“Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoyub?
Araşdırma
Oxunub: 4675
07 Aug 2015 | 02:41
“Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoyub?

Bir neçə gün öncə fantastik “Xəzər adaları” layihəsinin müəllifi, iş adamı İbrahim Nehrəmlinin (Hacı İbrahimin) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”ə) çağrılması Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan cinayət işini yenidən gündəmə gətirib.
Bankdan götürdüyü 100 milyonların müəyyən hissəsini qeyri-real layihəni reallaşdırmaq adı ilə Xəzərdə batırdığı, böyük hissəsini də xaricdə biznesə, dəbdəbəli maşınlara, təyyarəyə, model gözəllərə yatırdığı ehtimal edilən İ.Nehrəmli sorğu-sualdan sonra buraxılsa da, “Bandotdel”in zirzəmisində xeyli sayda iş adamının olduğu bildirilir.
1AATədqiqatın gedişatına yaxın olan məlumatlı mənbə “Turan” agentliyinə hazırda “Bandotdel”də Beynəlxalq Banka kreditlərini ödəyə bilməyən 20-yə yaxın sahibkarın saxlanıldığını bildirib. Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 milyon dollardan 340 milyon dollara qədər kredit öhdəliyi var.
Maraqlıdır ki, 10 milyonlarla, hətta 100 milyonlarla krediti girovsuz verən Beynəlxalq Bankın rəhbərliyindən hələlik heç kim saxlanılmayıb. Yalnız Bankın Dubay nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynov saxlanılıb. Onun da girovsuz kredit buraxdığı üçün deyil, bankın 100 milyonlarla dollar vəsaitini təyinatından kənarlaşdırılmasında şəxsən iştirak etdiyi üçün saxlanıldığı iddia edilir.
Əlbəttə, 100 milyonlar dövlət vəsaitinin bankın rəhbərliyinin icazəsi olmadan hansısa iş adamına verilməsi mümkünsüzdür. Belədə Beynəlxalq Bankdan müvafiq qaydalar və normalar pozulmaqla böyük kreditlər buraxan bank rəhbərliyindən heç kimin məsuliyyətə cəlb edilməməsinin səbəbi açıq qalır. Hər halda 100 milyonları təminatsız şəkildə sağa-sola paylayan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin və ətrafının həbsdən kənarda qalması qəribədir. Ancaq qəribə olan tək bu deyil.

1401173005-823Belə ki, məlumatlı mənbədən “AzPolitika.info”-ya şərti olaraq “Kredit işi” adlanan cinayət işi ilə əlaqədar sensasion məlumatlar daxil olub.
Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, Beynəlxalq Bankdan kredit adı ilə götürülüb mənimsənilən və ya qaytarılması qeyri-real olan vəsaitlərlə bağlı cinayət işinin istintaqı artıq 3 aydır ki, davam edir. Bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb.
Nazir Ramil Usubovun birbaşa nəzarəti altında “Bandotdel” tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan istintaqa cəlb olunub. “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayının 100-lərlə olduğu bildirilir. Bu işlə bağlı 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasında idi.
Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində) ödəmək öhdəliyi götürənlərin sərbəst buraxıldığından hazırda onların sayının 20-yə düşdüyü bildirilir. Ancaq bu heç də cinayət işinin miqyasının kiçilməsi demək deyil.

379455_46262Belə ki, bu işlə bağlı “AzPolitika.info”-ya verilən son məlumata görə, “Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
Nə qədər qəribə olsa da, ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı “Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.
Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir çoxunun “Bandotdel”ə çağrıldığı, krediti nə üçün, hansı yolla götürdüyünə dair sorğu-sual edildiyi də verilən məlumatlar sırasındadır.
Mənbəmiz bunun nə məqsədlə həyata keçirildiyinə dair dəqiq bilgiyə malik olmasa da, siyahıda adı olanların böyük hissəsinin Beynəlxalq Bankdan kredit adı ilə götürülərək mənimsənilən kreditlərlə heç bir bağlılığının olmadığını bildirir.
manset haci ibrahim cahangirazpolitikaBankın “yoxa çıxan” milyardlarının isə təxminən 25-30 nəfərdə olduğu bildirilir.

Belədə həqiqətən Beynəlxalq Bankdan istehlak krediti götürmüş, hətta nə vaxtsa götürdüyü kreditləri qaytaran vətəndaşların istintaqa cəlb olunmasına, ölkədən çıxışına qadağa qoyulmasına məntiqi izah tapmaq çətindir. Nəzərə alsaq ki, bu insanların içərisində xaricə işgüzar səfər edənlər, müalicə üçün gedənlər də var, bu “STOP” qərarının həm də vətəndaşların hüququnu da kobud şəkildə pozduğunu söyləyə bilərik.
Hansı ki, buna görə, “Bandotdel”dən daha çox müştərilərinin siyahısını sanki cinayət törətmiş şəxslər kimi bu quruma təqdim edən Beynəlxalq Bankın rəhbərliyi daşıyır.

Bunun dəqiq izahını vermək çətin olsa da, ehtimal etmək olar ki, Beynəlxalq Bankdan 100 milyonları götürüb xərcləyənlərin böyük himayədarları olduğundan, onlara nə bank rəhbərliyini, nə də hüquq-mühafizə orqanlarının gücü çatır. Milyardların kiçik bir qrup tərəfindən YEYİLDİYİNİ GİZLƏTMƏK üçün isə CİNAYƏT İŞİNƏ cəlb olunanların sayını artırlar.

95214Yeri gəlmişkən qeyd edək ki, ilkin məlumatlarda Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcminin 6-7 milyard manat olduğu bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq Bankın ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır.
Böyük ehtimalla, bu zaman Beynəlxalq Bankdan alınan, hələ vaxtı keçməyən, ancaq şübhəli layihələrə yatırıldığı üçün qaytarılması perspektivi görünməyən vəsait nəzərdə tutulur.
Belə ki, 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu pulları adətən sonradan ləğv etdikləri şirkətləri vasitəsilə şübhəli layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.
Təsdüfi deyil ki, Beynəlxalq Bankın ötənilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.
2XABu cür hallarla bağlı məlumatlar zaman-zaman mətbuatda da işıqlandırılıb. Məsələn, hələ 4 il əvvəl mətbuatdaXəqani Bəşirov adlı iş adamınınBeynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsilə 185 milyon manat kredit götürdüyü və qaytarmadığına dair araşdırma dərc olunmuşdu. Hansı ki, Xəqani Bəşirovun Cahangir Hacıyevlə yaxın dost olduqları məlumdur.
Başqa bir fakt: hələ bir neçə il əvvəl «K 800» traktoru sürmüş Füzuli Dünyamalıyev adlı şəxsin adına təsis edilən “Qafqaz Holdinq”in Beynəlxalq Bankdan zəmanətsiz 10 milyonlarla dollar kredit götürdüyü, sonradan isə holdinqin “iflas etdiyi”, milyonların ortadan çıxarıldığı məlum olmuşdu. Onun baş nazir Artur Rəsizadənin himayəsi altında olduğu da bilinmişdi.
Və yaxud iki il öncə «Anonious» haker qrupu «Azərenerji» ASC ilə bağlı sənədləri açıqlayarkən maraqlı faktlar ortaya çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankdan «Azərenerji» 140 milyon manat, «Şəki RET» MMC isə ə 36.02 milyon manat kredit götürüb qaytarmayıb. İş məhkəməyə getsə də, nəticə olmayıb.
“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü 100 milyon manatdan artıq krediti qaytarmadığı üçün məhkəməyə verilməsi haqda məlumatı isə ötən il “Azpolitika.info” yaymışdı.
haci ibrahim cahangir azpolitika.info mansetBelə faktların sayını artırmaq da olar. Hansı ki, bunun nəticəsində Beynəlxalq Bank həm vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan, həm də maliyyə çətinliyi ilə qarşılaşan banka çevrilib”¦
Göründüyü kimi, Beynəlxalq Bankda belə bir vəziyyətin yaranmasında Cahangir Hacıyevlə yanaşı, müxtəlif sahələrin rəhbərlərinin, ayrı-ayrı oliqarxların da ciddi rolu olub.Sözsüz ki, C.Hacıyev Hacı İbrahim,  Nizami Piriyev kimi iş adamlarına 10 və ya 100 milyonlarla krediti onları himayə edən, arxasında dayanan yüksək vəzifəlilərin xahişi, zəmanət ilə verib. Bəzi yerli və xarici iş adamlarına, oliqarxların sonradan ləğv olunan şirkətlərinə külli miqdarda pul verilməsinə də C. Hacıyevin təkbaşına qərar vermədiyi şübhə doğurmur. İşin “Bandotdel”də məxfi aparılmasının və konkret bir nəticə əldə edilə bilinməməsinin səbəbi də yəqin ki, budur.
Hər halda istintaqın 3 aydır davam etməsinə rəğmən, hələ də 100 milyonlarla vəsaiti girovsuz verənlərin və təyinatından yayındıranların məsuliyyətə cəlb olunmaması (və ya bu barədə məlumatın yayılmaması) işin arxasında oliqarxların, ciddi dairələrin dayandığı ehtimalını artırır.
Mümkündür ki, prezidentin bank sektorundakı maxinasiyalara son qoyulması və özəlləşdirmədən öncə Beynəlxalq Bankdakı vəziyyəti tənzimləmək barədə göstərişini yerinə yetirən dairələr oliqarxların, yüksək vəzifəli şəxslərin müqaviməti ilə üzləşiblər. Bu üzdən də bankdan götürülüb qaytarılmayan və təyinatından yayındırılaraq mənimsənilən milyardların məsuliyyətini daha geniş çevrə ilə bölüşmək istəyirlər. Bacaracaqlarmı, zaman göstərəcək!

Oxşar xəbərlər
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü