Rasim Əliyevin ölümünə gedən yol...
Araşdırma
Oxunub: 5140
13 Aug 2015 | 18:38
Rasim Əliyevin ölümünə gedən yol...

Daha bir gənc, istedadlı jurnalist dostumuzu itirdik. Əslində itirmədik, onu əlimizdən, bizdən aldılar. Özü də zorla aldılar. “Sabitlik və inkişaf” nağılının hökm sürdüyü ölkədə günün günorta çağında insanların gözü qarşısında xüsusi amansızlıqla, vəhşicəsinə döyərək qətlə yetirdilər.

Doğrusu deyim ki, Azərbaycanda qəddarcasına döyülən, öldürülən, həbs edilən, ölkədən didərgin salınan, ailəsi ilə, həyatı ilə təhdid edilən jurnalistlərin sayını itirmişəm. Çünki bu say 5 deyil, 10, deyil, hətta 100 də deyil. Ona görə deyə bilmirəm ki, Rasim qətlə yetirilən neçənci jurnalistdir. Amma onu deyə bilərəm ki, artıq bu proses zəncirvarı reaksiyaya çevrilib, ardı kəsilmir. Nə yazıq ki, bu gedişin sonuclanması da görünmür.


Rasimin qatilləri...

Və ya haramlığın, harınlığın qurbanı


... Rasimlə RATİ- nin ofisində tez- tez görüşərdik. Sakit, mədəni, öz işini bilən adam təəssüratı bağışlayırdı. Necə deyərlər, dindirsən dinərdi, dindirməsən yox. Operator kimi öz işinə can yandıran, istedadlı və bacarıqlı jurnalist idi. Azad düşüncəyə, müstəqil mediaya qarşı səlib yürüşünə çıxmış Əliyev rejimi az saylı müstəqil jurnalist təşkilatlarından olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisini bağlayandan sonra həm Rasimlə  görüş saylarımız azalmış, həm də o da digər jurnalist dostları kimi daimi iş yerini və RATİ- dəki həmkarları ilə bir yerdə olmaq imkanını itirmişdi. Nə yazıq ki, Rasimə bu itkiləri də çox gördülər, ömrünün ən gözəl çağında, ailə həyatı qurmağa hazırlaşdığı bir dönəmdə həyatına son qoydular.

Rasim tənqidə dözümsüzlüyün, söz azadlığının, azad fikrin ifadə olunma mümkünsüzlüyünün qurbanı oldu. Rasim ölkədə hökm sürən dərəbəyliyin, sosial ədalətsizliyin, cəzasızlıq mühitinin, bəzi qruplara, şəxslərə verilən xüsusi imtiyazın, səlahiyyətin qurbanı oldu. İdmanla bağlı ölkədə aparılan yalançı təbliğatın, ucuz eyforiyanın  qurbanı oldu.

Xalqın boğazından kəsib idman adı ilə milyardların mənimsənildiyi bir ölkədə idmanımız kriminallaşdırılıb, haramlaşdırılıb və harınlaşdırılıb. Rasim məhz bu kriminallığın, haramlığın və harınlığın qurbanı oldu. Qəbələ futbol klubunun oyunçusu Cahid Hüseynov və onun qohumları jurnalist dostumuzun ölümündə bu və ya digər formada iştirakçı olsa da hadisənin baş vermə səbəbi məhz yuxarıda qeyd etdiklərimiz məqamlarla bağlıdır.

Rasimin digər qatilləri Azərbaycanın rəzil və bərbad günə salınmış səhiyyə sistemi oldu. Məhz 1 saylı şəhər Kliniki Xəstəxanasında lazımi, zəruri tibbi xidmət göstərilmədiyi üçün o dünyasını dəyişdi. Təsəvvür edin ki, 18 radələrində xəstəxanaya yerləşdirilmiş Rasimə gecə saat 01- ə qədər düzgün dioqnoz qoya bilməyən həkimlər onu ağrıkəsici ilə sakitləşdiriblər, yəni aldadıblar. Yalnız xəstə ölüm ayağında olanda, nəfəs alması kəskin pisləşəndə əməliyyat edirlər və bu zaman da artıq gec olur. Sonradan jurnalistin ölüm ilə bağlı açıqlama verən həkimlər bütün qeydləri, diaqnozları, epikrizi, xəstəlik kağızını büsbütün saxtalaşdıraraq özlərini təmizə çıxarmağa, cinayətlərini ört- basdır etməyə çalışırlar. Amma Rasimin anasının, sevgilisinin, dostlarının, ən nəhayət özünün xəstəxanada “Meydan TV”- yə verdiyi son müsahibəsi həkimlərin başdan- ayağa yalan danışdıqlarını sübut edir.

“Sərhədsiz reportyorlar” təşkilatının son məlumatına görə Azərbaycan mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yeri tutur; “Ölkədə bütün müstəqil KİV və QHT-lər ya qapadılıb, ya da susdurulub. Xədicə İsmayılova və Rauf Mirqədirov başda olmaqla 8 tanınmış jurnalist, blogerlər həbsdədir. Onlarla müstəqil jurnalist və bloger son aylar ölkəni tərk etməyə məcbur olub”. Bu kiçik rəqəmlər əslində ölkədə mətbuatın real durumunu əks etdirir. Bu mənzərə Rasim kimi müstəqil düşüncəyə malik insanların jurnalist peşəsinin acınacaqlı və təhlükəli olmasından xəbər verməklə istənilən vaxt onların həyatla vidalaşmasını şərtləndirən əsas amillərdəndir.

... İlham Əliyevin müdaxiləsindən sonra Rasim Əliyevin qətlində iştirak edənlər həbs olundular. Əslində ABŞ-ın ölkəmizdəki səfirliyinin qeyd etdiyi kimi dövlət başçısının jurnalisti qətlə yetirənlərin qanun qarşısında cavab verməsi ilə bağlı göstərdiyi iradə təqdir olunmalıdır. Amma eyni zamanda o da deyilməlidir ki, bu “iradə”- nin formalaşması baş vermiş cinayətlə bağlı sosial şəbəkələrin göstərdiyi adekvat reaksiyanın nəticəsi idi. İlham Əliyev deyir ki, jurnalisti öldürmək söz azadlığına qəsd, demokratiyaya təhlükədir. Çox gözəl. Əgər bu fikirlər həqiqətən ürəkdən, səmimi deyilirsə görəsən bəs tanınmış və istedadlı jurnalistləri, blogerləri, hüquq müdafiəçilərini şərləyib illərlə həbsdə- ölüm ayağında  saxlamağın adı nədir?

“Gəlmişdiniz gördük” nağılı....

Və ya bu ölkəyə kim nə gətirdi?

Bu hakimiyyət ona qarşı irəli sürülən hər hansı ittihamı dərhal 1992- ci il Elçibəy hakimiyyəti ilə bağlayıb deyir; “Gəlmişdiniz gördük də”. İndi eyni sözü Əliyev rejiminə demək lazımdır; 22 ildir gəlmisiniz. Sizin gəlişiniz ölkəyə nə gətirib? Ancaq ölüm, qan- qada, rüşvətxorluq, yaltaqlıq gətirib. 1992- ci ildə jurnalisti küçənin ortasında döyüb öldürmürdülər. Xalqın ziyalısını ağzından güllə ilə vurub evinin qarşısında qətlə yetirmirdilər. Erməniyə güllə atan millət vəkilini dərə xəlvət pusquya salıb güllə- baran etmirdilər. O zaman ancaq torpaqlarımızı işğal edən erməni quldurlarına silah tuşlanırdı, o da döyüş bölgəsində... Dinc, əli yalın Azərbaycan insanının üstünə tank sürüb, silah çəkib qanına qəltan etmək vərdişini bu ölkəyə siz gətirdiniz. Korrupsiyanı, yerlibazlığı, tayfabazlığı, yaltaqlığı bu ölkəyə siz gətirdiniz. Leyla Yunus, Xədicə İsmayılın timsalında mübariz, fədakar Azərbaycan xanımlarını, İntiqam Əliyevin şəxsində ləyaqətli, dürüst Azərbaycan kişilərini, Tofiq Yaqublunun simasında torpaqlarımızı ermənilərdən qorumuş Qarabağ qazilərini, Hacı Tale Bağırzadənin nümunəsində iman əhlini, inanclı insanları şərləyib həbsxanaya salmaq əxlaqını bu ölkəyə siz gətirdiniz. Atanın qisasını övladdan almaq, qohumu qohumdan imtinaya məcbur etmək əxlaqını da bu ölkəyə siz gətirdiniz. Televiziyaları şou əyləncəyə çevirib, milli- əxlaqi dəyərlərimizi ayaqlar altına atıb Dubay yollarını xalqımızın qız- gəlinlərinə siz tanıtdınız. Millətin malına- mülkünə göz dikib onu tarı- mar edib ac- yalavac qoymağı da siz etdiniz. Ölkənin neftini, qazını, hətta az həcmdə olan qızılını çıxarıb satmağı, özünüzə, övladlarınıza milyonlar qazanmağı, büdcəni talayıb ofşar zonalara daşımağı da siz etdiniz. Sonra da dediniz ki, nefti unudun. Halbu ki, bəyənmədiyiniz Elçibəy o neftin hər bareli ugrunda saatlarla mübahisə edirdi (sitat Marqaret Tetçerə məxsusdur- red.) və deyirdi ki, o, gələcək nəsillərindir. Rus qoşunlarını Azərbaycandan çıxaran, ölkədə rüşvətin kökünü kəsən, təhsildə test inqilabı edən Elçibəy məktəbli övladına ayaqqabı almaq üçün maaşını gözlədiyi halda sizlər övladlarınıza Dubay villaları, İngiltərə imarətləri alıb, ölkənin qızıl şirkətlərini, ən bahalı otellərini, banklarını, ticarət mərkəzlərini onlarına adlarına keçirdiniz. İndi özünüz müqayisə edin; bu ölkəyə kim nə gətirdi, kim nə verdi və kim nə aldı?  

 

Rasim ölməyə bilərdimi?


... Rasimin qətli məsələsində Cavid Hüseynovun “Appolon”- “Qəbələ” oyununda vurduğu qol, qoldan  sonra qaldırdığı Türk bayrağı, çoxminli seyriçi önündə və mətbuat konfransında etdiyi hərəkətlər, Rasimin onunla bağlı yazdığı məlum statusdan sonrakı davranışları, özünü toparlamağa və idarəetməyə çətinlik çəkən bəzi ərköyün oyunçuların yer aldığı Qəbələ futbol komandasının başında Kəmaləddin və Taleh Heydərovların durmasını bir kənara qoyuram. Bütün bunlar müzakirə tələb edən fərqli, ayrı- ayrı mövzuların detallarıdır. Mən sizlərin  diqqətini Rasim Əliyevlərin ölümünə gedən yola çəkmək istəyirəm.

Rasim Əliyev niyə öldü, niyə öldürüldü? O ölməyə bilərdimi? Təbii ki, ölməyə bilərdi. Əslində Rasim Əliyevin ölüm yazısı onun Facebook səhifəsində yazdığı statusla başlamamışdı. Rasimin ölüm fitvası onun vəhşicəsinə döyüldüyü gün- heç avqustun 8- də verilməmişdi. Rasimin və onun timsalında yüzlərlə, minlərlə dinc, günahsız soydaşımızın ölümünə gedən yolun başlanğıc tarixi bizi bir az uzaqlara aparır. Bu yolun 22 illik tarixi var. Bu yol şərin xeyrə, nahaqqın haqqa, zorun ədalətə qalib gəldiyi gündən- 1993- cü ildən başlayır. Məhz o zamandan üzü bəri millət vəkili Şahmərdan Cəfərovun timsalında döyüş komandanlarımızın, Ziya Bünyadovun şəxsiyyətində ziyalılarımızın, Elmar Hüseynovun timsalında jurnalistlərimizin, Həmidağa Zahidovun misalında demokratiya şəhidlərimizin, Rafiq Tağının simasında yazarlarımızın, haqsızlığa dözməyib intihar edən Qarabağ əlili Zaur Həsənovun nümunəsində qazilərimizin, Elşad Babayevin şəxsində dinc, günahsız dustaqlarımızın, qeyri- döyüş şəraitində yüzlərlə əsgərimizin və digərlərinin qətlə yetirilməsi, onların qanının batırılması prosesi başlayıb. Bu proses Rasim Əliyevlə bu gün davam edir. Rasim uzun müddət davam edən bu qətliamların sadəcə sıra nəfəri, növbə adamıdır. Dünən Elmar, bu gün Rasim, sabah başqa birimiz olacaq. Biz nə qədər ki, “faili məchul” qətliamlara, ölkəni ağuşuna almış ədalətsizliyə, haqsızlığa, harınlığa “dur” deyə bilməyəcəyiksə RASİMLƏRİN ölümü davam edəcək. Bizim hər birimiz məhz BU GÜN Rasim olmalıyıq. Sabah gec olacaq. Çünki bu gedişlə zatən sabah bir gün Rasimin taleyini hər birimiz bu və ya digər formada yaşamalı olacayıq.


Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

 

 

 

 

 

Oxşar xəbərlər
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans