Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI Pişəvəri hərakatının SÜQUTU
Siyasət
Oxunub: 1511
06 Aug 2024 | 08:41
Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI – Pişəvəri hərakatının SÜQUTU
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
 
Moderator.az xəbər verir ki, Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 5 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
 
Beləliklə, dekabrın 20-də Cənubi Azərbaycanda Şah rejimi bərqərar olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.
 
Cənubi Azərbaycanda milli hərakat süquta uğrasa da Bağır Seyidzadə Təbrizdə fəaliyyətini davam etdirirdi. O, M.C.Bağlrovun tövsiyyəsi ilə və milli xəttin nümayəndəsi kimi Təbrizdə Baş Konsulluğ bağlanana (1949-cu il) kimi diplomatik fəaliyyətini davam etdirir. Bax bu dövrlə də bağlı Bağır Seyidzadənin şəxsi qeydləri çox maraqlıdır: “Demokratik təşkilatlara, mütərəqqi fikirli şəxslərə qarşı kütləvi repressiyalar nümayişkaranə şəkildə təşviq edilməyə başlanılmışdı. İrandakı demokratik təşkilatlar – İran Xalq Partiyası, Həmkarlar İttifaqları Mərkəzi Şurası, Azərbaycan Demokrat Partiyasını gözdən salmaq üçün Tehran qəzetləri əllərindən gələni edirdilər. Azərbaycanda Azərbaycan Demokrat Partiyasının üzvlərinə və onlara rəğbət bəsləyənlərə qarşı vəhşi repressiyalar həyata keçirilirdi.
 
Elə ilk gündən Tehranda çıxan rəsmi qəzetlər Təbrizdə 600-dən çox azərbaycanlı demokratın öldürüldüyünü və minlərlə insanın həbsindən yazırdı. Hələ qoşunlar gəlməmişdən əvvəl Ərdəbil şəhərini tutan şahsevənlər 40-dan çox azərbaycanlı demokratı asmış, bir çoxlarını güllələmişdilər. 1947-ci il yanvarın 6-da “Etteliaat” Azərbaycan demokratlarına qoşulmuş İran ordusunun 23 zabitinin hərbi məhkəmə hökmü əsasında edam edilməsindən, ertəsi gün isə Azərbaycanın görkəmli simalarından biri olan Kəbirinin edam edilməsindən xəbər verirdi.
 
Həmin qəzet Səttarxanın və Bağırxanın abidələrinin vəhşicəsinə dağıdılmasını, Azərbaycan dilində olan kitab və qəzetlərin odda yandırılmasını məmnunluqla təsvir edirdi. Tehrana gətirilən Azərbaycanın keçmiş general-qubernatoru doktor Cavid, vilayət əncümənlərinin sədri Şəbüstəri, Qazi Məhəmməd, Seyf Qazi və bir neçə digər liderlər həbs edildi. Tehran qəzetləri Azərbaycan məsələsində Qəvamın xidmətlərini hər cür şişirdir və “İranı xilas etdiklərini” sübut etməyə çalışırdılar”.
 
Maraqlıdır ki, İran Jurnalistlər Cəmiyyəti dekabrın 24-də Azərbaycanın işğalı ilə bağlı ziyafət təşkil edir və bu ziyafətdə hərbi nazir general Əhmədi, Baş Qərargah rəisi general Rəzmara və digər nazirlər iştirak edirlər.  Qəbulda baş qərargah rəisi general Rəzmara çıxış edərək bildirir ki, (ARDA.F1.siy.4,s.v.81,vər.1-31) “Azərbaycan demokratları bütün İranı ələ keçirmək istəyirlərdi və bunun üçün çoxlu sayda silah-sursat yığmışdılar, 100 mindən çox insana hərbi işlərdə təlim keçiblər.  Onlar öz adamlarını hətta xaricə hərbi təlim üçün göndərirdilər. Bu vəziyyət 2 ildə  davam etsə idi, bütün İranı ələ keçirə biləcəkdilər”.
 
“Ettelaat”ın məlumatına görə, qoşunlar dekabrın 27-dək Azərbaycanın hər yerindən 6 milyon patron, 20 min tüfəng, çoxlu ağır və yüngül pulemyot və 200 yük maşını toplayıblar.
 
Bağır Seyidzadənin şəxsi qeydləri: “Azərbaycanda Pişəvəri hərakatının süqutundakı “xidmətlərinə” və “parlaq qələbə” ilə əlaqədar olaraq şah Qəvama və baş qərargah rəisi general Rəzmərə (və onun şəxsində orduya) yazılı şəkildə xüsusi təşəkkürünü bildirdi.
 
Azərbaycan demokratlarına qarşı mübarizə aparan mürtəce dəstələrin başçıları – Zülfağari, Yamini və Əslahedərbami, o cümlədən 20 zabit orden və medallarla təltif edildi, rütbələri yüksəldildi. Baş Qərargah şahsevənlərə (tayfa) xüsusi minnətdarlığını bildirdi.
 
Dekabrın 22-də Tehranda “milli qəhrəmanlar” rütbəsinə yüksəldilmiş Zülfəqari dəstələri tərəfindən açılan qoşunların paradı oldu. İran ordusunun baş komandanı, İran şahı Məhəmməd Rza Pəhləvi hərbi yolla Azərbaycanda Pişəvəri hökümətinin ləğv etməsinə görə Zülfəqari ordeni ilə təltif edilir. Şah Baş Qərargah rəisi general Razmara İran Jandarma İdarəsinin rəisinin müşaviri amerikalı general Şvartskopfa xüsusi təşəkkür məktubu ünvanlayır və orada şəxsən Şvartskopf, eləcə də zabit və bütün şəxsi heyətə Azərbaycanbaycanda ordu ilə birgə əməliyyatlarda iştirak etdiyinə görə minnətdarlığını bildirir”.
 
Yeri gəlmişkən, bu o demək idi ki, İran jandarmiyası təkcə formal deyil, həm də faktiki olaraq amerikalıların tam nəzarəti və rəhbərliyi altında idi.
 
Azərbaycan demokratlarına qarşı yeni yalanlar dalğası təşkil etmək məqsədilə 1946-cı il dekabrın 21-də “Etteliaat”da (ARDA.F.28,siy.4,s.v.81,vər.1-31) dərc olunmuş yazıda deyilirdi ki, “Heç bir din və ideya ilə bağlı olmayan bir qrup şəxs bir il ərzində İranın ən yaxşı vilayətlərini qarət edib, onları soyqırımına qərq etdilər. Şəhərlər məktəblərdən, xəstəxanalardan, həkimlərdən və dərmanlardan tamamilə məhrum idi (Bu lap ağ yalan idi. A.M.)”.
 
Digər Mehre İran qəzeti (ARDA. F.28, siy.4, s.v.81, vər.1-31) 30 Dekabr 1946-cı il sayında bildirirdi. Azərbaycan hadisələri nəticəsində Azərbaycanın itkiləri 200 milyon tumən, hökumətin itkiləri isə 100 milyon tumandən artıqdır. Azərbaycan demokratik hərəkatına çamur ataraq, qəzet onu da təxribatla qeyd edirdi ki, guya Pişəvəri Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankından və əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürüb”.
 
Bununla bağlı Bağır Seyidzadənin şəxsi qeydləri: ADP rəhbərlərini gözdən salmaq və sadə insanlar arasında onların mənfi obrazını yaratmaq üçün İran mətbatı guya Pişəvərinin Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankındakı  əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürməsi bağlı tam yalan  yazılar dərc edirdi. (Yəqin elə Təbrizə girən Şah qüvvələri bu pulları mənimsəyərək, ölkəni tərk edən demokratların ayağlarına yazırdılar-A.M.)”.
 
1947-ci ilin yanvarından başlayaraq Təbrizdə mürtəce  İran Demokratik Partiyasının təşkilatları yaradılır və bir neçə mərkəzi hakimiyyətə bağlı başqa partiyalar fəaliyyətə başlayır. Bu partiya nümayəndələri olan gənclər  Təbriz universitetinin qarşısında toplaşaraq qışqırırdılar ki: “Biz Pişəvərinin yaratdığı universiteti  istəmirik. Azərbaycan Demokrat Partiyasının yaratdığı hər şey ləğv edilməlidir”.
 
İranın hakim dairələri bununla da Azərbaycan milli hərəkatını darmadağın etməyə və Cənubi Azərbaycanda mürtəce nizamı bərpa etməyə çalışırdılar. Lakin onlar Azərbaycan demokratlarına qarşı vəhşi repressiyaları ilə Azərbaycan xalqının yalnız nifrətini qazandılar. Şübhəsiz ki, bütün bunlar azərbaycanlıların irticaya qarşı gələcək mübarizəsində öz əksini tapacaqdı.
 
İranın hakim dairələri Azərbaycan hərəkatını dəstəkləyən, irticaya qarşı yorulmadan mübarizə aparan, onun xalqa qarşı planlarını ifşa edənləri həbslərə atsalar da, Azərbaycan Demokrat Partiyası və onun səyləri ilə yaradılan milli hökümət mövcud olduğu bir ildən artıq müddətdə İranın hakim fars rejiminə və onların xarici ağalarına qarşı çox ciddi fəaliyyət göstərdilər.
 
Öz fədakar mübarizəsi və həqiqi azadlıq ideallarına sədaqəti ilə onlar Azərbaycan dilli məktəblər, teatrlar, qəzetlər, dərgilər, radio və universitet açaraq xalqın dərin hörmət və rəğbətini qazandılar.  Bütün bunlar heç bir halda İran mürtəcelərini  şovinist assimilyasiya  planlarına uyğun gəlmirdi.
Oxşar xəbərlər
12:18, Bu gün
Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü
12:13, Bu gün
İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır - FOTO
12:08, Bu gün
İki ordu Ermənistana girə bilər: Noyabrdan sonra şərtlər dəyişəcək
12:03, Bu gün
Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
11:59, Bu gün
Millimiz bu gün Estoniya ilə qarşılaşacaq
11:55, Bu gün
Zəngəzur dəhlizinə “həll yolu” tapıldı - Güzəştə getdilər
11:50, Bu gün
Paşinyanın komandasında bir gündə 3-cü istefa – Nə baş verir?
11:46, Bu gün
BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub - FOTO
11:41, Bu gün
Mübariz Tağıyev: “Bundan da gözəl xoşbəxtlik ola bilər?” - VİDEO
11:38, Bu gün
SOMDA-nin hərbi qulluqçuları könüllü qanvermə aksiyasında iştirak ediblər - FOTO
11:35, Bu gün
Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur
11:29, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük
11:26, Bu gün
Kamran Əliyev Gəncəyə səfər etdi - FOTO
11:23, Bu gün
Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY
11:22, Bu gün
PA rəsmisi: COP29 ərəfəsində Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
11:20, Bu gün
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
11:16, Bu gün
Rəşad Məcid dezinformasiya ilə mübarizədə medianın fəaliyyətini qiymətləndirib
11:15, Bu gün
SEPAH generalı sorğu-sual zamanı infarkt keçirdi
11:09, Bu gün
Respublika başçısı onu Məhəmməd Əmin Rəsulzadəyə “yoldaş” dediyi üçün güllələtdi?...
11:08, Bu gün
Canlı efirdə aparıcının burnundan qan axdı - VİDEO
11:02, Bu gün
Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir
10:51, Bu gün
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
10:42, Bu gün
Zelenskini sağ buraxmayacaqlar - Rusiyalı general
10:34, Bu gün
Ən ağıllı uşaqların bu aylarda doğulduğu MƏLUM OLDU - ALİMLƏR İSBAT ETDİ
10:28, Bu gün
1 dəqiqədə donuz ətini necə ayırd etmək olar?
10:25, Bu gün
“Bombalar sabitlik, divarlar təhlükəsizlik gətirməyəcək...”- "Söhbət yəhudiliyə tamam zidd olan qisas almaqdan gedir..."- Yəhudi fəal 
10:19, Bu gün
Azərbaycanda broyler şirkəti ləğv edilir, əmlakları satışa çıxarılır
10:10, Bu gün
Qazaxda 18 tələbə dönərdən zəhərlənib
10:04, Bu gün
İki böyük şirkət Milli Aviyasiya Akademiyasının voleybol klubunun ortaq sahibləri oldu - FOTO
09:53, Bu gün
"Tesla"nın yeni maşını: Pedallar və sükan yoxdur - VİDEO
09:47, Bu gün
Tarixi kitabxana yandı
09:42, Bu gün
Şeyx İbrahim Əmir Teymura “40-cı qul mənəm” deyibmi?
09:34, Bu gün
Bakıda 330 min manatlıq saat oğurlanıb, Çin vətəndaşı şübhəlidir
09:26, Bu gün
Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr
09:19, Bu gün
Sabir Rüstəmxanlı: "Ermənilər bizə bir sıra cəhətdən yaxın olan xalqdır"- VİDEO 
09:11, Bu gün
Leyla və Arzu Qəbələdə bu ailənin qonağı oldu
09:00, Bu gün
Rusiya XİN: ATƏT böhran içindədir
08:55, Bu gün
Hər gün bir ovuc yemək xərçəngdən QORUYUR
08:46, Bu gün
Telefonlarınızı zərərli proqramdan belə qoruyun
08:31, Bu gün
Dizellə işləyən maşınlar vergiyə cəlb olunacaq?
08:22, Bu gün
Ali məktəbi yüksək nəticə ilə bitirən tələbə həyatını itirdi
08:09, Bu gün
Ərdoğan Serbiyaya səfər etdi - FOTO
08:00, Bu gün
Yeni Ulduzun Doğulmasının Şahidi Olacağıq: Bu, 80 İldə Bir Baş Verir!
07:54, Bu gün
Xamneinin əmri ilə bu İran generalı "Hizbullah"ın müvəqqəti komandiri oldu... -"Əl-Cərida"
07:46, Bu gün
"Sarı köhlənlər" niyə dünyanın ən qiymətli at cinsidir? - VİDEO
07:37, Bu gün
Qəhvənin ürək-dəmar sağlamlığı üçün daha bir faydası məlum oldu
07:27, Bu gün
Lukaşenko Putinə minlərlə ukraynalı uşağı oğurlamaqda kömək edib...-"ZMİNA"
01:07, Bu gün
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib
01:06, Bu gün
Süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq - Yenilik
10 Oct 2024 | 23:46
İsrail Beyrutun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirdi - VİDEO
10 Oct 2024 | 23:41
Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
10 Oct 2024 | 23:39
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
10 Oct 2024 | 23:34
"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
10 Oct 2024 | 22:54
İsrail Beyrutun mərkəzində iki binanı vurub
10 Oct 2024 | 22:52
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
10 Oct 2024 | 22:48
İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir
10 Oct 2024 | 22:46
Naxçıvanda “Şəhidlər bağı” salınacaq
10 Oct 2024 | 22:43
"İsrailin İranın neft obyektlərinə mümkün hücumu hansı nəticələrə səbəb olacaq?" - Ekspert rəyi
10 Oct 2024 | 22:40
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
10 Oct 2024 | 22:33
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
10 Oct 2024 | 22:31
Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında afrikalı qadınlardan istifadə edir... - İDDİA
10 Oct 2024 | 22:25
Ərdoğan yenilməz olduğumuza işarə etdi - Edi Rama
10 Oct 2024 | 22:18
Almaniya İsrailə silah tədarükünü artırır
10 Oct 2024 | 22:10
Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi
10 Oct 2024 | 22:00
İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili
10 Oct 2024 | 21:55
Azərbaycanın basketbol klubları yoxlama görüşündə üz-üzə gəliblər
10 Oct 2024 | 21:50
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
10 Oct 2024 | 21:44
Fatma Yıldırım: "ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur"
10 Oct 2024 | 21:41
"ABŞ Rusiya və Çinlə birgə nüvə silahından xilas olmaq barədə sazişə çox yaxın olub" - Donald Tramp
10 Oct 2024 | 21:38
127 ölkə Azərbaycanın BU TƏŞƏBBÜSÜNƏ QOŞULDU
10 Oct 2024 | 21:33
Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI
10 Oct 2024 | 21:31
Azərbaycan bu sınaqdan da qələbə ilə çıxacaq - AÇIQLAMA
10 Oct 2024 | 21:25
Bu televiziya kanalına yeni rəhbər təyin olundu
10 Oct 2024 | 21:20
Həkimlər toyuqun bu hissəsini təhlükəli hesab edir
10 Oct 2024 | 21:13
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
10 Oct 2024 | 21:09
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə vəziyyəti müzakirə edib
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 20:45
Azərbaycanda HALAL HOTELLƏR istifadəyə veriləcək - VİDEO
10 Oct 2024 | 20:40
Bəy öz toyunda da noutbukda işlədi - SƏRT TƏNQİD OLUNDU
10 Oct 2024 | 20:36
Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nı təsdiqləyib
10 Oct 2024 | 20:30
Stiven Siqal: "Lazım gəlsə, Putin üçün öləcəm"
10 Oct 2024 | 20:25
İsrail Livandan gələn iki PUA-nı məhv etdi
10 Oct 2024 | 20:20
İlham Əliyev fərman imzaladı
10 Oct 2024 | 20:12
Fernandu Santuş: "Futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq"
10 Oct 2024 | 20:06
"Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir"
10 Oct 2024 | 20:00
“Bunu sizə deməyəcəm” - Millimizin baş məşqçisi
10 Oct 2024 | 19:50
“O vaxt çirkiniydin, indi gözəlsən” - FOTO-VİDEO
10 Oct 2024 | 19:45
Azərbaycanda bir neçə şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
10 Oct 2024 | 19:44
“Hərbi xidmətdən yayınmaq üçün Xoreoqrafiya Akademiyasını seçməsinlər...” - XALQ ARTİSTİ
10 Oct 2024 | 19:43
Azərbaycan və BƏƏ birgə layihələri müzakirə etdi
10 Oct 2024 | 19:38
Avtobusda qətl - Anbaan kameraya düşdü - VİDEO
10 Oct 2024 | 19:33
Türkiyənin "Çernobıl"ında 2 ildə 30 nəfər xərçəngdən vəfat etdi
10 Oct 2024 | 19:31
Baş Prokurorluqdan Əhməd Əhmədov AÇIQLAMASI: "Ən ciddi formada..."
10 Oct 2024 | 19:27
Elçibəyi hakimiyyətə sionistlər gətirib? - Nemət Pənahlıdan OLAY kimi İDDİA
10 Oct 2024 | 19:25
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq
10 Oct 2024 | 19:20
Cənubi Sudanlı nazir COP29-a hazırlıqdan danışdı - VİDEO
10 Oct 2024 | 19:13
Laçınla bağlı xoş xəbər - Oktyabrın 13-dən etibarən...
10 Oct 2024 | 19:05
Universitet yataqxanalarında qida təhlükəsizliyi: Kənardan yemək gətirmək niyə qadağan edilir?
10 Oct 2024 | 18:55
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR - "Ciddi söhbət olacaq"
GÜNLÜK
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 15:35
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
10 Oct 2024 | 14:20
Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." – ŞOK
10 Oct 2024 | 15:00
Sülh üçün son şərtlər belədir: Dəhliz bu anlayışla açılır
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 12:25
Əhməd Əhmədov cinayət məsuliyyətindən azad edildi - ŞOK QƏRAR + FOTO/VİDEO
10 Oct 2024 | 12:30
Fuad Nəcəflinin qəbul otağına qəfil zəng – Deputat Ramiz Məmmədov özünü itirib və...
10 Oct 2024 | 13:32
"Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə Rusiyanın 400 "Shahed" dronunu məhv edib" - "Forbes"
10 Oct 2024 | 17:00
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
10 Oct 2024 | 13:27
Artan cərimələr: Məmur övladı qaydaları pozsa, cəzalanmasa...
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 15:35
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
10 Oct 2024 | 14:20
Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." – ŞOK
10 Oct 2024 | 15:00
Sülh üçün son şərtlər belədir: Dəhliz bu anlayışla açılır
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 12:25
Əhməd Əhmədov cinayət məsuliyyətindən azad edildi - ŞOK QƏRAR + FOTO/VİDEO
10 Oct 2024 | 12:30
Fuad Nəcəflinin qəbul otağına qəfil zəng – Deputat Ramiz Məmmədov özünü itirib və...
10 Oct 2024 | 13:32
"Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə Rusiyanın 400 "Shahed" dronunu məhv edib" - "Forbes"
10 Oct 2024 | 17:00
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
10 Oct 2024 | 13:27
Artan cərimələr: Məmur övladı qaydaları pozsa, cəzalanmasa...