Gürcüstanın Baş naziri Naxçıvan inşaatçılarının tikdiyi yolun açılışını edib - FOTO
1496
05 Oct 2024 | 12:32

Gürcüstanın Baş naziri Naxçıvan inşaatçılarının tikdiyi yolun açılışını edib - FOTO

Azərbaycan şirkəti “Arkoz” Holdinqin tərkibinə daxil olan “Magro Construction”ın Gürcüstanda inşa etdiyi yolun açılış mərasimi keçirilib.
 
Moderator.az TNS-ə istinadən xəbər verir ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycanın maliyyə naziri Samir Şərifov, Milli Məclisin deputatları Arzu Nağıyev, Anar Məmmədov, ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
 
Gürcüstanın Baş naziri yolun keyfiyyətlə tikildiyini bildirib və layihənin icrasında əməyi olanlara təşəkkür edib.
 
Qeyd edək ki, bu yolun tikintisini Naxçıvanın təcrübəli inşaatçıları həyata keçiriblər. Onlar muxtar respublikada bir çox yol layihələrini icra ediblər.
 
Tbilisi-Saqarejo avtomobil yolunun uzunluğu 35 kilometrdir. Dünya Bankının maliyyələşdirdiyi bu layihənin 31 kilometrlik hissəsinin çəkilişi “Arkoz” Holdinqə həvalə edilib. Mürəkkəb relyefli ərazidən çəkilən yolun ilk 7 kilometrlik hissəsində 17 körpü inşa olunub.
 
Tbilisi-Saqarejo avtomobil yolu Gürcüstanın paytaxtını Kaxeti regionu ilə birləşdirən əsas magistral yolun bir hissəsidir. Uzunluğu 85 kilometr olan bu yolun əhəmiyyəti həm də odur ki, yol Azərbaycan sərhədinə qədər uzanır.
 
Gürcüstan hökumətinin bu mühüm layihənin icrasını iki mərhələdə “Arkoz” Holdinqə həvalə etməsi onu deməyə əsas verir ki, şirkətin gördüyü işin keyfiyyəti qonşu ölkənin dövlət orqanlarını qane edib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər