Günay Ağamalı 15 avqust 2024-cü ildə Salyan rayonu Boranıkənd kəndində 44 günlük Vətən müharibəsi qazisi Gözəl İmanovun evində oldu.
Səmimi keçən görüşdə G.İmanovun döyüş yolundan danışıldı.
Moderator.az xəbər verir ki, Günay Ağamalı Gözəl İmanovun sağlamlığı ilə maraqlanaraq, ona can sağlığı arzuladı. O, G.İmanovun 44 günlük Vətən müharibəsində iştirakını və göstərdiyi igidliyi yüksək qiymətləndirdi.
Görüşdə Gözəl İmanov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmət etdiyini və ən çətin döyüşlərin iştirakçısı və şahidi olduğunu söylədi. O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, 2020-ci ilin oktyabrın 19-da Xocavənd Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə ağır yaralandığını söylədi.
G.İmanov görüşün sonunda dövlətimizin, Cənab Prezident İlham Əliyevin və I Vitse-prezident Mehriban xanım Əliyevanın qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.
15 Avqust 2024-cü il