Ukraynanın 7 gün ərzində ələ keçirdiyi Rusiya ərazisi, Rusiyanın 7 ay ərzində işğal etdiyi Ukrayna ərazisi qədərdir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi institutu məlumat verib. Məlumatda qeyd olunub ki, Rusiya cari ilin yanvar-iyul aylarında 1175 kvadrat kilometr Ukrayna ərazisini işğal edib ki, bu da Ukraynanın 6 avqust tarixindən sonrakı bir həftə ərzində tutduğu əraziyə bərabərdir.
Bundan başqa, Rusiya ilə müqayisədə Ukrayna bu ərazini ələ keçirmək üçün müqayisəedilməz dərəcə az itki verib və demək olar ki, heç bir ciddi müqavimətlə üzləşməyib.
Bununla yanaşı, mütəxəssislər hesab edir ki, insan resursunun bolluğu Rusiyaya işğal etdiyi ərazilərdə daha yaxşı möhkəmlənməyə imkan verir ki,Ukrayna bu potensialdan məhrumdur.
Seymur ƏLİYEV