Azər Qasımov: “Qafqaza burnunu soxmaq Kanadanın boyunu aşar”
Kanadanın XİN rəhbəri Melani Joli sentyabrın 22-dəki çıxışında ölkəmizi lokan antiterror əməliyyatına görə itiham edib. O, bildirib ki, Azərbaycanın "əsassız hərbi əməliyyatı" nəticəsində 100 mindən çox erməni məcburi köçkün durumuna düşüb.
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanın antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü bərpa etməsi və ərazidə 30 ildən çox məskunlaşmış üsyançı ünsürlərin qeyri-qanuni əməllərinə son verməsi bir çox antiazərbaycan dairələri kimi, Kanada XİN rəhbərlərini də narahat edib.
Əvvəla, Kanada XİN rəhbəri kimdir ki, Azərbaycanın daxili işlərinə burnunu soxur? İkincisi isə, 30 ildən çox Azərbaycan əraziləri işğalda olanda, milyondan çox əhali qaçqın və köçkün durumuna düşənd,ə Kanadanın XİN rəhbərliyində oturan hər şeyə burnunu soxmağı özünə vəzifə hesab edənlər niyə onda buna reaksiya verməyi yadlarına salmırdılar? Məsələ ermənilər olan kimi hər şey yada düşür.
Kanada XİN rəhbərliyinin bəyanatını yerində olmayan və öz səlahiyyətlərini aşan bəyanat hesab edirik. Kanada əvvəlcə kilsələrin altından qazıntı zamanı çıxan yüzlərlə uşaq sümüklərinin və onlara bu dəhşəti yaşadanların hesabını versin. Qafqaza burunlarını soxmaq Kanadanın boyunu aşar. Azərbaycan Qarabağ ermənilərini heç yerə qovmayıb. Onlar özləri öz xoşları ilə gediblər. Bu da onların öz işləridir. Azərbaycanın 100 min erməni ilə məşğul olmağa vaxtı və həvəsi yoxdur. Azərbaycan həmin ermənilərin vəhşiliyi nəticəsində dağıtdıqları əraziləri bərpa etməklə məşğuldur. Kanada belə maraqlıdırsa, onların dağıtdıqlarının əvəzini Azərbaycana ödəmək haqda fikirləşsin”.
Seymur ƏLİYEV