DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Moderator.az-a daxil olan press-relizdə deyilir:
"Kütləvi
informasiya vasitələri üçün “Fərdi uçot əsaslı sosial sığorta sistemində
iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda elan edilən
müsabiqənin nəticələrinin acıqlanması münasibətilə iyunun 10-da Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tədbir keçirilib. Tədbirdə
bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə
Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi
məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin
görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və
xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 aprel 2015-ci il
tarixdən 15 may 2015-ci il tarixə kimi Azərbaycan Respublikasının
sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının
pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə
vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd
edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda
çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər
təqdim olunub.
Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası
üzrə 1-ci yeri “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev,
2-ci yeri “Melumat-merkezi.com” xəbər saytının redaktoru Günel Cəlilova və
“Novosti.az” İnformasiya Agentliyinin müxbiri Fuad Əlizadə, 3-cü yeri isə
“Azvision.az” xəbər saytının redaktoru Anar Rüstəmov, “İki sahil” qəzetinin
müxbiri Sevinc Məmmədova, “Moderator.az” xəbər saytının redaktoru Seymur
Əliyev tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı
telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin müxbiri Əli Rzayev, 2-ci yerə “İctimai” Televiziyanın
böyük redaktoru Xuraman Məmmədova və “Lider” Televiziyasının müxbiri
Rövşən Abdurəhmanov, 3-cü yerə isə “Space” Müstəqil Televiziya və
Radio Şirkətinin müxbiri Famil Fərhadoğlu və “Region” Televiziyasının
müxbiri Zümrüd İbrahimova layiq görülüblər.
Müsabiqənin yekunlarına əsasən “Simsar.az” xəbər saytının
redaktoru Elmir Murad, “Xəzərinfo.az” xəbər portalının əməkdaşı Aysel Kərimova,
“TvPress.az” İnformasiya Agentliyinin baş redaktoru Lalə Mehralı,
“Baymedia.az” İnformasiya Agentliyinin müxbiri Cavid Şahverdiyev,
“Üç nöqtə” qəzetinin müxbiri Xalid Vahidoğlu, “Həftə içi” qəzetinin
redaktoru Elxan Salahov, “Teleqraf.com” xəbər saytının redaktoru Ruslan Xəlil,
“Modern.az” xəbər agentliyinin müxbiri Gülşən Raufqızı, “Report.az” xəbər
saytının müxbiri Samirə Abdullayeva, “Tezxeber.az” xəbər saytının müxbiri Yaqut
Məmmədova, “Trend.az” İnformasiya Agentliyindəki məqaləsinə görə Təbriz Vəfalı,
“Xeberservis.az” Analitik İnformasiya Agentliyinin müxbiri Könül
Salahova, “Anspress.com” xəbər portalının xüsusi müxbiri Şahin Həbibov, “Ədalət”
qəzetindəki məqaləsinə görə Südabə Sərvi, “Publika.az” xəbər saytının
müxbiri Gülnar Əliyeva “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə
görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və
müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. Fondun
sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə
xüsusi önəm verdiyini vurğulayan E.Mehdiyev, bu işdə fəal iştirak edən media
nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın
bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
DSMF-nin
İctimaiyyətlə əlaqələr sektoru