Ukrayna hərbi sənayesi dünya hərb tarixində misli görünməyən yeniliyə imza atıb.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Ukrayna dünyada ilk dəfə olaraq raket və dronun sintezini həyata keçirməklə yeni raket sistemi yaradıb. Yaradılan yeni raketin özəllikləri haqında ətraflı məlumat verilməsə də, yeni raketin həm dağıdıcı gücünə, həm də atəş məsafəsinə görə digər raketləri əhəmiyyətli dərəcədə üstələdiyi güman edilir.
Mütəxəssislər hesab edir ki, yeni raket Ukraynanın Qərbdən olan raket asılılığını da əhəmiyyətli dərəcədə azaldacaq. Bundan başqa, yeni raket Ukraynanın yerli istehsalı olduğu üçün, Kiyev bu raketdən Rusiyanın dərinliklərini vurmaq üçün sərbəst şəkildə istifadə edə biləcək və bunun üçün kimsədən icazə almağa ehtiyac duymayacaq.
Seymur ƏLİYEV