Oğulu niyə qurban kəsməli?
Oxunub: 2809
26 Sep 2015 | 15:26
Oğulu niyə qurban kəsməli?
Moderator.az yazıçı Mirmehdi Ağaoğlunun "Qurban" hekayəsini təqdim edir.

İbrahim maşını necə saxladı, necə düşdü, heç özü də bilmədi. Özü bilməsə də arvadı o dəqiqə hiss elədi; İbrahim, o İbrahim deyil. Nəsə olub. Düzdür, İbrahimin evə belə halsız-taqətsiz gəlməyi az olmamışdı. Vəzifə adamıydı, işdə o qədər qanqaraçılıq olurdu ki, başçının iclaslarındaysa danlaqdan çox az adam canını qurtarırdı. Ona görə ərinin bu halına öyrəşiyliydi. Amma bu dəfə nəsə çox əsirdi, ayaq üstə dayana bilmirdi İbrahim. Elə bil ərini heyva kimi pörtdətmişdilər. Maşından düşən kimi də az qaldı yıxılsın. Arvadı qoluna girib güclə evə qaldırdı.

- Nolub, a kişi?- Canhövllü soruşdu.

- Dərmanım, dərmanım... - İbrahim əlini ürəyinə aparıb ancaq bunu deyə bildi və suya atılırmış kimi divana sərələndi. Arvadı dərhal mətbəxə qaçdı. Şkafdan dərman götürüb stəkanı elə krantdanca su ilə doldurdu. Eyni cəldliklə də qonaq otağına qayıtdı. Əri güclə, əli titrəyə-titrəyə həbi ağzına apardı, arvadı kömək eləməsəydi, stəkanı dodağına yaxınlaşdıra bilməyəcəkdi.

İbrahim yavaş-yavaş özünə gəldi.

- Arvad, başımıza bəla gəlib.

- Nolub, a kişi?

- Heç dilimə də gətirə bilmirəm. Başçı... İsmayıl... Bayaq... İbrahimin ağzı ixtiyarından çıxmışdı elə bil, sözləri ardarda düzüb danışa bilmirdi.

- Kişi, ürəyimi üzmə, İsmayıla nəsə olub? Avariya edib?-Başının üstündə əsir tutmuş əsgər kimi dayanmış arvadı da bir tərəfdən ürəyini üzürdü, imkan vermirdi ki, özünə gəlib fikrini çatdıra bilsin.

- Yox... Avariya... eləməyib. Dayan bir... Başçı...

- Başçı nə? De görüm axı! İsmayıla acığı tutub? Yox? Vəzifə verib?

- Yox.

- Bəs nə olub axı? Səni işdən çıxarıblar?

- Yox, ay arvad.-İbrahim özündən çıxdı.-Dayan bir. Otur divanda.

Arvad ərinin ayaq tərəfində özünə yer eləsə də susmadı.

- Yenə dedi ki, filan qədər gətirməlisən?

- Yox, Qurban... Qurban bayramı gəlir... ”“İbrahim axır ki, bir az toxtayıb dikəldi, oturdu.

- A kişi, əməlli danış görüm, nolub axı? ”“İndi ikisi də divanda yanakı oturmuşdular.

- Mə...mə...mə..mən axı necə danışım? ”“Bunu deyib yenə əlini ürəyinə apardı.

***

- Mə...mə...mə... ”“ Bunu deyib əlini ürəyinə götürdü.

- Nə qoyun kimi mələyirsən?

- Mə...mə... Mən bacarmaram.

- Bacararsan!

- Bacarmaram, Allahqulu mü...

- De-dim ki, ba-ca-rar-san! ”“Başçı əllərini qəzəblə masaya vurdu, təkan verib yumşaq kreslosundan bir qədər qalxdı. T formalı masanın bir qırağında əyləşmiş İbrahimlə az qaldı lap baş-başa dəysin və ta cavan vaxtında bir filmdən bəyənib yeri gəldikcə işlətməyi xoşladığı əmri eyni ədayla təkrar elədi:

- De-dim ki, ba-ca-rar-san!

İbrahimin başçının qığılcım tökülən gözlərindən gözlərini çəkməkdən başqa əlacı qalmadı. Əli ilə sinəsini ovxalamaq istəsə də çəkindi. Stula qısılıb-qısılıb boşalmış şar kimi büzüşdü.

Deyəsən başçı da onun stula qısıldığını sezib təpinməyinin işə yaramağına sevindi. İndi təmkinlə danışmağın yeri idi:

- Qulaq as! Bu iş sənin boyuna biçilib. Özün də bilirsən, budəfəki bayramı daha ehtişamlı etməliyik. Yuxarıdan qonaqlarımız gələcək. Dövlət televiziyasından çəkiliş olacaq. Gərək bu bayramı elə keçirək ki, səsi bütün rayonlara yayılsın. Başqa rayonların icra başçıları bizə həsəd aparsın. Düzdür?

- Düzdür, cənab başçı. Əlbəttə.

- Ay sağ ol! Görürəm yavaş-yavaş adam olursan. Axı sən bilirsən ki, dövlətimizin inkişafı, regionda öz sözünü deməsi üçün əlimizdən gələni eləməliyik. Analoqu olmayan Qurban bayramı keçirmək də həm dini, həm milli borcumuzdur. Biz də bu vətənin əsgərləriyik. Mən həmişə demişəm, yenə də deyirəm, səngərdə olmayanda nə olar, hər birimiz öz vəzifəsində əsgərdir! Lazım gəlsə bu yolda şəhid də olmağa hazırıq! Sənə bayaq da izah etdim, yenə təkrar edirəm. Bu dəfə biz mərasimin sonunu ona görə dəyişirik ki, onu daha ehtişamlı edək. Göstərək ki, vətən, xalq yolunda hər şeydən keçə bilərik. Bax, sənin addımının mənası budur. Hər şey səndən asılıdır. Vəssalam! Başa düşdün?! Mən çox fikirləşdim. Bu işi səndən yaxşı bacaran olmayacaq, biləsən.

- Cənab başçı, bəlkə...

- Kəs səsini! Sən öləsən səni iti qovan kimi qovaram! Nəslini bu rayondan didərgin salaram! Nə qədər ki, mən bu rayonda başçıyam çörək tapmazsan. Arvadını da, qızını da... müəlliməlikdən çıxartdırram! Bütün günü maşınla rayonu bir-birinə vuran o avara oğlunu da basdırram içəri! Mənlə zarafat eləmə!

- Bağışlayın, cənab başçı. Mən sadəcə...

- Sən deyəsən adam dilində qanmırsan! Sizinlə xoş danışmaq mümkün deyil. Bilirsən, rayonda nə qədər adam Məşğulluq İdarəsinin müdiri olmaq istəyir? Gündə yüzü xahişə gəlir. İstəsəm bu dəqiqə dalından dəyərəm. Amma niyə dəymirəm? Görürəm ki, başını aşağı salıb işini yerinə yetirirsən. Ona görə də sənə toxunmuram. Yoxsa...

- Bağışlayın, yoldaş başçı. ”“ İbrahim başa düşdü ki, üzrlə başçının sözünü kəsməkdə qəbahət olmaz. 

- Ay sağol. İndi, dur, get! Bayram tədbiri biri gündür. Get, oğlunu da başa sal, de, hazırlaşsın. Mən çepe istəmirəm! Ya da dayan, oğluna heç nə demə. O, hələ cavandır. Dövlətçilik məsələlərindən bir o qədər anlayışı olmaz. Dədəsini bayaqdan başa sala bilmirəm, oğlunu necə edim?! Yaxşısı budur sən özün...

- Baş üstə.

- Malades. Di get. Artıq-əskik heç nə istəmirəm.

Başçı nəhayət əllərini masanın üzərindən götürdü və purjinli oyuncaq kimi əvvəlki vəziyyətinə qayıtdı. İbrahim artıq qapıya çatsa da kreslonun cırıltısını aydın eşitdi.

- Dayan!-İbrahim qorxa-qorxa başçıya sarı çevrildi. Katibəyə de Cəbrayılı çağırsın. Özün də onunla qayıt gəl.

Bir azdan icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri də gəldi. Başçı yenə tapşırıqlar verməyə başladı. Cəbrayıl müəllim indicə mətni yazıb axşama İbrahimə çatdırmalı idi ki, o da biri günə kimi əzbərləyib tədbirdə çıxış eləsin. İbrahim daha heç nə eşidə bilmirdi, başçı nə deyirdisə itaətkarcasına təsdiq edirdi, fikri-xəyalı isə, evində, aiəsinin, oğlunun yanında idi. Ayaqüstə dayanmağa da taqəti qalmamışdı.

Başçı onu da, Cəbrayılı da buraxan kimi daha icra hakimiyyətinin binasında ləngimədi, əsə-əsə, titrəyə-titrəyə pillələri düşdü. Binadan çıxan kimi qalstukunu bir qədər boşaltdı, qarşı tərəfdəki meydançaya baxdı. Açıq səhnədə işçilər dolaşır, projektorları, dekorasiyaları, asqıları, kranabənzər avadanlıqları sazlayırdılar. İbrahim səhnəyə baxa-baxa əlini pencəyinin ciblərinə aparıb siqaret axtardı. Yadına düşdü ki, siqareti atalı 10 il olub. Oğlunun damağında ilk dəfə siqaret görmüşdü, evlərinin dalında. Atası evin titindən nə vaxt çıxmışdı, çömbəlmə oturmuş İsmayılın qabağında nə vaxt gəlib dayanmışdı, oğlu fikir verməmişdi. Bir də onda görmüşdü, dədəsi qulağından tutub yuxarı dartdı. Sonra oğlunun üzünə bir şillə çəkib dedi ki, bir də damağında siqaret görsəm başını bədənindən ayıracam. Dili belə demişdi, düzdü, amma ürəkdən deməmişdi, bilirdi, İsmayıl bilməsə də, İbrahim bilmişdi ki, ürəkdən demir. Elə həmin gecə də özünə söz verdi; oğul ki, siqaretə başladı, ata gərək tərgitsin.

Hə, düz on il əvvəl idi. Gözləri yaşardı, daha səhnəyə də baxa bilmədi, edam taxtına bənzəyən teatr səhnəsinə. Binanın arxasına burulub maşına oturdu. Maşını necə sürdü, evə necə gəlib çatdı, bilmədi.

***

Arvadı dizinə döydükcə İbrahim də səssizcə ağlayırdı. Qadın elə ağlayırdı, elə ağlayırdı, evin ortasında bircə meyit çatmırdı.

- Bəsdi, bəsdi, ay arvad! Özünə gəl. Bizim də alınımıza bu yazılıb. - İbrahim ömür-gün yoldaşını ovutmaq üçün əlini onun belinə apardı. Ancaq arvadı elə çığırdı ki, əlini belinə qoymağa macal tapmadı, qorxdu.

- Nə yazılıb, a kişi! Daş düşərdi yazımıza. Onu görüm elə pozulsun, elə pozulsun, heç tarı da yaza bilməsin. Onu yazanın qələmi qırılaydı. Sənə o vaxt yalvardım ki, uşağın adını İsmayıl qoyma. İnadından dönmədin, yox, mənim adım İbrahim, sənin adın Həcər, oğlumuzun da adı gərək İsmayıl ola. Allah da bunu bəyənər! Uşağın bəxti-rüzgarı gətirər. Budu bəxti, daş düşəydi bizim bəxtimizə. İstədiyin oldu, gələ, Allah da bəyəndi, Allahqulu da...

- Sən Allah, bəsdir, eşidən olar, gedib başçıya çatdırar. ”“İbrahim arvadına qısılıb astadan dedi. - Xahiş edirəm, sakitləş, nə edə bilərik axı! Mən yenə də fikirləşərəm, görüm nə etmək olar. Özün ki, bilirsən, Allahqulu müəllimin xasiyyəti çox ağırdır, köhnə başçının vaxtından qalan kadr bircə mənəm. Tapşırığını etməsək, bizimlə düşnüşər, rayondan didərgin salar. Günümüzü göy əskiyə bükər. Nə edək, çətin zamanadı, eybi yoxdu, buna da dözərik. Sən ağlama, ağlama, əzizim, ağlama-İbrahim qolunu arvadının boynuna aparıb özünə sarı çəkdi. - Sakitləş, bu da bir sınaqdır. Yaxşısı budu, dur, İsmayıla zəng elə, denən harda olsa, gəlsin evə. Bu iki günü də evdən çıxmasın.

- Zəng-zad eləmirəm, özün elə. Mən uşağın üzünə baxa bilmərəm.

Susdular. Arvadı indi bir qədər sakitləşmişdi. Başını ərinin çiyninə qoyub hıçqırırdı:

- Ay İbrahim, sənə qurban olum, bəlkə nəsə eləmək olar?!- Neçə ildi vəzifələrdəsən. Şəhərdə yüksək yerlərdə o qədər dostların var. Birinə zəng vur, hər şeyi danış, izah elə. Bəlkə başçını yola gətirmək oldu.

- Yox, ay qız. Başçı söhbətə başlayanda tapşırdı ki, bu barədə kiməsə tək kəlmə desən səni iti qovan kimi qovaram. Bircə mən bilirəm, başçı, bir də Cəbrayıl müəllim...

İbrahim arvadının yanağından öpüb ayağa qalxdı, oğlunun nömrəsini yığıb evə çağırdı. Sonra oğlanın yatdığı otağa keçib axtarmağa başladı. Bilirdi ki, İsmayılın evdə ehtiyat siqareti olur. Elə axtardığı yerdə də tapdı-döşəyin altında. Əzilmiş açıq qutudan bir gilə siqaret götürüb otaqdan çıxdı. Qonaq otağının pəncərəsini açıb siqareti yandırdı. Qəsəbə yoluna boylandı. Oğlu bir azdan gələcəkdi. Yenə də torpaq yolda heç nəyə məhəl qoymadan maşını tozanaqlaya-tozanaqlaya sürəcəkdi. Darvazalarına çatanda qəfil əyləci basacaqdı, qonşular da agah olacaqdı, budur İsmayıl qayıtdı.

***

Həmişə oğluyla maşına minəndə olduğu kimi bu dəfə də sükan arxasında İsmayıl idi. Yenə də həmişə olduğu kimi oğlu oturacağa söykənmək əvəzinə özünü qabağa verib sükandan bərk-bərk yapışmışdı. Yenə də oğlu ayağını qazdan çəkmir, maşını var gücü ilə çapırdı. Həmişə olduğu kimi İbrahim bu dəfə oğluna təpinmədi. Yol boyu dinməzcə oturub siqareti siqaretə caladı. Dünəndən bu yana 5 qutu siqaret çəkmişdi. Oğlu da atasının bu halından yaman nigaran idi. Gecədən atası dəyişmiş, birtəhər olmuşdu. Nə atası, nə də anası onun gözünə baxmaq istəmirdi, üstəlik o, evə girəndə anası boynuna atılıb hönkür-hönkür ağlamışdı. Elə bil oğlu əsgər gedirdi, özü də ta bu dəfə qayıtmayacaqdı.

İsmayıl maşını düz ləpədöyəndə saxlayıb birinci özü düşdü. Dəniz dalğalı idi. Ləpələr elə bil vacib xəbər gətirirmiş kimi qovhaqovla sahilə cumur, soyuq quma toxunaraq öləziyib geri çəkilirdi. İsmayıl çömbəlib şıltaq ləpələrə toxundu, ayaqqabısının islanmağına fikir verməyib tumarlayırmış kimi əlini ləpələrin üzərində gəzdirdi. Atası hələ də maşından düşməmişdi. Nəsə deyəcəkdi, xəbər verəcəkdi, amma demirdi. Gözləyirdi, ya da özünü hazırlayırdı, dinmirdi, nəyi gözləyirdi, bilmirdi İsmayıl.

- Oğlum.- Atası maşının qapısını açıb astadan dedi.
.
***

- Oğlum, atası astadan danışırdı ki, heç kəs eşitməsin. Onsuz səhnədə çıxış edən aparıcının səsindən, arabir çalınan musiqinin sədasından səhnə arxasında ucadan danışmasan kimsə kimsəni eşitməzdi. İbrahim hər halda ehtiyatı əldən vermək istəmədi. -Hazırsanmı? Bax, zaldakı tamaşaçılar səni qorxutmasın. Təmkinli ol və sənə dünən dəniz qırağında dediklərimi unutma, möhkəm dayan...

İbrahim oğluna “Möhkəm dayan” desə də daha sözünün ardını gətirə bilmədi, qəhər boğdu onu, sözlər boğazında düyünləndi. Qorxa-qorxa, hönkürə-hönkürə oğlunun boynunu qucaqlayıb saçlarını qoxladı. Birdən gözləri səhnəyə çıxan qapının ağzında dayanıb burnunun ucuna salladığı qızılı sağanaqlı eynəyinin üstündən onlara baxan Cəbrayıl müəllimə sataşdı. Tez özünü yığışdırıb oğlundan aralandı. Müqəvva kimi donub qalmış İsmayılın da gözləri yaşarmışdı.

- Üst-başım necədi? Bu əbada, çalmada gülməli görünmürəm ki! Qoyma saqqalım qaydasındadı, sürüşməyib? ”“ İbrahim oğlunun fikirini dağıtmaq üçün araya söz qatdı.

Oğlu əlini atasının üzünə aparıb bozumtul saqqalını sığalladı.

- Yaxşıdı, ata. Haqqını halal elə. ”“Sonra üzünü çevirib əlini cibinə atdı, siqaret çıxarıb ağzına qoydu:

-Yadındadı, o vaxt məni evin dalında siqaretlə tutanda demişdin ki, bir də səni siqaret çəkən görsəm başını bədənindən ayıracam. Sözün yerinə düşdü. Yəqin axırıncı dəfə yanında siqaret yandırmaq olar də?

- Kaş onda dilim quruyaydı sənə bu sözü deyən yerdə. Çək, oğlum, çək!

Səhnədən başçının səsi gəlirdi. Amma bu dəfə iclaslarda, iki gün əvvəl otağında olduğu kimi zəhmli deyildi, həlimləşmişdi. Başçının səsindəki yumşaqlıq İbrahimə də əsər elədi, bir qədər toxtadı. İndi bircə arzusu vardı, kaş başçının səsi kəsilməyəydi, beləcə, danışa, danışa, danışaydı. O məşum an da yaxınlaşmayaydı. Eybi yox, burda, səhnənin arxasında oğlu ilə dayanıb lap min il də, iki min ildə başçını dinləməyə hazır idi. Oh, ilahi, kaş Allahqulu müəllimin bu rəvan nitqi indi bir sehirli külək olub İbrahimi də oğlu ilə birgə qucağına alaydı, uzaqlara, uzaqlara aparaydı...

Bu vaxt kimsə qoluna toxunub onu xəyallardan ayırdı. Cəbrayıl müəllim idi. O, civə kimi kimi oynaq gözləri ilə İbrahimə səhnəni işarə edib, dedi ki, indi sizin çıxışınızdı, hazırlaşın. Başçını artıq aparıcı əvəz eləmişdi.

İbrahim biixtiyar oğlunun qolundan tutdu. O biri əli ilə də qurşağına keçirdiyi bıçağın dəstəsindən yapışdı:

- Hazırsanmı, oğul?

***

- Hazırsanmı, oğul? ”“İbrahim çıxışının arasında imkan tapıb səhnədə qabağına sərilmiş oğluna pıçıltı ilə dedi. Üzünə baxmaq istədi, bir az əvvəl sarğı ilə bağladığı gözlərini görmək istədi. Amma səhnəni bürümüş tüstü gözlərini acışdırdı. Əlilə qurşağına keçirdiyi bıçağı sıxdı. İçini qəzəb bürüdü, bıçağın dəstəyini lap möhkəm sıxdı və ön sırada oturmuş tamaşaçıların arasında başçını axtardı. Bir anlıq göz-gözə gəldilər. Başçı baxışlarını yırtıcı heyvan kimi ona zilləmişdi. Əli boşaldı. Tez üzünü yana çevirdi. Bu dəfə səhnənin yuxarısından sallanan projektorlardan biri gözlərinə düşdü. Əli əsə-əsə bıçağı qurşağından çıxarıb göyə qaldırdı, o biri əli oğlunun boğazını axtarırdı. İlahi, kaş əli əsməyəydi, kaş oğlu dəbərib əlindən çıxmamayadı, kaş oğlunun qollarını arxadan bağladığı kəndir açılmayaydı. Kaş, Allah peyğəmbərinə göstərdiyi möcüzəni ona da göstərəydi.

İbrahim fondakı musiqi kəsilən kimi ucadan “Bismillah” deyib başçıya baxa-baxa bıçağı bir daha başının üstünə qaldırdı. Elə oğlunun sinəsinə əyilmək istəyirdi ki, yenidən musiqinin ağır akkordları dəmir çəkic kimi qulaqlarını döyəclədi, qəfildən böyürdəki kranabənzər nəhəng asqı hərəkətə gəldi, projektorlar asqıya doğru şəkləndi.

İbrahim başını qaldırıb projektorun istiqamətinə baxdı. Səsgücləndiricilərdən Cəbrayıl müəllimin tanış səsi süzülürdü: “Budur, Allah öz möcüzəsini göstərir...”

Kranınabənzər asqının qolu səhnəyə doğru çevrildi. Projektorlar kranın ucuna bağlanmış iri bir qoçu nura qərq eləmişdi. İbrahim bilmirdi ağlasın, yoxsa sevincindən acı bir qəhqəhə çəksin. Kranabənzər asqının qolu düz başı üstündə dayananda İbrahim nə etmək lazım olduğunu başa düşdü, amma qoçu necə endirdi, onu necə ayağının altına alıb başını kəsdi, xəbəri olmadı.

Bir də onda özünə gəldi ki, Cəbrayıl müəllimin otağındadır. Qabağındakı pürrəngi çay heç nədən xəbərsiz aram-aram buğlanırdı. Əvvəl anışdıra bilmədi, sanki bu buğ da bayaq səhnəni bürümüş tüstü-dumanın qalıqları idi. Oğlu isə ayağının altında yox, qarşı tərəfdə başını önünə əyib oturmuşdu.

- Hə, İbrahim müəllim, - şöbə müdiri həmişə rəsmiyyəti qoruyar, tabeçiliyindəki işçilərlə belə “müəllim” xitabı ilə danışardı.- Əla səhnə göstərdiniz. İncəsənəti qurtaran mənəm, heç belə aktyorluğum yoxdu. Başçı da bəyənib, mənə dedi ki, sizə şəxsən minnətdarlığını çatdırım.

- Sağ olsun-İbrahimin dodaqları yüngülcə tərpəndi.

- Çatdıraram. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Qurban bayramı tədbirini ümumrespublika səviyyəsində keçirmək üçün hər şey lap o uzaq tarixi dönəmdəki kimi olmalı idi. Elə buna görə də o canlılığı qorumaq üçün aktyor yox, səni və oğlunu seçdik. Bütün parametrlərin İbrahim peyğəmbərlə üst-üstə düşürdü. Bu səhnədən rayon camaatı da mütəəssir olacaqdı. Bu şeylər də bilirsən necədi? ”“ Cəbrayıl müəllim bir qədər susdu-qorxutmasaq bu işlər getməz. Özünüz bilirsiz də, vəzifə adamısız... Hə, İsmayıl da, maşallah, öz rolunu yaxşı oynadı.

- Çox sağ olun-İbrahim hələ də başını önə əyib oturmuş oğlunun əvəzinə dilləndi.

- Yaxşı, sizi çox yormayım. Təcrübəmdən bilirəm, səhnə adamı əldən salır, gedin dincəlin. Gedərayaq sizə şad xəbərim də var. Allahqulu müəllim bunu özü deyəcəkdi. Təəssüf ki, indi qonaqlarla nahardadır. Elə mən də indi orda olmalıyam. Ona görə bu şad xəbəri verim gedin dincəlməyə. Allahqulu müəllim tapşırdı ki, bayram tətilindən sonra İsmayılı da götürüb gələsiniz qəbuluna. Öz aramızda qalsın, deyəsən oğlunuza icrada iş verəcək. Məncə bayramda sizin ailəyə bundan gözəl təbrik ola bilməz.

- Minnətdaram, Cəbrayıl müəllim. - İbrahim güclə təşəkkür edə bildi. Ayır vaxt olsaydı, sevinclə oğluna baxardı, indi bacarmadı.

- Hə, səsinizdən də hiss olunur, yorulmusuz. ”“ Cəbrayıl müəllim ayağa qalxıb əlini İbrahimə uzatdı-yaxşı, sağlıqla qalın, bayramınız mübarək.

İbrahim də şöbə müdirinin əlini sıxıb oğlunu səslədi.

- İsmayıl, dur gedək. Sağ olun, Cəbrayıl müəllim, sizin də Qurban bayramınız mübarək.

Bayaqdan hərəkətsiz oturmuş oğlu da ayağa qalxdı. Ata-oğul stullarını düzəldib qapıya yönələndə Cəbrayıl müəllim arxadan səslədi:

- Bıy, girt yadımdan çıxmışdı. Allahqulu müəllim tapşırdı ki, bu qurban payını da sizə verim. Bayaq krandan asılan qoçun ətindəndir-və əyildi, şkafın gözündən ət dolu iri bir sellofan paket çıxarıb qabağa uzatdı. (Kulis)

24 sentyabr 2015

Oxşar xəbərlər
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:21
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:21
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”