ABŞ-da prezident Co Baydenin yaşla əlaqədar səhhətinə görə prezidentlik yarışından geri çəkilməsi ilə bağlı müzakirələr davam edərkən, Parkinson xəstəliyi üzrə mütəxəssisin 8 ayda 8 dəfə Ağ Evə getdiyi üzə çıxıb.
New York Times-ın əldə etdiyi rəsmi məlumata görə Walter Reed Milli Hərbi Tibb Mərkəzindən Dr. Kevin Cannard 2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər Ağ Evə 8 dəfə səfər edib.
Hərəkət pozğunluqları üzrə ixtisaslaşmış nevroloq Cannardın xüsusi olaraq Baydenin vəziyyətini müzakirə etmək üçün və ya Ağ Evin tibbi qrupu ilə əlaqəsi olmayan görüşlərin bir hissəsi olaraq orada olub-olmadığının aydın olmadığı ifadə edildi.
Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts Cannardın səfərlərinin məzmunu barədə məlumat verməsə də, o qeyd edib ki, Uolter Rid Milli Hərbi Tibb Mərkəzi sistemindəki mütəxəssislər bu sahədə çalışan minlərlə hərbçinin müalicəsi üçün Ağ Evə baş çəkiblər.
(Haber Global)