“İkimiz də sərxoş idik, bir qələt elədik” -MÜSAHİBƏ
Müsahibə
Oxunub: 4088
11 Aug 2015 | 12:45
“İkimiz də sərxoş idik, bir qələt elədik”   -MÜSAHİBƏ
Yıldız Tilbə Türkiyənin ən populyar müğənnisi olmasa da, ən çox sevilən müğənnilərindəndir. Bir çoxlarının dəli zənn etdiyi bu  enerjili, səmimi qadın möhtəşəm mahnıları ilə könüllərdə taxt qurmağı bacarıb. Yıldız Tilbə əvvəlcə Sezen Aksunun vokalisti olaraq karyeraya başlayıb. “Minik Sərçə”nin evində qalan Yıldız onun sevgilisi Uzay Hepari ilə gizli-gizli sevişib. Bununla da Sezen Aksunu özünə düşmən edən Yıldız Tilbə müğənni olaraq karyerasına çox çətinliklərlə davam edə bilib. Narkotikdən istifadə etdiyi üçün bir neçə dəfə başı bəlaya girib. Bir qızı var. 49 yaşlı bu xanımın ruhu hələ də qocalmaq bilmir.
 
İlləri vecinə almayan Yıldız Tilbə yeni albom çıxarıb. Elə bu münasibətlə də məşhur jurnalist Ayşə Armana müsahibə verib.
 
Moderator.az “Şirin söhbət” layihəsində həmin müsahibəni təqdim edir:
 
O, həqiqətən də, çox qeyri-adi qadındır. Seriallarda gördüyümüz qadınlar bir-birlərinə çox oxşayırlar, Yıldız Tilbə isə heç kimə oxşamır. Bu da onu bənzərsiz edir. Bir az vəhşi, bir az yalnızdır. Amma olduqca açıqsözlü, şəffaf bir qadındır. Bu, onunla ilk müsahibəmdir. Amma bilirəm ki, son müsahibəm olmayacaq. Onunla qəhvə içə-içə həyatdan, eşqdən, yalnızlıqdan və kişilərdən danışmaq gözəl idi. Onunla yenə danışmaq, bu səmimi qadının gözlərinə yenidən baxmaq istərdim...
 
- Özünü sevirsən?

- Demək olar ki, hə. Amma bəzi xasiyyətlərim xoşuma gəlmir. Öz-özümə deyirəm ki, "Az ye!", amma çox yeyirəm. "Az iç!” deyirəm, amma çox içirəm. Yenə də özümlə barışmışam.
 
- Səncə, bütün potensialını ortaya qoya bilmisən?

- Ələbəttə ki, yox.
 
- Nə etmək istəyərdin?

- Özümü idarə etməyi bacarmaq istəyərdim. Amma olmur. Biz türkiyəlilər beləyik.
 
- Səncə, niyə bu qədər çox sevilirsən?

- Təbii ki, mahnılarıma görə. O mahnılar insanlarla aramdakı körpüdür. Kiməsə aşiq oluruq, sonra bir mahnı bəyənirik, sevinəndə o mahnı ilə rəqs edirik, kədərlənəndə o mahnını dinləyib  ağlayırıq. Mənim mahnılarım həmin mahnılardandır. Məni özlərindən biri kimi görürlər. Ötən gün yolda bir dinləyicim ilə qarşılaşdım. Deyir ki, “Sən heç bilirsən ki, mən sənin mahnılarınla nələr yaşamışam?”. Haradan bilim axı, amma o sevəndə, canı ağrıyanda məni dinləyib. Tutaq ki, bir qadın evli bir adama aşiq olub. Bunu dilə gətirə bilməz, amma mahnı vasitəsilə deyir. Mən insanların ortaq diliyəm.
 
- Mən sənin çox səmimi olduğunu düşünürəm. Sanki insanların qarşısına “çılpaq” çıxırsan. Onların qarşısında maskasız, yalansız dayanırsan.

- Bir az elədi. Çünki mənim üçün belə rahatdır. Başqa cür ola bilmirəm. Özümü idarə etməyə çalışıram, ancaq elə bir nöqtəyə gəlib çatıram ki, orada idarəni itirirəm. Ürəyimdən keçənləri edirəm. Məni Allah qoruyur.
 
- İllərcə danışıldı. Doğrudan da “Dəlikanlım” mahnısını Uzay Hepari üçün yazmışdın?

- Yox. Əsla elə bir şey olmayıb.
 
- Amma hamı elə bilir...

- Uzaya Allah rəhmət eləsin. Ötən gün Zeynəb Tunuslunu gördüm, onunla da bu mövzuda danışdıq. Dedim ki, “Bir dəfə ikimiz də çox sərxoş idik, bir qələt elədik. Üstümüzə yapışıb qaldı”.
 
- Bəs Sezen Aksu ilə davalarınız, Aysel Gürəllə dalaşmağınız Uzaya görə deyildi?

- Elə bir şey olmayıb. Heç vaxt dalaşmamışıq.
 
 - Mənim sənin rəqsindən, daha doğrusu, rəqs edə bilməməyindən də çox xoşum gəlir.
- Rəqs bədənin hərəkət etməsi deyil? Mən də onu edirəm də.
 
- Sanki bəzən hərəkətlərin musiqi ilə uyğunlaşmır.

-Yox, uyğunlaşır. Səhnədə bədənim musiqi alətinə çevrilir. Mən ritmi bədənimlə hiss edib, onu rəqsə çevirirəm. Ritmi tuta bilməyən sizsiniz.
 
- Mahnılarının sözləri hamıya təsir edir. Bu qədər dərindən, ürəkdən yazmağı necə bacarırsan?
- Hər şey yaradılışla bağlıdır. Mən çox həssasam. Bu, əslində, yaxşı bir xüsusiyyət deyil. Deməli, belə olmalı imiş, müğənni olmaq üçün yaradılmışam.
 
- Müğənniliyə necə başladın?

- Mahnı oxumağa uşaqlıqdan başlamışam. Məhəlləmizdə elektrik xətti yox idi. Televizora baxmaq üçün 4-5 məhəllə uzağa gedirdim. Gecə evə qayıdarkən çox qorxurdum. Var gücümlə qışqıra-qışqıra mahnı oxuyurdum. Səsimi eşidən evin işığını yandırırdı. Sonra məhəllə toylarında oxumağa başladım. Bacılarımın dinlədikləri mahnıları əzbərləyirdim. Yəni mən bu işlə uşaqlıqdan bəri məşğul oluram. Sonra evləndim, maddi vəziyyətimiz yaxşı deyildi, sadəcə, mahnı oxumağı bacarırdım. Ona görə də, müğənni olmağa qərar verdim.
 
- Bir vaxtlar təmizlik işləri üçün evlərə getdiyin düzdür?

- O xəbərlər yalandır. Sadəcə, dayəlik eləmişəm.
 
- Uşağa baxmağı bacarırsan?

- Yox. Mənim bir uşağım oldu. Anam dedi ki, “ikinci uşağı doğma. Sən baxa bilməzsən”. Həqiqətən də qızıma ailəm baxıb. Mən 17 yaşımda ana olmuşam. Anam mənə “doğmuş qız” deyirdi. Qadın olmamışdım, uşaq idim hələ də...
 
- Altı uşaqlı yoxsul bir ailədə böyümək yaradıcılıq baxımdan şansdı, yoxsa şanssızlıq?

- Şansdır, təbii ki. Yoxluq, insanı mümkünsüzü mümkün etməyə məcbur qoyur. Bir daha dünyaya gəlsəm, yenə eyni ana-atanın qızı olmaq istəyərdim. 22 yaşımda anamı, 34 yaşımda isə atamı itirdim. Anam 6 uşaq böyütmüş qadındı. Yorulmuşdu. Həyat yormuşdu onu. 57 yaşında öldü. Yıldız Tilbə olduğumu görmədi. Halbuki müğənni olmağımı çox istəyirdi. Ana tərəfimlə ata tərəfim arasında çox fərq var. Ata tərəfim qatı dindarlardır, çarşaf geyinirlər. Ana tərəfim isə ələvidir, dünyagörüşləri fərqlidir.
 
- Qardaş-bacıların haradadırlar indi?

- Biri xaricdədir, ikisi İstanbulda, biri İzmitdə, digəri də İzmirdə. Hamısı ilə tez-tez görüşürəm.
 
- 49 yaşındasan. 50 yaşa 1 il qalıb. Həyatdan nə gözləyirsən?

- İnsanoğlu qəribədir. 25 yaşımda olanda özümü 100 yaşlı qoca kimi hiss edirdim. İndi isə özümü çox gənc hiss edirəm. Xaricdən qocalıram, daxilən gəncləşirəm.
 

- İndi necə bir qadınsan?

- İnsan yetkinləşir. Qorxuları azalır. 10 il öncə mənə intiharı düşündürən şeyləri indi vecimə almıram.
 
- Səni bir çox ulduzla müqayisə edirlər - Edit Piaf, Emi Uaynhaus, Aysel Gürel. Bu mövzuda nə deyəcəksən?

- Heç biri ilə əlaqəm yoxdur. Mən Yıldız Tilbəyəm. Hamıdan bir dənədir.
 
- 15 ildir ki, həyatında heç kim yoxdur. Bəs o mahnıları necə yazırsan?

- Üzməyi biləndən sonra hər dəfə yenidən öyrənməyinə ehtiyac qalmır. Bu da eynilə belədir. Bir dəfə o hissləri yaşamışam, eşqi bilirəm, tanıyıram. Ancaq həyatımda eşq olanda mahnılar daha dərin alınır.
 
- Eşqsiz yaşamaq səni narahat etmir?

- Aradabir aşiq oluram. Amma platonik olur. Çox qısqancam. Deyək ki, kimsə xoşuma gəldi. Adamın onu bəyəndiyimdən xəbəri belə yoxdur. Mən isə xəyanət etməsi ehtimalı qarşısında onu öldürmə planları qururam. Normal deyiləm.
 
- Xəyanət deyəndə nəyi nəzərdə tutursan?

- Fikrimcə, başqasına baxmaq da xəyanətdir. Hətta adam aynada özünə bir az çox baxsa, dəli olaram.
 
- Səncə, bütün kişilər xəyanət edirlər?

- Allahdan qorxmayan hər kişi xəyanət edər. Çünki Allahdan qorxmayan kişi, qadından da qorxmur.
 
- Bu xasiyyətinə görə, məncə, kişilərin gözünü qorxudursan.

- Təəssüf ki, elə olur. Mənə özüm kimi biri lazımdır, ancaq o da yoxdur. Məndə naz yoxdur. Sibel Can üçün ürəyim gedir, qadının hər yerindən naz-qəmzə tökülür. Mən heç vaxt elə ola bilməmişəm. Atam kimi bir adam axtarıram. Amma elə saf insan tapmaq imkansızdır.
 
- Bəlkə, gənc sevgili tapasan?

- Yox, vaxt sərf edə bilmərəm. Ona süd verəcəyəm? Bu saatdan sonra gənc sevgili məni əsəbiləşdirər.
 
- Amma yaşlı kişi də ürəyini sıxar.

- Yaşlı da istəmirəm. Ağlı başında bir insan olsun. Yenə də Allah bilən məsləhətdir.
 
- Sən heç terapevtə müraciət etmisən?

- Üç dəfə “Balıklı Rum”da, iki dəfə də “Lape”də yatmışam. Amma ağıllı çıxdım, Allaha min şükür! Terapevtlə danışanda qucağımda bir qutu salfet olur. Ağlayıram. Amma terapevt mənə heç nə deyə bilməz. Məni necə sakitləşdirəcək axı?  İnsan həyatda yalnızdır. Kim olur, olsun, dərdi nə olur olsun, özü həll etməyə məcburdur.
 
- Xərçəng xəstəliyi ilə də mübarizə aparmısan? Xəstə olduğunu necə öyrəndin?

- Aşiq oldum, it kimi sevdim. Adam evli çıxdı. Çox pis oldum. Elə bilirdim ki, ölürəm. Onu fikirləşəndə içimdə nə isə böyüyürdü. Həkimə getdim, xəstə olduğumu öyrəndim. Onu unutmağa çalışdım, çox çətin olsa da, bacardım. Ondan sonra da sağaldım. Yenə elə sevə bilərəm, amma heç kimi o qədər çox sevmək istəmirəm.
 
- Adam nə elədi bəs?

- Heç nə, nə edəcək? Evinə qayıtdı. Bütün evli kişilər kimi... Evli kişilər qadınlara qarşı subaylardan daha cəsarətli olurlar və daha çox yalan danışırlar. Adam həm sevgilisini məhv edir, həm də arvadını. Sonra da heç nə olmamış kimi evinə qayıdır.
 
Oxşar xəbərlər
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma