“Gördüyü işləri parlatmaq onun xarakterinə tamamilə yad idi...”- Tanınmış Qarabağ qazisi Kamil Şirinov- 60...
Ekskluziv
Oxunub: 1879
20 Aug 2024 | 13:55
“Gördüyü işləri parlatmaq onun xarakterinə tamamilə yad idi...”- Tanınmış Qarabağ qazisi Kamil Şirinov- 60...
“Kərkicahana düşmənin genişmiqyaslı hücumu zamanı Kamil 21 nəfərdən ibarət tağımın mühasirədən çıxması üçün böyük fədakarlıq göstərdi və ağır yaralandı. Həmin vaxt mən Kəlbəcərdə idim...”
 
“Təsəvvür edin ki, o nəinki 44 günlük müharibə dövründə, həmin savaş ərəfəsində və sonrakı günləri də hesablasaq, üst-üstə 60 gün ardıcıl şəkildə gecə-gündüz döyüş bölgələrini gəzdi...”
 
Xəbər verdiyimiz kimi, 11 avqust tanınmış Qarabağ qazisi, Kamil Şirinovun doğum günü idi... Rəhmətlik yaşasaydı, 60 illik yubileyi qeyd ediləcəkdi...  Doğum günündə  doğmaları və döyüş dostları, o cümlədən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbər üzvləri onu məzarı başında yad ediblər, ruhuna dualar oxuyublar...
Qısa tanıtım:
 
1964-cü il avqustun 12-də İmişli şəhərində zəhmətkeş və çoxuşaqlı bir ailədə dünyaya göz açmış Kamil Şirinov 1971-1981-ci illərdə orta məktəbi bitirib. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1984-1989-cu illərdə ali məktəbdə təhsil alıb. 1988-ci ildən Azərbaycanda Sovet-Rusiya imperiyasına və Qarabağın işğalına qarşı vüsət alan milli azadlıq hərəkatında fəal iştirak edən Kamil Şirinov 1991-ci ildən ilk nizami taborlardan birinin tərkibində Daşaltı əməliyyatında, Şuşa şəhərinin, Kərkicahan qəsəbəsinin müdafiəsində böyük cəsarət və əzmlə iştirak edib. Kərkicahan uğrundakı döyüşlərdən birində savaş yoldaşlarının mühasirədən çıxarılmasında böyük rol oynayıb, özü isə ağır yaralanıb...  Sonrakı illərdə o, işğalçılara qarşı mübarizəsini hərbi polisin sıralarında davam etdirib... 
 
Atəşkəs illərində Kamil Şirinov dostları Füzuli Rzaquliyev, Altay Məmmədov və digərləri ilə birgə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini (AVMVİB)yaradır və I Qarabağ savaşı veteranları və əlillərininn problemlərinin həllində dövlətimizə dəstək vermək üçün əllərindən gələni edirlər. O həmin qurumun sədri Füzuli Rzaquliyevin birinci müavini kimi qazilərin hər müşkülünün həlli üçün özünü oda-közə vurmağı böyük şərəf bilirdi. Daim ürəyi Qarabağın, torpaqlarımızın yağılardan azad edilməsi eşqi ilə döyünən Kamil bəy həm 2016-cı il aprel döyüşlərində, həm də 2020-ci ilin 44 günlük savaşında AVMVİB-nin rəhbərlərindən biri olaraq Azərbaycan Silahlı Qüvvələrinə hər cür maddi və mənəvi dəstək vermək üçün gecə-gündüz cəbhə, döyüş bölgələrində olub, birbaşa səngərlərə baş çəkib...
 
2021-ci il avqustun 2-də koronavirusa ağır şəkildə yoluxma nəticəsində dünyasını dəyişib...
 
*** *** ***
 
Vəd etdiyimiz kimi, saytımızın mərhum baş redaktoru Zülfüqar Hüseynzadə ilə də yaxın dostluq münasibətlərində olmuş Kamil Şirinov barədə qardaşı, I Qarabağ savaşında tanınmış hərbi həkim kimi fəaliyyət göstərmiş Qarabağ qazisi Habil Şirinovun xatirələrini dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
“Kamil uşaq vaxtından, dil açandan, məktəbə ayaq basandan, özünü dərk edəndən bəri hamıdan fərqlənib, onun özünəməxsus xüsusiyyətləri var idi. O, az yaşlarından ciddi xarakterli idi.  Təsəvvür edin ki, Kamil heç vaxt öz həmyaşıdlarıyla şit zarafat-filan etməzdi, boş-boşuna gülməzdi. Yadımdadır ki, o, məktəbdən gələndə şit zarafatlardan, mənasız işlərdən uzaq durmaq üçün çox vaxt yalnız gələrdi. O, bayağı söhbətləri, qeybəti, kiminsə arxasınca danışmağı sevmirdi. Uşaqlıqdan yaltaqlığa, ikiüzlülüyə nifrət edirdi. Tanınmış müğənni Elxan Şirinov bizimlə doğma əmioğludur. Kamil onunla eyni sinifdə oxuyurdu. Təsəvvür edin ki, hətta Elxanın da bəzi xarakterlərini xoşlamadığından Kamil məktəbdən gələndə çox vaxt onunla da yol yoldaşı olmurdu. Yəni o dərəcədə ciddi idi. Yaxşı da oxuyurdu. Çoxuşaqlı ailə idik. Atam fəhlə idi, anam isə evdar qadın... Yəni dolanışıq çətin idi. Yadımdadır ki, o zaman bir sıra rayonlar kimi İmişlidə də Rusiyaya göndərilmək üçün pomidor yığımı təşkil edilirdi. Və bu işdə uşaqlı-böyüklü bütün imkansız ailələr iştirak edirdi. Bizim ailədə də oğlanlar- hamımız bu işdə zəhmət çəkib pul qazanırdıq. Kamil bu işdə də öndə gedirdi, hamıdan çox zəhmət çəkirdi,  qardaşlarını işləməyə həvəsləndirirdi ki, ailəmizin dolanışığı üçün atamıza kömək dursunlar. Bu qayda ilə məktəb üçün geyim, ləvazimat və s. üçün pul vəsaitini Kamil də öz zəhməti ilə əldə etməyə alışmışdı. O, orta məktəbdə təhsil aldığı müddətdə yay tətillərində işləməklə nəinki özünün məktəb üçün geyim-geçimini, çantasını, qələm-dəftərini və s. ala bilir, hətta ailəmizin ehtiyacları üçün xeyli əlavə gəlir də əldə edirdi... 
 
Kamil ali məktəbə hərbi xidmətdən qayıtdıqdan sonra daxil oldu. İndi Texniki Universitet adlanan Politexnik institutunda təhsil aldı. Paralel olaraq Neft daşlarında işə düzəldi. Gecələr təhsil alır, gündüzlər işləyirdi. Sonradan onu təhsil almasıyla əlaqədar Bakı yaxınlığındakı neft müəssisələrindən birinə keçirdilər... 
 
Kamil 1988-ci ildən Sovet-rus imperiyasına qarşı və Qarabağın müdafiəsi uğrunda mübarizə dalğasında formalaşmış milli azadlıq hərəkatına qoşuldu. 1991-ci ilin payızında Bakının Şıxov qəsəbəsində yaradılan ilk nizami taborun formalaşmasında Kamilin də böyük rolu oldu. Həmin taborun nizamnaməsini yazaraq Azərbaycan parlamentinə təqdim edənlərdən biri də o idi. Elə o taborun tərkibində 1991-ci ilin yanvarın 25-26-da Daşaltı əməliyyatında iştirak etmiş oğullarımızdan biri də Kamil olmuşdu. Daha sonra Kərkicahan qəsəbəsinin və Şuşanın müdafiəsində də fəal iştirak etdi... 
Kərkicahana düşmənin genişmiqyaslı hücumu zamanı Kamil 21 nəfərdən ibarət tağımın mühasirədən çıxması üçün böyük fədakarlıq göstərdi və ağır yaralandı. Həmin vaxt mən Kəlbəcərdə idim. Şuşa ətrafında, o cümlədən Kərkicahanda yaralılar çox olduğu üçün vertolyotla oraya uçduq. Xəstəxanada yaralıları müalicə edərkən həkimlərdən biri dedi ki, Kərkicahanda Kamil adlı döyüşçümüz həlak olub. Sonradan bildilər ki, mənim qardaşımın da adı Kamildir. Dedim ki, fərqi yoxdur, həlak olanların hamısı bizim qardaşlarımızdır. Sonra 3-4 dostum və rəhmətlik Milli Qəhrəman Ramiz Qənbərovla birlikdə yaralıları gətirmək üçün Kərkicahan istiqamətinə yollandıq.  6 nəfər başqa yaralı döyüşçülərimizi tapdıq, amma Kamili tapmadıq... Həmin yaralılara baxdıqdan sonra, nəhayət, axşama yuaxın Kamili yaralı vəziyyətdə gətirdilər və mən onu digərləri kimi qəbul etdim. Biz bir-birimizi qucaqlayıb ağladıq, ancaq gülə-gülə ağladıq, qürur hissi yaşadıq. Çünki sevinirdik ki, bir ailədən iki qardaş Vətənin, torpaqlarımızın, Qarabağın müdafiəsi uğrunda canımızı qurban verməyə hazırıq... 
 
Məni anam öz dili ilə Vətənə qurban demişdi... Öncə mən könüllü olaraq həkim kimi cəbhəyə yollanmışdım. Həmin vaxt Kamil hələ tələbə idi. Bir gün mən işlə bağlı İmişliyə gəldim, evimizə dönəndə anam dedi ki, Kamil də Milli Orduya yazılıb. Gəldim Bakıya, kirayə qaldığımız evdə Kamili tapdım, alnından öpdüm, xeyir-dua verdim...
 
Hospitaldakı müalicədən qayıtdıqdan sonra, 1993-cü ildə Kamil ucaboylu olduğu üçün onu hərbi polisə qəbul etdilər və işğalçılara qarşı mübarizəsini hərbi polisin sıralarında davam etdirdi. 1994-cü ildə Ermənistanla atəşkəs sazişi imzalandıqdan və digərləri kimi Kamil də hərbi polisdən təxris edildikdən sonra  dostları Füzuli Rzaquliyev, Altay Məmmədov və digərləri ilə birgə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini yaratdı. O dövrdən dünyasını dəyişənədək Kamil həmin qurumun sədrinin birinci müavini kimi fəaliyyət göstərdi və bütün Azərbaycanda müharibə qaziləri və veteranları, onların ailə üzvləri arasında öz qayğıkeşliyi, təəssübkeşliyi, fədakarlığıyla, həm də sadəliyi, təvazökarlığıyla  ad qazandı. Təsəvvür edin ki, AVMVİB-nin sədri Füzuli Rzaquliyev Kamilin ölümündən bir müddət sonra söhbətimiz zamanı dedi ki, həmin qurumda 1-ci müavin ştatını ləğv edib. Çünki Kamilin yerinə təyin etmək üçün onu əvəz edə biləcək namizəd tapa bilməyib, çünki ikinci Kamil olmayacaqdı... 
 
Kamil bu xalq, bu Vətən, bu dövlət üçün çox işlər görsə də, həmin işləri nümayiş etdirməyi, parlatmağı qətiyyən xoşlamazdı. Dediyim kimi, AVMVİB-in əsas yaradıcılarından və dayaqlarından biri Kamil olub. O, özünə və ya Birliyə müraciət edən hər bir vətəndaşın, hər bir qazinin problemlərinin ardınca düşür  və var gücüylə onları həll etməyə çalışırdı... Nəticədə Kamilin orqanizmi fizioloji cəhətdən yoruldu… Təsəvvür edin ki, o nəinki 44 günlük müharibə dövründə, həmin savaş ərəfəsində və sonrakı günləri də hesablasaq, üst-üstə 60 gün ardıcıl şəkildə gecə-gündüz döyüş bölgələrini gəzdi. Mənim öz səhhətim ağır olsa da, təxminən 30 gün də mən Kamillə birlikdə oldum,  ehtiyat qüvvələrin mənəvi-psixoloji hazırlığıyla məşğul olduq,  mən öz növbəmdə Ağcabədidə, Beyləqanda gətirilən yaralıları müayinə etdim, onlara birgə psixoloji dəstək olduq... Elə həmin günlər ərzində Kamilin sağlamlığı çox sarsıldı. O, koronavirusa yoluxmasına baxmayaraq, mənim, digər həkimlərin göstərişlərinə əməl etmir və gün ərzində bir neçə iynə vurdurmaqla bədənində yüksək həsarətlə gecə-gündüz cəbhə bölgələrini gəzirdi... Bütün bunların nəticəsində 2021-ci ilin yayında vəziyyəti tamamilə ağırlaşdı və həkimlərin bütün səylərinə baxmayaraq həmin il avqustun 2-də böyrək çatışmazlığından dünyasını dəyişdi....  
 
Kamil döyüşkən olmasına baxmayaraq adi, dinc həyatda həddindən artıq mehriban və sülhpərvər insan idi. O, istər qohumlar, istərsə də dostları arasındakı müəyyən problemləri daim sülhlə həll etməyə çalışırdı. O ən mürəkkəb, ziddiyyətli məsələləri gülər üzlə həll etməyi bacarırdı. Kamil ictimai-siyasi həyatda da eyni barışdırıcı mövqedə dayanmağa çalışırdı. İstəyirdi ki, siyasi mövqeyindən asılı olmayaq bütün sayılıb-seçilən Azərbaycan oğul-qızları dövlətimizi, xalqımızı sarsıntılardan qorumaq üçün daim bir olsunlar, həmrəy olsunlar...
 
Kamil Azərbaycan dövlətini daha böyük, daha qüdrətli, Güneyli-Quzeyli bütöv bir dövlət kimi görmək istəyirdi. Kamil türk dövlətlərini, xalqlarını gerçək şəkildə birləşdirəcək Turanı görmək istəyirdi. Daim nəinki Azərbaycandakı, həm də Türkiyədəki millətçi, türkçü oğullarla, liderlərlə əlaqə saxlayırdı... 
Bütün üstünlüklərinə, əlində olan imkanlara rəğmən Kamil heç vaxt öz şəxsi karyerası, maddi qazancı üçün çalışmadı. Özünü, gördüyü işləri nümayiş etdirmək, parlatmaq, başqalarına özünü göstərmək, yuxarı vəzifələrdə olan şəxslərin gözünə girmək və s. kimi xüsusiyyətlər onun xarakterinə tamamilə yad idi...
 
Son illər Kamil Xırdalandakı 4 saylı orta məktəbdə həm hərbi müəllim, həm də direktor müavini işləyirdi. Həyatdan köçəndə onun dəfninə bütün məktəb kollektivi gəlmişdi. Böyük bir izdiham toplanmışdı.. Məni məktəbin direktoru olan müəllimə ilə tanış etdilər. Mərasim bitəndə xahiş etdi ki, siz qalın, Kamillə birlikdə vidalaşaq.  Təsəvvür edirsiz, o müəllimə başını Kamilin məzarının torpağına qoyub hönkür-hönkür ağladı. Dedi ki, “biz adi günlərdə Kamil müəllim müəyyən işlə bağlı məktəbə gəlməyəndə elə bilirdik ki, məktəbdə bütün tədris-təlim prosesi dayanıbdır, bu gün isə Kamil müəllimin əbədi yoxluğunu biləndə elə bil məktəbimiz yox oldu. İndi düşünürük ki, Kamil müəllimi kim əvəz edəcək, onun yerini kim doldura biləcək, onun işini kim aparacaq”. Yəni Kamil bu dərəcədə işlədiyi, kollektivə, elə-obaya, cəmiyyətə, xalqa bağlı bir insan idi... 
Bu gün artıq 3 ildən çoxdur ki, Kamil yoxdur. Sanki bütün qolum-qanadım qırılıb. Yeganə təsəllim onunla bağlı şirin xatirələrim və onun el-obanın, işlədiyi həm qazi, həm  məktəb kollektivlərinin, cəmiyyətin, xalqın xatirəsində, yaddaşında sözün əsil mənasında böyük vətənpərvər, millətsevər, döyüşkən, mübariz bir Vətən övladı kimi qalmasıdır...
 
Allah cəmi şəhidlərimizə və dünyadan köçənlərimizə rəhmət eləsin!..”
 
Təqdim etdi:
 
Sultan Laçın  
 
Oxşar xəbərlər
21:15, Bu gün
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
21:08, Bu gün
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
21:00, Bu gün
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
20:50, Bu gün
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
20:45, Bu gün
KİV: “Hizbullah” arsenalının yarısını itirib
20:44, Bu gün
İran İsrailə zərbələr endirir - Təcili
20:37, Bu gün
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
20:29, Bu gün
Hərbi səfərbərlik elan edildi
20:26, Bu gün
ABŞ YouTube-u məhkəməyə verdi
20:23, Bu gün
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
20:20, Bu gün
Livandan İsrailin mərkəzinə raket atıldı
20:13, Bu gün
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
20:05, Bu gün
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
19:58, Bu gün
Neft və qızıl BAHALAŞDI
19:50, Bu gün
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
19:43, Bu gün
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
19:35, Bu gün
"Şerlok Holms" infarkt keçirdi - FOTO
19:30, Bu gün
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
19:25, Bu gün
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
19:24, Bu gün
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
19:20, Bu gün
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
19:19, Bu gün
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
19:16, Bu gün
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
19:08, Bu gün
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
19:00, Bu gün
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
18:50, Bu gün
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
18:43, Bu gün
Qəhvəyə protein tozu əlavə etmək olar?
18:38, Bu gün
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
18:37, Bu gün
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
18:33, Bu gün
Sabah Bakınının bu ərazilərində su olmayacaq
18:28, Bu gün
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
18:23, Bu gün
İsrail Beyruta yenidən zərbə endirdi
18:20, Bu gün
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
18:18, Bu gün
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
18:14, Bu gün
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
18:13, Bu gün
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
18:12, Bu gün
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
18:05, Bu gün
Azərbaycan Stoltenberqə təşəkkür etdi
18:02, Bu gün
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
18:00, Bu gün
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
17:31, Bu gün
16 otaqlı ev kül oldu
17:28, Bu gün
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
17:26, Bu gün
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
17:15, Bu gün
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
17:10, Bu gün
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
16:58, Bu gün
Şolts Putinlə danışmağı planlaşdırır
16:56, Bu gün
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
16:44, Bu gün
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
16:43, Bu gün
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
16:28, Bu gün
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
16:22, Bu gün
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
16:16, Bu gün
BQXK əməkdaşları separatçılara baş çəkdi
16:11, Bu gün
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
16:05, Bu gün
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
16:04, Bu gün
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
16:00, Bu gün
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
15:53, Bu gün
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
15:47, Bu gün
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
15:38, Bu gün
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
15:32, Bu gün
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
15:26, Bu gün
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
15:21, Bu gün
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
15:15, Bu gün
Ahıllar evinin sakinləri tamaşa təqdim ediblər
15:10, Bu gün
BDU Dünya Akademik Sammitində təmsil olunacaq
15:05, Bu gün
Zəfər Günü əfv olacaq? – AÇIQLAMA
15:00, Bu gün
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edildi - SƏRƏNCAM
14:56, Bu gün
Hava ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ
14:50, Bu gün
Ucarda DƏHŞƏT! Yanacaq daşıyan maşın AŞDI - Sürücü yanaraq ÖLDÜ - FOTO
14:45, Bu gün
Oktyabr 5 BÜRC üçün sürprizlər ayı olacaq
14:39, Bu gün
Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları YEMƏYİN 
14:35, Bu gün
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
14:29, Bu gün
Rusiyalılar vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı - FOTO
14:24, Bu gün
Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirdi
14:20, Bu gün
Fətvanın çəkisi: "Tehran iki biabırçı variantdan birini seçməyə məcbur olacaq" - ŞƏRH
14:14, Bu gün
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
14:09, Bu gün
FHN Ucardakı yanğınla bağlı məlumat yaydı
14:04, Bu gün
Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı - FOTO
13:58, Bu gün
Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
13:52, Bu gün
Müəllimlər Günü ilə bağlı məktəblərə xəbərdarlıq edildi
13:47, Bu gün
Agentlik sədrinin iki müavini işdən çıxarıldı
13:42, Bu gün
“Dərmanlarını ABŞ-dən, Zelandiyadan gətirdirik, həkim deyir ki, sağalmayacaq” – Aşıq Əhlimanın xanımı DANIŞDI
13:37, Bu gün
Sabah 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
13:32, Bu gün
Vidadi İsgəndərli vəfat etdi
13:27, Bu gün
"Qarabağ" - "Malmö" oyununu yunan hakim idarə edəcək
13:22, Bu gün
Əksəriyyət Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyir - SORĞU
13:16, Bu gün
"Qarabağ" - "Malmö" matçına nə qədər bilet satılıb?
13:12, Bu gün
Topçu Vüsal tələbə adını qazandı - FOTO
13:06, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:00, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - Slovakiya matçının biletləri satışa çıxarıldı
12:55, Bu gün
Kamran Əliyev xorvatiyalı həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO
12:50, Bu gün
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
12:45, Bu gün
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
12:40, Bu gün
Maskalı şəxslər baş həkimi güllələdi - FOTO
12:36, Bu gün
Tarix dərsliklərimizin yaratdığı qıcıq - Rusiyanın yersiz əndişəsi...
12:32, Bu gün
Əkbər Əlizadənin monoloqu “Kızılcık şerbeti”ndə - VİDEO
12:26, Bu gün
Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? - Pediatr AÇIQLADI
12:20, Bu gün
COP29 - Müzakirə üçün 5 təklif
12:15, Bu gün
Bakı Beynəlxalq Film Festivalı: "Qızıl Nar" təqdim olunacaq
12:10, Bu gün
Bu tarixlərdə meteor yağışı müşahidə ediləcək
12:05, Bu gün
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib - FOTO
GÜNLÜK
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
AYLIQ
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq