“10 ildən sonra Rusiya Çin təhlükəsinə görə Qərbdən imdad diləyəcək”
Oxunub: 4941
15 Jul 2015 | 00:29
“10 ildən sonra Rusiya Çin təhlükəsinə görə Qərbdən imdad diləyəcək”
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə müşaviri bir neçə gün öncə qəfildən Bakıda zühur edərək maraqlı açıqlamalarda bulundu, "Cənub" qaz dəhlizi ilə bağlı bildirdi ki, bu layihə təkcə kommersiya deyil, daha çox diplomatik və strateji önəm kəsb edir.
Görünür, Azərbaycandakı insan haqları və söz azadlığı sahəsindəki vəziyyəti mütəmadi tənqid etməsinə baxmayaraq Vaşinqtonun "nə əldən qoyur, nə yardan doyur" siyasəti davam edəcək. Başqa bir vacib məqamsa Putinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına gələcəyiylə bağlı bəyanatıdır. Bu, Azərbaycanı zorən Avropadan ayırmaqdır, yoxa sadəcə Qərbin əsəbləriylə oynamaq?

Moderator.az - ın əməkdaşı eks - spiker Rəsul Quliyevə ünvanladığı bu suallara ətraflı cavab alıb:

"Böyük ölkələrin xarici siyasəti şahmat oyunudur. Oyunun əvvəlindən strategiya qurmasan və taktiki addımlarla ona doğru irəliləməsən uduzmağa məhkumsan. ABŞ üçün ən mühüm məsələ superderjav statusunu uzun müddətə saxlamaqdır. ABŞ - ın dünyanın superderjava olmasının tarixi Birinci Dünya müharibəsinin 1918 - ci ci ilində qoşunlarının Fransanın sahillərinə çıxarılmasından başlayır. 100 ilə yaxındır ABŞ superderjavadır və 1965 - 1990 - cı illər ərzində Sovet İttifaqı ancaq nüvə silahının və transkontinental raketlərinin sayına görə ikinci superderjava olub. 1990 - cı ildən ABŞ - ın yaratdığı raket əleyhinə müdafiə sistemi yenidən ABŞ - a dünyanın tək super derjava statusunu qaytarıb. Çin Xalq Respublikasının 30 il bundan öncə başladığı iqtisadi reformalar öz nəticəsini çox qısa bir müddətdə göstərdi. 2000 - ci illərdən Çinin dünyada daim artmaqda olan təsirinin qarşısını almaq üçün ABŞ yeni strategiya qurmağa məcbur oldu. Həmin strategiyanı hər il korreksiya etmək məcburiyyətində qalan (Çinin ildə 8 - 10 faiz milli gəlirini artırmasına görə) ABŞ bir neçə istiqamətdə iş aparır. Hansılardır bu istiqamətlər?
 
1. ABŞ - ın təbii partnyorlarının hamısı demokratik seçkilərin nəticəsində formalaşmış dövlətlərdir. Bu partnyorların içərisində birinci yeri Avropa İttifaqı tutur. Və Avropa İttifaqı həmişə (milli məhsul istehsalına görə artıq Amerikanı keçməsinə baxmayaraq) ABŞ - ın kiçik qardaş partnyoru olacaq. Çünki Avropa İttifaqı monolit deyil. ABŞ - ı məsələn Almaniya, Fransa və qismən İtaliya böyük qardaş istəməsə belə yerdə qalan ölkələrin hamısı başda Böyük Britaniya olmaqla  böyük qardaş kimi qəbul edir və bu həmişə belə olacaq. Amerika qitəsindən bir neçə ölkələri (Venasuela, Nikaraqua, Boliviya - avtoritar rejimli ölkələr) çıxmaq şərtilə yerdə qalan ölkələrin hamısı ABŞ - ın partnyorlarıdır və hər vaxt qalacaqlar. Bu ölkələrin ABŞ - la münasibəti birbaşa ölkədəki korrupsiya və rüşvətin səviyyəsindən asılıdır. Məsələn, korrupsiya və rüşvətin olmadığı Çili Amerikaya Brazilyadan daha yaxındır. 
 İnsan haqlarının müdafiə edilməsi, demokratiyanın bütün ölkələrdə inkişaf etməsi ABŞ - ın siyasətinin əsas tərkib hissəsidir, qlobal superdövlət strategiyasının bir nömrəli istiqamətidir və bu istiqamət heç vaxt dəyişilməyəcək. ABŞ demokratiyanın bərqərar olması üçün müxtəlif ölkələrdə müxtılif variantlardan istifadə edir. Hansı ölkələrdə müxalifətin ölkə idarə etməyə gücü yetərlidirsə və müxalifətdə demokratik ideyalar hakimiyyətə gəlmək naminə deyil, sözün əsl mənasında qəbul edilirsə, o ölkələrə mənəvi və maddi dəstək verir. Şərqi Avropa ölkələri, keçmiş Sovet İttifaqından Ukrayna 2 dəfə, Gürcüstan, Moldova, Baltik respublikaları bu ölkələrdəndir. Ölkə daxilində müxalifətin zəif və ya olmadığı təqdirdə məcburən siyasəti başqa istiqamətdə aparır və bu məcburi istiqaməti bu tip ölkələrin zəif müxalifəti ikili standart adlandırır. Məsələn, Səudiyyə Ərəbistanı, Qatar, Orta Asiya ölkələri, Azərbaycan müxalifəti olmayan ölkələr sırasına daxildir və təbii Amerika, məsələn, Ukraynada apardığı siyasəti bu ölkələrdə aparmaq şansına malik deyil. Amerikanın 2006 - cı ilə qədər Azərbaycanda apardığı siyasətlə bu günkü siyasəti arasında yerlə göy qədər fərq vardır. 2012 - ci ilin əvvəlində Azərbaycanda dəyişiklik etmək olar (demokratik seçkilər) məsələsinə yenidən entuziazmla yanaşan ABŞ - ın ümidlərinin üzərindən 2013 - cü ilin ortalarında müxalifətin özünü aparması qara bir xətt çəkdi və bu proses indiki özlərini müxalifət adlandıranlar meydanı tərk etməyəcəyi günə qədər belə də davam edəcək. Bu heç də Amerika Azərbaycanın prezidenti və onun siyasətini neft və qaza görə dəstəkləyir demək deyildir, bu, xalqının hakimiyyətə sahib çıxmaq şansı olmayan bir ölkə ilə diplomatik əlaqələri kəsmək və ya gərginləşdirməklə onu təhlükə saydığı ölkələrin (Rusiya və Çinin) qucağına atılmasına mane olmaq deməkdir. 
 
2. ABŞ - ın stategiyasının tərkib hissələrindən biri başqa ölkələrdə olan korrupsiya və rüşvətin qarşısını almaq üçün beynəlxalq mübarizəni təşkil etməkdir. Çünki korrupsiya və rüşvətin inkişaf etdiyi ölkələri Çin və ya Rusiya kimi böyük dövlətlər müxtəlif vədlər və bir başa verilən rüşvətlə və ya diktatorların qara biznesinə şərait yaratmaqla bu ölkələrin siyasətlərini bildiklərim kimi yönəldirlər. Super derjav olmaq istəyən Çin və onun əlaltısı rolunda çıxış edən Rusiya (Putinin fikrincə Qərb RF-nı bərabər partnyor kimi qəbul etmir, ancaq Çin qəbul edir. Ancaq çox qısa bir zamanda Çinin Rusiyanı hətta Hindistandandan aşağı səviyyəli partnyor olduğunu açıq aşkar göstərəcək) iqtisadi inkişafının tempini saxlamaq üçün yeni bazarlar ələ keçirmək istəyir. Həmin o ŞOS - lar, BRİKS - lər Çin tərəfindən bu məqsədlə yaranıb. Bu ittifaqda olan və oraya daxil olmaq istəyənlərin daxili bazarlarının Çin malları tərəfindən işğalı, əsas istehsal sahələrinin Çin investisiyası ilə zəbt olunması qaçılmazdır. Siz özünüz bir anlığa müqayisə edin. Məsələn, Rusiya (Orta Asiya ölkələri, Azərbaycandan heç söhbət açmağa dəyməz) Çinə neft və qazdan başqa hansı istehsal etdiyi malı sata bilər, heç bir şey. Çinsə bu ölkələrin hamısına iynədən tutmuş müasir texnologiyalı kosmik raket sisteminə qədər hər şey sata bilər. Çinin superdövlət olmaq siyasəti məlumdur və ABŞ buna mane olmaq istəyir. Ukrayna hadisələrindən sonra RF ”“ sı Çinin bu məqsədini həyata keçirməsinə kömək edir. Çinlə belə əmakdaşlıqda RF-nın ölkəsinin müstəqilliyini sual altına qoyduğunu anlaması üçün müəyyən bir vaxt lazımdır, yəni 10 ildən sonra Rusiya ölkəsinə böyük sürətlə nüfuz edən Çinin təhlükəsini başa düşüb Qərbdən imdad diləyəcək, buna heç şübhə yoxdur. Ancaq bu məqam çatana qədər ABŞ ətrafda olan böyük və kiçik ölkələrin o cümlədən Azərbaycanın maksimum bu birliyə yaxınlaşmaması üçün çalışır. Və bu işi o tək Azərbaycanda yox, Orta Asiya ölkələri, Hindistan, Pakistan və İranda da görür. 2015 - ci ildən ABŞ heç bir başqa ölkədən neft və qaz almır, əksinə, ixrac etməyə hazırlaşır. İqtisadi lazımlılıq baxımından dünyada neft və qaz hasilatının aşağı düşməsi ABŞ üçün əhəmiyyət kəsb edir və onun eksport potensialını artırır. Ona görə də ABŞ - ın Azərbaycan neftində marağı var iddiası avvamlıqdır, heç Azərbaycanda ABŞ neft firması belə yoxdur. ABŞ - ın neftdə yox, Azərbaycanda Rusiyanın təsirinin minimal etməkdə marağı var və o bu işi görür. Sözsüz, ABŞ Azərbaycanda demokratik, xalqın hökümətinin yaranmasını istəyir, çünki bu hadisə Azərbaycanı həmişə qərblə olmağa məhkum edir. Ancaq ölkənin indiki daxili vəziyyəti və müxalifətin ağlar gündə olması Amerikanın Azərbaycanla əlaqədar siyasətində vaxt udma siyasətini qabarıq şəkildə göstərir. Son 100 ildə ölkədə kifayət qədər ağıllı və xalqın inadığı müxalifətin olmadığı şəraitdə hətta işğal yolu ilə ABŞ heç bir ölkədə (Vyetnam, İraq, Əfqanıstan, Liviya) demokratiyanın tam qələbə çalmasına nail ola bilməyib. Ancaq daxildə sağlam müxalifəti olan 10 - larla ölkədə ( o cümlədən, bizim yaxşı tanıdığımız Ukrayna, Gürcüstan, Moldova) işğalsız demokratiyanın qələbə çalmasına nail olub. Bir çox başını zora salmaq istəməyənlər "mən ABŞ - da yaşayıram, ona görə də belə yazmalıyam" iddiası ilə çıxış edirlər. Mən yazdıqlarım obyektiv analizdir, ABŞ siyasəti üçün alternativ düşünənlər boş danışmaqdansa Amerika hansı siyasəti aparsa Azərbaycanda nə isə dəyişməyə nail olmaq olar, bunu yazsın. Dediklərini indiyə qədər olmuş hadisələrlə sübuta yetirsin."
 
 Rəsul Quliyev bir neçə cümlə də Qərbin İranla dil tapmasına münasibət bildirib:

"İranın nüvə tədqiqatları ilə əlaqədar qəbul olunmuş razılıq ilk növbədə İran xalqının inkişafına xidmət edəcək. Ancaq İrandan eksport embarqosunun çıxarılması müəyyən vaxt tələb edəcək. Neftin qiymətinin aşağı düşməsində İran neft hasilatı mühüm rol oynaya bilər. İlk növbədə Rusiyanın neft eksportu çətin vəziyyətə düşəcək. Çünki İran neftinin istehsalının maya dəyəri Rusiyanınkından azı 3 dəfə aşağıdır. İranla imzalanmış saziş böyük dövlətlərin strategiyasında müəyyən dəyişiklər etməyə səbəb olacaq. Ancaq bu barədə konkret fikir söyləməyin zamana ehtitacı var." 

Oxşar xəbərlər
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:21
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
02 May 2024 | 12:19
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:21
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
02 May 2024 | 12:19
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO