“Neftçi” - “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi
İdman
1659
17 Aug 2024 | 18:38

“Neftçi” - “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq. Sayt yaratmaq
 
"Zirə" klubu UEFA Konfrans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.
 
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan "Liv Bona Dea Arena"ya dəyişdirilmişdi.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər