Şirməmməd Hüseynovdan Bəxtiyar Vahabzadə ilə bağlı ilginc açıqlamalar...
Oxunub: 9650
10 Aug 2015 | 15:34
Şirməmməd Hüseynovdan Bəxtiyar Vahabzadə ilə bağlı ilginc açıqlamalar...
Avqustun 16 - da Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur. Moderator.az avqust ayını Bəxtiyar ayı elan edib və Bəxtiyarsevərlərin yazılarını, xatirə və düşüncələrini məmnuniyyətlə saytda oxuculara təqdim edir.

İndi də Azərbaycanın canlı ensiklopediyası hesab olunan qocaman professor, Cümhuriyyət dövrümüzün yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun Bəxtiyar Vahabzadə ilə bağlı "Hürriyyət" qəzetinə müsahibəsini təqdim edirik:

- Şirməmməd müəllim, Bəxtiyar Vahabzadə bu millət üçün kim olub? Biz onu yetərincə tanıya bildikmi?

- Cənubi Afrikada okeanın dibindən elə nadir almazlar tapıblar ki, bəşəriyyət hələ onlardan böyüyünü tapmayıb. O almazları təbiət yaradıb. Amma onu tapanlar əslində heç özləri də bilməyib ki, tapdıqlarının nə qədər qiyməti ola bilər. Yəni o almazın qiymətini onu tapanlar yox, onun təbiətini bilənlər müəyyənləşdirirlər. Vaxtilə belə bir maraqlı hadisə olub. Ən nadir bir brilyant Hindistana gətirilib və bir hind zabiti həmin brilyantı gətirən adamdan alıb. Həmin brilyantı Avropaya aparıb baha qiymətə satmaq üçün onu baldırını əməliyyat etdirib ora yerləşdirməklə ölkədən çıxarmağa müvəffəq olub. Deməyim odur ki, hər millətin də bu cür almazları, brilyantları var və çoxları onun doğru - dürüst qiymətini bilmir. Allah yaratdığı hər millətə və onun fərdlərinə müəyyən istedad və qabiliyyət verir. Amma bəzən o toplumların içərisindən dediyim bu cür almazlar, brilyantlar da yaradıb. Min illər boyu tanıdığmız, adını eşitdiyimiz peyğəmbərlər ki, var, hansı ki, milyardlarla adam onlara səcdə edir, onlar da qeyd etdiyim həmin o brilyantlardır, yəni nadir beyin sahibləridir. Hər bir insan çəkisinin 1 - 1,5 faizini beyin təşkil edir. Ən ağır çəkili beyin iki kilo olub. Ən dahi adamların beyinlərini də çıxarıb saxlayırlar. İllər boyu alimlər tədqiqat aparırlar ki, dahilərin beyinlərinin digər insan beyinlərindən fərqi nədədir. Hətta Rocers Speys adlı amerikan alimi bu məsələyə görə Nobel mükafatı alıb. Bilirsiniz nəyə görə? Fikirləşiblər ki, insanlıq dövlət yaratmaq işini hardan kəşf edib? Dövlətin 3 ayağı var - qanunverici, icraedici və məhkəmə nəzarəti. Görəsən bunu hardan tapıblar? Həmin Rocers Speys kəşf edib ki, Ulu Yaradan hər bir insanın beynində bunun hər üçünü də yaradıb. Məsələn, tutaq ki, bədən su istəyir. Bu qanundur, İcra aparatı həmin suyu təmin edir və sən içirsən. 

- Bəs o zaman məhkəmə nədir?

- Məhkəmə ağıl, zəkadır. Səni həddini aşmağa qoymur. Yəni ürəyin yanır, amma sənə deyir ki, bu qədər içməlisən, artığı ziyan edə bilər. Bu bir ilahi nəzarətdir. Yəni dövlət hər insanın beyninə Allahın hədiyyə etdiyi bu 3 prinsip əsasında yaranıb- qanunverən, icra edən, nəzarət edən. Tutaq ki, sən yolu keçmək istəyirsən və maşın gəlir. Qanun deyir ki, sən özünü qorumalısan. Icraçı da odur ki, sən gələn maşının sürətini ölçürsən görüm mən keçənədək o gəlib çatarmı? Nəzarət də odur zəka səni səhv etməyə qoymasın, maşının altına düşməyəsən. Kim ki, düşür, deməli nəzarət zəifdir. Dövlətdə də belədir. Nəzarət zəif olan kimi aləm qarışır. Bəzən millət də o cür nadir talantlar yaradır, amma öz dövründə onun qiymətini bilmirlər. Bəxtiyarı da Allah bu millətə hədiyyə kimi göndərib, amma biz hələ günü bu gün də nəyi qazanıb nəyi sonadək itirdiyimizi bilmirik. Bilirsiniz, əslində biz iki Bəxtiyar tanıyırıq. Biri məişətdən bizə tanış olan Bəxtiyardı, bir də şair, mütəfəkir Bəxtiyar var. Bəxtiyar öz ailəsində sadəcə atadır və davranışı da digər ataların davranışından fərqlənmir. Amma elə ki, gecə yarıdan keçir və ailə - uşaq yatandan sonra o biri otağa keçib yazmağa başlayanda bambaşqa Bəxtiyar olur. 

- Bəxtiyar deyirdi ki, qatlayıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar. 

- Təbii ki, onda şairlik təkcə alimliyə deyil, hər şeyə qalib gəlir. Orda o ayrı aləmdir. Çünki bayaq dediyimiz kimi o yazmağa başlayanda beyninin şairlik istedadı olan hissəsi hərəkətə keçərək heyrətamiz fəlsəfə fışqırır. Bəxtiyarın şeiriyyatı bəzən adi sözlərlə izaholunmazdır. Adama elə gəlir ki, onun sözlərində ilahi bir ovsun, yüz il, min il sonraya hesablanmış mesaj var. Mən Azərbaycanın gəlib - getmiş şairlərinin şeiriyyətini aşağılamaq istəmirəm, yəni almazın da karatı olduğu kimi şeirlərin də karatı olur məncə. Məsələn, bir var nadir şair olasan, bir var sadəcə yaxşı şair olasan. İkinci minilliyin sonunda - 2 mininci illərin əvvəlində Amerikada, Avropada jurnalistlər belə bir sorğu keçirdilər ki, ikinci minilliyin ən böyük ixtirası və ixtiraçısı kimdir? Rəyi soruşulanların 82 faizi minilliyin ən böyük kəşfinin kitab nəşri, ən böyük ixtiraçısının da Quttenberq olduğunu dedilər. Yəni əsrlərlə insanlar əliylə yazırdılar, amma maşınla yazmaq elmin qarşısını açdı, fanatizm səddini dağıtdı. Bayaq da dedim dahilər öz zəmanəsində dərk edilməyib heç zaman. Bu təkcə Bəxtiyarla bağlı gerçəklik deyil ki. Məsələn, Belinski olmasaydı Puşkini kim tanıyırdı ki. Gərək dahinin özünün də araşdıran, onun dünyasındakı hər şeyi üzə çıxarıb təhlil edən bir adam, bir tənqidçi ola. Amma bu tənqidçinin intellektual bazası, fəlsəfi düşüncəsi Bəxtiyarın yarısı qədər ola ki, onu aça bilə. 

- Bəs Bəxtiyarın Belinskisi nə vaxt zühur edəcək, 100 il sonramı?

- Onu demək çətindir. Amma bəzən təhlil bir yana, təhrif olunmuş məlumatlar da narahatçılıq yaradır və camaatı çaşdırır. İTV - də Flora Xəlilzadə var, Bəxtiyarın oğlu İsfəndiyarla oturur və atası haqqında müsahibə aparırlar. İsfəndiyar nə desə yaxşıdır? Deyir ki, “Gülüstan” poemasından sonra atamı partiyadan, universitetdən çıxardılar.  Mən də dedim ki, İsfəndiyar Vahabzadə, millətə yanlış informasiya vermə. Sənin atanı nə partiyadan, nə də universitetdən çıxarıblar. Həmin vaxt universitetin filologiya fakultəsinin partiya təşkilat katibi mən idim. Özü də vaxtilə yazmışdı ki, mənə partiya töhməti verdilər. O haqq dünyada, biz nahaq, o da yalandı.

-Bəxtiyar da yalan yazarmış...

- Onu yazan məişət Bəxtiyarıdır, şair Bəxtiyar belə şey yazmazdı. 

- Doğrudanmı o boyda “Gülüstan”a görə onu incitmədilər?

- Bu məsələdə hələ də camaatımızın bilmədiyi məqamlar var. 1999 - cu ildə Həsən Həsənov Bəxtiyarın “İstiqlal” kitabını buraxdırdı. Bəxtiyar o kitabda 6 poemasının adını çəkir ki, bunların mövzusunu mənə Şirməmməd Hüseynov verib. Bu barədə bir qədər sonra danışacam. Nizami dövründə nə qədər şair - yazıçı olub, onlardan birinin adı qalıbmı? 870 ildir Nizami babamız bizimlə bir yerdədir. Tarix bax budur. Niyə qızıl qiymətlidir? Bütün metalların canını oksigen alır. Amma qızıla girişə bilmir. Ona görə də Səməd Vurğun deyirdi ki, 

Qızılı udsa da qara torpaqlar
Yenə qiymətini özündə saxlar. 

İnsan metallar içərisində ona görə qızılı meyar seçib ki, heç bir şey onun təbiətini dəyişə bilmir. 

- Bəxtiyar da bu millətin qızılı və brilyantıdır...

- Bunun zamana ehtiyacı var ki, zaman Bəxtiyarı saxlaya biləcək, ya yox. 

- Bəxtiyarın Şəkidəki o balaca büstünü ziyarətə getdinizmi bu dəfə?

- Hər dəfə gələndə birinci ora gedirəm.

- O büstü mən də ziyarət elədim. Mənə elə gəldi Bəxtiyar az qala dil açıb demək istəyirdi ki, mən boyda kişiyə bu büst yaraşırmı heç? Yəqin o Sizə də oxşar gileyi edib...

- Burda bir şey də var. Bilirsiniz necədir? Bəxtiyarın Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi bir şeiri var. Onun 1990 - cı ildə yazıldığı deyilir. Amma həmin şeir bizim dövrümüzdə yazılıb. Bilirsiniz niyə? Tarixi elə qoyub ki, kimsə özünə götürməsin. Bəxtiyar yazırdı ki, 

Bu torpağın özü boyda 
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da can qoydun
Borclu ikən Vətən sənə, xalq sənə, 
Hər şey döndü tərsinə...
Qoymurlar ki, biz də verək 
bu torpaqda bir məzarlıq yer sənə...

Şeirin dalı da var. Deyir ki, amma kimə heykəllər ucaldırıq. O adamlar ki, məzara gömülməlidir, onlara heykəl qoyuruq. 

- Bu millət, bu Vətən Bəxtiyara sağlığında qiymət verdimi?

- Bilirsən nə təhərdi? İstedad çox böyük olanda onu yaradan elə yaradır ki, tarixin bütün keşməkeşlərindən qoruyur. Əgər yerin altında almazın formalaşmasına mane olan qüvvələr Yaradan tərəfindən dəf olunmasaydı, o dönüb brilyant olmazdı. İstedadı yaradanda onu qorumaq vərdişini də yaradır. Bax Bəxtiyarı da qoruyan ilahi qüvvə var.  Ikincisi də onu onilliklər boyu yaxından tanıyan bir dostu kimi deyirəm ki, Bəxtiyarın özü də ən böyük diplomat idi...

- Yəni özünü qorumağı bacarırdı...

- Ay sağ ol. Yanına da elə adamları yığımışdı ki, az - çox Bəxtiyarın istedadını qananlar idi. Məsələn, tarixçilərdən Süleyman Əliyarov, Mahmud İsmayılov, Ziya Bünyadov idi. Dəqiq elmlər sahəsində Xudu Məmmədov, Azad Mirzəcanzadə idi. Məsələn, birlikdə gedərdik Mirzəcanzadənin kabinetinə. Saatlarla onunla elmi yeniliklərlə bağlı söhbət edərdik. Demək istəyirəm ki, onun ətrafında belə adamlar vardı. Amma indi başqa bir məqama da fikir verin. Şəkiyə gəlirdi, istəyirdi ki, beyni bir az istirahət eləsin. Bu zaman o başına kimləri yığırdı? Lotuları. Sən tanımarsan, amma adını çəkən kimi şəkililər tanıyır, Əhmədiyyəni, Kazım doktoru, daha kimləri, yəni Şəkinin lətifə uzmanlarını, yaxud əhlikef adamlarını. Mən bəzən o məclislərdə oturmaqdan imtina edirdim, oturmurdum onlarla. Deyirdim sən bu avaraların söhbətlərinə nəyə qulaq asırsan? Deyirdi indi “atkluçatsa” olmuşam, o biri Bəxtiyara enerji yığıram. Yəni Bəxtiyarda belə şeylər vardı. Özünü də müdafiə etməyi bacarırdı, onu da müdafiə edənlər çox idi. İndi gəlirəm bayaq dediyin “Gülüstan” poemasına. Mənə deyirdi ki, mənə bir dayaq ver, nə deyirsən yazım. Yəni tutacaq yer ver ki, mənə ilişə bilməsinlər. Mən də verdim. 1958 - ci ildə “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı çıxdı. Bizim tarixçilər ilk dəfə olaraq sözün həqiqi mənasında isbat elədilər ki, Bakı bu millətin özünün yetişdiridiyi şəhərdir. Stalinsə deyirdi ki, yuxarıdan qurulub, Bakı Azərbaycanın içindən çıxmayıb. Yəni bu millət formalaşmayıb, kapitalizm mərhələsini keçməyib, feodal patriarxal ölkəsidir, biz qurmuşuq bunu. Amma o kitab çıxanda Moskvada narahat olmağa başladılar. Tökülüşb gəldilər Azərbaycana. Məqalələr çap edərək bizi ifşa etməyə balşadılar. Hətta ermənilər axtarıb ortaya çıxarmışdılar ki, o kitabda Nərimanovun adı 260, Şaumyanın adı isə 210  dəfə çəkilir. SSRİ KP MK-nın şöbə müdiri Svastin və bütün müttəfiq respublikaların partiya tarixi arxivlərinin direktorları gəlmişdi. İstəyirdilər bizə sübut eləsinlər ki, boyunuzdan yuxarı tullanmısınız. Yəni siz kimsiniz ki, olsa - olsa Sov İKP MK-nın bir təşkilatısınız. Deyirdilər siz hardan çıxardınız ki, vaxtilə müstəqil partiyanız olub? Deyim ki, bütün bunları da Şıxəli Qurbanov təşkil etdmişdi. Stalin 56 - cı ildə ifşa olundu, Beriya həbsə atıldı, Bağırov getdi və camaatda qorxu xofu xeyli azaldı. Amma məngənə öz işindəydi və insanları, ideyaları əzməkdə, üyütməkdə idi. Görmədinizmi Şeyx Şamil məsələsinə görə yazıq Heydər Hüseynovun başına nə oyun gətirdilər? Nədi-nədi yazmışdı ki, Şeyx Şamil xalq qəhrəmanıdır və onun savaşı milli qzadlıq hərəkatıdır. Stalinsə vaxtilə böyük rus xalqının sağlığına dedi ki, kim rusun əleyhinə çıxırsa sovet ittifaqının düşmənidir. Şeyx Şamil də Rusiyanın əleyhinə çıxdığı üçün o qəhrəman ola bilməz. Yəni bircə sağlıqla münasibət 180 dərəcə dəyişdi. Həmin dediyim kitabın də 59 - cu ilin noyabrında müzakirəsi oldu. Şıxəli Qurbanov mənə dedi ki, bunlar bizi ifşa etmək üçün fürsət axtarırlar. Sən cavanların nümayəndəsi kimi çıxış edə bilərsənmi? Dedi ki, bu kitabı yazanlar indi cürət edib danışmayacaqlar. Amma sən danışa bilərsən. Bunu da nəyə görə deyirdi? Mən 54 - cü ildə Moskvada müdafiə etmişdim, 4 il orada oxuyub qayıtmışdım, odlu - alovlu vaxtlarım idi. Stalinin ifşasıyla əlaqədar universitetin partiya konfransı oldu. Birinci katib İmam Mustafayev universitetə gəlmişdi. Stalini və Bağırovu ifşa edirdilər. Halbuki bunu bir neçə il əvvəl heç kəs yuxusunda görə bilməzdi. Hətta Stalin öləndə milyonlarla insan oturub zülüm - zülüm ağlayırdı. Çünki şəxsiyyətə pərəstiş narkotik kimi bir şeydir. Məmməd Əmin deyirdi ki, şəxsiyyətə pərəstiş ictimai şüurun xərçəngidir. Sən indi görürsən ki, Şimali Koreyada nə oyun çıxarırlar?

- Ora baxanda bizə şükür...

- Bax onları o qədər inandırıblar ki...

- Beynini yeyərək manqurdlaşdırıblar da...

- Bəli. Bu xəstəlik dünyada yayılıb. Özü də bu xəstəlik Şərqdə kök salıb. Məmməd Əmin niyə prezident respublikası deyil, cümhuriyyət respublikası yaratdı?  Məmməd Əmin yazırdı ki, biz min illər boyu şəxsiyyətə pərəstişlə böyümüşük, padşahlara, sultanlara, xanlara, bəylərə baş əymişik. Demişik ki, bir Allah var, bir peyğəmbər, bir padşah var. İndi də əgər biz prezident respublikası yaratsaq,  o prezident bir neçə ildən sonra öz yerlilərini, öz dost - aşnasını başına yığacaq, adı olacaq prezident, özü olacaq sultan. Özü də bu zaman heç yerdə işlənməyən bir ifadə də dilə gətirib - seçkili monarxiya yaranacaq. Necə ki, Nazarbayev 5 - ci dəfə seçildi, Qəddafi 42 il idi ki, guya hər 5 ildən bir seçilirdi. 

- Qayıdaq SSRİ - də Stalindən sonrakı dönəmin azadlıq havasından yaranan “Gülüstan”a.

- Ona gəlirəm indi. Həmin iclasda mənim çıxışım oldu. Cəmil Həsənlinin “Azərbaycanda milli məsələ 1954-59-cu illər” kitabında mən deyənlərin hamısı var.  Mən çıxış edərək dedim ki, burda bir məsələ qoyulub, amma müzakirəyə çıxarılan bu kitab ona görə yaxşı kiktabdır ki, biz burda öz tariximizi yazmışıq. Amma bu vaxta qədər bizim tariximizi bizi bilməyənlər, heç əlifbamızı belə oxuya bilməyənlər yazıb. Biz nə qəbahət etmişik ki, sadəcə özümüz öz tariximizi yazmışıq. Mən qəsdən Məmməd Əminin o sözünü çəkmədim ki, vaxtilə deyirdilər türklər tarix yaradandırlar, amma tarix yaza bilmirlər. Deyirdi ona görə də türklərin qəhrəmanlığını türk tarixini yazanlar vəhşilik, işğalçılıq kimi, öz işğalçılıqlarını isə qəhrəmanlıq salnamsəi kimi yazıblar. Ona görə də bu gün də Avropada türklərin obrazı cəngavər, vuran, dağıdan, yıxan bir quldur kimi qalmaqdadır. Bu çıxışım şok effekti yaratdı. Svastin Mərkəzi Komitəyə hesabatında yazırdı ki, vızıvaet udivlenie naqlıye vıstupleniye molodoqo prepodavatelya universiteta Şirmammeda Quseynova. Niyə belə yazmışdı? Çünki mən çıxışımda qara məni basınca mən qaranı basım prinsipiylə dedim ki,  ki, Azərbaycan niyə İrana və ya Rusiyaya birləşməlidir, niyə Azərbaycan müstəqil dövlət olmasın ki? Dedim ki, məsələnin bu cür qoyuluşu düzgün deyil. Siz  niyə bu millətin müstəqil dövlət qurmaq ideyasını əlindən alırsınız? Niyə gərək biz hökmən harasa birləşək, niyə müstəqil olmayaq? Hətta bir az qabaqdangəlmişlik edib kitab yazanları da tənqid etdim ki, niyə məsələni bu cür qoymayıblar ki, Azərbaycanın cənubu ilə şimalı birləşməsin, niyə müstəqil olmaq haqqına sahib olamayaq? Bax bu ovqat artıq “Gülüstan”ın yazılmasını şərtləndirirdi. 1963 - cü ildə Gülüstan müqaviləsi imzalanmasının 150 illiyi idi. Bəxtiyar da indi dediyim bu söhbətlərin də içindəydi. Bir gün söhbət edirdik, qayıtdı ki, mən “Gülüstan” poemasını yazmaq qərarına gəlmişəm. Mən məsələni belə qoymaq istəyirəm ki, bizi parçalayıblar və müstəqilliyimizi əlimizdən alıblar. Burda bir haşiyəyə də çıxım. Məmməd Əmin deyirdi ki, nə təhər oldu İslam-Türk  aləmində cümhuriyyət məhz Şimali Azərbaycanda yarandı? Yəni rus Azərbaycanında. Səbəbini də deyir. Deyir ki, bizim ruslarla bir millət kimi tarixən ortaq olan heç nəyimiz olmayıb. Nə dilimiz, nə dinimiz, nə adət - ənənəmiz, nə məişətimiz, nə əxlaqımız ”“ yəni bizi bir - birimizə yaxınlaşdıran heç nə yoxdur. Rus da ona görə bizi işğal edir ki, var - yoxumuzu talayıb aparsın. Milli simamızla işi isə yoxdur. Daha doğrusu, milli simamızı da udmuşdu, amma əridə bilmirdi. Yəni islam dini, milli ruh güclü idi, tarixin özü də hətta ruslardan güclü idi. Türklər 15 imperiya yaradanda hələ rusların dövləti yox idi. Məmməd Əmin də deyirdi ki, biz həmin nəsildənik. Ona görə də cümhuriyyətin yarandığnı deyir. Deyirdi ki, ən dəhşətlisi İrandır. Məişətimiz, dinimiz, musiqimiz, şeirimiz, ədəbiyyatımız eynidir, bizi farslardan ayıran bircə şeyimiz var, o da dilimiz. Fars da onu əlimizdən alıb. Yəni o dili əlimizdən almaqla millətimizi əlimizdən alır. Mən Moskvadan bax Məmməd Əminin bu cür qiymətli əsərlərinin hamısını köçürüb gətirmişdim. Bəs Məmməd Əminin 5 cildini hardan buraxmışam? Bax bunların hamısını indi sənə söhbət eləyən kimi saatlarla Bəxtiyara da etmişəm. Danışardıq, söhbətləşərdik, sonra qayıdardı ki, daha nə var, nə yox? 

- “Gülüstan” üçün sanballı mənbə üçün hazırlıq görürmüş...

- Hələ dalına qulaq as. Bütün bunlardan sonra qayıtdı ki, mənə bir tutacaq ver. Dedim ki, bax ən etibarlı tutacaq budur, deyim, sən də eşit. 1901 - ci ildə Lenin “İskra” qəzetini buraxıb. 1901 - ci ildə gürcülər hazırlaşırdılar ki, Gürcüstanın Rusiya tərəfindən işğalının 100 illiyini bayram etsinlər. Lenin də “İskra” qəzetində yazırdı ki, “Stoletiye ruskoqo ştıka v Qruzii”. Lenin deyirdi ki, siz nəyi bayram edirsiniz, sürgünün və işğalın bayramını qeyd edərlərmi? Bunu sovet dövlətinin banisi Leniun yazırdı. Bunu çıxarıb verdim ki, bundan böyük tutacaqmı istəyirsən? Dedim bax Lenin deyir ki, rusların Gürcüstanı işğalının yüz illiyidir. Bizdə də rus ştıkının 150 illiyidir. 

- Dövlətin banisinin sözlərindən böyük silah olarmı heç?

- Qurtardı getdi. “İskra”dakı həmin məqalənin kopyasın çıxarıb verdim Bəxtiyara, dedim kim səni çağırsa ki, bu nədir yazmısan? Heç nə demə, elə bunu göstərsən susacaqlar. Ona daha bir tutacaq da verdim. Lenin Rusiyanı xalqlar həbsxanası adlandırırdı. Elə isə tarixdə öz xoşuyla həbsxanaya girən olubmu bu vaxtadək? Yəni biz könülü gedib girmişik rus boyunduruğuna? 

- Sən demə, “Gülüstan”ın mövzusun elə bu Lenin gorbagor veribmiş ki...

-Bunu bu günədək təhlil edib ortalığa çıxaranlar yoxdur...  

Ardı var...

Oxşar xəbərlər
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
"Əlbəttə, Zurabişvilini aradan götürməliyik..."-Rus politoloq
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq