Əhməd Əhmədovun adı sirr kimi saxlanılan hüquqi varisi odur – ADI BU YAZIDA  
Kriminal
Oxunub: 1935
04 Jul 2024 | 17:32
Əhməd Əhmədovun adı sirr kimi saxlanılan hüquqi varisi odur – ADI BU YAZIDA  

Xətai rayonunda ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə prosesinə Əhməd Əhmədovun yaxın qohumları da qatılıblar.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Hakim sözü prokuror Ziya Mansurova verib. Prokuror deyib ki, Baş Prokurorluq məhkəməyə Əhməd Əhmədovla bağlı qərar göndərilib. Həmin qərarla Baş Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılmasını istəyib.

 Prokuror Ziya Mansurovun səsləndirdiyi qərardan məlum olur ki, dəhşətli qətl hadisəsi bu ilin fevralın 13-də baş verib.  Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilib. Qərardan məlum olub ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb. Qərara görə, Əhməd Əhmədov ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edilib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb. İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb.

Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib. Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Atası evdə tək olanda onu öldürüb. Sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib. Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb. İstintaq materiallarına görə, balta ilə əvvəl anasını, sonra da qardaşını öldürüb. Qətldən sonra baltanı evin şkafında gizlədib.

Qeyd olunub ki, dəhşətli qətllərin törədildiyi ərazidə polis əməkdaşları xidmətdə olub. Onlar Əhmədin özünü şübhəli aparmasını sezib onu saxlayıblar, bununla da dəhşətli qətllərin üstü açılıb.  İstintaq araşdırmaları zamanı Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı heç bir məlumat əldə olunmayıb. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb. Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib. Bundan sonra Əhməd Əhmədova söz verilib. O,  ittihamı qəbul etdiyini açıqlayıb, dəhşətli cinayətləri törətdiyini etiraf edib. Bununla belə o, ifadə verməkdən imtina etdiyini bildirib. Bundan sonra proses iyulun 23-nə qədər təxirə salınıb. Növbəti prosesdə sənədlər tədqiq olunacaq.

Prosesdən sonra Əhməd Əhmədovun vəkili Sənan Hüseynov jurnalistlərin suallarını cavablandırıb. O,  müvəkkilinin hüquqi varisinin kimliyi ilə bağlı suala belə cavab verib: “Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hüquqi varisi təyin olunub. Amma bu, hələlik sirr kimi saxlanılır, prosesin sonunda açıqlanacaq”. Vəkil bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq: “Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəm. Əhməd Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlı fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki, mülk söhbətləri yazılmasın, ailə üzvlərinin özü də bu məsələdən dolayı çox əziyyət çəkir”.

Əhməd Əhmədovun dayısı Baxış Bədəlov isə onun xəstə olduğunu bildirib: “Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”.

Yada salaq ki, iş üzrə məhkəməyə hazırlıq iclası iyunun 25-də hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutub. Hakim iclasda bildirib ki, Əhməd Əhmədov anlaqsız hesab olunduğuna görə icra hakimiyyətinin əməkdaşı onun qanuni nümayəndəsi kimi məhkəmədə iştirak edir. Hakim Əhməd Əhmədovun hüquqi varisi kimi Elçin Əhmədovun adını da çəkmişdi. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova bununla əlaqədar məhkəməyə etiraz edib. O bildirib ki, özü hüquqi varis qismində tanınması üçün müraciət etsə də, ona cavab verilməyib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib. Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, buna etiraz edib. Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilmişdi. 

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: “Vallah, nə bilim, bilmirəm ki”, - deyə cavab verib. İclasda qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin iştirak etməməsi diqqət çəkmişdi.

Məlum olmuşdu ki, Sərxan Niftəliyev hazırda Rusiya Federasiyasında narkoloji dispanserdə müalicə alır. İddiaya görə, Əhməd Əhmədovun bacısı Elmira 2019-cu ildə Sərxan Niftəliyevlə ailə həyatı qurub. Onlar daha sonra Rusiya Federasiyasının Xabarovsk şəhərinə köçüblər. Onların 2021-ci ildə Ülviyyə adlı qızları dünyaya gəlib. 2022-ci ildə Elmira ilə Sərxan arasında münasibətlər pozulub. Elmira azyaşlı qızı ilə həmin il Bakı şəhərinə qayıdıb. Lakin onlar rəsmi qaydada boşanmayıblar.

Elmira ilə Sərxanın münasibətlərinin pozulmasına səbəb isə onun narkotik vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Musavat.com/

Oxşar xəbərlər
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
01 Oct 2024 | 15:26
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
01 Oct 2024 | 15:21
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
GÜNLÜK
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)