Sənsiz ağır keçən illər ağlayır...
Oxunub: 5857
05 Oct 2015 | 23:06
Sənsiz ağır keçən illər ağlayır...
Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər rayonunda anadan olub. Ceyran bulağının, Dəlidağın həsrəti, Aşıq Şəmşir sazının sehri onu dinc oturmağa qoymayıb, qanındakı gül-çiçək mayası, lilpar sevdası Ağdərə uğrunda döyüşlərə səsləyib. Taqanroq şəhərində hərbi xidmətini başa vuran və 1991-ci ildə vətənin ağır günlərində Azərbaycana dönən Ülfət müqəddəs torpaqlarımızı erməni qəsbkarlarından qorumaq üçün könüllü olaraq döyüşən batalyona yazılır. Azğın düşmənlə döyüşə atılan, Ağdərə, Laçın, Kəlbəcər döyüşlərində igidlik və rəşadət nümunələri göstərən, qısa müddətdə dəfələrlə təşəkkür və mükafatlar alan Ülfətə tezliklə leytenant hərbi rütbəsi verilərək bölük komandiri vəzifəsinə irəli çəkilir.

Ülfət yüksək əsgəri keyfiyyətləri, bənzərsiz təşkilatçılıq qabiliyyəti, hərbi hünəri ilə hamını heyran qoyur.
Erməni daşnakları 1992-ci il sentyabrın 5-də Ağdərə rayonunun Vəng istiqamətində Qozlu kəndinə hücum edən zaman Ülfət başsız qalmış taqıma rəhbərlik edərək özünü qorxmaz və ağıllı komandir kimi göstərir. Bu döyüşdə Ülfət şəxsi şücaət göstərərək düşmənin bir tankını yandırır, bir PDM-i, bir pulemyotu, xeyli döyüş sursatını qənimət kimi ələ keçirir, 22 daşnakı məhv edir. Laçın rayonunun Hoçaz dağı uğrunda döyüşlərdə 11 əsgərlə hücuma keçən Ü.Kərimov 3 düşmən tankını, 2 PDM-i və yenə də xeyli döyüş sursatı ələ keçirərək ermənilərin 70-dən artıq canlı qüvvəsini məhv edir. İkinci həmlədə isə əlbəyaxa döyüşə girir. Bir neçə düşməni və bir tabor komandirini əsir götürərək 15 erməni quldurunu məhv edir. 

”¦1992-ci ilin sentyabrı. Ağdərənin Vəng kəndindən hücuma keçən düşmən güclü texnika ilə Qozluya doğru irəliləyirdi. Döyüşlər getdikcə şiddətlənir, qan su yerinə axırdı. Ülfət qorxu bilmədən hədəf seçdiyi düşmən hərbçilərini bir-bir biçir, sanki gizlənqaç oynayırdı. Bir göz qırpımında yerini dəyişərək düşmənin başına od ələyib, yenidən “qeybə” çəkilirdi. Bir neçə düşmən texnikası yolda tozu dumana qataraq hücuma keçmişdi. Məsafə əlverişli deyildi. Ülfət əlində hazır tutduğu qumbaraların birini lap yaxına buraxdığı tankın tırtılları altına tulladı. Dərələri vahiməyə salan tank ilan vurmuş kimi yerində fırlandı. İkinci tank sol cinahdan Ülfətə tərəf irəlilədi. Ülfət bir andaca yerini dəyişib tankı bir az da yaxına buraxdı. Beş-altı metrdən tankın üstünə atdığı qumbara öz işini gördü: arxadan gələn texnika üz tutdu geriyə. Ülfətin bu qorxmazlığı və çevikliyi tabor komandirinin gözündən yayınmadı. Ülfət elə buradaca təşəkkürə layiq görüldü.
Xidmət göstərdiyi tabor həmin il oktyabr ayının 11-də Laçın rayonundakı Hoçaz dağına gedəndə Ülfət artıq bölük komandiri idi. Əməliyyatın ilkin mərhələsini öz üzərinə götürərək o, on bir döyüşçü dostu ilə “tülkü yuvası”na doğru irəlilədi.
Əlverişli imkandan istifadə edən komandir düşmən postlarındakı hərbçiləri səhərin alatoranında elə aradan götürdü ki, “ruhları da incimədi”. Hələ bundan xəbərsiz düşmən qüvvələri onlara tərəf irəliləyəndə əks-həmləyə tab gətirməyib, iki tankı da qoyub qaçmağa məcbur oldu.
İlk uğurlar Ülfəti ancaq irəliyə doğru aparırdı. İkinci hücum da pis nəticə vermədi. Təkbaşına on beş qulduru məhv edən Ülfət iki “dil” də qənimət götürdü. Bunlardan biri kapitan rütbəli komandir, o birisi isə sıravi idi.
1992-ci il dekabrın 3-də Laçın yolunu bağlamış düşmən qüvvələrini dağıtmaq üçün başlanmış döyüşlərdə Ülfət üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi. Və heç özü də bilmədi ki, bu barədə sonralar çox danışılacaq. Məhz Ülfət kimi oğulların silaha sarılmasının hesabına idi ki, Kəlbəcər düşmən qüvvələrinin azğınlaşmış hərəkətlərini dəf edir, işğalçılara qarşı barışmaz mövqe tuturdu. 1992-ci ilin qanlı vuruşları zamanı Kəlbəcər özünümüdafiə qüvvələri əlli şəhid versə də, rayonun bir neçə yaşayış məntəqəsi düşmən caynağından xilas edilmişdi.
Ülfətin cəsur bir döyüşçü kimi yaddaşlara həkk olan xatirələri dostlarının, komandirlərinin dilindən düşmür. 
”“ Sən demə, onun özü yox, qəhrəmanlığı yoldaşımız olacaqmış, ”“ deyə «N» hərbi hissəsinin zabiti, Ülfətin döyüş yoldaşı Çingiz Əliyev onu sanki yenidən kəşf edir: ”“  Adam var ki, uzun müddət onunla dostluq edirsən, amma ülfət bağlaya bilmirsən. Ülfət isə adama tez isinişən, doğmalaşan igidlərimizdən idi. Təkcə qəhrəmanlığı yox, eyni zamanda bütün insani keyfiyyətləri də xalqa çatdırılmalıdır. Biz onu sağlığında qəhrəman bir oğul kimi tanıyırdıq. Dəfələrlə təkbaşına döyüşə atılsa da, qorxmazlığı onu təhlükədən sovuşdurmuşdu.
Bircə sözü vardı: “Əgər düşmən məni vursa, onda Kəlbəcərdən əlinizi üzün! Nə qədər ki mən sağam, ermənilər Kəlbəcər üzü görməyəcək, buna əmin olun!”

”¦1993-cü il mart ayının ortaları idi. Dağlarda hələ qış cövlan edirdi. Novruz bayramı yaxınlaşsa da, artıq bahar¬dan əsər-əlamət yox idi. Təbiət kimi, insanların da baharı, yazı gecikir, ürəklərini qış boranı, tufanı alırdı. Kəlbəcər hər tərəfdən mühasirəyə alınırdı. Oğullar soyuq səngərlərdə, anaların əlləri göylərə uzanılı qalmışdı. Vəziy¬yət yaman ağırlaşmışdı. Ağdərə tərəfdən hücuma keçən düşmən qüvvələri müqavimətə rast gəlmədən irəliləyirdi.
Basarkeçər tərəfdən Zəylik, Zivel, Zar, Yellicə, Barmanbinə, Dərəqışlaq, Aşağıayrım, Otaqlı, Kəlbəcər “Qrad” yağışı altına düşmüşdü. Görülən tədbirlərin heç bir səmərəsi yox idi. Yerli taborun döyüşçüləri martın 27-də Ağdabanı tərk etmək məcburiyyətində qaldı. Ülfət dözə bilməyib qaçanların qabağını kəsdi:
”“ Ay bədbəxtlər, hara kimi qaçacaqsız?! Kişi deyilsiz?! Kişi kimi ölmək yurdsuz yaşamaqdan yaxşıdır”¦
Artıq gec idi. Üstünə irəliləyən düşmən tankını əlindəki qumbaraatanla vurub sıradan çıxartdı. İkinci tank Ülfətin səngərinin üstünə yeridi. O özünü itirmədən səngərə yatdı. Tank səngərdən keçən kimi arxadan tullanaraq tankın üst qapağını açanda düşmən PDM-i onu haqladı.
Bu da Ülfətin torpağa ülfəti və Vətənə olan məhəbbəti. Torpağı Vətən, Vətəni Ana bilən igid döyüşçümüzün son döyüşü, son dəqiqələri də beləcə qəhrəmanlıqla keçdi. Qeyrətini odlu silahdan güclü bilən həmvətənimizin adı kimi, qəhrəmanlığı da yaddaşlara yazıldı. Ömrünün iyirmi üçüncü baharı açılmadı. Qışla baharın qovuşuğunda borana, tufana düşdü”¦
“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Bahəddin Cəmiyyətoğlu da Ülfətin igidliyi barədə danışır:

"Ülfət barədə dönə-dönə eşitmişəm. Haqqında material hazırlayarkən bir neçə mənbəyə üz tutdum. Ağdərə bölgəsində gedən qanlı döyüşlərin videolentinə operator Nazim Abbasla birlikdə baxdıq.
Budur, Qozlunun yaşıl yamacları görünür. Ülfət idarə etdiyi KamAZ-ın sükanı arxasından düşüb məğrur-məğrur ətrafına baxır. Yanında dayanmış zabit onu təqdim edir:
”“ Baxın, adını eşidib, üzünü görmədiyiniz Ülfətdir. Bir az əvvəl düşmən mövqeyinə qalxıb, quldurlarla savaşa girərək, onlara ağır zərbələr endirib. Biz bundan istifadə edərək sol cinahdan hücuma keçib Qozlu yüksəkliyini quldurlardan azad etdik.
Operator:
”“ Sən nə demək istərdin, Ülfət?
”“  Mən Azərbaycan oğullarını bura ”“ torpaqlarımızın müdafiəsinə çağırıram! Namusu oğullar qoruyar, biz namusuzu qoruyuruq”¦

1993-cü il mart ayının 27-si. Ülfətin sonuncu döyüşü Kəlbəcər rayonunun Ağdaban kəndində oldu. Tamamilə mühasirədə olan Ağda-bandan əhali hələ çıxarılmamışdı. Bunun üçün vaxt lazım idi. Düşmən qüvvələrinin həddən çox olmasına baxmayaraq, Ülfət vəziyyətdən çıxış yolu axtarırdı. Nəyin bahasına olursa-olsun əliyalın, dinc camaatı ölümün pəncəsindən xilas etmək lazım idi. Gənc leytenant ölüm-dirim savaşına qalxdı. Qumbaraatanla bir düşmən tankını yandırdı, digərinin üstünə tullanaraq əl qumbarası ilə onu da partlatdı. Yerə atılan Ülfət düşmən PDM-nin yaxınlaşdığını gördü. Sonuncu qumbarası ilə zirehli maşının üstünə sıçrayan və onu da partladan Ülfət özü də qəhrəmancasına həlak oldu.
Ülfətin anası Fatma xala, qohumları, yaxınları özündən də olmasa, ona veriləcək Milli Qəhrəman fəxri adından təskinlik tapmaq istəyindədirlər.

14.09.1993-cü ildə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Ülfət Kərimovun Milli Qəhrəman adına təqdim edilməsi üçün (ölümündən sonra) lazım olan sənədlər hazırlanıb müvafiq orqanlara verilmişdir. Fatma ana isə düz iyirmi iki ildir bu xəbəri gözləyir. İnanırıq ki, müvafiq təşkilatlar bu məsələ ilə bağlı bütün problemləri vaxtında həll edəcək və gənc qəhrəman layiq olduğu adı tezliklə alacaqdır.

Mənim isə gücüm qələmimə, bir də bu sətirlərə çatır:

Səngərdə bir dağtək dayandın mətin, 
Sənin vüqarını sındırmaq çətin, 
Qeyrətli oğlusan xalqın, millətin, 
Sənsiz ağır keçən illər ağlayır...

Cəmilə ÇİÇƏK, 
yazıçı-publisist, AJB və AYB-nin üzvü,
AMEA-nın Folklor İnstitutunun doktorantı

Oxşar xəbərlər
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
03 May 2024 | 12:37
Azərbaycanda Analar Günü təsis oluna bilər
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
03 May 2024 | 12:37
Azərbaycanda Analar Günü təsis oluna bilər