Limitsiz variasiyalar nəyi dəyişəcək?
Oxunub: 5469
07 Sep 2015 | 21:56
Limitsiz variasiyalar nəyi dəyişəcək?
Cəsarət müəllimdən cəsarətli jest

Ötən son həftələrdə, dəqiq xatırlamadığım saytların birində Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QNT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehlinin “Universitet ”“ strateji dəyər və ya...” ( Qaldırılan ballar nəyi dəyişəcək...) sərlövhəli yazısı diqqətimi çəkdi. Bir anlığa İTV kanalının “Açıq dərs” proqramının üç il əvvəlki buraxılışındakı vur-çatlasın yadıma  düşdü. Yəni həmin buraxılışın format baxımından əsas özəlliyi o idi ki, verilişə müəllim və məktəb direktorları ilə yanaşı, xeyli valideyn də dəvət olunmuşdu. Başlanğıcda aparıcı Cəsarət (o zaman Valehov) elan etdi ki, bu günkü mövzumuz “Məktəblərdə müəllim-valideyn assosiasiyaları”dır. Doğrusu, ilk anda ağlıma gəldi ki, yəqin burada tar-mar edilmiş məktəb mühitinin bərpası, bərpa prosesinin, eləcə də ailə-məktəb münasibətlərinin harmonikləşdirilməsi və funksionallaşdırılması üçün yaradılacaq assosiasiyaların rolu haqqında söhbət gedəcək...Nə isə, əvvəlcə aparıcı, sonra isə ekspert qismində dəvət olunmuşlar çıxış etməyə başladılar. Bu adamlar “müəllim-valideyn assosiasiyaları” ideyasını təriflədilər, nə təriflədilər. Sanki bu “assosiasiyalar” təhsilimizin “iksir”idir, onlar yaradılan kimi Mərdanovun yerlə-yeksan etdiyi təhsilimiz nizama düşəcək: məktəblərdə rüşvət alınmayacaq; təlimin səviyyəsi o dəqiqə yuxarı qalxacaq; repetitorlara ehtiyac qalmayacaq; fondpulu, süpürgəpulu, testpulu və s. yığılmayacaq. Bir sözlə, hamının “fikri” eyni idi: Dünyada geniş təşəkkül tapmış bu “ideya” mütləq bizdə də reallaşmalıdır. 

Olsun, buna heç bir sözüm yoxdur. Amma bu günə qədər bizdə yaradılmış belə qurumların hansı hüquq və vəzifələrinin olmasından danışan yox idi. Məsələn, başqa ölkələri demirəm, qonşu Gürcüstandakı kimi, yaradılacaq assosiasiyalara ən azı məktəb direktorunu, müəllimi, metodisti və psixoloqu işə götürmək səlahiyyəti verilmirsə, onların dekorasiya olacağı aydın deyilmi?! Adicə dərslik seçimi hüququ belə olmayan bu insanlardan nazirlik məmurlarının alət kimi istifadə edəcəyini anlamaq beləmi çətindir?

Hisslərimi cilovlaya bilmədim. “Cəsarətsiz Cəsarət, yaxud Açıq dərsdə örtülü bazar” başlığı altında yazım vasitəsilə Valehova sual etdim: Azərbaycan təhsilində ciddi nöqsanların hələ də qaldığı, bu sahədə yüksək inkişaf meyllərinin görünmədiyi, şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələrinin qənaətbəxş olmadığı, Azərbaycanda təhsilin ümumi göstəricilərinin bir çox region dövlətləri ilə müqayisədə çox aşağı olduğu bir şəraitdə “Açıq dərs”də təhsilimizdəki “nailiyyətlərdən” danışmağın anlamı nədən ibarətdir?!

İndi, artıq xeyli müddət keçdikdən sonra hörmətli Valehlinin “Qaldırılan ballar nəyi dəyişəcək “sualına cavab verməyi də özümə borc bildim: Məktəb valideyn komitələrinin müəllim ”“ valideyn assosasiyaları ilə əvəz olunması nəyi dəyişdisə qaldırılan ballar da onu dəyişəcək... 

Cəsarət müəllimin bəhs etdiyimiz yazısında keyfiyyətli ali təhsil və mütəxəssis  hazırlığı məsələsinə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından yanaşaraq gəldiyi qənaət ondan ibarətdir ki, qəbulda minimal keçid balının 200-dən aşağı endirilməməsi nəticəsində universitetlərimiz əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin ediləcək. Yəni uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar. Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi və nəticədə “diplomlu” işsizlər ordusu sosial problemə çevrilib. 

“Beləliklə, gəlinən nəticə hansılardır? Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək”.

Düz sözə nə deyəsən, bir şərtlə ki, əmması olmasa. Əvvəla, “uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb” yox, formalaşdırılıb. İkincisi, əlavə qəbul elan etməklə  həmin təhsil müəssisələrinin tələbə qəbulunda ikinci yerləşdirmədə  kontingentini də özləri yox, biz formalaşdırmışıq. Üçüncüsü, keçid balını 150-yə endirən də elə bizlər özümüzük. Təhsil problemləri ilə az-çox maraqlananlar unutmuş deyillər ki, qəbul imtahanlarında ilk dəfə test sisteminin tətbiq olunduğu 1992-ci ildə müsabiqəyə buraxılış həddi o zamankı TQDK rəhbərliyi tərəfindən 280 bal müəyyənləşdirilmişdi.Yənı 700 bal sistemində bu biliyin 40 faizini təşkil edir və klassık “5” ballıq qiymətləndirmədə “3” deməkdir.  Ekspertlər bu və bu kimi məsələlərə dəfələrlə diqqət çəkib. Hətta TQDK plan doldurmaq, boş yer qalmamaq naminə müsabiqəyə buraxılış bal həddini heç bir qanunauyğunluğa əsaslanmadan istədiyi şəkildə müəyyən etməkdə suçlanaraq  ekspertlərin tənqid hədəfinə belə tuş gəlib.

“Vakant  yerlər obrazlı desək, bir çox universitetlərin çörək ağacına çevrilib” ifadəsi ilə də razılaşmaq  heç cür olmur. Çünkı bu “ağacı” əkən də, bəsləyən də özümüzük. 6555 boş qalan vakant yerə əlavə qəbul  aparılması elə bunun bariz göstəricisidir və təhsilimiz üçün əlavə neqativlərın mənbəyidir. Ya plan yerləri, keyfiyyətsiz  mütəxəssis hazırlığı, ya da yüksək bal hesabına keyfiyyətli təhsil. “Nə şiş yansın, nə kabab” prinsipinə əsaslansaq üçüncü yolun da mövcudluğu mümkünsüz deyil. Bir şərtlə ki, bu yol heç bir halda variativ gedişlər yolu olmamalıdır ki, bu da  ayrıca mövzunun söhbətidir. 

“Orta statistikalı azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal  ali təhsil ala bilsin. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənışlə bağlı deyil”. Elə isə, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxınının ali təhsil müəssisələrindən imtina etməsi, qeydiyyatdan keçməyənlərin əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin olması hansı anlama gəlir? Belədə deyiblər ki, ölmədik bu günü də gördük. Çalış, vuruş, keçid balını topla, universitet məzunu olmaq arzuna qovuş və birdən ağır zəhmət hesabına qazandığın şərəfli statusdan - tələbə  adından imtina et. Paradoks deyilmi? Bu vəziyyətin təhlilinı kim aparacaq? 

O ki, qaldı Cəsarət müəllimin bəhrəsini orta müddətdə görmək istədiyi toxumların əkilməsinə, bunun üçün münbit sahə lazımdır. Sahə isə münbitliyindən asılı olmayaraq müəyyənləşdirilib. TQDK sədrinin təbirincə desək müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. “Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”. 
Bunu heç kim bilmirsə onda  variasiyalara davam! .

Deyəsən birini qoyub digərinə keçdim. Problemlərimiz ,bununla əlaqədar deyəcəklərımiz çoxdur.Son olaraq hər kəsin birtərəfli olsa belə subyektiv fıkirlərinə hörmətlə yanaşmaq vətəndaşlıq borcumuzdur.Cəsarət müəllimin analitik təhlilı digər vəzfəli təhsil məmurları üçün də bir örnəkdir. Belə təhlillər, Nazirlik əməkdaşları tərəfindən mövcud duruma hər  hansı bir formada münasibət bildirmək  təhsilimizə daha çox fayda verə bilər nəinki bayağı müsahibələr, perspektivsız şərhlər, absurd bəyanatlar.

Sözardı: Böyük ingilis yazıçısı Herbert Uels Vladimir İliç Leninlə söhbəti zamanı proletariatın dahi rəhbərinin QOELRO planı haqqındakı fikirlərini dinlədikdən sonra öz xatirələrində onu “Kremlin xəyalpərəsti” adlandırmışdı. Bununla belə QOELRO planı baş tutdu. Ucsuz-bucaqsız nəhəng bir ölkənin başdan-başa elektrikləşdirilməsi həyata keçirildi Nə bilmək olar, birdən hamı baytar olmaq istədi və bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yarandı və bizim digər kənd təsərrüfatı peşələrinə də maraq artdı. Bir halda ki, bu nəzəri cəhətdən mümkündür.

Nadir İsrafilov, təhsil eksperti
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?