Cahangir Əsgərov haqqında daha bir ifşaedici araşdırma...
Oxunub: 6981
23 Aug 2015 | 01:19
Cahangir Əsgərov haqqında daha bir ifşaedici araşdırma...

Son ayların əsas müzakirə mövzularından biri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasıdır.

37429Qeyd edək ki, prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar versə də, AZAL rəhbərliyi tərəfindən bu sahədə hər hansı ciddi addım atılmayıb. Düzdür, prezidentin tənqidindən sonra AZAL rəhbəri Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqladı. Aşağı büdcəli sərnişindaşıma xətlərindən biri ”“ Bakı-Antalya-Bakı xətti bu ayın əvvəlindən işə düşməli olsa da, verilən məlumatlar göstərir ki, bu vəd də yerinə yetirilməyib. Hər halda AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər deyirlər ki, ucuz bilet almaq istəsələr də, tapa bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir.
Məsələ ondadır ki, Azərbaycanın hava məkanını inhisara alan, ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmayan AZAL rəhbərliyinin bu cür qiymət siyasəti yalnız vətəndaşların cibinin soyulmasına deyil, eləcə də, dövlətə ciddi ziyan vurur.Biletlərin qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksək olması birinci növbədə Azərbaycana turistlərin cəlb olunmasına mane olur ki, bunun da çoxsaylı zərərləri var. Belə ki, ölkəyə xarici valyutanın gəlməsinin qarşısını alır, işgüzar mühiti aşağı salır, bölgələrin turizm potensialından istifadəyə imkan vermir, xidmət sahəsində maaşalanların gəlirlərinin aşağı səviyyədə qalmasına səbəb olur, bu sahədən büdcəyə daxl olan vergilərin minimum səviyədə qalmasına gətirib çıxarır və sair.
AZAL_Airbus_A320-214_Ramirezİkincisi, AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması şirkətin potensialından lazımı şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, AZAL-ın xidmətindən imtina edir.
Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir. Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb.

10Düzdür, bunun əsas səbəbi AZAL-da korrupsiya, şirkətin prezidenti Cahangir Əsgərovun bütün gəlirli sahələri öz holdinqinə ”“ “Silk Way”ə dövr etməsi ilə bağlıdır. Bununla bağlı ötən illər ərzində “AzPolitika.info” saytı bir-neçə geniş araşdırma yazıları təqdim etdiyindən, təkrarlamaq istəmirik.
Təkcə onu qeyd edək ki, son illər bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilib. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən “Azərbaycan Hava Yolları”na 860 milyon manat vəsait ayrılıb!

2005-ci ildə ”“ 5 milyon;
2007-ci ildə ”“ 25 milyon;
2008-ci ildə ”“ 28 milyon 200 min;
2009-cu ildə ”“ 54 milyon 721 min;
2010-cu ildə ”“ 115 milyon 200 min;
2011-ci ildə ”“ 261 milyon 521 min;
2012-ci ildə ”“ 232 milyon 650 min;
2013-cü ildə ”“ 177 milyon 864 min;
2014-cü ildə ”“ 20 milyon.

134

Şübhəsiz ki, AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki korrupsiya, gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır. Elə son aylar AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəlliflərindən biri olan tanınmış hüquqşünas Aslan İsmayılov da bu fikirdədir. O, mediaya son açıqlamasında bildirib ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: “Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün fırıldağa əl atdı 567və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə ”qiymət endirimi” faktiki olaraq əvvəlki bilet qiymətindən baha edir. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir”.

Bu deyilənləri şirkət daxilindən “AzPolitika.info”ya verilən bəzi maraqlı məlumatlar da sübut edir. AZAL-dakı mötəbər mənbənin sözlərinə görə, hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aviaparkında xeyli sayda müasir avialaynerlər mövcuddur. Belə ki, AZAL uçuşları “Airbus”, “Boeing”, “Embraer ERJ” tipli müasir, komfortlu sərnişin təyyarləri ilə həyata keçirir. Ancaq AZAL QSC-nin təyyarə parkının imkanlarından tam istifadə olunmur. Belə ki, faizlə götürsək, sərnişin daşınması üzrə AZAL-ın imkanlarının maksimum 50 faizindən istifadə edilir.
Əvvəllər AZAL QSC-nin aerozalları ildə 3 milyon sərnişini qəbul etmək imkanına malikdi. Ancaq bu imkanın yalnız 40 faizindən istifadə edilirdi.
67Ancaq ötən ilin aprelində Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışından sonra, bu imkan 3 dəfə artdı. Bunu açılışda iştirak edən Prezident İlham Əliyev də bəyan etmişdi. Sitat: “Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcəkdir. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir.
Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər”.
Bura digər şəhər və rayonlardakı aerovağzalların imkanlarını da əlavə etsək, AZAL-ın il ərzində 11-12 milyon sərnişinə xidmət etmək imkanının olduğunu söyləyə bilərik. Ancaq bunun heç 20 faizindən belə istifadə olunmur.
Belə ki, 2014-cü ildə AZAL 1 milyon 800 mindən bir qədər çox sərnişin daşıyıb ki, bu da imkanlardan 5-6 dəfə azdır.

29357Ancaq qəribə də olsa, belə bir vəziyyət AZAL-ın nəinki qənaətcil davranmasına səbəb olub, əksinə, bədxərcliyini daha da artırıb. Belə ki, sərnişin gəliş-gedişinin az olmasına baxmayaraq, AZAL sərnişin tutumu 240-250 nəfər olan 2 ədəd “Airbus A340-500”, sərnişin tutumu 220-230 nəfər olan “Boeing 757” və «Boeing-787-8» tipli yeni iri tutumlu təyyarələrin alınması davam etdirilib. Ancaq belə təyyarələr Azərbaycan bazarına tamamilə lazımsızdır.
Təsadüfi deyil ki, qeyd edilmiş təyyarə tiplərinə külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, onlardan demək olar ki, istifadə edilmir. Halbuki belə bahalı aviatexnika həmişə uçuşda olmalıdır. Buna baxmayaraq, çoxtutumlu bahalı təyyarələr Binə Hava Limanındaki bazaya gətirilən gündən, praktiki olaraq, fəaliyyətsiz saxlanılırlar.
51Məsələn, “Boinq-787-8” anqarda saxlanılıb, “Airbus A340-500” hərdənbir uçuş xəttinə buraxılır. Bu zaman əksər yerlər boş gedir.
Belə görünür ki, AZAL boş yerlərin pulunu da biletin üzərinə gələrək əhalidən alır. Buna görə də, AZAL-ın biletlərinin qiyməti başqa aviaşirkətlərin biletlərindən bir neçə dəfə baha olur. Halbuki, xeyli ucuz qiymətə bir qədər kiçik tutumlu təyyarələr almaqla, həm böyük vəsaitlərə qənaət etmək olar, həm biletlərin qiymətini aşağı etmək, həm də uçuşların rentabelliyini təmin etmək.
Qənaət olunan vəsaiti isə, AZAL-ın işçilərinin maaşlarının artırılmasına və digər sosial ehtiyaclara sərf etmək olar. Ancaq deyəsən, C.Əsgərovu bunlar o qədər də maraqlandırmır.
1436868418_cahangirBəlkə də bu, Aslan İsmayılovun iddia etdiyi kimi, C.Əsgərovun Azərbaycan vətəndaşına olab münasibəti ilə bağlıdır. Sitat: “Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.
AZAL-dakı mənbənin “AzPolitika.info”ya təqdim etdiyi bəzi məlumatlar da, C.Əsgərovun Azərbaycan mütəxəssislərinə mənfi, hətta demək olar ki, yaramaz münasibətinin mövcudluğundan xəbər verir. 28465Təsadüfi deyil ki, AZAL-ın rəhbərliyində barmaqla sayılacaq qədər az azərbaycanlı var, əksəriyyət digər millətlərin nümayəndələridir. Mənbə deyir ki, C.Əsgərovun bu münasibətinə görə, milli mütəxəssislərin hazırlanması böyük problemə çevrilib. “Çunki yerli mütəxəssislər AZAL-da məsul vəzifələrdə çalışan digər millətdən olanların (rus, yəhudi, tatar, ləzgi) təzyiqi altında işdən çıxmaq məcburiyyətində qalırlar”, deyə mənbə bildirir.
Deyilənləri AZAL rəhbərliyində təmsil olunan şəxslərlə bağlı “AzPolitika.info”ya təqdim olunan natamam siyahı da təsdiqləyir. Həmin siyahıya diqqət edək:

1.AZAL prezidenti Cahangir Əsgərov ”“ milliyəti naməlum;
2.İqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident ”“ Andropova Lyubov Pavlovna ”“ Rusiya vətəndaşı;
3.Hüquq İdarəsinin rəisi ”“ Kazımova Lyudmila Akperovna;
4.Xüsusi şöbənin rəisi (I şöbənin) ”“ Tarasova Valentina Qavrilovna;
5.Maliyyə-iqtisad İdarəsinin rəisi ”“ Quliyev Ələddin Xeyirbəy oğlu, milliyətcə ləzgidir;
6. Baş mühasibin müavini ”“ Knyazeva Vera Vasilyevna;
7. Baş mühasibin müavini - Qusarova Marina Qəzənfərovna;
8. İqtisadi Proqnozlaşdırma Xidmətinin rəisi ”“ Bikinina Raisa
9. İqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri ”“ Kalinova Nina Anatolyevna və s.

Metrologiya xidmətində 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri hamısı rusdur.

“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi:

  1. Müdir ”“ Sultanov Valeriy Zeynətdinoviç
  2. Müdir müavini ”“ Ayutov Davud Xasanoviç.

544Rəhbərliklə yanaşı, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi işçilərinin 70 faizindən çoxu digər millətlərdəndir. AZAL”“a aid digər müəssisələrdə də durum eynidir.

Məlumatlara görə, təyyarələrin təmiri xidməti yerli mütəxəssislərlə eyni səviyyədə olmayan Türkiyə vətəndaşlarının rəhbərliyi altındadır.

Son vaxtlara qədər Milli aviaşirkətin icraçı direktoru Baltikyanı ölkələrin birindən olan xanım idi.

Daşınmaların Təşkili Xidmətinin müdiri Avstriya aviaşirkətinin keçmiş təmsilçisi Kristina adlı qadın idi.

Bunlar AZAL heyəti haqqında məlumatların kiçik hissəsidir. Bizim milli mütəxəssislər AZAL-dan kənarda özlərinə iş axtarmaq məcburiyyətindədirlər. Bu faktlar Cahangir Əsgərovun Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxdığına dair fikirləri təsdiqləyir.

AZAL-dakı mənbənin digər məlumatları isə sensasiya xarakterlidir. Lakin onların dərindən araşdırılmasına ehtiyac var. Məsələn, mənbənin iddiasına görə, 2008-ci ildən AZAL-da tətbiq olunan “Sofi” proqramına Rusiyadan nəzarət etmək imkanları var. Belə ki, AZAL-la bağlı bütün məlumatların cəmləşdiyi bu proqramın bazası Moskvada yerləşir.

12Digər bir məlumat: Cahangir Əsgərov aeroport ərazisinin bir neçə hektarında nar plantasiyası salıb. Bu plantasiyada yetişən xüsusi sort nardan C.Əsgərovun həyat yoldaşına məxsus kosmetika şirkətinin ”“ «Qazelli» parfümeriya şirkətinin məhsullarının hazırlanmasında istifadə olunur.

Belə bir şəxsin Azərbaycanın hava məkanının şəriksiz sahibi olması nə dərəcədə doğrudur?

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama