Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: "Məhkəmədə mülki iş üzrə tərəfəm.Vəkilim yoxdur.Necə edim ki,qələbə qazanım?"
Cəmiyyət
Oxunub: 1643
03 Aug 2024 | 15:36
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti:
Moderator.az "Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti" rubrikasının ikinci hissəsini  təqdim edir. Budəfəki mövzu belədir: "Məhkəmədə mülki iş üzrə tərəfəm.Vəkilim yoxdur.Necə edim ki,qələbə qazanım?"
 
   Əgər məhkəməyə vəkili dəvət etmək imkanınız yoxdursa, onda məhkəmə baxışına özünüz hazırlaşmalısınız. Məhkəməyə getməzdən və məhkəmə iclasında iştirak etməzdən əvvəl öz mövqeyinizi hazırlamalısınız, yəni çıxışınızın əsas ideyasını və onu dəstəkləyəcək arqumentləri müəyyənləşdirməlisiniz. Bu sizin başlıca vəzifənizdir  və çətin işdir. Bir qayda olaraq, məhkəmədə araşdırılan mübahisənin sizin üçün güclü və zəif tərəfləri var; Məhkəmədə güclü tərəfləri gücləndirmək lazımdır.
İş üzrə mövqe danılmaz arqumentlər üzərində qurulmalıdır.Əlbəttə ki   mövqeyinizin  düzgünlüyünü sübut edən çoxlu arqumentləriniz ola bilər.Lakin unutmaq olmaz ki,  arqumentlərin əksəriyyəti asanlıqla təkzib oluna bilər, yəni onlardan imtina edilməli və yalnız inkaredilməz arqumentlər verilməlidir.Bu arqumentlər məntiqli və inandırıcı olmalıdır.Bu cür arqumentlərə qarşı çıxmaq əks tərəfiniz üçün çox çətin olacaq.Həm də bu cür arqumentlərinizi sonraya saxlamayın,tələb və ya etirazınızın əsası kimi önə çıxarın.Zəif arqumentləri isə axırda səsləndirin,ya da heç ortaya çıxarmayın.Çünki zəif arqumentlər mövqeyinizi zəif göstərə və hakimin inamını azalda bilər.
 
Sənədlərin hazırlanması
 
İşlə bağlı mövqeyinizi məhkəmə üçün yazılı şəkildə hazırlayın və sübutlarınızı məhkəmənin hazırlıq iclasında təqdim edin.İddia tələbinizi və ya sizə qarşl irəli sürülən iddiaya etirazınızı təsdiq edə bilən sübutları müstəqil əldə edə bilmirsinizsə(məsələn,kommersiya,bank sirri və s təşkil edən məlumatları)həmin sübutların əldə edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldıra bilərsiniz.Sübutlarınız,yazılı izahlarınız,etirazınız,yazılı vəsatətləriniz mütləq elektron məhkəmə sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir.Əks halda sübutlarınız təqdim edilməmiş hesab ediləcək.
  Vəkil tuta bilməsəniz də mütləq vəkildən məsləhət alın.Çünki iddia ərizəniz düzgün hazırlanmasa,o geri qaytarılacaq.Tələbiniz düzgün qoyulmasa işi uduzacaqsınız.Mülki qaydada işə baxan məhkəmə sizə hüquqi yardım göstərməyəcək.Tələbi necə qoymusunuzsa,o tələb üzrə də işə baxacaq.Tələbin düzgün qoyulmaması və hüquqi əsaslandırılnaması uğurduzluğunuzun təməlidir.
    İddia tələbiniz və ya sizə qarşı irəli sürülən iddiaya etirazınız  hüquqi əsaslandırılmış,məntiqli, qısa, başa düşülən və oxunaqlı olmalıdır. Mövqeyinizi təsdiq edən sübutlara  istinad edin, bu, təqdimatınızı inandırıcı edəcək. Beləliklə, arqumentlərinizin heç birinin məhkəmənin diqqətindən yayınmamasını təmin edəcəksiniz.
   Məhkəmədə danışarkən sənədlərinizi sizin üçün əlverişli olan qaydada əlinizin altında saxlayın. Məhkəmə iclası həmişə  stresli bir vəziyyətdir və lazımi vaxtda lazımi sənəd tapmaq çətin ola bilər. Sənədlərinizi qaydasında saxlamaq, arqumentlərinizi asanlıqla idarə etməyə imkan verəcək.   
Məhkəmə iclasının gedişini qeyd edin, məhkəmədə kim nə deyir. Gələcəkdə hansl məlumata  ehtiyacınız olacağını heç vaxt bilmirsiniz və qeydlər sizə vacib olanı tapmağa kömək edəcək. Bu həm də növbəti məhkəmə iclasına hazırlaşmağa, rəqibinizin arqumentlərinə qarşı çıxmağa və mövqeyinizi möhkəmləndirməyə imkan verəcək. Vəkillər  məhkəmədə məhz  belə edirlər.
 
Psixoloji hazırlıq
 
Məhkəmə iclasında əsas şeyi yaddaşınıza həkk etməlisiniz- məhkəməni haqlı olduğunuza inandırmalısınız. Bu o deməkdir ki, arqumentlərinizi hakimə aydın və inandırıcı şəkildə çatdırmalısınız.
Proses  iştirakçıları ilə mübahisə etməyə    ehtiyac yoxdur. Bu, hakimi qıcıqlandıracaq  və  istər-istəməz arqumentlərinizin inandırıcılığını azaldacaq. Unutmayın ki, kobudluq  zəiflik  əlamətidir. Rəqibə  mübahisədə qalib gəlmək üçün güclü arqumentlər olmadıqda buna müraciət edirlər. Məhkəmədə  hörmətli davranmaqla  rəqiblərlə mübahisələrə qarışmadan və öz mövqeyinizi məhkəməyə sakit şəkildə çatdırmaqla siz nitqinizin təsirliliyini və uğur şansını xeyli artırırsınız.
    İşgüzar, səliqəli və rəsmi geyinin. Biz təkcə sözlə deyil, bütün görünüşümüzlə danışırıq. Yaxşı görünən hər kəs bəyənilir. Xalq müdrikliyini xatırlayın: səni geyiminlə qarşılayır, ağlınla yola salırlar.
 
 Məhkəmədə strategiya
 
Məhkəmə qanunla müəyyən edilmiş qaydada aparılır. Məhkəmənin hazırlıq  iclası var, burada məhkəmə tərəflərin mövqelərini aydınlaşdırır və işə baxılması üçün sənədlərin kifayət qədər olmasını yoxlayır. Sübutlarınızı məhz bu mərhələdə təqdim etməlisiniz.Bir də işə mahiyyəti üzrə baxış iclası var.Bu mərhələdə məhkəmə tərəflərin izahatlarını dinləyir,sübutlarl araşdırır.Əgər məhkəmədə kiminsə şahid kimi dindirilməsini istəyirsinizsə,bu vəsatəti məhkəmənin hazırlıq iclasında verin.Şahidin ad,soyad,ata adını ,ünvanını və işə aid olan hansı halla bağlı məlumata malik olduğunu vəsatətdə göstərməlisiniz.Əks halda vəsatətiniz təmin olunmaya bilər.Unutmayın:şahidin verə biləcəyi məlumat işə aid olmalıdır.
Məhkəmə iclası təxirə salına bilər. 
Hər bir iclasda tərəflərin çıxış qaydasını hakim müəyyən edir. Onu izləyin. Bəzən belə görünə bilər ki, hakim rəqibinizə üstünlük verir. Bu, qıcıqlanmanmaya və həmsöhbətin sözünü kəsmək  istəyinə səbəb ola bilər. Əmin olun, istədiyinizi deməyə vaxtınız olacaq. Məhkəmənin müəyyən etdiyi qaydaya əməl edin. Qaydaların pozulması hakimi qıcıqlandıracaq və bu, məhkəmə sanksiyaları ilə nəticələnə bilər:məhkəmə zalından çıxarılma, cərimə.
Məhkəmə prosesinin qaydalarına uyğunluq, yaxşı hazırlanmış mövqe və yüksək keyfiyyətli sübutlar birləşərək, işin müsbət nəticəsi şansınızı əhəmiyyətli dərəcədə artırır. Bu modeli məhkəmədə vəkillər tətbiq edir.Siz də bu model üzrə hərəkət edin.
 
Əgər işi uduzsanız….
 
Sakitliyinizi  qoruyun,məyusluğunuzu göstərməyin! Məhkəməyə “sağ ol”deyin və iclas zalını  tərk edin. Unutmayın, məğlubiyyəti qəbul etmək qələbəni qeyd etməkdən daha hörmətlidir. Sakitləşəndə, məhkəmə aktını öyrənin, məhkəmə qərarından şikayət etməyə vaxtınız olacaq.
Məğlubiyyətdən sonra edə biləcəyiniz ən yaxşı şey,  növbəti məhkəmə instansiyasına  hazırlaşaraq, sakit və düşünülmüş şəkildə qərardan  şikayət etməkdir.
 
Son söz
 
Sadaladığım bu  qaydalar  sizə  kömək edəcək. Ancaq məhkəmədə təkbaşına qalib gəlmək çox çətin işdir. Məhz buna görə də cinayət, mülki, ailə , kommersiya və sair  işlər üzrə məhkəmələrdə maraqlarınızı  peşəkar əsaslarla təmsil edən vəkillər var. Cünki adi bir insan üçün məhkəmədə  iştiraka psixoloji hazırlığı və sənədləri hazırlamaq üçün hüquqi bilik və təcrübəni əldə etmək və birləşdirmək çətindir. İmkan daxilində işinizə  etibar etdiyiniz bir vəkili cəlb edin.
 
Oxşar xəbərlər
07:55, Bu gün
Hökumət əhalini “uyğun yaşda” evlənməyə çağırdı
07:46, Bu gün
Ronaldonun tənqidlərinə cavab verdi
07:35, Bu gün
Zelenski Trampla iki ay öncəki söhbətinin təfərrüatlarını açıqladı...-DETALLAR
07:33, Bu gün
Bu il Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib?
07:22, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
07:05, Bu gün
Bu cihazı barmağınıza taxıb xəstəliyinizi biləcəksiniz
06:52, Bu gün
“Netflix” bu “iPhone”ları dəstəkləməyi dayandırır – Siyahı
00:25, Bu gün
Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
00:15, Bu gün
Ağıllı pişik sayəsində qadın ölümdən xilas olub
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
13 Sep 2024 | 23:16
Üzə əncir çəkməyin FAYDALARI
13 Sep 2024 | 23:08
Azərbaycanın əməkdar artisti vəfat etdi
13 Sep 2024 | 23:00
Kurskda Ukrayna ordusuna ağır zərbələr endirildi
13 Sep 2024 | 22:54
Məktəblərdə bit kabusu: Uşaqları necə qorumalı?
13 Sep 2024 | 22:46
"ABŞ və NATO var gücü ilə Türkiyənin Asiyaya dönüşünün qarşısını alır" - "Aydınlık Gazetesi"
13 Sep 2024 | 22:30
Meymunçiçəyi virusuna qarşı ilk peyvəndi ÜST təsdiqlədi
13 Sep 2024 | 22:23
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar
13 Sep 2024 | 22:18
Məşhur cütlük ayrıldı
13 Sep 2024 | 22:12
"Kəpəz" yenə məğlub oldu
13 Sep 2024 | 22:05
Saytın sürəti 1,5 saniyədən çox olarsa, müştəri itirir - Ekspertdən 5 məsləhət
13 Sep 2024 | 21:58
Maraqlı hadisə: Balıqçı toruna qoyun "düşdü" - VİDEO
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 21:43
Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ
13 Sep 2024 | 21:36
"Biz qəbiristanlıq olacağıq": rusiyalılar Ukraynaya uzaqvuran silahla zərbələrə icazə verilməsindən təlaş keçirir
13 Sep 2024 | 21:28
Bu məhsullar çay və ya qəhvə ilə qəbul edilməməlidir
13 Sep 2024 | 21:20
Bakı metrosuna iki yeni qatar gətirilib
13 Sep 2024 | 21:14
Azərbaycanlı aktrisaya əri maşın hədiyyə etdi - VİDEO
13 Sep 2024 | 21:09
Əhaliyə göstərilən ödənişli xidmətlərlə bağlı məlumat
13 Sep 2024 | 21:02
Şəkidə iki maşın toqquşdu: xəsarət alanlar var
13 Sep 2024 | 20:55
Lalənin verilişinin aqibəti bəlli oldu
13 Sep 2024 | 20:48
Köçəryanın istintaq işi ilə bağlı yeni xəbər
13 Sep 2024 | 20:40
Qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra ÖLDÜ
13 Sep 2024 | 20:32
Şoyqu "Şər oxu" ölkələrini dostcasına gəzib-dolaşaraq "strateji dialoq" aparır
13 Sep 2024 | 20:24
"Mənim də atam səfir olsa, "Dünya gözəli" seçilərdim"
13 Sep 2024 | 20:17
Azərbaycan futbolu ilə bağlı yeni strategiya... - AFFA
13 Sep 2024 | 20:10
Toyda gəlinin sinəsinə pul qoydular - Bəy də izlədi - FOTOLAR
13 Sep 2024 | 20:02
Maaş 165 min manatdır, amma işçi tapılmır
13 Sep 2024 | 19:57
“Onlara güclü Rusiya kimi, güclü Ukrayna da lazım deyil”
13 Sep 2024 | 19:54
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - VİDEO
13 Sep 2024 | 19:46
Zelenski Consonla görüşdü
13 Sep 2024 | 19:40
Gülmək göz sağlamlığına müsbət təsir edir?
13 Sep 2024 | 19:35
COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı
13 Sep 2024 | 19:32
İranda ciddi problem yaranır - Maraqlı məlumatlar
13 Sep 2024 | 19:26
Bu il ölkədə neçə nəfər ölüb? - STATİSTİKA
13 Sep 2024 | 19:18
Güney Azərbaycandan Zəngəzur yolu ilə bağlı bəyanat
13 Sep 2024 | 19:10
“Qərb ölkələrindən həmişə ikili münasibət görmüşük” – VİDEO
13 Sep 2024 | 19:02
Uşaqlar bu bürcün valideynlərindən çox əziyyət çəkirlər – Nizam-intizam...
13 Sep 2024 | 18:55
Metronun bu stansiyası təmirə bağlanır
13 Sep 2024 | 18:50
Bakıda 6 məktəb köçürüldü
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
13 Sep 2024 | 18:35
Azərbaycan Qran-prisi: ikinci sərbəst yürüş başa çatdı
13 Sep 2024 | 18:30
İranda əfqanıstanlılara çörək satmaq qadağan edildi
13 Sep 2024 | 18:27
Bu şəhər sakinlərinin yaxınları Putin və Zelenskiyə müraciət etdi...
13 Sep 2024 | 18:25
Niyə bütün dünyada insanlar 13-cü cümə günündən qorxurlar
13 Sep 2024 | 18:18
BDU-nun Filologiya fakültəsində I kurs tələbələri ilə görüş - FOTO
13 Sep 2024 | 18:18
Azərbaycandan dünyaya sülh ixracı: Qarabağ fatehindən titanik təklif...
13 Sep 2024 | 18:13
O, qan şəkərini tənzimləyir
13 Sep 2024 | 18:08
Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - FOTO/VİDEO
13 Sep 2024 | 18:05
Heç kim unudulmur: Vətən Müharibəsi Qəhrəmanlarını tanıyaq və tanıdaq
13 Sep 2024 | 18:00
Azərbaycanlı aktrisa səhnədə yıxılıb xəstəxanalıq oldu: "Beyin sarsıntısı..." - FOTO
13 Sep 2024 | 17:50
Ədliyyə Nazirliyində böyük məsləhətçi rəis vəzifəsinə gətirildi - TƏYİNAT
13 Sep 2024 | 17:44
“İstanbul NS” klinikasında müəmmalı şəkildə ölən şəxsin ailəsi PREZİDENTƏ MÜRACİƏT ETDİ
13 Sep 2024 | 17:37
Azərbaycanda nikahların sayı azalıb
13 Sep 2024 | 17:30
Britaniya diplomatları Rusiyadan QOVULDU
13 Sep 2024 | 17:23
Bu məntəqələrdə seçkilərin nəticələri LƏĞV OLUNDU
13 Sep 2024 | 17:17
Azərbaycanda əhalinin sayı AÇIQLANDI
13 Sep 2024 | 17:11
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində
13 Sep 2024 | 17:04
Bəzi məntəqələrdə pozuntu olması barədə iddia əsasını tapmadı
13 Sep 2024 | 16:58
“Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir” - Qüdrət Həsənquliyev
13 Sep 2024 | 16:52
Etimad qazanmağın Zəngəzur yolu imtahanı: İrəvan bu sınağa yaxşı hazırlaşmır - ŞƏRH + FOTO
13 Sep 2024 | 16:47
“Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsi səhv addımdır - AMEA
13 Sep 2024 | 16:41
Metro payız-qış qrafikinə keçir - İnterval azaldılır
13 Sep 2024 | 16:35
MSK Mustafa Hacılının iddiasını təmin etmədi
13 Sep 2024 | 16:29
Şəhid İsa Kəlbiyevin bacısı: "Dedi, qayıtsam, o qızı mənə alarsınız" - VİDEO
13 Sep 2024 | 16:23
Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR
13 Sep 2024 | 16:17
Bakı sakinlərinə XƏBƏRDARLIQ: Vəziyyət GƏRGİN OLACAQ!
13 Sep 2024 | 16:15
“Fransada islamlaşma gedir, ona görə də ölkədə ermənilərin də sayını artırmaq istəyirlər...”
13 Sep 2024 | 16:13
"Qəzza bölgəsi iqtisadi cəhətdən viran qoyulub" - UNCTAD
13 Sep 2024 | 16:10
Lerikdə şəhid abidəsinə qarşı tərbiyəsizlik - Saxlanılan var - FOTO
13 Sep 2024 | 16:03
Taleh görünüşünü buna görə dəyişdi - FOTO
13 Sep 2024 | 15:57
İnternet verilişində fasilə yaranacaq
13 Sep 2024 | 15:51
Putin İradə Zeynalovanı səfir təyin etdi - FOTO
13 Sep 2024 | 15:46
8 aylıq hamilə olan sevgilisini qətlə yetirən şəxs barədə QƏRAR - FOTO
13 Sep 2024 | 15:39
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirildi - FOTO
13 Sep 2024 | 15:32
Dəhlizlə bağlı hərəkətə keçdilər: Qarşıdurma qaçılmazdır
13 Sep 2024 | 15:26
Zelenski Çin və Braziliyanın sülh planını rədd edib
13 Sep 2024 | 15:19
“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” – Ramiz Rövşənin oğlu vikipediyaçılarla bağlı “od püskürdü”
13 Sep 2024 | 15:13
Ötən ay 1 337 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb
13 Sep 2024 | 15:07
Kişi xəyanət etmiş arvadıyla gecə belə davrandı: "Əyil, qulağına söz deyəcəm..." – ŞOK
13 Sep 2024 | 15:00
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
13 Sep 2024 | 14:54
Prezident “Vista Equity Partners” şirkətinin icraçı direktorunu qəbul etdi - YENİLƏNİB
13 Sep 2024 | 14:54
“Formula 1" yarışı Azərbaycan turizminə necə təsir edir? - Ekspert AÇIQLADI
13 Sep 2024 | 14:47
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul etdi - YENİLƏNİB
13 Sep 2024 | 14:42
"Ukraynada hər bir uşaq soruşur ki, niyə Tanrı gəlib Putini aparıb cəzalandırmır?" - Zelenski
13 Sep 2024 | 14:29
Saatlıq əməkhaqqı rejiminə keçmək nələr vəd edir? - Deputatdan AÇIQLAMA
13 Sep 2024 | 14:22
İnflyasiya artıb: Maaş və pensiyalarda artım gözlənilirmi?
13 Sep 2024 | 14:16
Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR
13 Sep 2024 | 14:09
“Bizə dedilər ki, bura sizin şəxsi saytınız, xatirə kitabınız deyil” - Şəhidlərin məqalələri Vikpediyadan niyə silinib?
13 Sep 2024 | 14:02
Şəhidimizin anası müalicə məqsədilə Türkiyəyə göndərildi - FOTO
13 Sep 2024 | 13:46
Gürcüstan Qərb və Rusiya arasında strateji rəqabət platforması kimi görünür - ŞƏRH  
GÜNLÜK
13 Sep 2024 | 10:55
Alen Delonla birlikdə çəkilən Ələsgər Məmmədoğlunun görüntüləri niyə filmdən çıxarılıb?-Xanımından AÇIQLAMA+ÖZƏL
13 Sep 2024 | 08:09
Bu müsəlman ölkəsinin prezidenti seçkilərdəki qələbəsi ilə razılaşmadı...-İBRƏTAMİZ
13 Sep 2024 | 10:41
İnternet yenidən 18 manat olacaq? - Paketi bahalaşdıran şirkətlər...
13 Sep 2024 | 11:35
İcra hakimiyyətləri ləğv edilir - Yeni idarəçilik belə olacaq
13 Sep 2024 | 13:20
Azərbaycan manatı ilə bağlı PROQNOZ - 2029-cu ilə kimi...
13 Sep 2024 | 08:59
Bu şəxslər mükafatlandırılacaq
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 08:07
Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?
13 Sep 2024 | 09:08
Mobil telefonlar bu xəstəliklərə səbəb olur - TƏHLÜKƏLİDİR
13 Sep 2024 | 11:25
Akademik Milli Dram Teatrının bu "tamaşa"larına BİLET ALMAYIN- DƏLƏDUZLAR SİZİ ALDADIR -FOTO
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
AYLIQ
13 Sep 2024 | 10:55
Alen Delonla birlikdə çəkilən Ələsgər Məmmədoğlunun görüntüləri niyə filmdən çıxarılıb?-Xanımından AÇIQLAMA+ÖZƏL
13 Sep 2024 | 08:09
Bu müsəlman ölkəsinin prezidenti seçkilərdəki qələbəsi ilə razılaşmadı...-İBRƏTAMİZ
13 Sep 2024 | 10:41
İnternet yenidən 18 manat olacaq? - Paketi bahalaşdıran şirkətlər...
13 Sep 2024 | 11:35
İcra hakimiyyətləri ləğv edilir - Yeni idarəçilik belə olacaq
13 Sep 2024 | 13:20
Azərbaycan manatı ilə bağlı PROQNOZ - 2029-cu ilə kimi...
13 Sep 2024 | 08:59
Bu şəxslər mükafatlandırılacaq
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 08:07
Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?
13 Sep 2024 | 09:08
Mobil telefonlar bu xəstəliklərə səbəb olur - TƏHLÜKƏLİDİR
13 Sep 2024 | 11:25
Akademik Milli Dram Teatrının bu "tamaşa"larına BİLET ALMAYIN- DƏLƏDUZLAR SİZİ ALDADIR -FOTO