yorğun, səsi fərəh dolu bir ahəng alır...
Həm də titrəyir...
Həm də qəm dolu bir hekayət boxçası kimi açılır elə bil...
Fevralın 23-də İstanbulda olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram... Heç unutmadığım misralar dolaşır yaddaşımda:
Hakka aşiq dərvişlərin daşı göydə,
Bu aləmdə məkan tutmaz canı göydə...
Haqqa aşiq olan dərvişlərin könül dostu Almas İldırımın ciyərparası Azər bəyin telefonda titrəyən, eyni zamanda sevincək səsi hələ də qulaqlarımdan getmir.

BU, «AZƏRBAYCAN» PARKIDI...

Elazığın ən görümlü yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutaraq salıblar bu parkı. Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şener bəy parkda Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır. «Yazıçılar Birliyinin sədri Anar və bir çox başqa ziyalılar da iştirak edirdilər” ”“ deyir.
Qardaşın qardaşa olan təmənnasız sayğısından, dərdini, kədərini dərdi, kədəri bilməsindən duyğulanır, qürur keçiririk. Eyni zamanda, Xocalı yaramız, o gözəl bölgələrimizin işğal altında olması könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar oxuyur, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq. Hamımız “İnşallah, torpaqlarımızın bir millət olaraq azad edib o gözəl bölgələrimizdə də şəhidlərimizin ruhuna abidələr ucaldarıq... İnşallah, gələn dəfə Dağlıq Qarabağda görüşək“ deyirik.

«EY, NƏ XOŞ ANLAR İDİ...»

Xoş anlardı ki, Elazıq mərkəzində salınan «Azərbaycan parkı»ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospekti ilə irəliləyirik. Xankəndi məhəlləsi haqqında Şener Buludun verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib, bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Allah daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Tarixin bəzi dönəmlərində Qarabağdan köçmək məcburiyytində qalmış bəzi Qarabağlı ailələr hara köçüblərsə o yerlərə özləri ilə bərabər doğma yer-yurd adlarını da aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu, Qarabağdan köçmək məcburiyyətində qalan insanlarımızın xüsusi özəlliyə malik bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridi.
Almaz İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospektində söhbət edirik. Elazıqlı alim dostlarımız Azərbaycan ədəbiyyatının bir sıra tanınmış şair və yazıçılarının Elazığı ziyarət etdiklərini xatırladır. Dönüşümüzdə onlara salamını çatdırmağı rica edir: “Elazıqda ənənəvi şəkildə keçirilən Beynəlxalq Xəzər poeziya şöləninə Azərbaycandan xeyli şair dəvət edirik. Sağ olsunlar, həmişə sözümüzü tutub gəlirlər. Bu dəvətlər və görüşlər qarşılıqlıdı. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Bakıda keçirilən Xəzər şeir axşamları günlərini heç unutmadıq ki!..” An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları sıralanır yaddaşımda: «Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir, qalan qalacaq...»
Bir yanı Malatya, bir yanı Bingöl, bir yanı Tunceli və Diyarbəkir olan Elazıqda qonaq deyilik... Daha çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar Vahabzadə prospektimizlə, «Azərbaycan parkı»mızla, Xəzər gölümüzlə. Bu yurdun hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz boyundan gəlmişdi. O boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.

(Ardı var)
“Bu yollarda ayıq yürü, sadiq ol...” “Bu yollarda ayıq yürü, sadiq ol...” “Bu yollarda ayıq yürü, sadiq ol...” “Bu yollarda ayıq yürü, sadiq ol...” “Bu yollarda ayıq yürü, sadiq ol...”
Oxşar xəbərlər
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK