“Quran açdırmaqla” özlərinə biznes quranlar
Cəmiyyət
Oxunub: 1394
06 Sep 2024 | 09:55
“Quran açdırmaqla” özlərinə biznes quranlar
İlahiyyatçıdan xəbərdarlıq: “Qurandakı bürcləri deyərkən, ulduz falından söz getmir”
 
Son zamanlar insanlar arasında bürc proqnozlarına inananların sayı çoxalıb. Hətta bəziləri gecə-gündüz bu proqnozlara baxaraq, növbəti günlər üçün planlarını qururlar. Eyni zamanda Quranla fala baxmaq da dəbə düşüb. Bu insanlar müqəddəs kitabla fala baxmağın günah əməl olmadığını hesab edirlər. Mütəxəssislər isə qeyd edirlər ki, bürclərə inanmaq, fala baxdırmaq insanların sosial rifahının aşağı olması ilə əlaqədardır. Bəs dinimizdə bunlar necə qəbul edilir?
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ilahiyyatçı Fərid Abdulla deyib ki, Quranda bürclə bağlı  bir neçə ayə var: “Lakin bu ayələrdə bürcün nə mənada olması barədə fikir ayrılıqları var. Bunu qeyd etməliyəm ki, Quran astronomiya, fizika, ezoterika kitabı deyil. Quran öz möhtəvasının bir hissəsini misallar, qissələr, ibrətlər üzərində qurub və bu məlumatları o dövrün insanlarının dünyagörüşü, mədəniyyətinə uyğun təsvir edib. Bizim vəzifəmiz Quranda qara dəlik, planetlərin sayı və sair məsələləri axtarmaq deyil. Bəli, bu gün elmin təsdiq etdiyini Qurandan tapmaq olar. Quran oturub astrofizika, süd yolu, planetologiya, işıq surəti barəsində danışmaq məqsədini güdmür. Quranın toplum üçün müəyyən hədəfi çatdırmaq naminə ifadə tərzi var.
 
Sadəcə, nəticə ala bilərik ki, səmanın bürcləri ulduzlardır. Ulduzlar çıxıb batdığı üçün bürclər adlanıb. Göylər ulduzlar vasitəsilə bəzədilmiş görünür. Halbuki ulduzların planet olması, onun işığının nə vaxta bizə çatması hamıya məlumdur. Yerdə olan üçün ulduzlar ayrıdır. Kosmosda olan üçün ayrı. Deməli, bürc deyərkən böyük və parlaq ulduzlar nəzərdə tutulur. Aydın və aşkar olduğu üçün bürclər adlanıb.
 
“Səma bürcləri” deyilərkən Günəş və Ayın mövqeləri nəzərdə tutulur. Daha dəqiq desək, biz yer kürəsindən Aya və Günəşə baxdığımız zaman fəsillərdən və ilin ayrı-ayrı vaxtlarından asılı olaraq onların bürc formalarının yaratdığı şəkillərlə qarşı-qarşıya dayandığını görürük. Məsələn, Günəşin buğa, oğlaq, tərəzi və ya əqrəb bürcündə olduğunu deyirik. Təbii ki, bu bürclərin mövcudluğu, Ay və Günəşin mövqeləri, bu bürclərin hərəkat trayektoriyası dünyanın təqvim sistemini formalaşdırır.
 
Lakin Qurandakı bürcləri müasir terminologiyada işlənən 12 bürcə, astrologiyaya aid etmək ixtilaflı və mübahisəli məsələdir. Çünki bu rəy etibarsız və sadəcə, xəyali bir şeydir. Məsələn, göydə görünən ulduzların arasında olanları bir-biriləri  ilə birləşdirsək, qoç forması alınır. Əgər birləşdirməsək, sadəcə, orada qoç yoxdur. Hətta bugünkü bürclərin adlarının yunanların bütlərinin adlarından götürüldüyü də deyilib. Quran isə mövhumat əsasında söz deməkdən ucadır. Dedik ki, bürclər astronomik terminlərdə ilin müxtəlif fəsillərində Günəşin müxtəlif mövqelərini ifadə edir. Qədim yunanlar bu bürclərə öz mifoloji inanclarından və tanrılarına aid etdikləri adlarla adlandırmışdılar. İnsanlar bu adları yunanlardan öyrəndilər və mənşəyini unutdular".
 
İlahiyyatçı “Quranın bu xurafatları təsdiqlədiyini və onlar haqqında danışdığını söyləmək olarmı” sualına belə cavab verib: “Abbasilər dövründə yunan inancları ərəb dilinə tərcümə olunduqda, insanlar onlarla tanış oldular və bəziləri səhvən İslam təlimlərini bu inanclara uyğunlaşdırmağa çalışdılar. Qurandakı bürclərin yunan bürcləri ilə uyğunlaşdırılması belə hallardan biridir.
 
Bəzi insanlar bürclərin onların şəxsiyyəti, xarakteri və həyatı ilə uyğun gəldiyini hiss edir və buna inanırlar. Deməli, bu bürc o bürcdən fərqli oldu. Yəni hesabat aparılan bürc ayrıdır, insanın öz tale və şəxsiyyətini ona aid etməsi ayrı məsələdir. Bəli, ola bilər ki, məsələn, iyun ayında doğulan insanların müştərək təbiəti, temperamenti, bənzərliyi olsun. Lakin bunu elm ilə əsaslandırmaq, hələ üstəlik, Qurana aid etmək olmur. Çünki elmi əsasları yoxdur, bürclərin insanların həyatına və şəxsiyyətinə təsir etdiyinə dair elmi sübutlar yoxdur. Astronomlar və astrofiziklər bürclərin təsirini dəstəkləmirlər. Bürclərdən alınan proqnozlar çox vaxt dəqiq olmur və bir-birinə ziddiyyət təşkil edir. Bürclər haqqında məlumatlar çox vaxt etibarsız və şübhəli mənbələrdən gəlir. Nəticə olaraq, deyə bilərik ki, Qurandakı bürclər deyərkən, ulduz falından söz getmir. Gedə də bilməz. Ulduzlar, onların quruluşuna, günəşin hərəkət sisteminə aid edilə bilər, lakin insanların uydurduğu tale, fal, proqnoza heç aidiyyəti yoxdur. Bəli, müəyyən bürclər altında doğulmuş insanların müştərək xarakterə malik olmasına inanmaq hər kəsin özünə aiddir. Lakin belə bir şeyi Quran işığında təsdiq etmək mümkün deyil".
 
Xristian kimi paltarda dəfn edilən müsəlmanlar - dinimiz isə deyir ki... »  Cenub.az - Regional Qazet
 
Fərid Abdulla cadu ilə bağlı verilən suala da cavab verib: “Bu dəqiqə kiməsə desələr ki, işlərin alınmır, kimsə səni başa düşmür, səni gözə gətiriblər, işlərinin qarşısını alıblar və sair, dərhal təsirlənəcək. Bu həyat sınaqla doludur. Quran başdan-ayağa peyğəmbərlərin ağrılı-acılı həyatından danışır. Onları incidiblər, ələ salıblar, boykot ediblər, hətta öldürüblər. Allahın peyğəmbərlərindən gedir söhbət! İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi. Hədid, 23-də oxuyuruq: Bu, ona görədir ki (bunu ona görə belə izah edirik ki), itirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz. Allah heç bir özünü öyən təkəbbürlünü sevmir. İşlərin əla gedir? Müvəqqətidir. İşlərin pis gedir? O da müvəqqətidir. Bu həyat enişli-yoxuşlu həyatdır. Caduya gəlincə, bu, xəstəlik kimidir. İmmuniteti (oxu: Allahla əlaqəsi) güclü olana heç nə təsir etməz. Zəif olana, hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə, xəstələniblər, işləri düz gəlməyib və sair. Axı aləmlərin Rəbbi, mütləq güc və qüdrət sahibi olan Allah var! Lakin insanlar bu acı reallığı yox, nə isə xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri din ilə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Bəli, həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu bizim öhdəliyimiz deyil. Bizim işimiz işin zahiridir, batini və hikmətinə əsla əlimiz çatmır. Zamanla cavabı tapa bilərik. Çox təəssüf ki, bu gün din adı altında cadu, Quran açdırmaq və bu qəbil şeylərə görə özlərinə biznes quranlar var. İnsanlar da bu kəslərə daha çox inanırlar”.
Oxşar xəbərlər
10:15, Bu gün
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
10:08, Bu gün
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
09:59, Bu gün
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub
09:53, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
09:46, Bu gün
Azərbaycanlı aparıcının meyxanaçı ilə toyundan görüntüləri
09:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda cərimələnə bilərsiniz - VİDEO
09:34, Bu gün
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
09:29, Bu gün
Qadın ərinə şərt qoydu: O biri kişini də qəbul edəcəksən ... - Bir qətlin TƏFƏRRÜATI
09:21, Bu gün
DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...
09:15, Bu gün
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
09:06, Bu gün
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
08:58, Bu gün
38 yaşlı məşhur yarıçılpaq halda poza verdi - FOTO
08:50, Bu gün
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
08:44, Bu gün
Bu universitet tələbələrini özü seçəcək - VİDEO
08:35, Bu gün
İsrail Beyrutu VURDU
08:33, Bu gün
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
08:17, Bu gün
Bu gün sevgidə kimlər şanslı olacaq? - Hər bürc üçün sevgi PROQNOZU
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
GÜNLÜK
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var