Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?  
Dünya
Oxunub: 2081
04 Jul 2024 | 16:35
Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?  
Sovet dövründə ermənilərin kütləvi şəkildə soyadlarının sonluqlarını dəyişməsi heç kim üçün sirr olmayıb. Xüsusilə, kiçik bir vəzifəyə təyin olunan ermənilər soyadlarının “yan” sonluqlarını “ov”la əvəzləyiblər.
 
Hətta bəzi ermənilər yuxarılara xoş gəlsin deyə adlarını da dəyişiblər. Nümunə üçün marşal Baqramyanı göstərmək olar. Hansısa “səbəb”dən Baqramyanın Ovanes adı İvan adı ilə əvəzlənib. Addəyişmə məsələsində Armenak Xanferyans isə daha “qoçaq” tərpənib. O, həm adını, həm də soyadını ruslaşdırıb.
 
Armenak Xanferyans kim olub?
 
1902-ci ildə Xocavənd rayonunun Böyük Tağlar kəndində anadan olan Xanferyans 15 yaşında olarkən işləmək üçün Bakıya üz tutub və neft mədənlərində işə düzəlib. Oktyabr inqilabından sonra o, Qırmızı ordunun sıralarına daxil olub, bolşevik hərəkatında iştirak edib. Bu ərəfədə Xanferyans Stalinlə də tanış olub.
 
Vətəndaş müharibəsi zamanı Xanferyans Həştərxanda Qırmızı orduya məxsus gəmidə olarkən həmin gəmi Britaniya qoşunları tərəfindən silahlı hücuma məruz qalaraq batırılıb. Son anda Xanferyansı rus bolşevik Sergey Xudyakov xilas edib. Bir neçə gündən sonra həmin bolşevik hərbi toqquşmalar zamanı öldürülüb. Xanferyas xilaskar dostunun xatirəsini “əbədiləşdirmək” üçün onun sənədlərini götürərək öz adına rəsmiləşdirib və beləliklə, Armenak Xanferyans Sergey Xudyakov olub. Əslində, bu məsləhəti ona Bakıda neft mədənlərindən pul qazanan imkanlı ermənilər verib, “sən bacarıqlı oğlansan, yeni hökumətdə yüksəlmək üçün soyadın sənə problem olacaq”,- deyə onu təlimatlandırıblar.
 
main (1).jpg (23 KB)
 
Sonrakı həyatını hərbi sahəyə bağlayan Xanferyans əvvəlcə Tiflisdə ikiillik hərbi kursları keçib. Daha sonra isə Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alıb.
 
Moskvada yüksək vəzifələr tutan ermənilərin, xüsusilə də Anastas Mikoyanın himayədarlığı sayəsində Xanferyans vəzifə pillələrini sürətlə qalxıb. Artıq 1937-ci ildə o, Hərbi Hava Qüvvələrinin əməliyyat idarəsinin rəisi, bir ildən sonra, 1938-ci ildə Hərbi Hava Qüvvələri komandanının arxa cəbhə üzrə müavini vəzifələrini tutub.
 
Sovet-alman müharibəsi başlananda Xanferyans Qərb cəbhəsinin Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib və general rütbəsi daşıyıb.
 
Xanferyansın ən böyük “talantı” ondan ibarət olub ki, o, özünü yüksəkçinlilər qarşısında təqdim etməyi bacarıb, aldadıcı manevrləri ilə peşəkar hərbçi kimi tanınıb. Digər bir tərəfdən Dövlət Müdafiə Komitəsində  Mikoyanın Xanferyans haqqında xüsusi çıxışları erməni generalın nüfuzunu daha da artırıb.
 
560px-Sergei_Khudyakov.jpg (46 KB)
 
Əsl erməni xislətinə malik olan Xanferyans ailə faciəsindən də “səmərəli” istifadə edib. Belə ki, general Xarkova ezam olunanda 14 yaşlı oğlunu da özü ilə aparıb. Baqramyanın səriştəsizliyi nəticəsində Xarkov alman qoşunları tərəfindən darmadağın ediləndə Xanferyansın oğlu da həlak olub. Erməni general mötəbər tədbirlərdə oğlunun, ömründə əlinə bir dəfə silah almayan 14 yaşlı bir oğlanın həlak olmasını az qala böyük qəhrəmanlıq kimi təqdim edib.
 
1944-cü ilin avqust ayında Xanferyans Hərbi hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyin edilib və ona avisiya marşalı rütbəsi verilib.
 
1945-ci ilin mart ayında Stalinin əmri ilə Xanferyans 12-ci Hərbi Hava Ordusuna komandan təyin edilib və həmin ordu Uzaq Şərq Hərbi Dairəsinin tərkibində Yaponiyaya qarşı hərbi əməliyyatlara başlayıb.
 
Xanferyans bu əməliyyatlarda “xüsusilə” fərqlənib. O, bu əməliyyatlar zamanı Çinin tarixi Mancuriya ərazisində Yaponiya İmperiyası tərəfindən yaradılmış Mançjou-qo dövlətinin imperatoru Aysinqero Puini əsir götürüb. Bu əməliyyat zamanı erməni marşal Mancuriyanın qızıl ehtiyatlarını daşıyan təyyarəni də səmadan endirib. Stalin Xanferyansa  qızılla yüklənmiş təyyarənin Moskvaya göndərilməsini göstəriş verib. Erməni marşal bu göstərişi qəbul etsə də təyyarə səmada müəmmalı şəkildə yoxa çıxıb.
 
5dc76bf5bd7be.png (478 KB)
 
Xanferyansın bir təyyarə qızıla sahib olmaq sevdası baş tutmayıb. O, Moskvaya dönən kimi həbs edilib. Dörd il davam edən istintaqda  Xanferyansın digər cinayət əməlləri də üzə çıxıb. Onun Britaniya kəşfiyyatına işləməsi də təsdiqini tapıb.
 
Bu dəfə Xanferyansı heç kim xilas edə bilməyib. Heç Mikoyan da vaxtilə ağızdolusu təriflədiyi erməni marşalı müdafiə etməyə cürət etməyib.
 
18 aprel 1950-ci ildə Xanferyans ən ağır cəzaya, güllələnməyə məhkum edilib, məhkəmənin hökmü həmin gün icra olunub. Erməni marşalın bütün əmlakı da müsadirə olunub, ailəsi isə mövcud dövrün qanunlarına görə, vətən xaininin ailəsi kimi sürgünə göndərilib. /Musavat.com/
 
Oxşar xəbərlər
22:08, Bu gün
"Qarabağ" doğma meydanda "Ludoqorets"lə bacarmadı - VİDEO
22:00, Bu gün
120 il YAŞAMAQ üçün görün nəyə əl atdı
21:50, Bu gün
Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI
21:42, Bu gün
İtkin düşən qız mağarada tapıldı – “İlan”a çevrilib
21:18, Bu gün
Suda üzən yeniyetmənin üstündən kater keçib
21:10, Bu gün
Türkiyə süni intellektdən istifadə ilə görün nə yaradır
21:00, Bu gün
Sarımsaqlı çayın faydaları
20:44, Bu gün
“Yerli əhali bu yoldan istifadə edə bilmir” – Azərbaycanın bu ərazilərinə yeni yollar çəkilməlidir – ÖDƏNİŞLİ OLACAQ?
20:36, Bu gün
ÜST yeni ölümcül böcək aşkar edib
20:28, Bu gün
“Vətən” musiqi qrupu Polşada ölkəmizi təmsil etdi
20:20, Bu gün
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçı start götürüb - YENİLƏNİB
20:10, Bu gün
Yerə bənzər planet kəşf edildi
19:58, Bu gün
Həm sağlamlıq, həm də gözəllik baxımından əvəzolunmazdır
19:50, Bu gün
Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki vilayətinin sərhədlərini keçib
19:40, Bu gün
İran müharibə üçün Rusiyadan yardım istədi
19:33, Bu gün
Pakistan bu halda İrana silah verə bilər - KİV
19:25, Bu gün
ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb
19:16, Bu gün
İran-Türkiyə sərhədində izdiham yarandı
19:08, Bu gün
Agile bizə nə vəd edir? - EKSPERTDƏN AÇIQLAMA
18:58, Bu gün
"İran öz gücünü İsrailə də, ABŞ-a da göstərə bilər" - YENİ MÜHARİBƏ BAŞLAYACAQMI?
18:50, Bu gün
Özəl orta məktəblərlə qiymət artımı: "Həddindən artıq yüksəkdir"
18:41, Bu gün
Laçındakı İstisuya giriş qadağan olundu - VİDEO
18:38, Bu gün
Qız uşağını tülkü ilə səhv salıb GÜLLƏLƏDİ
18:31, Bu gün
“Tramp, yaxud Xarrisin qalib gəlməsinin Azərbaycan üçün ciddi fərqi olmayacaq...”
18:23, Bu gün
Hamiləlik zamanı ən çox rast gəlinən xəstəlik...
18:15, Bu gün
Qarpızı günün hansı vaxtında yemək daha yaxşıdır?
18:08, Bu gün
Sosial şəbəkədə övladını satmaq üçün video paylaşan ananın uşağı əlindən alındı
18:02, Bu gün
Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu
17:57, Bu gün
Sabah bu ərazidə su olmayacaq
17:52, Bu gün
“Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir” - Test üsulu ləğv edilir?
17:47, Bu gün
Mahir Emreli Almaniya klubuna keçdi
17:42, Bu gün
Kolleclərə qəbul nəticələri elan edildi
17:37, Bu gün
BDU tələbələri Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edirlər - FOTO
17:32, Bu gün
Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək
17:27, Bu gün
Saxta dərmanlarla bağlı dəhşətli statistika: 500 min ölüm faktı - Araşdırma
17:22, Bu gün
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığına dair kommünike İMZALADI - FOTO
17:17, Bu gün
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb
17:13, Bu gün
Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdi - FOTO
17:08, Bu gün
Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA + FOTO
17:03, Bu gün
Belə maşınları Bakıya kim, niyə gətirir? - VİDEO
16:58, Bu gün
Bu küçədə asfaltlanma işləri aparılır - VİDEO
16:53, Bu gün
Baş prokuror Balakəndə vətəndaşları qəbul etdi - FOTO
16:48, Bu gün
Kremldən MÜHÜM MESAJ: Şoyqunun Tehran və Bakıya qəfil səfərinin PƏRDƏARXASI
16:44, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ! Avqustun 9-da...
16:39, Bu gün
92 faizi jmıxdır, zeytun yağı deyilmiş! - SENSASİON ARAŞDIRMA + FOTO
16:35, Bu gün
Taksi xidməti ilə bağlı bu qərar TƏSDİQLƏNDİ
16:30, Bu gün
Əli Əsədov qərar imzaladı
16:24, Bu gün
Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?
16:19, Bu gün
İndoneziya parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  - FOTOLAR
16:14, Bu gün
38 dərəcə isti, leysan, dolu... - SABAHIN HAVASI
16:08, Bu gün
Onlar partnyorlarını asanlıqla heyran edirlər - Cinsi istəkləri yüksək olan BÜRCLƏR
16:03, Bu gün
Ana Vətən Partiyasından 8 nəfər Dairə Seçki Komissiyaları tərəfindən qeydiyyata alınıb
15:58, Bu gün
İki il əvvəl itkin düşən hərbçilərimizin qalıqları tapıldı
15:53, Bu gün
Polis əməliyyyat keçirdi, 5 narkokuryer saxlanıldı - VİDEO
15:47, Bu gün
SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi bp ilə üçillik müqavilə imzalayıb
15:41, Bu gün
Taksi sürücülərinin imtahan vaxtı AÇIQLANDI - RƏSMİ
15:36, Bu gün
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarında iştirak edəcək
15:30, Bu gün
Səhiyyə Nazirliyində nöqsanlar aşkarlandı
15:24, Bu gün
Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub oldu - YENİLƏNİB
15:18, Bu gün
Bakıdan son tələb: Göyçə və Zəngəzura qayıtmadan... - Şərtlər açıqlandı
15:16, Bu gün
Paris-2024: Sənan Süleymanov yarımfinala yüksəldi - YENİLƏNİB
15:12, Bu gün
Bölgəni gözləyən yeni savaş, Şoyqunun səfəri, Azərbaycanın istəyi...
15:07, Bu gün
Türkiyə-Azərbaycan Universitetinin yeri məlum oldu - Bu binada yerləşəcək
15:02, Bu gün
İsmayıllıda ev ilanların yuvasına çevrilib - VİDEO
14:57, Bu gün
Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarladı
14:51, Bu gün
Dənizdə batan şəxsin axtarışları davam edir - VİDEO
14:40, Bu gün
Türkiyə səfiri İrandakı səfirliyimizi ziyarət etdi
14:30, Bu gün
Xanım Adıgözəlova: "Hamiləlikdə çəki artımı labüd və qaçılmaz bir fizioloji prosesdir"
14:25, Bu gün
İkinci beyninizdən xəbəriniz varmı? - Bağırsaqları çürüdən 4 qida...
14:19, Bu gün
Banqladeşdə 49 ildən sonra tarix təkrarlanır – Şeyx Hasin yenə xilas oldu - ŞƏRH + FOTO
14:14, Bu gün
Heydər Əliyev prospektində avtomobildə tüstülənmə: - Sıxlıq yarandı  - FOTO
14:10, Bu gün
Paris-2024: Türkiyənin voleybol millisi yarımfinala yüksəldi
14:05, Bu gün
Brüsseldən absurd interpretasiya: Avropa İttifaqı qayıdış hüququnu necə anlayır? - TƏHLİL
14:00, Bu gün
Ukraynanın Putinə sui-qəsdinin qarşısını ABŞ alıb? – ŞOK AÇIQLAMA
13:54, Bu gün
SSRİ-də şərab brendinin yaranması – Mikoyan Frolovun əməyini mənimsəmək istəyib...
13:48, Bu gün
Taksi sürücüsünə bıçaq çəkib maşınını əlindən aldılar - FOTO
13:42, Bu gün
Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq müavinəti isə... – ŞAD XƏBƏR
13:36, Bu gün
Bakıda maraqlı toy - Gəlinin rəfiqələri ilə rəqsi diqqət çəkdi - VİDEO
13:31, Bu gün
Bakı İrəvanı sülhə tələsdirir – Ermənistan siyasi iradə nümayiş etdirərsə…
13:26, Bu gün
Zabratda avtomobil piyadanı vuraraq öldürdü
13:21, Bu gün
"Rusiya Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir" - Şoyqu
13:17, Bu gün
Prezident: "Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir"
13:13, Bu gün
Şıx çimərliyində "ödənişsizdir" yazılan masalara görə pul tələb olunur? - FOTO
13:09, Bu gün
İran Paris-2024-də İsa peyğəmbərin təhqir olunmasına cavab verib - FOTO
13:03, Bu gün
Etibar Əliyev deputatlığa namizəd olmadı - Səbəbini özü AÇIQLADI
12:57, Bu gün
YAP-ın bütün deputatlığa namizədləri qeydə alındı
12:51, Bu gün
İlham Əliyev Sergey Şoyqunu qəbul etdi - YENİLƏNİB + FOTO
12:45, Bu gün
“Zanbaq yaxa”, “Nilufər qol”, şər qüvvələrdən qoruyan bafta - Qarabağ geyimləri
12:41, Bu gün
“Rusiya Türkiyəyə hücum etməyə hazırlaşanda erməni diviziyası yaradıldı...” 
12:39, Bu gün
Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı
12:34, Bu gün
SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi bp ilə Üçillik Müqavilə imzalayıb
12:33, Bu gün
Səyyad Əlizadənin oğlu: "Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..." - MÜSAHİBƏ
12:26, Bu gün
Dörd hərbçimizin həlak olduğu "İstisu"yun üzəri bağlandı - VİDEO
12:20, Bu gün
Gələn il pensiyalar bu qədər arta bilər
12:16, Bu gün
“İranın müharibə üçün gücü yoxdur: Tehran ancaq təhdid etməyi bacarır”
12:11, Bu gün
Özü getdi, izi qaldı - COVİD-19-un bitməyən uzaq fəsadları
12:05, Bu gün
Qoyunları oğurlayan çoban gecə klubunda saxlanıldı
12:00, Bu gün
İsrail müdafiə nazirini istefaya göndərir?
11:58, Bu gün
Bu məktəblərdə təhsilhaqları artırıldı - VİDEO
11:52, Bu gün
Avqustun 7-nin ən xoşbəxt BÜRCÜ: Uğurlu gününüz xoş keçsin!
GÜNLÜK
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
05 Aug 2024 | 23:08
Arı deputatı öldürdü
05 Aug 2024 | 22:53
Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli oldu
05 Aug 2024 | 22:24
İran prezidenti: "ABŞ-ın dünyada liderlik dövrü başa çatıb"
05 Aug 2024 | 22:18
Bu oteldə qalmaqal: 42 min avro dəyərində...
05 Aug 2024 | 22:45
Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı
05 Aug 2024 | 22:30
Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti
05 Aug 2024 | 23:03
"Ukraynada 800 min kişi orduya çağırışdan yayınmağa cəhd edir" - "Financial Times"
14:25, Bu gün
İkinci beyninizdən xəbəriniz varmı? - Bağırsaqları çürüdən 4 qida...
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
AYLIQ
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
05 Aug 2024 | 23:08
Arı deputatı öldürdü
05 Aug 2024 | 22:53
Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli oldu
05 Aug 2024 | 22:24
İran prezidenti: "ABŞ-ın dünyada liderlik dövrü başa çatıb"
05 Aug 2024 | 22:18
Bu oteldə qalmaqal: 42 min avro dəyərində...
05 Aug 2024 | 22:45
Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı
05 Aug 2024 | 22:30
Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti
05 Aug 2024 | 23:03
"Ukraynada 800 min kişi orduya çağırışdan yayınmağa cəhd edir" - "Financial Times"
14:25, Bu gün
İkinci beyninizdən xəbəriniz varmı? - Bağırsaqları çürüdən 4 qida...