Daha öncə də etdiyi yadda qalan festivallarla ölkəyə səs salan təşkilatçı şirkət “Quality Event” yay mövsümü üçün dənizkənarı layihəyə start verib.
Moderator.az xəbər verir ki, istirahət mərkəzi olan “Golden Beach” artıq “Quality Event” şirkətinin daxilində fəaliyyətə başlayaraq hər həftə sonu yeni proqram və fərqli ifaçılarla izləyicilərə unudulmaz yay yaşadacaq.
Qeyd edək ki, təmir üçün bağlanan çimərlik 5 iyuldan etibarən yenilənmiş konseptə start verir.
Açılışda Dj Kamo və Orxan Zeynallı səhnə alacaq.
Seçilmiş ifaçı və dj-lə yanaşı, rəqs şouları da izləyiciləri gözləyir. Şənbə günü isə Ayaz Babayev “Golden Beach”də səhnə alacaq.
Xatırladaq ki, “Quality Event” şirkəti 13 və 27 İyul tarixlərində Türk və Azərbaycanlı ulduzlarla ölkənin ən böyük festivalını təşkil edir. Biletlərin “sold out” olmasına çox az qaldı, bilet əldə etməyə tələsin.