00:55
13°C
Bakı
Sakit okeanda, Samoa sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apia şəhərindən 201 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Mümkün itki və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.