“Elmi ad və dərəcələrin verilməsində islahata ehtiyac var”
Araşdırma
Oxunub: 5066
07 Jun 2015 | 23:03
“Elmi ad və dərəcələrin verilməsində islahata ehtiyac var”
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a İslam dünyasının Qərbə elmdə uduzmasının səbəblərini göstərən maraqlı analitik məqalə göndərib. Məqalənin sonuncu bölümünü oxuculara təqdim edirik:

Əvvəli bu linkdə----moderator.az/index.php?xeber=80597


Alim əməyi qiymətləndirilməsi
   
Əvvəlcə bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik H. Z. Tağıyev Molla Abuturabla son söhbətində Hacının var - dövlətin itirilməsi ilə bağlı sualına belə cavab verir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə əbədi olan haqda çox düşün. H. Z. Tağıyev 1924-cü ildə vəfat edəndə “məni Molla Abuturabın ayağının altında dəfn edərsiniz” vəsiyyətinə əməl edilmişdir. Bu vəsiyyət Molla Abuturabın ruhuna böyük hörmət idi. İndi hansı oliqarx “məni filan akademikin ayaqlarının altında dəfn edərsiniz” vəsiyyətini edər? Məncə Hacının var - dövləti oliqarxların var dövlətindən az deyildi...
Tarixən həmişə alimə diqqət və qaygı böyük olmuşdur. Makedoniyalı İsgəndərin atası Flippin, ondan 1500 il sonra Nizami Gəncəvinin alim haqqında yüksək fikirləri məlumdur. Çünki elm gücdür, iqtisadiyyatdır. Elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olanda gənclər elmin ardınca gedər. Onlar elmin dalınca ona görə getmirlər ki, alimin əməyi layiqincə dəyərləndirilmir. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.                                                                                                
Elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 il ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Bu faktın özü gənclər siyasətində nəzərə alınmalıdır. Misal üşün, bizim gənclərin maqistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını müdrük addım  hesab etmək olmaz. Bəzi ölkələrdə (misal üçün İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın. Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gəncliyin 80% çoxu universitetlərdə oxuyurlar. Ancaq bu göstərici bizdə 20% -dən azdır. Alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir. 
Alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir. Fiziki işlə məşğul olub təqaüdə çıxmaqla, əqli işlə məşğul olub təqaüdə çıxmanın fərqinə varmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan yaşa dolduqca onun fiziki gücü tükənir, əqli güc isə tükənmir, əksinə, insan kamilləşir. Hesab etmək olar ki, müəllimlərin, alimlərin təqaüdə çıxma yaşına qoyulan tələblər çox yumşaq olmalıdır və çox vaxt alimin öz ixtiyarına verilməlidir. Gənc alim qocaman professorla müqayisədə çox dərs deyə bilər. Ancaq qocaman müəllimin yazdığı monoqrafiyanı, icmal məqaləni, fəlsəfi ümümiləşməni gənc müəllim edə bilməz. Həyatı boyu çoxlu bilik yığmış dəyərli elm adamına bu bilikləri maqistrlərə, doktorlara ötürməyə şərait yaradılmalıdır.
AMEA prezidenti akademik A. Əlizadə son illər dövlət büdcəsindən ali məktəblərə elmi tədqiqatlar üçün pul ayrılmamasından narahatlığını belə ifadə etmişdir: "Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır, mən lazımi səviyyədə bu məsələni qaldıracam”.
  
Elm adamların əməyinin qiymətləndirilməsində də reformaya ehtiyac var. Alimlərimizin sayı 10 000 nəfərdən çoxdur. Bunların 20 % - təqribən 2000 nəfərdir.  Kimdir bu 2000 nəfər? Bu alimlər Tomson, Skops jurnallarında çap oluna bilmək potensialına malik alimlərdir.     
Bu alimlər dünya səviyyəli intellektual insanlardır. Bu insanlara elmi şərait və ya rəqabət meydanı yaradılarsa onlar öz üstünlklərini ortaya qoya bilərlər. Reformanı elə aparmaq olar ki, elmə ayrılan pullardan ən çox “20”-lər istifadə etsinlər. Bunun üçün təzədən velosiped icad etməyə ehtiyac yoxdur. Bizim mentalitetimiz ( milli psixologiya, düşüncə tərzi və inkişaf dərəcəsi) türk mentaliteti olduğundan, məncə burda Turkiyə modelindən istifadə etmək olar.  
 
Şübhəsiz, elmi tədqiqatlar, araşdırmalar elmi nəticələrlə yekunlaşır. Nəticələr çap olunandan sonra bu intellektual məhsulun dəyərinə görə alimin əməyi layiqincə qiymətləndirilməlidir. Əgər alimin elmi nəticəsi dünyanın məşhur elmi jurnallarında cap olunubsa Türkiyə Elm və Texnika Araştırma Kurumunun (TÜBİTAK) bu məqaləni təqribən 2000 dollar səviyyəsində, işlədiyi universitet isə təqribən 1000 dollar səviyyəində mükafatlandırır. Qeyd edək ki, elmi jurnalların sayı çoxdur. Bu jurnalların impact faktorları (elmi jurnalın əhəmiyyətinin kəmiyyət göstəricisi) da müxtəlifdir. Xarici elmi jurnalların sayı 50 000 çoxdur. Bəzi məlumatlara görə Skops bazalı jurnalların sayı 29 000, Tomson bazalı jurnallar 21000-dir. Qeyd edək ki, Web of science (Thomson  Reuters) bazalı elmi jurnallar çox keyfiyyətli elmi məqalələri çap edən jurnalları əhatə edir və sayı 7000-dir. Scopus и Thomson Reuters bazalı jurnalların elmi məqalələlərə qoyulan tələblər Web of science- dən aşağıdır.                                             
Əgər alim ildə belə jurnallarda bir neçə məqalə çap edərsə onda onun elmi fəaliyyətdən maaşdan əlavə qazancı (təqribən 10 000 dollar) olacaqdır. Təbii ki, mükafatı “20” ”“ lərin təmsilçiləri alacaq, “80”-lar isə bu işdən kənarda qalacaq. Elm kadr baxımından içəridən təmizlənəcək. 
Bu yaxınlarda (27.05.15) ADİU-nin rektoru prof. Ə. Muradovun bir neçə təhsil ekspertləri ilə qonağı oldum. Universitetin əldə etdiyi nailiyyətlərlə, daha doğrusu, liberal dəyərlərin tətbiqi ilə tanış oldum. Bu universitetdə də elmi işlərin dəyərləndirməsində təqribən Türkiyə modelindən istifadə edilir. Belə ki, dəyərli bir elmi məqaləyə universitetin alimi 2000 AZN mükafat alır. Aydındır ki, bu əlavə mükafatı 20-lər ala bilər. Bu isə talantlı alimlərin elmi işini stimullaşdırır və  gənclərin elmə gəlməsinə stimul yaradar.
Azərbaycanda 2009 - cu ildə prezident fərmanı ilə Elmin İnkişafı Fondunun yaradıldı.  Xoş niyyətlə qurulmuş Fond məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə yönəldilməlidir. Təəssüf ki, Fond pulu nəticəyə yox, ideyaya verir. Hesab edirəm ki, alimin bazara çıxardığı elmi məhsul mükafatlandırılmalıdır, təcrübədən keçməmiş ideya yox.  Fondun məqsədlərinin biri də inkişafın, mədəniyyətin yüksək səviyyəsi kimi Azərbaycan elmini dünyaya təqdim etmək olmalıdır. Elmi nəticə bəşəri olmalıdır. Lokal bir problem həll etməklə Azərbaycan elmini şöhrətləndirmək olmaz. Bu nəticələr bəşər elminə Azərbaycanın töhfəsi olmalıdır. A. P. Çexovun elmlə bağlı bir fikrində deyilir: “Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil”.  

Müdafiə şuraları

Elmi ad və dərəcələrin verilməsində də islahata ehtiyac var. Bu prosesdə qüsura məsuliyyət daşıyan yoxdur. Mövcud kollektiv məsuliyyətdən (Elmi Şuralarda gizli səsvermədən) fərdi məsuliyyətə keçmək lazımdır. Bu gün bir nəfərin alim adını alması üçün onun rəhbərindən tutmuş elmi şuranın üzvünə kimi  təqribən 25 alimin (elmi rəhbər, üstəgəl 2 və ya 3 opponent, üstəgəl 20-dən çox Şura üzvləri ) “hərisin” almaq lazımdır. Mən müdafiələrdə elə opponentlərə rast gəlmişəm ki, o dissertantı rəhbərdən çox tərifləyir və müdafədə dövlət tərəfindən və ya cəmiyyət tərəfindən çıxış etməsini unudur. Bu yoldan imtina etmək lazımdır. 25 nəfər Şüra üzvünü səhv qərara görə cəzalandırmaq real görünmür. Üç-dörd nəfər adlı-sanlı, hörmətli alimin şəxsi məsuliyyəti altında müdafiələr təşkil edilsə və qərar internetdə yerləşdirilsə obyektivliyi təmin etmək olar. Saxtakarlığa yol vermiş alimi ictimai və ya inzibatı cəzalandırmaq da mümkündür. 
BDU ”“nun Fizika fakültəsinin 26.12.14 tarixli Müdafiə Şurasının iclasında pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda fizika tədrisi metodikasının inkişafı” mövzusunda müdafiəsi oldu. Müzakirə zamanı Şuranın üzvü kimi mən də aşağıdakı məzmunda çıxış etdim: 
          
“Hörmətli sədr, hörmətli Şura üzvləri. Bizim Elmi Şurada kosmosun ənginliklərindən tutmuş atomun dərinliyə kimi mövzular müzakirə olunub. Bu işlərin nəticələrinə kölgə salmadan demək olar ki, bu işlərin bəşəri elmə xeyri olsa belə, siravi Azərbaycan vətəndaşlarının güzəranəna təsiri yox dərəcəsindədir. Azərbaycan xalqı elmimizin nəticələrindən faydalana bilmir. Bu gün müzakirə etdiyimiz elmi işin bizim sıravi vətəndaşlara həm birbaşa, həm də dolayısı ilə xeyri var. Çünki söhbət təhsildən gedir, pedaqoqikadan gedir. Təhsil isə əhalimizin az qala yarısını əhatə edir. Demək, bu müzakirə əhalinin təhsil səviyyəsinə təsir edə bilər. Belə mövzular birbaşa milli marağa qulluq etdiyindən biz pedaqoqika elminə kömək etməliyik”. 
           
Fənlərin tədrisi metodikası və pedaqoqika dolayısı ilə xalqa xidmət edən elm sahəsidir. Öz milli əhəmiyyətinə görə bu elm sahəsi iqtisadiyyat və hüquq elmləri kimi elmlərlə bir sırada dayanmalıdır. Bu sahənin AMEA-da təmsilçiliyinə ehtiyac böyükdür. Bir tərəfdən bu təmsilçilik akademiyanın təbii üfüqlərini də genişləndirər, pedaqoji ictimayyət vasitəsi ilə təhsil sistemi ilə birbaşa təmas yaradar və elmi - metodoloji cəhətdən təhsilə rəhbərlik edər. Bu yerdə nəzəri mənbə kimi Heydər Əliyev irsindən də istifadə etmək olar. Ulu öndərin bu məsələ ilə bağlı dəyərli fikri var: “Bizim dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrətməmizdən asılıdır”. Orta məktəblərdə təhsilin səviyyəsini artırmaq üçün fənləri “necə öyrətmək” probleminin həlli tapılmalıdır. 
Göründüyü kimi pedaqoji elmlərin vəziyyəti ölkəmizə qənaətbəxş deyil və diqqət mərkəzinə çəkilməyə böyük ehtiyac vardır. Pedaqoji elmlər öz əhəmiyyətinə görə iqtisadiyyat və hüquq elmləri ilə bir sırada durmalıdır. Biz elmi biliklərin (fizikanın, riyaziyyatın, kimyanın, biologiyanın və dig.) metodologiyasını öyrənməklə, bu elmlərin məktəbdə tədrisinin keyfiyyətini yüksəldə bilərik. Bu isə millətə çox vacibdir. Diqqət yetirin, 2014 ”“cü ildə BDU-nun fizika fakultəsinə girən tələbələrin orta balı 700-ə qarşı 365 olmuşdur. 365 bal  isə 2 ilə 3 bal arasında bir bilik səviyyəsidir. Belə biliklə universitetlərə girən tələbədən əlbəttə ki, alim hazırlamaq çətindir. Belə olan halda təbii olaraq elmin səviyyəsi aşağı düşəcək. 
Gənclər özlərini yaxşı tanıyırlar və onlar özlərini savadlı saydıqda elmin dalınca gedəcəklər. Onlar savadsız alim olmaq istəmirlər. Belə olan halda elmdə “qocalmanın” qarşısı da alınar. Demək, AMEA struktur baxımdan da islahata getməlidir.
         
Gənclərin elmə gəlməsi naminə alimin cəmiyyətdə yeri aydın müəyyən edilməlidir.                                                 
Alimin cəmiyyətdə yeri ilə də bağlı Akademiyanın aydın konsepsiyası olmalıdır. Bir çox ölkələrdə mənəvi dəyərlərin daşıyıcısı kimi alimin yeri çox yüksək tutulur. Misal uçün Danimarkada “Namus evi” deyilən evdə zaman- zaman Danimarkanı dünyada tanıdan alim yaşayır.
Qardaş Türkiyədə də son zamanlar bu işə diqqətlə yanaşırlar. Belə ki, Türkiyənin 10 lirəlik banknotunda  riyaziyatçı alim TÜBİTAK ilk başqanı Cahit Arfin (1910- 1997)  şəkli yer alır. Digər türk alimi  və elm tarixçisi Aydın Sayılı (1913- 1993) 5 lirəlik türk banknotun arxa üzünə vurulmuşdur.  Hesab edirəm ki, elmi diriltmək və gəncləri elmə gətirməyin ən məqbul yolu elm adamına hörmətdir.
 Əgər biz də belə bir təşəbüsdə bulunsaq onda sual olunar, elm adamlarından kimlərin şəklini banknota vurmaq olar? Çoxlu ləyaqətli Azərbaycan alimlərinin adı yada düşür. Məsələnin düzgün həllin tapmaq çətin deyil...                                                                                                                 
Elmi mühit 

Müasir müsəlman dünyasında elmin geri qalmasının bir səbəbi də zəruri elmi mühitin yaradıla bilməməsidir. Elmi ”“tədqiqat mərkəzləri formaca yaradılır, ancaq onun zəruri daxili məzmunu yarada bilmirik. Qartallar üçün hava mühiti, akulalar üçün su mühiti nə qədər lazımdırsa, elm üçün də elmi mühit lazımdır. Elmi mühit yaratmaq üçün kompleks şərtlər ödənilməlidir. Diskusiya meydançalar olmalıdır və müntəzəm seminarlar fəaliyyət göstərməlidir. Alimlərin mobilliyi, beynəlxalq səviyyəli toplantılarda iştirakı təmin edilməlidir. Kitabxana fondu, periodik jurnallar fondu müsir tələblərə cavab verməlidir. Dünyada tanımış alimlərin mühazirələri, seminarları təşkil edilməlidir. Alimlərin məişət problemləri iş yerində yüksək səviyyədə təmin edilməlidir. Elmi tədqiqatın gündəlik xərcləri çevik həll edilməsi təmin edilməlidir və s. 
Avropa Universitetlərində elmi ”“ tədqiqat aparmaq üçün hər çür zəruri şərait və mühit (elmi, iqtisadi, texniki, məişət)  yaradılır. Aydındır ki, tədqiqatçı da insandir və onun da gündəlik çay və kofe içmək və ya günorta yeməyi yemək haqqı tanınmalıdır. Bu haqlar Qərb Universitetlərində tanınır. Bu ehtiyacları onlar laboratoriyada və ya kafedrada yox, bu məqsədlə ayrılmış və soyuducusu, kofe (çay) dəsti ilə təmin edilmiş ayrıca bir otaqda ödəyirlər. Laboratoriya üzvləri ən azı gündə iki dəfə ( 12.00 və 15.00) öz fiziki və mənəvi təlabatlarını ödəmək üçün bu otağa yığışırlar. Belə otaq olmayanda da insan öz ehtiyaclarını müxtəlif primitiv yolla ödəyəcək. Ancaq bu qüsur elmin effeklivliyinə və keyfiyyətinə təsir edəcəkdir.
Belə şərait dəyərli elmi nəticələr almağa səbəb olur. Finlandiyada üç aylıq elmi ezamiyyətə  olanda mən tanıdığım yox, tanımadığım, elmi işlərinə bələd olmadığın  - başqa bir professorla - Mauri Luukkala işləməli oldum. Birinci ay professorun işləri, elmi istiqaməti ilə tanış oldum və laboratoriyanın hesabatlarını və professorun məqalələrini öyrəndim. İkinci ay birgə tədqiqatın planlarını müzakirə edib, tədqiqatlar apardım. Üçüncü ay sonuna yaxın nəticələri çap üçün B. Britaniyanın “Elektron Letters” jurnalına  göndərdik. Jurnal məqaləni çox qısa müddətdə 30 gün ərzində çap etdi. İlk müsbət rəyi Nobel mükafatı laurantı Allen Kormaxdan aldıq. Demək, yaradılan elmi mühit və şərait güclü nəticələr almağa imkan verir.   

SON
   
Dəyərli oxucular, qeydlərim təhsilə elmə bir baxışdır, dünyagörüşümdür. Elm və təhsil dərk edilməmiş həqiqətdir. Elmimiz zəifdir, ona görə ki, təhsil zəifdir, təhsildə keyfiyyət zəifdir. Universitetlərin sayı lazım olandan azdır. Dünyanın 100 top universitetləri sırasında bir müsəlman universiteti yoxdur. İdarəetmədə hüquqi baza zəifdir. Elmi qurumların dünya şöhrətli alimlər yox, sıradan alimlər idarə edirlər. Bürokratiyanın köməkliyi ilə bu alimlər talantlı alimləri küncə sıxır, düzgün qərarlar qəbul edə bilmirlər. Şəxsi mənafeni ictimai mənafedən üstün tuturlar. Seçimdə öz saylarını artırırlar. Maliyyələşmə prinsipləri  elədir ki, elm yox, kvazielm inkişaf edir. Bütün bu qüsurlar nəticəsində talantlı gənclik elmə gəlmir. Müsəlman dünyasında elm inkişaf edə bilmir, yayıla bilmir, tətbiq edilə bilmir.                                                               
Oxşar xəbərlər
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
GÜNLÜK
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...