Putin üçün Bakıya gələn, Fransada tutulan Pavel Durov kimdir? Telegram əfsanəsinin həzin sonu? DOSYE
Dünya
Oxunub: 1979
25 Aug 2024 | 15:43
Putin üçün Bakıya gələn, Fransada tutulan Pavel Durov kimdir? Telegram əfsanəsinin həzin sonu? DOSYE
Xəbər verdiyimiz kimi , Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
 
O, Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hökuməti Teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.
 
Bəs Pavel Durov kimdir?
 
Musavat.com onun dosyesini təqdim edir:
 
Pavel Durov 1984-cü il oktyabrın 10-da Leninqradda ziyalı ailəsində anadan olub. O, ibtidai təhsilini İtaliyanın Turin şəhərində atası V.S.Durovun işlədiyi məktəbdə alıb.  Doğma şəhərinə qayıdandan sonra isə Pavel qısa müddətə adi məktəbdə oxuyub və dörd xarici dil də daxil olmaqla bütün fənlərin dərindən öyrənilməsini təmin edən Akademik Gimnaziyanın eksperimental sinfinə daxil olub.  11 yaşında ilk dəfə proqramlaşdırma ilə maraqlanmağa başlayıb. Hətta gimnaziyada oxuyarkən məktəb kompüterlərinin ekran fotosunu “ölməlidir” başlığı ilə informatika müəlliminin şəklinə dəyişib. Buna görə də Durov kompüterlərə girişdən məhrum edilib, lakin o, ustalıqla onların parollarını sındırıb. 2001-ci ildə Akademik Gimnaziyanı fərqlənmə diplomu ilə bitirib.  2002-ci ildə Pavel Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsinə ingilis filologiyası və tərcüməsi ixtisasına daxil olub. Akademik nailiyyətlərinə və universitetdə tələbə həyatına verdiyi töhfəyə görə o, Rusiya Federasiyası Hökumətinin təqaüdünə, daha sonra isə Rusiya Federasiyası Prezidentinin təqaüdünə layiq görülüb.
 
O, informatika, dilçilik və dizayn üzrə müsabiqələrin qalibi olub və universitet miqyasında tədbirlər təşkil edib. Pavel 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
 
O, Sent Kitts və Nevis, BƏƏ və Fransa vətəndaşlığına malikdir, milyarderdir. O təkcə “Telegram”ın deyil, həm də “VKontakte” sosial şəbəkəsinin və eyniadlı şirkətin yaradıcılarından biridir. Universiteti bitirdikdən dərhal sonra o, hazırda Rusiyanın ən böyük sosial şəbəkəsi olan “VKontakte”ni yaratıb. 2011-ci ildə 7,9 milyard rubl sərvəti ilə o, rus milyarderlərinin reytinqində 350-ci yeri tutub.
 
O, vegetariandır və libertar siyasi baxışlara malikdir. Durov “Rusiyanın  Mark Zukerberqi” adlanır və tez-tez ekssentrik bəyanatlarına görə tənqid olunur.
 
Durov 2014-cü ildə Rusiyanı tərk edib və geri qayıtmaq fikrində olmadığını bildirib. 2016-cı ildən o, “Forbes” jurnalının Rusiyanın 200 ən zəngin iş adamı siyahısına daxil edilib.
 
 Dörd il ərzində onun sərvəti 600 milyon dollardan 3,4 milyard dollara yüksəlib. 2020-ci ildə Rusiyada 30-cu, dünyada isə 565-ci yerdə olub.  2021-ci ildə “Forbes” jurnalı Durovu 17,2 milyard dollar sərvəti ilə dünya milyarderləri arasında 112-ci yerə daxil edib. 2022-ci ildə rus milyarderləri arasında Durov 15,1 milyard dollar sərvətlə üçüncü yeri tutaraq sənaye sektorundan olmayan yeganə TOP-10 iş adamı olub.
 
16 aprel 2024-cü ildə Durov Telegram kanalında Taker Karlsona müsahibə verdiyini bildirib.   Müsahibədə o, Rusiya dövlətinin 2013-2014-cü illərdə Ukraynanın qərbindəki etiraz aksiyalarında iştirak edən və ya onlarla əlaqəli olan VKontakte hesab sahiblərinin məlumatlarını təqdim etmədiyinə görə onu “əməkdaşlıqdan imtina” ilə bağlı cinayət ittihamları ilə qorxutmağa çalışdığını deyib. 
 
Müsahibənin internetdə dərcindən bir neçə saat sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Durova arxalanacaq və “Telegram”dan terror aktlarının təşkili üçün platforma kimi istifadə edilməyəcək.
 
22 aprel 2014-cü ildə Pavel Durovun xaricə getdiyi və Rusiyaya qayıtmaq niyyətinin olmadığı məlum olub. O, bu barədə TechCrunch portalına müsahibəsində bildirib: “Təəssüf ki, bu ölkədə internet biznesi ilə məşğul olmaq mümkün deyil. Qorxuram ki, mənim üçün geri dönüş yoxdur. Xüsusilə mən hakimiyyətlə əməkdaşlıqdan açıq şəkildə imtina etdikdən sonra”.
 
2017-ci ildən o, “Telegram”ın baş qərargahının yerləşdiyi Dubayda yaşayır. Rus pasportundan əlavə, onun Sent-Kits və Nevis əyalətindən pasportu var, o, bu pasportu ölkə iqtisadiyyatına sərmayə qoyduqdan sonra alıb.
 
2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirliklərinin, avqustda isə Fransa vətəndaşlığını alıb.
 
“Forbes”in məlumatına görə, Durovun keçmiş həyat yoldaşı Daria Bondarenkodan iki  övladı var.  23 iyul 2024-cü ildə İsveçrədə yaşayan Durovun başqa bir keçmiş həyat yoldaşı İrina Bolqar  “Forbes” ilə əlaqə saxlayıb və onun Paveldən üç uşağı olduğunu bildirib. 2024-cü ildə Pavel sperma donorluğu sayəsində 100-dən çox uşağın bioloji atası olduğunu etiraf edib.
 
Hazırda Fransada saxlanılan və barəsində ittihamlar irəli sürülən Durovla bağlı bir çox siyasi şəxslər və iş adamları azadlıq çağırışları edirlər. Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib. Bu isə o deməkdir ki, Qərb jurnalistləri bu həbsə ən yüksək səviyyədə etiraz edəcək.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “ 2018-ci ildə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Jurnalistləri Müdafiə Komitəsi” və başqaları da daxil olmaqla 26 QHT-dən ibarət qrup Rusiya məhkəməsinin “Telegram”ı bloklamaq qərarını pisləyib”.
 
Mariya Zaxarova dolayısı ilə onu vurğulayıb ki, o vaxt Pavel Durova görə etiraz edən və Qərbin maraqlarının ifadəçisi kimi çıxış edən təşkilatlardan indi səsi çıxmır.
 
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki,  Qərb üçün Durov hələ də “təhlükəli rus” olaraq qalır.
 
- “Telegram”ın Fransada saxlanılan qurucusu Pavel Durov Rusiyanı tərk edərək “sülh adamı” olmaq üçün ölümcül səhv etdi.
 
Medvedev ağır cinayətlər üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edən və sonda Rusiyanı tərk edən Durovla danışdığını deyib. 
 
-Kifayət qədər uzun müddət əvvəl Durovdan soruşdum ki, niyə o, ağır cinayətlərdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmir. "Bu mənim prinsipial mövqeyimdir. Mən vətəni olmadan yaxşı yaşayan dünya adamı olmaq istəyərdim. Ubi bene ibi patria ( Hara yaxşıdır ora vətəndir)”, - Medvedev “Telegramın” ın qurucususunun fikirlərini xatırladıb.
 
"O, indi bütün ümumi düşmənlərimiz üçün rusdur və buna görə də gözlənilməz və təhlükəlidir. Fərqli qandandır. Durov nəhayət başa düşməlidir ki, zaman kimi Vətən də seçilə bilməz”, - Medvedev bildirib.
 
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
 
"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”.
 
Rusiyanın Fransadakı səfirliyi Durovun hüquqlarına hörmət edilməsini təmin etməyi tələb edib, lakin Paris indiyədək bu məsələdə qarşılıqlı əlaqədən yayınıb. Bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.
 
“Mediada Pavel Durovun saxlanması ilə bağlı xəbərlər dərc edildikdən sonra onlar dərhal Fransa hökumətindən səbəblərin aydınlaşdırılmasını istəyiblər və bu gündən etibarən Fransa tərəfinin konsulluğa girişini təmin etməyi tələb ediblər bu məsələ ilə bağlı qarşılıqlı əlaqədən yayındı”.
 
Qeyd edək ki, Durovun Fransaya Azərbaycandan getdiyi məlum olub. Avqustun 20-də Rusiya prezidenti Vladimir Putinin Pavel Durovla Bakıda görüşməkdən imtina etdiyi barədə məlumat yayılıb. 
 
Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona Telegram-ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib.
Oxşar xəbərlər
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 13:13
"Rusiya taktikasını yaxşılaşdırıb və Ukraynanın şərqində görünməyən templərlə əraziləri zəbt edir" - WP
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 13:13
"Rusiya taktikasını yaxşılaşdırıb və Ukraynanın şərqində görünməyən templərlə əraziləri zəbt edir" - WP
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!