Moderator.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı – həm faşist Almaniyasına, həm də Kvantun Yaponiyasına qarşı müharibədə iştirak edən Nuriyev Nəbi Balı oğlu vəfat edib.
Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev, Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən qəhrəman azərbaycanlı Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük igidliklər göstərib.
Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, o cümlədən Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub.
Allah rəhmət eləsin!
Seymur ƏLİYEV