Irəvanda "Gənclər artsax naminə" qondarma hərəkatı Paşinyan hökumətinin binası qarşısında aksiya keçiriblər.
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
Erməni gənclərin əlində Azərbaycanda ləğv olunaraq kökü kəsilmiş separatçı-terrorçu rejimin əski parçası olub. Bir dəqiqəlik sükutdan sonra dığalar “artsax” deməyə başlayıblar...
Xatırladaq ki, 33 il öncə sentyabrın 2-də Rusiya imperiyasının dəstəyi ilə qondarılmış və Ermənistandakı terrorçu və neofaşistlərin köməyi ilə Azərbaycan Respublikasının 20 faizdən çox ərazisini işğal edərək 29 il xeyli hisəsini, 32 il isə bir hissəsini nəzarətdə saxlamış separatçı-terrorçu rejim 2023-cü il sentyabrın 19-20-dəki Azərbaycan ordusunun 23 saatlıq əməliyyatı nəticəsində ləğv edilib. Qondarma rejimin bir sıra liderləri həbs edilib və hazırda Bakıda həbsdə saxlanılır...
S.Laçın