Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadından ŞOK: “Arada əsgər yoldaşları da…”
Maraqlı
Oxunub: 1755
17 Jul 2024 | 10:40
Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadından ŞOK: “Arada əsgər yoldaşları da…”
Aytənin 30 yaşı var. Bu yaşına qədər başına gələn dəhşətli hadisələr o qədər çoxdur ki…
 
Öz həyatını danışmaq üçün bizə müraciət edən Aytən xanımın başına gətirilən və gələn hadisələri eşidəndə şok hissi keçirəcəksiniz.
 
Müsahibimin başına gələnlərin hamısını bir yazı ilə bitirmək mümkün deyil. Ona görə də, müsahibəni üç hissəyə bölmək qərarına gəldim. İlk hissəni buradan oxuya bilərsiniz.
 
Yenə xatırladım ki, Aytən soyadının gizli qalmasını xahiş edib. Bu səbəbdən qeyd etmirik.
 
İndi isə keçək Aytənin danışdıqlarına:
 
“…. bir pəncərə var idi, ona da çöldən su çəni yapışdığı üçün qaçmaq mümkün deyildi. Gündə iki dəfə ayaqyolundan istifadə edə bilirdim.
 
Ya səhər yeddi olanda, ya da gecə iki-üç kimi… Bir dənə ədyal vermişdilər, ona bürünüb isti qalmağa çalışırdım. Arada evə qonaq gəlirdi, amma qorxumdan səsimi çıxara bilmirdim.
 
Mənə demişdi “qardaşımın dəlilik kağızı var, səni öldürsə, ona heç həbs də düşmür…” On gün orda qaldım, qızıl almaq adı ilə məni köhnə paltarların satıldığı bazara apardılar, çalışırdım ki, necəsə qaçım. Çünki heç kimim yox idi, qohumlarım da məndən üz çevirmişdilər, özüm-özümə sahib çıxmağa məcbur idim…
 
Bir dəfə qardaşını “pristup” tutdu, şəkər olduğu üçün anası da pisləşdi, mən də həmişə “La İlahə İllallah, səsimi eşidirsənsə, bütün qapıları üzümə aç” deyirəm, gördüm qapılar açıqdı, otaqdan çıxıb tez aşağı düşdüm.
 
Dəmir qapının üstündə qıfıl var idi, bir az var-gəl edəndən sonra o da açıldı, qaçıb oradan uzaqlaşdım. Arxamca kiminsə gəlmədiyinə əmin olanda telefonu enerji yığması üçün qarşıma çıxan ilk dükana qoydum. Son gələn zənglərə baxdım, ard-arda gəlinimizin adını görəndə onu yığıb nə olduğunu xəbər aldım.
 
Demə məni polisə veriblər, guya qızıllarını oğurlayıb qaçmışam. Məsələyə aydınlıq gətirmək üçün birbaşa polis bölməsinə yollandım, elə səfil gündə idim ki, məni görən polis rəisi də bunu etdiyimə inanmadı. Hər şeyi rəisə danışandan sonra onları şikayət etməyimi tövsiyə etdi, amma yazığım gəldi, heç nə demədim”.
 
Aytən deyir ki, 2 gün küçədə qalmalı olub: “Məni belə görəndə rəis də özündən çıxdı. Əsəbi soyuyandan sonra hara gedəcəyimi soruşdu, heç nə deyə bilmədim. İki gün küçədə qaldım, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Allahdan bir rəfiqəm var, zəng etmişdi, vəfasız olduğumu deyib bir az gileyləndi.Aytən deyir ki, 2 gün küçədə qalmalı olub: “Məni belə görəndə rəis də özündən çıxdı. Əsəbi soyuyandan sonra hara gedəcəyimi soruşdu, heç nə deyə bilmədim. İki gün küçədə qaldım, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Allahdan bir rəfiqəm var, zəng etmişdi, vəfasız olduğumu deyib bir az gileyləndi.
 
Məni də soyuqdan üşütmə tutub, həm də acam, daha deyə bilmirəm küçədə qalmışam, kömək et. Özümü toplayıb başıma gələnləri bir təhər ona danışdım. Gəlib məni evlərinə apardı, yemək verib qarnımı doyurdu. Sonra anama zəng etdi ki, bu qız küçədə qalası qız deyil. Onu da ağlamaq tutdu, qırıq-qırıq səsini eşidirdim, “bilirəm, balamdır, canımdır, amma, dayılarına, qardaşlarına görə qorxuram”.
 
Sonra gəlib məni özü ilə evə apardı, qucaqlaşdıq, ağlaya-ağlaya niyə getdiyimi soruşdu (gözləri dolur). Mənə deyirdi evdə otur, işləmə, təki bilim yanımdasan”.
 
İşə düzələn, pul qazanan Aytənin vəziyyəti bununla da düzəlməyib. Anası ondan bütün pulunu almaq istəyib: “Bir neçə aydan sonra şirkətdə işə düzəldim, pul yığmağa başladım. Aya 600-700 manat qazanırdımsa, onun 300-400 manatını ayırıb banka qoyurdum. Evdə elə bilirdilər 300 manat alıram, çünki 200 manatını anama verəndə 100-ünü də xərclik əvəzi özümdə saxlayırdım. Əvvəl-əvvəl aramız yaxşı idi, amma banka pul qoyduğumu biləndə hamısını aparıb ona verməyimi istədi. Bütün dərdi-səri pul idi…
 
Atam ağır xəstə olduğundan müalicə üçün İrana aparmaq lazım idi, mən də sənədlərindən tutmuş dərmanlarına kimi bütün xərclərini öz üstümə götürdüm. Amma oranın da bir xeyri olmadı, məcbur qaldıq Türkiyəyə gedək.
 
Həmin ərəfədə bir türklə danışırdım, özlüyümdə qət etmişdim ki, İstanbulda olanda onlara qonaq gedəcəyəm. Bunu anama deyəndə çox sevindi, istədi hədiyyələr alsın aparım. Daha başa sala bilmədim ki, heç nə düşündüyü kimi deyil, sadəcə dostuq, vəssalam.
 
Türkiyəli həkimlər atamın çox ömrü qalmadığını deyəndə 28 yaşım var idi, istəmirdim toyumu görmədən dünyadan köçsün. Məcbur qalıb türkə ərə getdim, 2015-ci ildə Bakıda toyumuz oldu. Çətin olsa da, anamı beh verməyə razı saldım, qalan hər şeyə – sağ olsun, dostlarım kömək etdilər.Anam yenə məni təhqir edir, oğlanın yanında dişinin dibindən çıxanı deyirdi. Nəhayət, onun da səbri daşdı, məni də götürüb Türkiyəyə qayıtdı, amma heç nə gözlədiyim kimi olmadı”.
 
“Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu”
 
Evliliyi də baş tutmadı. Bir evdə həyat yoldaşı və məşuqəsi ilə yaşamalı olan Aytən, həmin günləri danışır: “Hər gün evə rəfiqəsi adı ilə qız gətirir, hələ utanmaz-utanmaz ona yemək də bişirirdi. Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu, çox qorxurdum. Çünki qaldığımız yerdə terroristlər çox olur.
 
Yaxşıca xəstələnmişdi, çayına istiot atdım ki, soyuqdəymənin birə-bir dərmanıdır, amma onun üstündə eşşək sudan gələnə kimi məni döydü, deyirdi onu zəhərləmək istəyirəm. Evə bazarlıq etmirdi, arada dörd pomidor alırdısa, onları da özü yeyirdi, mən də qida əvəzinə ancaq su içirdim. Hamilə olanda məni o qədər döymüşdü ki, uşağı düşürtdüm. Amma ürək edib deyə bilmədim, həm də pis olmasını istəmirdim.
 
Sonra müayinə olunmaq adı ilə məni Bakıya, anamın yanına göndərdi. Yolda olanda mənə yazdı ki, Bakıya çat, sənə yaxşı xəbərim olacaq. Öyrəndim ki, boşanmaq üçün məhkəməyə ərizə verib, məndən ayrılmaq istəyir.
 
Məsələ ciddi olduğu üçün bilet alıb geriyə, Muşa qayıtmaq qərarına gəldim. Anama heç nə demədim, çünki bir gün sonra ad günü idi, qanını qaraltmaq istəmirdim”.
 
“Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb”
 
Hər şey Türkiyəyə geri dönən zaman ortaya çıxıb: “Muşda olanda qonşulardan öyrəndim ki, mən Bakıda olanda evdən gülmək səsləri gəlirmiş, onlar da elə biliblər barışmışıq, daha məni döymür. Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb.
 
Ağlıma həyat yoldaşımın rəfiqəsi gəldi, qıza mesaj yazdım ki, bilirsən evliyik, niyə ailəmizi dağıdırsan. Verdiyi cavab məni bir az da sarsıtdı, ailəmizin çoxdan dağıldığını dedi. Sən demə bir evdə həm həyat yoldaşım, həm də onun məşuqəsi ilə birgə yaşamışam. Boşandıq. Amma qohumlarından tutmuş əsgər yoldaşlarına kimi hamı zəng edib ona şans verməyi istəyirdi.Hətta komandiri ona bir həftə müddət verdi ki, aramızda hər şeyi danışıb yoluna qoyaq. Məni götürüb İstanbula, anasıgilə apardı. Bir gün qardaşı ilə dalaşırdı, baxdım səsi qonşulara gedir, alçaqdan danışmasını xahiş elədim, o da başladı məni boğub döyməyə.
 
O hala düşdüm ki, məni xəstəxanaya apardılar, ardınca Qadın sığınma evinə yerləşdim. Özümə gələndən sonra ayrıca evə çıxdım, işləyib pul yığmaq fikrim var idi”.
 
Yemək artıqlarını, zibillikdən tapdıqları ilə qidalanan Aytənin çətin günləri hələ qabaqdadır:“Tək çətin olduğu üçün kirayə pulunu ödəyə bilmirdim, anama zəng edib mənə kömək etməsini istədim. Cavabı qısa və konkret idi: “Sənə bir qəpik də vermərəm”. Dedim qızın acından ölür, necə vicdanın dözür? O aralar bir restoranda işləyirdim. Mənim də bir pişiyim var, ona aparmaq adı ilə artıqları gətirib evdə özüm yeyirdim.
 
Bir oğlanla tanış olmuşdum, kirayə pulunu ödəyə bilmədiyim üçün ondan borc istədim. Mənə dedi Çoruma gəl, sənə ev tutum, orda işləyərsən.
 
“Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı”
 
Qarşımda iki yol var idi, ya pis yola düşməli, ya da təklifini qəbul etməli idim. Çorumda ev tutduq, amma məni işləməyə qoymurdu. Telefonumu, xarici pasportumu əlimdən almışdı ki, heç yerə gedə bilməyim. Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı. (minval.info)
Oxşar xəbərlər
00:06, Bu gün
Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...
03 Aug 2024 | 23:11
Optimist insanlar daha çox yaşayır?
03 Aug 2024 | 23:00
4 avqustda bu insanlardan EHTİYAT EDİN- GÜNÜN ULDUZ FALI 
03 Aug 2024 | 22:36
Bağ evi kirayələmək istəyənlərə DİN ÇAĞIRIŞ ETDİ: DİQQƏLİ OLUN!
03 Aug 2024 | 22:34
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
03 Aug 2024 | 22:26
Ən TƏHLÜKƏLİ QADINLAR bunlardır- PSİXOLOQ AÇIQLADI
03 Aug 2024 | 22:19
Alimlər qan qrupunun sərvətə necə təsir etdiyinin sirrini açdılar- LİDERLİK XÜSUSİYYƏTLƏRİ, GÜCLÜ XARAKTER  
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
03 Aug 2024 | 22:02
"Ukraynalıların əksəriyyəti Rusiya ilə danışıqlara tərəfdardır, amma bir şərtlə..." - Sorğu
03 Aug 2024 | 22:00
İtaliyada Azərbaycan tarixini də əks etdirən muzeydən MARAQLI GÖRÜNTÜLƏR
03 Aug 2024 | 21:58
"Rusiyanın cari ilə "maksimum" və "minimum" proqramları" - Budanov
03 Aug 2024 | 21:51
Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ- FOTO
03 Aug 2024 | 21:39
"Avroviziya" üçün ifaçı və mahnı seçimi ELAN OLUNDU
03 Aug 2024 | 21:35
Hansı yeməklər insanda aqressiya yaradır?
03 Aug 2024 | 21:27
Bu qan qrupunun qadınları çox ehtiraslıdır
03 Aug 2024 | 21:16
Azərbaycanda bir ayda 415 pensiyaçı "yoxa çıxıb"
03 Aug 2024 | 21:08
Olimpiadadakı bu QARŞILAŞANIN GÖRÜNTÜLƏRİ GÜNDƏM oldu - VİDEO
03 Aug 2024 | 21:00
Otel otağında başına oyun açılan qadın əslində GÖRÜN KİM İMİŞ – “Məni 5 saat…”
03 Aug 2024 | 20:36
Rusiyada "YouTube" işləmir
03 Aug 2024 | 20:26
Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçirib
03 Aug 2024 | 20:16
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
03 Aug 2024 | 20:08
Bəşəriyyət süni intellektin TƏHDİDİ ALTINDA
03 Aug 2024 | 20:00
Bakıda 20 yaşlı qızı maşına qoyub qaçırıblar?- FOTO
03 Aug 2024 | 19:50
ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək
03 Aug 2024 | 19:44
Oğuzda başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü
03 Aug 2024 | 19:36
Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü
03 Aug 2024 | 19:28
Qovrulmuş fındığın hansı faydaları var?
03 Aug 2024 | 19:20
Laçında mina partladı: yaralı şəxs Xankəndiyə təxliyə edildi
03 Aug 2024 | 19:11
Hirslənəndə niyə "zəhər, zəqqum ye" deyirlər? - "Belə yaranıb"
03 Aug 2024 | 19:03
"Mərhum qalır bir tərəfdə, özündən danışır" - Cavidan Novruz
03 Aug 2024 | 19:02
Bir soydaşımızın da iştirakıyla Basarkeçərin azərbaycanlı rəhbərinə  sui-qəsd planı...  
03 Aug 2024 | 18:55
Azərbaycanda hotellər "halal" olacaq: Nə dəyişəcək?
03 Aug 2024 | 18:48
Yaşıl üzümün inanılmaz faydaları
03 Aug 2024 | 18:40
Avqustda sınağa çəkiləcək BÜRCLƏR
03 Aug 2024 | 18:33
Rusiyaya növbəti zərbə Ermənistandan gəldi- DETALLAR 
03 Aug 2024 | 18:30
Hərbçilərə ŞAD XƏBƏR
03 Aug 2024 | 18:21
Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı
03 Aug 2024 | 18:16
Parisdə triatlonçuların üzgüçülük məşqləri niyə ləğv edildi?
03 Aug 2024 | 18:08
60 yaşdan yuxarı insanlar üçün ən yaxşı çay
03 Aug 2024 | 17:57
Ağacın altında qalıb can verdi
03 Aug 2024 | 17:52
Uşaqlarımızı kimlərə əmanət edirik? - Savadsız dayəni ona görə seçirik ki... - VİDEO
03 Aug 2024 | 17:48
Türkiyədə zəlzələ ilə bağlı vacib addım: Hər kəs yaşadığı evin...
03 Aug 2024 | 17:42
"İran İsrailə tez bir zamanda və sərt cavab verəcək" - "The Wall Street Journal" tarixləri açıqladı
03 Aug 2024 | 17:40
Tromb nədir və ondan necə qurtulmaq olar? - MÜSAHİBƏ
03 Aug 2024 | 17:34
Yarışçıları rəqiblərindən daha çox sınağa çəkən Sena: Daha 24 nəfər həkimə müraciət etdi - VİDEO
03 Aug 2024 | 17:28
SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı
03 Aug 2024 | 17:21
“Başımla cavabdehəm, barmağını yalayacaqsan... Get, benzinin qiymətindən yaz” - REPORTAJ + FOTO
03 Aug 2024 | 17:11
Laçında mina partladı: Xəsarət alan var
03 Aug 2024 | 17:06
Müğənnilərin efirdə bu hərəkəti qınandı - VİDEO
03 Aug 2024 | 16:59
Xalq artistlərimiz gənclikləri ilə qaşılaşsaydı - VİDEO
03 Aug 2024 | 16:52
Dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
03 Aug 2024 | 16:45
"Rusiya ilə Qərb arasında böyük mübadilə: Kreml Ukraynada müharibəni dayandırmayacağına əmin edib" 
03 Aug 2024 | 16:38
“Go Abroad” MMC-nin əməkdaşları saxlanıldı - VİDEO
03 Aug 2024 | 16:31
İşlədiyi evdən qızılları oğurlayan qadın tutuldu - FOTO
03 Aug 2024 | 16:24
Ermənistanın yiyəsi kimdir?
03 Aug 2024 | 16:17
İnternet BAHALAŞIR: 15 avqusta kimi BU tariflə ödəniş olacaq - RƏSMİ
03 Aug 2024 | 16:13
“Bu, müasir AES deyil, bu, daha çox partlamağa hazır olan nüvə bombasıdır”
03 Aug 2024 | 16:10
İsrail HƏMAS-ın növbəti yüksək vəzifəli şəxsini qətlə yetirdi - FOTO/VİDEO
03 Aug 2024 | 16:04
"Osiyek" - "Zirə" oyununun hakim təyinatları bəlli oldu
03 Aug 2024 | 15:57
Azərbaycanlı aktrisaya AĞIR İTKİ - FOTO
03 Aug 2024 | 15:50
XİN-dən Livanda yaşayan vətəndaşlarımıza XƏBƏRDARLIQ
03 Aug 2024 | 15:45
Xarici şirkətin qaydası üstündür, yoxsa Nazirlər Kabinetinin? - Taksi sürücüləri "odla oynayırlar"? - ARAŞDIRMA
03 Aug 2024 | 15:38
Qeydə alınan yerli müşahidəçilərin sayı məlum oldu
03 Aug 2024 | 15:36
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: "Məhkəmədə mülki iş üzrə tərəfəm.Vəkilim yoxdur.Necə edim ki,qələbə qazanım?"
03 Aug 2024 | 15:29
Çempionlar Liqası: "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı bəlli oldu
03 Aug 2024 | 15:24
"Atamın ölümü xeyirliyədir" - Haniyənin oğlu
03 Aug 2024 | 15:22
Deputatlığa namizədliyi qeydə alınanların sayı AÇIQLANDI
03 Aug 2024 | 15:15
Kənan Seyidovun təyinatı təsdiqləndi
03 Aug 2024 | 15:08
Bakıda evdən qaçan qız tapılaraq xəstəxanaya yerləşdirilib - FOTO
03 Aug 2024 | 15:01
"Xidməti-döyüş fəaliyyətləri yüksək səviyyədə təşkil edilir"
03 Aug 2024 | 14:55
Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat aldı
03 Aug 2024 | 14:49
İran İsraillə müharibədən bu səbəbdən yayınmağa çalışır – SENSASİON ŞƏRH
03 Aug 2024 | 14:42
"Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib"
03 Aug 2024 | 14:35
Paris-2024: Məryəm 35-ci oldu
03 Aug 2024 | 14:28
Bakıda niyə sadə çay verilmir? - Müştərilərin “soyulmasının” səbəbi bilindi
03 Aug 2024 | 14:21
Müdafiə Nazirliyində kollegiya iclası keçirildi
03 Aug 2024 | 14:17
“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...”
03 Aug 2024 | 14:14
Paris-2024: Üzgüçümüz finişə 3-cü çatıb - FOTO/VİDEO
03 Aug 2024 | 14:08
Bakıda 24.7 milyon manata bina satılır
03 Aug 2024 | 14:01
Rübabə Muradovadan sonra mahnıya yeni nəfəs... - VİDEO
03 Aug 2024 | 13:54
Ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskinin niyə həbs edildiyi məlum oldu
03 Aug 2024 | 13:48
"Barselona"nın gələcək ulduzu və Ronaldunun varisi bir arada
03 Aug 2024 | 13:41
"Xameneyinin açıq və yüksək səslə söyləməsi..." - Con Kirbi bəyan etdi
03 Aug 2024 | 13:34
Şəhidin anası vəfat etdi - FOTO
03 Aug 2024 | 13:27
Bakıdakı Avropa çempionatının posteri təqdim olundu
03 Aug 2024 | 13:20
Dövlət sərhədini pozan İraq vətəndaşı SAXLANILDI - FOTO
03 Aug 2024 | 13:13
Füzulidə növbəti əmək yarmarkası keçiriləcək - Bu tarixdə
03 Aug 2024 | 13:07
Vatikandan gələn həqiqət erməni diasporunu silkələdi - "La Gazette du Caucase" 
03 Aug 2024 | 13:00
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
03 Aug 2024 | 12:56
Dünən Bakı-Sumqayıt magistralında baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı
03 Aug 2024 | 12:51
Xalq artisti Tünzalə Ağayevanı hələ belə görməmişdiniz - FOTO/VİDEO
03 Aug 2024 | 12:46
Qonaq sevməyən bürclər - Onların evlərinə getməyin
03 Aug 2024 | 12:41
Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
03 Aug 2024 | 12:35
Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir
03 Aug 2024 | 12:30
Paris-2024: Diana Dımçenko yarışı 17-ci sırada bitirib
03 Aug 2024 | 12:25
Qağayılar turistlərin üzərinə HÜCUM ETDİLƏR
03 Aug 2024 | 12:25
Horadizdə avtokranın istismarı dayandırıldı - VİDEO
03 Aug 2024 | 12:19
Fransanın zəhərlədiyi cənnət: Orada insanlar ölümə məhkumdur - FOTO
03 Aug 2024 | 12:13
Somalidə məşhur hoteldə partlayış: Onlarla ölən və yaralanan var - VİDEO
03 Aug 2024 | 12:09
DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı
GÜNLÜK
03 Aug 2024 | 09:27
Üzümün bilmədiyimiz ZƏRƏRLƏRİ: ŞƏKƏRLİ DİABET VƏ QARACİYƏR SİROZU, ALLERGİYA...  
03 Aug 2024 | 12:08
Paşinyan yolüstü bazardan əncir və doşab aldı...-VİDEO
03 Aug 2024 | 08:16
Bu ərazilərdə güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
03 Aug 2024 | 12:46
Qonaq sevməyən bürclər - Onların evlərinə getməyin
03 Aug 2024 | 09:12
İran təhlükəsi ciddidir, hazır vəziyyətdəyik - ABŞ
03 Aug 2024 | 14:28
Bakıda niyə sadə çay verilmir? - Müştərilərin “soyulmasının” səbəbi bilindi
03 Aug 2024 | 07:07
“Bizim ölkədə hakimiyyətdə qatillər rejimidir...”- Keçmiş rus siyasi məhbus
03 Aug 2024 | 10:12
Qara dənizdə üzməyə tam qadağa qoyuldu- BU SƏBƏBDƏN
03 Aug 2024 | 08:40
"HƏMAS" lideri İranın eks-prezidenti İbrahim Rəisinin dəfni zamanı öldürülməliymiş...
03 Aug 2024 | 09:28
ABŞ Yaxın Şərqə əlavə təyyarələr göndərir - NYT
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
AYLIQ
03 Aug 2024 | 09:27
Üzümün bilmədiyimiz ZƏRƏRLƏRİ: ŞƏKƏRLİ DİABET VƏ QARACİYƏR SİROZU, ALLERGİYA...  
03 Aug 2024 | 12:08
Paşinyan yolüstü bazardan əncir və doşab aldı...-VİDEO
03 Aug 2024 | 08:16
Bu ərazilərdə güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
03 Aug 2024 | 12:46
Qonaq sevməyən bürclər - Onların evlərinə getməyin
03 Aug 2024 | 09:12
İran təhlükəsi ciddidir, hazır vəziyyətdəyik - ABŞ
03 Aug 2024 | 14:28
Bakıda niyə sadə çay verilmir? - Müştərilərin “soyulmasının” səbəbi bilindi
03 Aug 2024 | 07:07
“Bizim ölkədə hakimiyyətdə qatillər rejimidir...”- Keçmiş rus siyasi məhbus
03 Aug 2024 | 10:12
Qara dənizdə üzməyə tam qadağa qoyuldu- BU SƏBƏBDƏN
03 Aug 2024 | 08:40
"HƏMAS" lideri İranın eks-prezidenti İbrahim Rəisinin dəfni zamanı öldürülməliymiş...
03 Aug 2024 | 09:28
ABŞ Yaxın Şərqə əlavə təyyarələr göndərir - NYT