“Hakimiyyət kimin əlində olursa-olsun dövlət müqəddəsdir”
Müsahibə
Oxunub: 4722
19 Aug 2015 | 10:31

“Hakimiyyət kimin əlində olursa-olsun dövlət müqəddəsdir”
Ölkə ictimaiyyəti noyabr ayında keçiriləcək seçkidə qanunverici orqanı - Milli Məclisi beşinci dəfə yeniləmə imkanı qazanacaq. Ölkənin gündəmində duran əsas məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, həll prosesində özünü büruzə verən daxili və xarici maraqlar, eləcə də mövcud şəraitdə tələb olunan vacib addımlar və bundan yararlanmalı olduğumuz suallar ortaya çıxır. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev müsahibəsində bu istiqamətdə yaranan bəzi mübahisəli məqamlara toxunub.


“Birmənalı şəkildə ATƏT-in Minsk qrupundan əl çəkmək lazımdır”

- Fərəc müəllim, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində əsas missiyanı daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətində hər hansı irəliləmə varmı və siz təmas xəttində ermənilərin mütəmadi olaraq atəşkəsi pozmasını və bununla belə keçirilən monitorinqlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun heç bir mənası yoxdur. Çünki, quruma daxil olan dövlətlər - Fransa və Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir. Təsadüfi deyil ki, işğalçı dövlət bu qurumun fəaliyyətindən razı qaldıqlarını ifadə edir. Ermənistan, həmçinin, Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Rusiya bu təşkilat daxilində olan dövlətlərə hər cür dəstək verəcəklərini birmənalı şəkildə bəyan edib. Belə yanaşmalar isə indiki status-kvo üçün “tormoz” rolunu oynayır. Ermənistan da bundan bəhrələnərək, atəşkəsi pozmaqda davam edir. Ona görə də mən ATƏT-in fəaliyyətindən heç nə gözləmirəm. Hesab edirəm ki, bu missiya birmənalı şəkildə ya Avropa Birliyinə verilməldir ki, Rusiya- Gürcüstan müharibəsində olduğu kimi davrana bilsin, ya da BMT-yə verilməlidir ki, BMT ”“nn nizamnaməsində göstərildiyi kimi ya hərbi sanksiyalar, ya da qeyri-hərbi sanksiyalarla qətnamələrin həyata keçirilmsini təmin etsin. 

Hesab edirəm ki, birmənalı şəkildə ATƏT-in Minsk qrupundan əl çəkmək lazımdır. Kompromis variant kimi, burada Fransa və Rusiya Almaniya və Türkiyə ilə əvəz oluna bilər. 
İndiki halda keçirilən monitorinqlərin heç bir əhəmiyyəti yoxdur. Ermənistan Müdafiə Nazirliyində atəşkəs rejiminə əməl olunması, monitorinq qruplarının fəaliyyət göstərməsi, hətta təmas xəttində sülhməramlı qüvvələrin olmasını istəmələri də açıq şəkildə göstərir ki, ermənilər hərbi vəziyyətin aktiv fazaya keçməsindən ehtiyatlanırlar. Ona görə də “ağalarını”, yenə də ATƏT-in Minsk qrupunda olan üzvlərini regiona dəvət edib, bufer rolunu oynamalarını təmin etməyə çalışırlar. 


“Həm Avropa dövlətləri, həm Rusiya və onun müttəfiqləri Azərbaycanı zəif görmək istəyirlər”

- Avropa və Qərbdən gələn təzyiq və təsirlər daha çox nəyə köklənir. İşğalçı Ermənistandan istifadə edən bu qüvvələr bununla nəyə ümid bəsləyirlər?

- Azərbaycan bu gün asılı dövlətdən daha çox, kimisə özündən asılı vəziyyətə salmağı bacaran bir vəziyyətə gəlib. Ən azından Avropanın enerji təhlükəsizliyi birbaşa Azərbaycanla bağlıdır. Bu, Rusiyaya qarşı sanksiyaların tətbiqi və həmin ölkə ilə əlaqələr minimuma çatdırıldıqdan sonra daha aktualdır. Həm Avropa dövlətləri, həm Rusiya və onun müttəfiqləri çox təəssüf ki, Azərbaycanı zəif görmək istəyirlər. Onlar belə dövlətləri müəyyən təsirlər altında saxlamaqla onu istədikləri çərçivəyə salmağa çalışırlar. Azərbaycanın yalnız onların “orbitində” güclü olması onları qane edir.


“Partiya öz düşüncəsini yalnız hakimiyyətə gəlmək üçün kökləyirsə, bu yanlışdır”

- Fərəc müəllim, qarşıdan Parlament seçkiləri gəlir. Partiyanızın seçkilərə hazırlığı necə gedir?

- Seçkilərə hazırlıq prosesi yalnız seçki dönəmində baş vermir. Hər bir partiya bütün fəaliyyətini seçkiyə gedirmiş kimi həyata keçirməlidir. Əslində partiya fəaliyyətinin özü, fəlsəfəsi seçkidir. Partiya özünü cəmiyyətə düzgün təqdim etməlidir ki, insanlar sonda onlara səs versinlər. Partiya öz düşüncəsini yalnız hakimiyyətə gəlmək üçün kökləyirsə, bu da yanlışdır. 
Təbii ki, biz ardıcıl olaraq seçki istiqamətində işlər görürük. Həmişə seçkilərdə öz fikirlərimizi söyləmək, platformamızı təqdim etməkdə maraqlı olmuşuq.
Əlbəttə ki, hazırlıqlarımız var və bu gün namizədlərimizi müəyyən etməklə məşğuluq. Müəyyən məntəqələrdə, nümayəndələrimizin iştirakı ilə bağlı sənədlərimizi yenidən vərəqləyirik, hansı təbliğat üsulunun tətbiq olunacağı ətrafında düşünürük. Ümumiyyətlə, yay olmasına baxmayaraq, hazırlıq işlərimiz pis getmir. Fəaliyyətimiz prosesə start veriləndə daha açıq görünəcək.


“Bizim üçün əsas məsələ fiziki mənada hakimiyyətdə təmsil olunmaq deyil”

- Bu gün ictimai ”“ siyasi sferada, bir çox hallarda müxalifət partiyalarında seçki ilə bağlı hazırlıqlar kafi qiymətləndirilir. Yəni ictimai fikrə “seçki aktivsizliyi”, “seçki sakitliyi” kimi fikirlər sızdırılır. Bu durum və məlum yanaşmalar sizin fəaliyyətinizə nədəsə maneə törətmir ki?

- Əlbəttə ki, arzu olunan və istənilən səviyyədə olmasa da, ən azından real imkanlara, real mühitə uyğun olaraq fəaliyyət göstərməyə çalışmışıq. Bizim partiya əksər partiyalardan ən azı strukturuna görə fərqlənir. Biz probelemlərə qarşı adekvat partiya yaratmışıq. Bizdə Qərbi Azərbaycan Departamenti var. Bu departament qərbi azərbaycanlıların problemi, təzminat məsələləri ilə məşğul olur. Güney Azərbaycanlıları Departamenti var ki, Güney Azərbaycanın taleyi ilə məşğul olur. Bizdə Dərbənd, Borçalı, Qarabağ departamentləri fəaliyyət göstərir. Mübağiləsiz deyə bilərəm ki, bu departamentlər bir çox partiyaların fəaliyyətindən daha çox iş görürlər. Biz cəmiyyətdə nə problemlər varsa, ona adekvat münasibət nümayiş etdirmişik. Bizim üçün əsas məsələ fiziki mənada hakimiyyətdə təmsil olunmaq deyil. Bizim üçün əsas olan mövcud problemlərin həll olunmasıdır. Biz hesab etmirik ki, fəaliyətimiz yalnız meydanlarda boş səs-küy salmaq və effektsiz tədbirlər keçirməkdən ibarət olmalıdır. Biz, Azərbaycan cəmiyyəti ilə həm parlament, həm xarici trubinalar, həm də daxildə sağlam şəkildə işləyirik.


“Hakimiyyət kimin əlində olursa-olsun dövlət müqəddəsdir”

- Necə hesab edirsiniz, partiyaların fəaliyyətində boş səs-küy yaratmalar, effektsiz tədbirlərin həyata keçirilməsi mərhələsi geridə qalmadımı? Cəmiyyət hansı yeni mühitin yaranmasını tələb edir?

- İnsan orqanizminin özündə belə, dəyişikliklər baş verir. Dəyişilməyən yalnız ölülərdir. Mühitin, ölkənin vəziyyətinə uyğun olaraq cəmiyyət dəyişikliklər tələb edir. Monoton şəkildə fəaliyyət göstərmək, yalnız kiməsə böhtan demək, şərləmək, hər şeyin üstündən xətt çəkməklə fəaliyyət göstərmək mümkün deyil. Bu təbii ki, günün birində imtinaya aparmalı idi. Bundan başqa yol yoxdur. Mən hesab edirəm ki, düşüncə mübarizəsi aparmaq, ən yaxşı təkliflərlə çıxış eləmək, mövcud olan problemləri tənqid edib, alternativ təkliflərlə çıxış etmək və sağlam düşüncəni hakimiyyətə daşımaq lazımdır. Mən həmişə dediyim fikri bir daha təkrar etmək istəyirəm: “Quran” həmişə müqəddəs olur və o, kimin əlində olursa-olsun yenə də müqəddəsdir. Dövlət də belədir. Hakimiyyət də kimin əlində olursa-olsun dövlət müqəddəsdir, biz onu qorumalıyıq və hər bir partiya özünün fəaliyyətini onun inkişafı üzərində qurmalıdı. Hakimiyyətə gəlmək, yaxud gəlməmək ötəridir.


“Hər bir insan, hər bir qurum da öz xoşbəxtliyini dövlətin xoşbəxtliyinin içərisində axtarmalıdır”

- Parlamentdə olmayan və getdikcə də özünün aktivliyini itirən bir çox müxalifət partiyalarının indiki vəziyyətinə baxsaq bunu hansı proseslərin nəticəsi kimi səciyələndirmək olar?

- Parlamentdə olan partiyalar konstruktiv təkliflərlə çıxış etmək imkanları qazanırlar. Parlament ikinci tribunadır və hər kəs təklif vermək imkanı qazanır. Məsələn, istər hərbi, istər sosial, istərsə də xarici səfərlərlə bağlı olsun, parlamentdə verdiyim təkliflərin doxsan doqquz faizi nəzərə alınıb. Hətta, bəzi məsələlərin tətbiqi ilə bağlı bizə meydan da verilib . Təşəbbüskar olmaq üçün bu tribuna çox vacibdir. Parlamentə olmayan partiyalar da bu cür təşəbbüslərlə çıxış edə bilərlər. Dövlətin yanında olmaqla, başqa dövlətlərin maraqlarını təmin eləmədən işlər görmək lazımdır. Hər bir partiyanın tərkibində olan insanların fərdi, qrup maraqaları var. Amma bu maraqlar dövlət maraqlarının yanında ikinci dərəcəlidirlər. Hər bir insan, hər bir qurum da öz xoşbəxtliyini dövlətin xoşbəxtliyinin içərisində axtarmalıdır. Əgər kimsə, başqa dövlətin burdakı siyasətini gerçəkləşdirməkdə bir “maşaya” çevrilirsə, o Azərbaycan dövlətinə yad ünsür kimi qəbul olunacaq. Ona görə də parlamentdən kənarda olan partiyalara da tövsiyyəm budur ki, yalnız Azərbaycan dövlətinin möhkəmlənməsi ilə bağlı fəaliyyət göstərsinlər. 


“Cəmiyyət durulduqca bu partiyaların mövqeləri də aydın oldu”

- Vaxt var idi ki, parlamentdə olan müxalifət partiyalarını müxalifət hesab etməyənlər, deyəsən o “səhifələri” qapadılar. Sizcə hansı yeni yanaşmalar var?

- Mən bu adamların ictimaiyyətə hansı fikri ötürmək istəmələrinin fərqində idim. Amma əhəmiyyət vermirdim. Mən hesab eləmirəm ki, ictimai rəyin quluna çevrilmək lazımdır. Bunlar ictimai rəyi fərqli formalaşdırmaq istəyirdilər. Amma cəmiyyət durulduqca bu partiyaların mövqeləri də aydın oldu. Özlərini milli demokrat kimi təqdim edənlərin Milli Şura adı altında başlarının Rusiyanın “qoltuğu altından” çıxdığını görəndən sonra cəmiyyət onların kim olduğunu bildi. Bundan sonra təbii ki, bu gün onlar bizim mövqelərimizin doğru olduğunu etiraf etməyə məcbur idilər. Təbii ki, əgər islah olunacaqlarsa və normal şəkildə Azərbaycana xidmət edəcəklərsə, çalışarıq ki, heç kəs “itməsin”, dövlətimizdə qalsın və ona xidmət eləsinlər. Əgər səhvlərini başa düşüb doğru yola qayıdıblarsa, bunu normal qarşılamaq olar.


“Qarşılarında Azərbaycan cəmiyyətini, ən azından bizim kimi milli qüvvələri görəcəklər”

- Milli Şura sentyabrda aksiyaya hazırlaşır, gözləntiniz nədir?

- Bu günə qədər Milli Şura çox aksiya keçirdi. Amma bir “ovuc adam” ora getmədi. Əslində, 4 milyonluq Bakı şəhərində iki yüz nəfərin toplaşa bilməməsi onlara verilən qiymət idi. Artıq onlar da başa düşməlidirlər ki, dəstək verənləri yoxdur. Onsuz da maraqlı dövlətlər Azərbaycanda özlərinin pozucu işlərini görürlər. Hər kəs bilir ki, Milli Şuranı Rusiya yaratmışdı. Moskvada Cərrahiyyə İnstitutunun akt zalında hansı protokolların qəbul olunmasından belə xəbərimiz var. Əgər yenə də Milli Şura adı altında nə isə etmək istəyirlərsə, qarşılarında Azərbaycan cəmiyyətini, ən azından bizim kimi milli qüvvələri görəcəklər. Onlar Azərbaycan dövlətini yanlış istiqamətlərə aparmağa, müstəqilliyinin üstündən xətt çəkməyə çalışcaqlarsa, təbii ki, bunların qarşısı alınacaq. 


“Mən camaatı aldadan “plakatlarla” işləmək fikrində deyiləm”

- Seçki ilə bağlı hansı problemlərin aradan qaldırılmasını vacib hesab edirsiniz?

- Seçki zamanı yaxşı yalanlar danışan insanlar ortaya çıxır və camaatı aldatmağa çalışırlar. Tutaq ki, asfalt salmaq, qaz çəkmək kimi işləri görəcəkləri barədə vədlər verirlər. Amma deputatın öz funksiyası var. Deputat qanunverici orqanda çalışır və o, yeni qanunlar yaratmalı, onun icrasına çalışmalıdır. Müəyyən yerlərdə problemlərin qaydasına salınmasına çalışmaq da olar ki, bu, başqa məsələdir. Amma ümumilikdə, seçicilərin ayrı-ayrı problemlərini yerinə yetirməkdənsə, bütövlükdə cəmiyyətin problemləri həll olunmalıdır. Biz həm seçicilərlə işləyirik, həm Azərbaycan daxilində qanunvericilik məsələləri ilə məşğul oluruq. Ölkəni kənarda imkanımız qədər çıxış edərək təmsil edirik. Mən camaatı aldadan “plakatlarla” işləmək fikrində deyiləm. Platformamız elan olunacaq, real olan, deputata aid olan məsələlərlə bağlı cəmiyyətə açıq fikirlərimizi deyəcəyik. Biz heç kimi aldadan deyilik. Hesab edirik ki, cəmiyyətlə əlaqələrdə doğru-dürüst olmaq lazımdır. Əgər deputat olmağa namizəd olan adamın deputatlıqla bağlı təsəvvürü yoxdursa, gərək “yarışlara” girməsin. Deputatlığa bir neçə adamın problemini həll etmək, bir-iki işçinin arzusunu yetirən iş yeri kimi baxmaq yanlışdır. Biz cəmiyyətin total hüquqlarının qorunmasında, cəmiyyətin problemlərinin həllində qanunvericilik orqanının əlindən gələni etməsi üçün öz imkanlarımızı ortaya qoyuruq. 
Seçkilərdə müəyyən təşəbbüslərlə çıxış edəcəyik, insanlarımıza, Azərbaycanın inkişaf doktrinasına sahib çıxacağıq. Bizim ana xəttimiz budur. 

Tahirə Qafarlı 

Tahir Seyidov
Oxşar xəbərlər
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO