Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?
Cəmiyyət
Oxunub: 1808
05 Jul 2024 | 10:45
Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, çoxsaylı elmi kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin son 12 il müddətində Quran ayələrinin Allahın çoxsaylı sifətləri, peyğəmbərlərin həyatı ilə bağlı xatırlamaları, Muhəmməd peyğəmbərə tapşırıqları, məsləhətləri, tövsüyələri, düşünən insanlar üçün diqqətə gətirdiyi məsələlərlə bağlı olan mindən çox ad altında sistemləşdirilməsi nəticəsində işləyib hazırladığı “Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı aktual yazısını Moderator.az oxucularına təqdim edirik.
 
“İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı Quranda üç yüzdən artıq ayə aşkar edilmişdir: 2.28, 2.39, 2.61, 2.90, 2.99, 2.217, 2.221, 2.254; 3.4, 3.10, 3.11, 3.21, 3.22, 3.70, 3.72, 3.77, 3.97, 3.98, 3.112; 4.42, 4.56, 4.131, 4.133, 4.136, 4.138, 4.140, 4.150, 4.151, 4.155, 4.156, 4.168-170; 5.5, 5.10, 5.72, 5.73, 5.86, 5.102; 6.4, 6.5, 6.21, 6.31, 6.33, 6.34, 6.37, 6.39, 6.49, 6.68, 6.93, 6.105, 6.148, 6.157, 6.165; 7.36, 7.40, 7.41, 7.51, 7.64, 7.72, 7.76, 7.78, 7.80, 7.82-84, 7.90-92, 7.103, 7.136, 7.175, 7.182; 8.52, 8.54; 9.30, 9.54, 9.55, 9.65, 9.80; 10.17, 10.39; 11.59, 11.60, 11.68, 11.119; 12.37; 13.5, 13.30, 13.32, 13.43; 14.18; 15.90, 15.91; 16.4, 16.22, 16.39, 16.40, 16.71, 16.72, 16.104, 16.112; 17.98; 18.37, 18.105, 18.106; 19.66, 19.77; 20.48; 21.2, 21.3, 21.36, 21.41, 21.50, 21.107, 21.112; 22.19, 22.42-46, 22.72; 23.44, 23.69, 23.105; 24.39, 24.57; 25.4-11, 25.31-41, 25.77; 26.6, 26.201; 27.13, 27.14; 28.38-40; 29.18, 29.23, 29.25, 29.47, 29.49, 29.52, 29.54, 29.66, 29.68; 30.8, 30.10, 30.16, 30.34, 30.47; 31.6, 31.32; 32.10, 32.12; 33.64; 34.3, 34.5, 34.34, 34. 38, 34.43, 34.45, 34.52, 34.53; 35.4, 35.25, 35.26, 35.28, 35.43; 36.30; 37.170; 38.12; 39.7, 39.25, 39.32, 39.63; 40.12, 40.22, 40.63, 40.70, 40.84, 40.85; 41.9, 41.40, 41.52; 42.27; 43.24, 43.25, 43.30, 43.33, 43.65, 43.79; 44.9, 44.14; 45.11, 45.24, 45.31-35; 46.7, 46.10, 46.26; 47.33; 50.5, 50.12-14; 51.8-10; 52.11-16, 52.33, 52.36; 53.59, 53.60; 54.3, 54.9, 54.18, 54.42; 55.23; 56.2, 56.92-94; 57.19; 58.5; 59.2, 59.4; 60.1, 60.4; 61.7-9; 63.1, 63.2; 64.6, 64.10; 65.8-10; 66.9; 67.6; 68.51, 68.52, 69.4-7, 69.40-43, 69.49, 69.50; 71.26; 72.23; 73.10, 73.11; 74.7; 75.5; 76.4; 77.34-36, 77.50; 78.28; 79.10; 80.17; 82.6; 84.22; 85.19; 88.23, 88.24; 89.41; 90.19, 90.20; 91.11; 92.14-16; 95.7, 95.8; 96.13, 96.14; 98.4, 98.6.
 
Bu ayələr maksimum ixtisarla təqdim edilir:
 
2.28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.
 
2.39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.
 
2.121.Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
 
3.21.(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!
 
3.98.De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?"
 
4.56.Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq...
 
4.150.Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər...
 
4.151.Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!
 
5.5.... İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!
 
5.10.Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
 
6.21.Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
 
6.39.Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır...
 
7.51.O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!
 
7.64.Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.
 
7.76.(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!" - dedilər.
 
7.78.Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
 
7.103.Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona və onun ə’yanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!
 
7.136.Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
 
9.30.Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!
 
9.54.Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.
 
10.17.Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!
 
11.59.Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər,..
 
11.60.Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi...
 
11.119.... "Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" – sözü tamamilə yerinə yetdi!
 
12.37. (Yusif) belə cavab verdi:... Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!
 
13.5.(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" - söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
 
14.18.Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. ...
 
15.90. Eynilə (Qur’anı) bölənlərə endirdiyimiz (əzab) kimi!
 
15.91. O kəslər ki, Qur’anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Qur’anın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə’zisi Qur’anı şe’r, bə’zisi sehr, bə’zisi isə kahinlik əsəri adlandırırdı).
 
16.22. Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər...
 
16.72.... Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın ne’mətini inkarmı edirlər?
 
17.98. Bu, ayələrimizi inkar etdiklərinə və: "Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?" - dediklərinə görə onların cəzasıdır.
 
18.105. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!
 
19.77. (Ya Rəsulum!) Ayələrimizi inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!" - deyən adamı (As ibn Vaili) gördünmü?
 
20.48. Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!"
 
21.36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): "Sizin tanrılarınıza tə’nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.
 
21.50. Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
 
21.107. ... hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır...
 
22.19. Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.
 
23.69. Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
 
24.57. (Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin. Onların məskəni Cəhənnəmdir...
 
25.77. (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Qur’anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"
 
26.6. Onlar (Qur’anı) yalan hesab etdilər...
 
26.201. Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar.
 
27.14. (Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər...
 
29.23. Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
 
29.47.... Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
 
29.52. De: ... Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"
 
30.8.... Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
 
30.34. Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq biləcəksiniz!
 
30.47. (Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq...
 
31.32.... Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!
 
32.10.... Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!
 
34.3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!"...
 
34.45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)
 
35.4. Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)
 
35.26. Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
 
36.30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər!..
 
37.170. Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
 
39.63. Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər - məhz onlar ziyana uğrayanlardır!
 
40.22. Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi...
 
40.84. Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!"
 
41.40. Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar...
 
43.30. Onlara haqq (olan Qur’an) gəldikdə: "Bu sehrdir, biz onu inkar edirik!" - dedilər.
 
43.65. Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: "İsa Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər)....
 
44.9. Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər).
 
45.11. Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.
 
46.26. ... çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər...
 
50.5. Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər)
 
52.11. O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
 
54.42. Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
 
56.2. Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
 
57.19... Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
 
58.5. Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
 
59.2. Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur...
 
67.6. Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
 
69.50. Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
 
71.26. Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
 
73.11. (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır...
 
75.5. Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
 
77.50. (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
 
80.17.Ölsün (kafir) insan! O nə nankordur!
 
85.19.Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
 
88.23.Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
 
88.24.Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
 
90.19.Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir!...
 
98.4.Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
 
98.6.Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur...
 
NƏTİCƏ
 
Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı özündə açıq-aşkar işarələr (eyhamlar) əks etdirən 300-dən artıq ayə diqqətə gətirilmiş və ixtisarla məlumatda təsvir edilmişdir. Bu ayələrdən 34.45 və 35.26 Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu”nu birmənalı olaraq əks etdirirlər:
 
34.45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!);
 
35.26. Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
 
Beləliklə, Allah Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı düşünən insanlar üçün dialektikanın “İnkarı inkar” qanununun əsas bazasını yaratmışdır. Sual olunur: Bəs görəsən dialektika qanunlarını və eləcə də “İnkarı inkar” qanununu kəşf edən dünya şöhrətli alman alimi və filosofu Hegelin bundan xəbəri olubmu? Müvafiq ədəbiyyat araşdırmalarından bu sualla bağlı məlumat aşkar edilmədi. Zənnə qapılmağın özü də günah olduğundan (49.12), “Doğrusunu Allah bilir” cavabı ilə qənaətlənmək olar. İstənilən halda, “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” Hegeldən təxminən 1200 il öncə tükənməz elm mənbəyi olan Quranda düşünən insanlar üçün çoxsaylı xüsusi işarə və eyhamlarla təsvir edilməklə yanaşı 34.45 və 35.26 ayələrində birbaşa olaraq şərh edilmişdir. Allahın düşünən bəndəsi isə müvafiq Quran ayələrinə istinadlarla bu qanunu aşkar edə bilər (kəşf edə bilər). Əlbətdə bu özü də elm üçün mühüm bir tapıntı kimi dəyərləndirilməlidir. Bütövlükdə hər bir elmi kəşf, yeni texnologiyalar və yeni bilgilərin Allahın insanlara neməti olması aksiom kimi qəbul edilməlidir. Növbəti məlumatda Quranda düşünən insanlar üçün “Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişməsinə keçməsi qanunu”na işarələrdən (eyhamlardan) bəhs ediləcək.
 
Əsas mənbə: Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)
 
Qeyd edək ki, professor R.A.Daşdiyevin Quranda “Əksliklərin vəhdəti və mübarizəsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu? adlı analoji araşdırmalar nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc edilmişdir. //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/

 

Oxşar xəbərlər
19:25, Bu gün
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
19:20, Bu gün
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
19:19, Bu gün
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
19:16, Bu gün
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
19:08, Bu gün
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
19:00, Bu gün
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
18:50, Bu gün
İran İsrailə hücuma hazırlaşır? - ÇAXAL açıqladı
18:43, Bu gün
Qəhvəyə protein tozu əlavə etmək olar?
18:38, Bu gün
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
18:37, Bu gün
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
18:33, Bu gün
Sabah Bakınının bu ərazilərində su olmayacaq
18:28, Bu gün
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
18:23, Bu gün
İsrail Beyruta yenidən zərbə endirdi
18:20, Bu gün
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
18:18, Bu gün
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
18:14, Bu gün
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
18:13, Bu gün
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
18:12, Bu gün
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
18:05, Bu gün
Azərbaycan Stoltenberqə təşəkkür etdi
18:02, Bu gün
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
18:00, Bu gün
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
17:31, Bu gün
16 otaqlı ev kül oldu
17:28, Bu gün
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
17:26, Bu gün
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
17:15, Bu gün
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
17:10, Bu gün
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
16:58, Bu gün
Şolts Putinlə danışmağı planlaşdırır
16:56, Bu gün
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
16:44, Bu gün
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
16:43, Bu gün
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
16:28, Bu gün
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
16:22, Bu gün
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
16:16, Bu gün
BQXK əməkdaşları separatçılara baş çəkdi
16:11, Bu gün
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
16:05, Bu gün
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
16:04, Bu gün
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
16:00, Bu gün
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
15:53, Bu gün
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
15:47, Bu gün
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
15:38, Bu gün
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
15:32, Bu gün
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
15:26, Bu gün
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
15:21, Bu gün
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
15:15, Bu gün
Ahıllar evinin sakinləri tamaşa təqdim ediblər
15:10, Bu gün
BDU Dünya Akademik Sammitində təmsil olunacaq
15:05, Bu gün
Zəfər Günü əfv olacaq? – AÇIQLAMA
15:00, Bu gün
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edildi - SƏRƏNCAM
14:56, Bu gün
Hava ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ
14:50, Bu gün
Ucarda DƏHŞƏT! Yanacaq daşıyan maşın AŞDI - Sürücü yanaraq ÖLDÜ - FOTO
14:45, Bu gün
Oktyabr 5 BÜRC üçün sürprizlər ayı olacaq
14:39, Bu gün
Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları YEMƏYİN 
14:35, Bu gün
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
14:29, Bu gün
Rusiyalılar vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı - FOTO
14:24, Bu gün
Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirdi
14:20, Bu gün
Fətvanın çəkisi: "Tehran iki biabırçı variantdan birini seçməyə məcbur olacaq" - ŞƏRH
14:14, Bu gün
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
14:09, Bu gün
FHN Ucardakı yanğınla bağlı məlumat yaydı
14:04, Bu gün
Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı - FOTO
13:58, Bu gün
Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
13:52, Bu gün
Müəllimlər Günü ilə bağlı məktəblərə xəbərdarlıq edildi
13:47, Bu gün
Agentlik sədrinin iki müavini işdən çıxarıldı
13:42, Bu gün
“Dərmanlarını ABŞ-dən, Zelandiyadan gətirdirik, həkim deyir ki, sağalmayacaq” – Aşıq Əhlimanın xanımı DANIŞDI
13:37, Bu gün
Sabah 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
13:32, Bu gün
Vidadi İsgəndərli vəfat etdi
13:27, Bu gün
"Qarabağ" - "Malmö" oyununu yunan hakim idarə edəcək
13:22, Bu gün
Əksəriyyət Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyir - SORĞU
13:16, Bu gün
"Qarabağ" - "Malmö" matçına nə qədər bilet satılıb?
13:12, Bu gün
Topçu Vüsal tələbə adını qazandı - FOTO
13:06, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:00, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - Slovakiya matçının biletləri satışa çıxarıldı
12:55, Bu gün
Kamran Əliyev xorvatiyalı həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO
12:50, Bu gün
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
12:45, Bu gün
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
12:40, Bu gün
Maskalı şəxslər baş həkimi güllələdi - FOTO
12:36, Bu gün
Tarix dərsliklərimizin yaratdığı qıcıq - Rusiyanın yersiz əndişəsi...
12:32, Bu gün
Əkbər Əlizadənin monoloqu “Kızılcık şerbeti”ndə - VİDEO
12:26, Bu gün
Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? - Pediatr AÇIQLADI
12:20, Bu gün
COP29 - Müzakirə üçün 5 təklif
12:15, Bu gün
Bakı Beynəlxalq Film Festivalı: "Qızıl Nar" təqdim olunacaq
12:10, Bu gün
Bu tarixlərdə meteor yağışı müşahidə ediləcək
12:05, Bu gün
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib - FOTO
12:00, Bu gün
BDU tələbələri üçün Təbiət Tarixi Muzeyində interaktiv dərs - FOTO
11:55, Bu gün
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
11:50, Bu gün
“Nar” sağlamlıq imkanları məhdud şagirdlərlə görüşdü - FOTO
11:46, Bu gün
Gəncədə qanunsuz tikililər söküldü - VİDEO
11:41, Bu gün
“Türyançay sol sahil kanalı” yenidən qurulur - FOTO
11:39, Bu gün
Özəl sektorda da maaş artımları olacaqmı?
11:25, Bu gün
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
11:17, Bu gün
Azərbaycan BƏƏ-nin səfirliyinə hücumu pisləyir - XİN
11:11, Bu gün
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
11:08, Bu gün
Balotelli üçüncü liqa klubunda oynayacaq?
10:57, Bu gün
Siqaretdən daha təhlükəli QİDALAR: 32 xəstəlik yaradır
10:48, Bu gün
Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO
10:46, Bu gün
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
10:44, Bu gün
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
10:38, Bu gün
Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 5 500-ü ötüb
10:30, Bu gün
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
10:21, Bu gün
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
10:15, Bu gün
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
10:09, Bu gün
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
GÜNLÜK
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
AYLIQ
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki