“İsrailin Yaxın Şərqdə, bir neçə dövlətin ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə edilir. Bu mənada Türkiyə və Rusiyanın bu əməliyyatlara etirazı başadüşüləndir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bütün dünyaya antiterror əməliyyatlarını ilə bağlı gözəl bir nümunə təqdim edib:
“Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı olduqca unikal bir nümunə ortaya qoydu. Ölkəmizin həyata keçirdiyi antiterror tədbirləri zamanı düşmənin heç bir mülki şəxsi, eləcə də mülki obyekt və infrastrukturu zərər görmədi. Yalnız hərbi infrastruktur və hərbi obyektlər məhv edildi.
Bu gün Yaxın Şərqdə baş verənlər isə tamam başqa məsələdir. Görünən odur ki, ABŞ-ın dəstəyini təmin edən İsrail daha çox güc nümayiş etdirməyə çalışır”.
Seymur ƏLİYEV