“Dindaram, amma dindən bir şey bilmirəm” - Şeyxin qardaşı
Müsahibə
Oxunub: 2270
03 Jul 2015 | 11:42
“Dindaram, amma dindən bir şey bilmirəm” - Şeyxin qardaşı
“Sosial şəbəkələrdən istifadə etməyə qorxuram” 

“Millət vəkilləri də var ki, heç  nədən  fırtına  yaradırlar”

“Dünyanın heç yerində sarı zolaq gediş yolunun sol hissəsində olmur”

Moderator.az Millət vəkili Cavanşir Paşazadənin qafqazinfo-ya verdiyi müsahibəni təqdim edir:

- Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Mən Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etmişəm. Bu tədbir dünyaya səs saldı. Bunu hər kəs deyir. Tədbirin mənfi tərəfləri barədə danışanlar da oldu. Amma buna baxmayaraq Azərbaycan öz möhürünü dünyada qoydu. Təəccüblü hal o oldu ki, Oyunların açılışına Azərbaycanda o qədər də böyük maraq yox idi. Bunu tamaşaçıların gəliş-gedişindən hiss etmək olardı. Tədbirin bağlanışı daha möhtəşəm oldu. Bilirsiniz ki, biletlər də satılıb qurtarmışdı, əlavə biletlər verildi. Deyə bilərəm ki, Azərbaycanın indiyə kimi beş diplomu vardısa, bu Oyunlardan sonra altıncı diplomunu da qazanmış oldu.

- Avropa Oyunlarında erməni atletlər də iştirak edirdi. Azərbaycan idmançısı Həsən Əliyev erməniyə uduzanda onu qınayanlar çox oldu. Eyni zamanda prezidentin erməni əsilli idmançını mükafatlandıran zaman zaldan gələn fit səslərini dayandırmaq üçün  verdiyi  reaksiyanın da şahidi olduq və prezident bir daha öz jesti ilə göstərdi ki, idmanı siyasətə qatmaq olmaz. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu idmandır. İdmançını qınamaq, ona mənfi reaksiya vermək etikaya uyğun deyil. Oyunda hər hadisələr ola bilər.  Bu o demək deyil ki, oyunçunun cəsarəti yox idi. Təbii ki, o heç istəməzdi ki, erməniyə uduzsun, biz isə ümumiyyətlə bunu istəməzdik. 

İkinci məsələ isə, fitə basılan idmançıya Azərbaycan prezidentinin alicənablılığının, jestinin şahidi olduq. Yəni bu o demək idi ki, tamaşaçıların etdiyi hərəkət düzgün deyildi. Orada əyləşən tamaşaçılar da səhvlərini başa düşdülər. Düşmən də olsa, ölkəmizdə qonaq olduğuna görə, ona mənfi münasibət bəsləməyə haqqımız yox idi. Prezident jestiylə bunu nümayiş etdirdi.

- Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Avropa Oyunları ərəfəsində idmançıların oruc tutmamasının məqbul sayılacağı barədə fətva verildi. Bu fətva birmənalı qarşılanmadı..

- Deməzdim ki, bunu birmənalı qarşılamayıblar. Təbii ki, bəzi insanlar bu işi bilmir, qəlblərində qaranlıq mühit var. Düşünürdülər ki, bu beş günü idmançılar uduzsaydı, ürəyimiz sərinləşərdi. Azərbaycanın 21 yox, 15 qızıl medalı olsaydı, onların ürəyinə daha sərinlik gələrdi. Mənim fikrimcə, əgər bir yarışda, müharibədə ölkəmin simvolu qalxacaqsa, buna getmək olar. Allah da razı olmaz ki, biz uduzaq. Kiminsə qabağında əskik olmağımızı rəva bilməzdi. Bu təkcə şeyx həzrətlərinin verdiyi fətva deyildi, onun dini icması tərəfindən qəbul edilmişdi. 



- Orucluqdan söz düşmüşkən, hər dəfə Ramazan ayı başlayanda özlərini din xadimləri kimi təqdim edənlər müxtəlif fətvalar verirlər. Belə məsələlər də dinə əsaslanmadığından mübahisələrə səbəb olur. Məsələn, biri demişdi ki, saqqız çeynəmək orucu pozmur...

- Mən dindaram, amma din sahəsindən bir şey bilmirəm. Öz fikrimə gəlincə isə, məsələn, saqqız çeynəsəm, oruc pozulacaq, çünki onun tərkibində bir sıra maddələr var. İnsan da bu maddələrlə qidalansa, təbii ki pozulacaq. Bu, düzgün hərəkət deyil. 

- Ramazan ayında bayram namazının Türkiyə ilə müqayisədə Azərbaycanda fərqli vaxtda qılınması hər il  müzakirələrə səbəb olur. Uzun illərdir ki, Ramazan ayının nə zaman başlayıb nə vaxt bitəcəyi əvvəlcədən alimlər tərəfindən hesablanaraq təqvimlərə salınıb. Bu texnoloji inkişaf öz təsdiqini tapıb. Bizdə isə bayram namazının vaxtı bir gün sonraya təsadüf edir...

- Qonşu dövlətlərlə bizim aramızda saat, gün fərqi var. İndi o cür düşünənlər necə bilir ki, bizim inkişafımız çoxdu, yoxsa o sadaladığınız dövlətlərin inkişafı çoxdur ki, nəticədə bu fərq yaranır? Bəlkə, biz çox inkişaf etmişik, onlar geridə qalıblar. Azərbaycan alimlərinin  özünün rəsədxanası var, orada hesablanır. Onların dediklərini mən özüm üçün qanun sayıram. Əgər düz demirsə, mənim günahım onun boynunadır. Öz dövlətimizdir, işimizi də özümüz görürük, kənar dövlətin təsirinə də ehtiyac yoxdur. 

- Bəzən mətbuatda sizin, ya da Şeyxin qudası olan Qalib Salahzadənin ünvanına hər hansı fikirlər səsləndiriləndə, belə anlaşılır ki, bu ittihamlar əslində Allahşükür Paşazadənin ünvanına yönəlik ittihamlardır. Siz necə düşünürsünüz? 

- Əgər mənim günahım varsa, mənə deyirlər. Şeyxə sözü olanlar da bunu ona deyirlər. İndi qohumlar çoxdur. Hərənin öz işi var. Mətbuatda yazılan yazılardan ayırd edə bilirik ki, bu əslində kimə ünvanlanıb. 

- Bacınız oğlu məlum hadisələrdən nəticəsində həbs edilib. Onunla görüşmüsünüzmü?

- Hamı bilir ki, o həbs edilib. Həbs ediləndən sonra onunla görüşməmişəm. 

- Həcc mövsümü başlayacaq. Ziyarət etmək planınız varmı?

- İki-üç dəfə Həcc ziyarətində olmuşam. Növbəti dəfə getməyi planlaşdırmıram.



- ANS telekanalının efirində aparıcı hicab geyinənləri bayquşa bənzətmişdi. Bu bənzətmə verilişin bağlanması ilə nəticələndi. Bu nə dərəcədə doğrudur?

- Təbii ki, kiminsə geyindiyi geyimə bu cür bənzətmə etsən, o bunu təhqir kimi başa düşəcək. Hər bir 18 yaşına çatan şəxs geyimi ilə bağlı seçimini edir. Nə sizin, nə mənim, nə də o aparıcının buna görə həmin şəxsləri bayquşa bənzətməyə ixtiyarı var. İkincisi də ki, 8-10 milyon əhalinin qarşısında çıxış edən aparıcı etikadan dərs alsa, yaxşı olar. Bunu təhqir hesab edirəm. Əlimdə mikrafon var deyə, bu imkandan istifadə edib təhqir edim, bəs sonra nə olacaq? Bir dəqiqəlik özlərini itirirlər, nəticəsi də mənfi olur.

- Elə bu günlərdə “Space” kanalının efirində böyük bir biabırçılıq baş verdi. Hamı qınayır ki, telekanallar reytinq naminə bu cür şoulara üstünlük verirlər...

- Düzdür, televiziyalar reytinq məsələsini üstün tuturlar. Bəziləri, elə onların içərisində millət vəkilləri də var ki, heç  nədən  fırtına  yaradırlar. Onlar seçiciləri ilə mənfi formada görüşürlər. Sözə gələndə isə, bunu böyüdürlər. Həmçinin bu aparıcının qeyri-peşəkar olmasından xəbər verir. Kimlərinsə qohumluğu, tanışlığı ilə aparıcılar efirə düzəlirlər, nəticədə peşəkarlıq kənarda qalır, bu cür mənfi hallar ortaya çıxır.

- Bu yaxınlarda sosial şəbəkədə gedən müzakirədə jurnalist və yazıçı tərəfindən Məhəmməd Füzulinin ünvanına təhqirəmiz ifadələr işlədildi. Bu məsələyə də kəskin reaksiyalar verildi... 

- Əvvəla kim kimin haqqında danışır, bunu qiymətləndirmək lazımdır. Görəsən, Füzilinin dalınca danışanlar,onun elmini dərindən bilirlərmi? Bu yerdən Aya söz atma kimi bir şeydir. 

- Rayon qeydiyyatında olan maşınların oyunlardan sonra yenə də Bakıya buraxılmaması ilə bağlı Nazirlər Kabinetində müzakirələr aparılır. Siz İnsan Hüquqları Komitəsinin üzvü kimi bunu necə qiymətləndirirsiniz? Çünki ekspertlər bunu vətəndaşların hüquqlarının tapdalanması hesab edirlər...

- Mən inanmıram ki, rayon maşınlarının Bakıya gəlməsini qadağa edən qərar verilər. Bunun müəyyən formaları müzakirə oluna bilər. Paytaxtda sıxlığı görürsünüz, tıxaclarda sürücülər saatlarla qalır. İnsanların imkanları çoxalır, bir ailədən neçə dənə maşını olanlar var. Universitetlərin qabağında nə qədər maşın olur. Bunun üçün onlar şəhərdən kənara çıxarılmalı, yataqxanalar tikilməlidir.  

Bu çəkilən sarı zolaqlarla bağlı qeyd edim ki, dünyanın heç yerində bu zolaq gediş yolunun sol hissəsində olmur. Onsuz da bizdə sağ tərəfdən maşınlar saxlanılır, yol daralır. Mən təklif edərdim ki, birdəfəlik yolun sağ istiqamətində sarı xətt çəkilsin. Bununla da yolun qırağında maşın saxlanılmayacaq, o xəttə girilməyəcək. Girənlər üçün də böyük cərimələr tətbiq olunsun.

- Bir məsələ də yayılıb ki, əhalinin kredit borcları silinəcək, banklara borcu olanlar da sevinc içindədir...

- Dövlət orqanlarından bu barədə rəsmi xəbər yayılmayıb. Bu şayiələri göbələk kimi artan saytlar çıxarıb. Məsələn, tutaq ki, mən Maldiv adalarında dincəlmək üçün kredit almışam, orada ləzzətli günlər keçirmişəm, bir başqası isə hansısa problemi üçün əziyyətlə kredit alıb. Bunu necə bağışlamaq olar? 



- Elə aidiyyatı qurum da məsələyə aydınlıq gətirmədiyindən şayiələr böyüyür...

- Küçədə çox şeylər danışıla bilər. Dövlət bankı qəyyumdur ki, hər şeyə cavab versin? Niyə cavab verilməlidir ki? Kimsə kredit borcunun silinməsinə hansı fikirlə ümidlənir?

- Parlament seçkilərinə hazırlıq gedir. Siz də hakim partiyadan seçilmiş millət vəkilininiz. YAP rəsmisi açıqlama vermişdi ki, artıq siyahıların araşdırılması prosesi yekunlaşıb. Sizin yenidən siyahı olma ehtimalınız varmı?

- YAP-dan olan deputatların seçilib ya seçilməməsi, o cümlədən  partiya daxilində aparılan araşdırmaların nəticəsi barədə bizə məlumat vermirlər. Bu partiya rəhbəri cənab prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. Şəxsi təşəbbüslə millət vəkili ola bilmərik. Əgər məsləhət olsa, partiya tərəfindən sentyabr ayında qəzetdə mənim adım olsa, millət vəkili seçilməyə hazıram. Adım olmasa, yenə də mən partiyanın əsgəriyəm. 

- İctimaiyyət adətən  aktiv millət vəkillərini parlamentdə çıxışlarına görə qiymətləndirirlər. Siz isə, bu cəhətdən aktiv deyilsiniz...

- Yox, bəzən olur çıxışlarım. Hər insanın özünə xas xüsusiyyətləri var. Bəzi insanların fikirləri iş görməklə bağlı olur. Seçicilərimin bir problemi varsa, məsul olan qurumdan xahiş edib onu həll etdirirəm, amma reklam etmirəm. Başqa millət vəkilləri isə iş görən kimi o saat reklam olunmaq, efirə düşmək istəyirlər. Aktiv olmaq o demək deyil ki, Milli Məclisdə oturan kimi əlimi qaldırım danışım ki, mən filan kəndə asfalt çəkdirmişəm, qaz verdirmişəm.  Sentyabrda mən üç məktəbin açılışında iştirak etmişəm. Əgər dövlət rəhbəri proqramlaşdıraraq mərhələ- mərhələ rayonlarda bu işləri görürsə, indi mən durub Məclisdə hansı məsələlərdən danışım? Gərək problemim olsun ki, danışam. Hər millət vəkili səlahiyyətindən istifadə edib dövlətin qabağına proqram qoya bilməz ki?

- Seçiciləriniz problemi ilə bağlı dövlət qurumlarının rəhbərlərindən etdiyiniz xahişlər həmişə yerinə yetirilir?

- Çox olub ki, etdiyim xahişləri yerinə yetirməyiblər. Mən istərdim ki, kəndlərimdə 20 il  bundan qabaq tikilən məktəblər də sökülüb təzədən tikilsin. Hamısında təzə bağça olsun. Hər birinin həyətindən içməli su getsin. Amma bunu etmək mümkündürmü? Qabaq seçici istəyirdi ki, kənd yolları çəkilsin, üç saat işıq verilsin, başqa heç nə istəmirik, bu üç saat 24 saat oldu, yaddan çıxdı işıq problemi. Qazlaşma da oldu  yaddan çıxdı.  İndi seçici deyir ki, qapımıza asfalt çəkilsin. Bəşər yaranandan quyunun suyundan istifadə edən insanlar indi quyunu bəyənmir. Deyir ki, nəyə görə quyudan su çəkim, bilmirəm orda nə var nə yox, laboratiyadan keçmiş su gəlməlidir mənim həyətimə. Əvvəllər əl yuyanlar həyətdə olurdu. İndi bunu kim qəbul edir? İnsan nə qədər görür, o qədər də istəyir. Təbii ki, bu da seçicinin haqqıdır, biz də onların tələblərini yerinə yetirməliyik. Ölkə başçısı da bunun üçün çalışır. 

- Seçicilərinizlə təması daha da yaxşı qurmaq üçün sosial şəbəkədən istifadə etməyi düşünürsünüzmü? 

- Mən sosial şəbəkələrdən istifadə etməyə qorxuram. Bu gün niyə bir şey edim ki, sabah da onun əziyyətini çəkim.  Hər halda buna ehtiyac görmürəm. 
Oxşar xəbərlər
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB