Ah, qadınlar, qadınlar...
Köşə
Oxunub: 6065
21 Aug 2015 | 13:50
Ah, qadınlar, qadınlar...
  (İkinci söhbət)
Azərbaycan xanımlarının bir xüsusiyyəti var: hər işini sağlamlığından önə qoyar. Tutaq ki, ev təmizlədiyi, paltar ütülədiyi, yaxud xörək bişirdiyi zaman başı ağrıyır, dişi ağrıyır, kürəyi sancır, ürəyi bulanır və s. Heç vaxt əlindəki işi yarımçıq qoyub sağlamlığının qeydinə qalmaz bizim ana-bacılar. Mütləq əlindəki işini tamamlayar, evini-uşağını-ailəsini rahatlayar. Canındakı ağrıları qulaqardına vurar. “Keçib gedər”¦” deyər. Bax, elə o anda həyatının ən böyük səhvini edər. Qulaqardına vurulan ağrılar günün birində, el dili ilə desək, qadının başına oyun açar. 
Mioma, fibroma ağrıları da belədir. Əvvəlcə özünü əlamətlər vasitəsilə büruzə verər. Zaman keçdikcə vəziyyət gərginləşər. Xəstəlik sizi gecikmiş mərhələdə yaxalamasın deyə, onun əlamətlərini bilməyiniz vacibdir. Qeyd edim ki, həmin əlamətlər qadının yaşı ilə sıx əlaqəli olaraq müxtəlif yaş dövründə özünü müxtəlif formalarda göstərir. 

Ona görə də, öncə qadın sağlamlığı baxımından tibb elmində qəbul olunmuş yaş mərhələləri ilə tanış olaq:

”¢Reproduktiv dövr 15 yaşdan 45 yaşa qədər mərhələni əhatə edir. Bu arada 35-45 yaş gecikmiş reproduktiv dövr sayılır;
”¢Premenopauzal dövr 46 yaşdan 50 yaşa qədərdir (menopauza başlayanadək); 
”¢Perimenopauzal dövr menopauzadan 1-2 il əvvəli və sonranı əhatə edir;
”¢Menopauza dövrü 50,8 yaş sayılır; 
”¢Postmenopauzal dövr 51 yaşdan 70 yaşa  qədər olan mərhələyə deyilir;
”¢Qocalıq dövrü isə 70 yaş və sonrakı illər.

Hə, əziz xanımlar, indi siz tibbi nöqteyi-nəzərdən hansı yaş mərhələsində olduğunuzu bildiniz. Bir məqamı da nəzərə alın ki, insanın təqvim yaşı ilə bioloji yaşı həmişə üst-üstə düşmür. Ona görə də, yuxarı sadaladığımız dövrlər şərti xarakter daşıyır. Hər halda, əgər siz ömrünüzün reproduktiv dövrünü yaşayırsınızsa, o halda miomanın aşağıdakı klinik simptomlarına diqqət etməyiniz vacibdir: 

”¢uşaqlığın ölçülərinin böyüməsi və miomatoz düyünlərin aydın müəyyən olunması;
”¢qarnın aşağısında və beldə ağrı sindromu;
”¢hiperpolimenoreya (aybaşının həm miqdar, həm də gün etibarilə çoxalması);
”¢disfunksional uşaqlıq qanaxması;
”¢anovulyator tsiklin (müntəzəm aybaşı fonunda ovulyasiyanın baş verməməsi) və ya lütein fazasının çatışmazlığı ilə əlaqədar olan tsikllərin tezliyinin çoxalması və bununla əlaqədar sonsuzluq hallarının artması;
”¢fibroz-kistoz mastopatiyanın inkişafı (əksər hallarda, uşaqlığında mioma olan xəstələrin 78-90%-də  paralel olaraq süd vəzilərinin dishormonal patalogiyası inkişaf edir;
”¢anemiya (qan azlığı);
”¢qonşu orqanların funksiyalarının pozulması;
”¢baş vermiş hamiləliyin gedişində ağırlaşmalar.

Reproduktiv yaş dövründən necə istifadə edək? 

Tibb aləmində reproduktiv dövr kimi qiymətləndirilən illər qadın ömrünün ən gözəl illəridir. Təxminən 30 il davam edən bu dövrdə qadının fiziki gözəlliyi çiçəklənir, mükəmməlləşir... Dünənki qız uşaqları ömrün bu mərhələsində qadın olur, ana olur. Fizioloji nöqteyi-nəzərdən 15-45 yaş arasında qadının həyatında baş verən bütün hadisələr reproduktiv funksiyaların reallaşmasına yönəlir. Lakin sivilizasiyanın gündən-günə inkişafı, urbanizasiya (şəhərlərdə yaşamağa meylin artması, şəhər əhalisinin çoxalması), iqtisadi çətinliklər, sosial problemlər və s. qadını çox uşaq dünyaya gətirmək fikrindən daşındırır. 
Hərənin taleyi bir cür gətirir. Bəzən istəyərəkdən, bəzən də özündən asılı olmayaraq qadın uşaq doğmağı gecikdirir, ilk övladın şirinliyini 30-35 yaşlarında dadır. Bunun səbəbləri çox olur. Bəziləri ailə qura bilmədiyinə görə, digərləri uzun müddət hamiləlikdən qorunmaq üçün dərmanlardan istifadə etdiyinə (kontrasepsiya) görə, bəziləri cinsi həyatındakı tərəfdaşların poliqamlığı (çoxluğu) ucbatından, kimisi vaxtaşırı etdirdiyi abortlar nəticəsində, kimisi də reproduktiv sistemin orqanlarında infeksion və iltihabi xəstəliklər keçirdiyinə görə arzu etdiyi vaxt uşaq dünyaya gətirə bilmir. Həmin müddət ərzində keçirilmiş xəstəliklərin mənfi təsirləri orqanizmdə toplanaraq yeni problemlər əmələ gətirir, bir yandan da ətraf mühitin mənfi amilləri qadın sağlamlığına öz zərbəsini vurur. 30-35 yaşınadək doğmamış qadınların uşaqlığında qocalma prosesi başlanır...
Müasir dövrdə qadınların həyata baxışı tamam dəyişib. Heç də bütün cavan qızlar ailə qurmağa tələsmir. İndiki nəsil karyera qurmağa, öz ayaqları üstə möhkəm dayanmağa daha çox üstünlük verir. Düşünürlər ki, həyatda öz layiqli yerlərini tapandan sonra ailə qurub (bəzən də ailə qurmadan) uşaq doğmaq daha düzgün olar, övladlarına daha yaxşı həyat təmin edə bilərlər. Bu məsələlər hər kəsin öz şəxsi işidir. Lakin unutmayaq ki, insan orqanizminin də öz qanunları var. İsbat olunub ki, cavan qadının miositləri (uşaqlığın əzələ qişasının hüceyrələri) orta ölçülərə malikdir. Yaş artdıqca onların da yaşlanması baş verir, miositlərin ölçüləri böyüyür və funksional gərginliyə pis adaptasiya olunur. 35 yaşından etibarən yumurtalıqların funksional aktivliyi və cinsi hormonların produksiyası da azalır. 

Təbabətdə uşaqlığın miomasının mikroskopik düyündən inkişaf etmə dövrünün əsasən 30-33 yaş arası olduğu güman edilir. Qarnın aşağı hissəsində olan ağırlıq və ağrı ilə əlaqədar xəstədə subyektiv hissiyyatın yaranmasından həkimə müraciət etməsinə qədər ən azı 1 ildən 3 ilə qədər vaxt keçir. Həmin yaşda mioma əsasən hamiləlik, ultrasəs və profilaktik müayinə zamanı aşkarlanır. Tədricən qarnın aşağı hissəsində və beldə ağrılar artır, aybaşının çoxalması (hiperpolimenoreya) özünü açıq-aşkar göstərir, uşaqlığın ölçüləri böyüyür. Bəzi miomatoz düyünlər uzun müddət böyümür və 2-3 sm, ya da 3-4 sm ölçülərində qalır; digərlərində isə böyümə tendensiyası başlayır. Təcrübədən deyə bilərik ki, bu halda miomalı xəstələrin müalicəsi üçün  əsas istiqamət reproduktiv funksiyaların vaxtında realizasiyasına, hamiləliyin saxlanmasına və vaxtından əvvəl baş verə biləcək hormonal pozğunluqların qarşısının alınmasına yönəlməlidir.
Bilin ki, gecikmiş reproduktiv yaş dövrü miomaların aşkarlanmasında zirvə ”“ “pik” hesab olunur. Ona görə də, əgər siz 35-45 yaş aralığındasınızsa sağlamlığınıza daha diqqətli yanaşmalısınız. Çünki bu dövrdə mioma və ya fibroması aşkarlanmış əksər xəstələrdə cərrahiyyə əməliyyatı qaçılmaz olur. Yəni 33-35 yaşında ikən uşaqlığınızda yaranmağa başlamış mioma 10-12 il ərzində əməlli-başlı inkişaf (proqressiya) edir və pasiyentlərin 40-65 faizində  cərrahi müdaxiləyə göstəriş yaranır. 

Premenopauzal yaş dövrü bizə nə vəd edir? 

Artıq sizə məlumdur ki, reproduktiv yaş dövrü 40-45 yaşlarında bitir, tədricən yumurtalıqların funksiyaları zəifləyir və qadın üçün premenopauzal dövr başlayır. Bu dövrdə, yəni 46-50 yaş arasında yumurtalıqların funksiyası tədricən azalır, onların qonadotrop stimulyasiyaya həssaslığı zəifləyir. Orqanizmdəki  qonadotrop və steroid hormonlar arasında asılılıq zəiflədikcə yaşla bağlı yumurtalıqlarda  gedən dəyişikliklərlə əlaqədar estrogen və progesteron sintezi azalır. Həmin dövrdə uşaqlıq miomalarına aşağıdakı klinik əlamətlər xas olur:

”¢miomatoz düyünlərin sürətli böyüməsi;
”¢xronik qan azlığı (anemiya) ilə müşayiət olunan uşaqlıq qanaxmaları (48%);
”¢miomatoz düyünlərdə ikincili dəyişikliklər (14-16%);
”¢endometriumun (uşaqlığın daxili qişasının)  hiperplaziyası və xərçəngi (42%);
”¢miomalara yumurtalıqların kistası və kistomaları ilə müştərək rast gəlinməsi.

Həyatını sağlam və gümrah yaşamaq, qadın olmağından yetərincə bəhrələnmək istəyən xanımlar onu da nəzərə almalıdırlar ki, follikulstimuləedici hormonun səviyyəsi 35 yaşından etibarən 10-14 dəfə, lüteinləşdirici hormonun səviyyəsi isə 40 yaşından etibarən 3-4 dəfə azalır. Həmin prosesdə adrenokortikotrop hormonun səviyyəsi çoxalır ki, bu da qadının xarakterində və davranışında qəribə meyllərin yaranmasına rəvac verir. Adrenalin və noradrenalinin periodik olaraq qana ifrazı qadının aqressivləşməsinə də səbəb ola bilir, yazıqlaşmasına da. Tibbdə bu hallar “şir” (aqressiya) və “dovşan” (panika, gərginlik) reaksiyaları kimi dəyərləndirilir. Həmin vaxt qadının orqanizmində sevinc və xoşbəxtlik hisslərinin hormonu olan endorfin isə tədricən azalır. Bütün bunların nəticəsində xəstənin psixoloji vəziyyətində ciddi dəyişikliklər baş verir: o, qıcıqlanmağa və ağlamağa  meylli olur, əhval-ruhiyyəsi tez-tez pozulur və gərgin olur, birdən-birə əsəbiləşir və s. Həmin dövrdə yumurtalıqların və uşaqlığın ölçüləri də tədricən kiçilir, yumurtalıqlarda follikulların yaranması zəifləyir, aybaşı tsiklləri arasında müddət uzanır, get-gedə qadın ümumiyyətlə aybaşı olmur.
Çox vaxt 40-45 yaşdan sonra qadınlarda kökəlmə müşahidə edilir. Bunu yaşlanma ilə əlaqələndirirlər. Əslində premenopauzal dövrdə estrogenin çatışmazlığı bədən kütləsinin artması hesabına hissəvi kompensasiya olunur. Qarnın, bud nahiyəsinin dərialtı piy qatının qalınlaşması estrogenlərin deposu (anbarı, toplandığı yer) rolunu oynayır. Bu dövrdə böyrəküstü vəzi androstendionun əsas mənbəyi hesab olunur ki, bunun da aromatizasiyası piy toxumasında baş verir. Ona görə də 50-55 yaşlarında bədən kütləsinin bir qədər artması bioloji olaraq məqsədəuyğun hesab edilir.
Əziz xanımlar, premenopauzal yaş dövrünü yaşayırsınız, miomanız var? Yadda saxlayın ki, bu dövrdə disfunksional uşaqlıq qanaxmaları  (40-65%) baş verə bilər. Bu qənaətimizi tədqiqatlar sübut edib. Praktikada görürük ki, 40-50 yaşlarında uşaqlıq mioması olan qadınlarda patoloji uşaqlıq qanaması 48-58 faizə çatır. Həmçinin premenopauzal dövrdə endometriumda (uşaqlığın daxili qişasında) baş verən hiperplastik proseslər və yumurtalıqlardakı patoloji dəyişiklikər (kistoz dəyişikliklər, teka-toxumanın hiperplaziyası, kistomalar) hesabına hiperpolimenoreya və menometrorragiya (aybaşı vaxtı qanaxmanın miqdarının və intensivliyinin çoxalması) başlayır. Əksər xəstələrdə həmin dövrdə miomatoz düyünlərin ölçüləri sürətlə böyüyür, bu da uşaqlıq qanaxmaları, endometriumda hiperplastik proseslər və qan azlığı ilə birlikdə uşaqlığın amputasiyası əməliyyatına (cərrahi yolla uşaqlığın kəsilib çıxarılmasına) əsas göstəriş hesab edilir. Adətən bu əməliyyat qadınlara ağır psixoloji təsir göstərir. Lakin xəstənin rahat yaşaya bilməsi üçün bunu etmək məcburiyyətində qalırıq.  
Klimakterik sindrom nədir?
Diqqət yetirməli olduğunuz daha bir məqam klimakterik sindromdur. Məlumdur ki, 46-50 yaş arasında qadın orqanizmində baş verən hormonal dəyişikliklər nəticəsində orqanizmin kompensator adaptasyon cavab reaksiyası zəifləyir, bu da klimakterik sindrom adlanır. Ümumi populyasiyada qadınların 25-30%-də klimakterik sindrom müşahidə edilirsə, uşaqlığın mioması olan xəstələrdə bu göstərici 2-2,5 dəfə çoxalır. Klimakterik sindromun əsasında vazomotor, endokrin-mübadilə və sinir-psixoloji pozgunluqlar dayanır: qadına istilik gəlir, o durduq yerdə tərləyir, ürəkdöyünmələr artır, emosional labillik, yuxu pozğunluğu, hiperxolesterinemiya və s. baş verir. Güman edirik ki, klimaks keçirmiş qadınlara bu hallar yaxşı tanışdır. 

  Postmenopauza dövrü 
Miomalı xəstələrdə menopauza dövrü mioması olmayan qadınlara nisbətən 1 ildən 3 ilədək gecikir. Bu dövrdə  yumurtalıqların və uşaqlığın ölçüləri və kütləsi azalır, 55 yaşında təqribən 60 qram, 65 yaşında 30 qrama qədər olur. Uşaqlığın ölçülərinin kiçilməsinə paralel olaraq miomatoz düyünlər də kiçilir, bəziləri tamamilə yox olur. Lakin bu dövrdə endometrium, uşaqlıq boynu və yumurtalıq xərçənginin əmələ gəlmə riski xeyli yüksəlir. Əgər uşaqlığın mioması menopauzadan sonrakı ilk 1-2 il ərzində kiçilmirsə, sonradan onun varlığı endometriumun və ya yumurtalığın xərçəngi, uşaqlıq sarkomasının əmələ gəlmə təhlükəsi ilə müşayiət edilir. Səhiyyə aləmində belə bir fikir var ki, postmenopauza dövründə sorulmayan fibromiomanın varlığı reproduktiv orqanlarda onkoloji patologiyalar üçün bir siqnaldır. Ona görə də, postmenopauza dövründə sorulmayan miomaların əlamətlərini bilməyiniz vacibdir. Aşağıdakı  klinik əlamətlərdən hər hansını özünüzdə müşahidə edirsinizsə, həkimə müraciət edin və xəstəliyinizə vaxtında çarə tapın. Əlamətlər bunlardır:

”¢menopauzanın gec baş verməsi;
”¢menopauzadan 1 il keçdikdən  sonra uşaqlıqdan qanlı ifrazatın gəlməsi;
”¢menopauzadan sonra ilk illərdə (1-2 il ərzində) miomatoz düyünlərin və uşaqlığın yaşla bağlı ölçülərinin kiçilməməsi;
”¢endometriumun patologiyaları (vəzili-kistoz hiperplaziya, polipoz, atipik, residivləşən hiperplaziya və s.);
”¢mioma ilə yanaşı yumurtalıqların patologiyası (ölçülərinin böyüməsi, kista, kistoma və s.)
”¢başqa səbəblərdən irəli gəlməyən uşaqlıq qanaxmaları (qan xəstəlikləri, mədə-bağırsaq traktının patologiyaları).
Budəfəki söhbətimizdə sağlamlığının memarı olmağa çalışan qadınlarımıza fibromiomaların əlamətlərindən söz açdıq. Kaş ki, bu əlamətləri yadda saxlayıb, tövsiyələrimizə əməl edən olsun. Əminik: yaşından, peşəsindən asılı olmayaraq bütün qadınlar şux həyat yoldaşı və sağlam ana olmağı istəyir. Amma eyni zamanda ailəsi üçün canını fəda edir, sağlamlığını heçə sayır. Ah, qadınlar, qadınlar... Belə etməyin. Özünüzə yaxşı baxın ki, ailənizi də xoşbəxt edə biləsiniz. Hə, darıxmayın. Növbəti söhbətimizdə fibromiomaların müayinə və müalicəsindən danışacağıq.

   GÜNAY ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.

Oxşar xəbərlər
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?