Nazir Qəzza zolağının İsrailə birləşdirilməsini dəstəkləsə də, İsrail ordusunun hazırda belə məqsədləri olmadığını bildirib...
"Qəzza zolağında 2 milyon insanın aclıqdan öldürülməsi haqlı və mənəvi ola bilər".
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, “Arab News” portalının yaydığı məlumata görə, bu qeyri-insani, irqçi fikri İsrailin maliyyə naziri Bezazel Smotriç dilə gətirib.
Nazirin sözlərinə görə, İsrail Fələstin anklavına humanitar yardıma icazəni yalnız başqa seçim olmadığı üçün verir.
“Biz müasir reallıqda müharibəyə nəzarət edə bilmərik. Heç kim bizə 2 milyon insanı aclıqdan ölməyə məcbur etməyə imkan verməz, baxmayaraq ki, bu, haqlı və mənəvi ola bilər. Bizə bu müharibə üçün beynəlxalq legitimlik lazımdır”, - deyə yəhudi nazir “İsrail Hayom”a müsahibəsində şikayətlənib.
B.Smotriç humanitar yardımın "HƏMAS"-ın əlinə keçməsini müharibənin əsas amillərindən biri adlandırıb. Nazir Qəzza zolağının İsrailə birləşdirilməsini dəstəkləsə də, İsrail ordusunun hazırda belə məqsədləri olmadığını bildirib...
S.Laçın