“Zanbaq yaxa”, “Nilufər qol”, şər qüvvələrdən qoruyan bafta - Qarabağ geyimləri
Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənən, uzun inkişaf prosesi keçən milli geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bu gün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır. Hər bir xalqın tarixi və mədəniyyəti onun milli geyimlərində öz əksini tapır. Azərbaycan milli geyimləri rəngarəngliyi, koloritliyi, incə və zərif tikilişi ilə daim diqqət mərkəzində olub.
Bu dəfə 20-ci əsrin əvvəllərinə qədər Azərbaycanın dəb mərkəzi hesab olunan Qarabağ bölgəsinin milli geyimləri haqqında danışacağıq.
Moderator.az Publika.az-a istinadla tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova ilə maraqlı söhbəti təqdim edir.
“Azərbaycanın dəb mərkəzi - Qarabağ”
Ən gözəl, simmetrik, harmoniyalı geyimlər Qarabağa məxsusdur. İstənilən xanım bu geyimləri geyinərkən dərhal xanım-xatınlıq, səliqə-səhman, yaraşıq hiss olunur. Xan qızı Natəvanın geyimlərinə fikir verin, nə qədər əzəmətli görünür. Çünki həmin geyimlərdə bir harmoniya var. Qarabağ bölgəsinin geyimlərinin ətəyi qısa olduğu üçün uzun tumanla çox qəşəng görünür, istər-istəməz xanımlara xüsusi yaraşıq verir.
Keçmiş çəpgən, müasir karset
Bu gün karsetdən istifadə geniş vüsət alıb. Qarabağ bölgəsinin qadınları isə 19-cu əsrdə karsetdən istifadə ediblər. Bunun üçün arxalığın belinə indiki karset oyuğu kimi cib tikilirdi və onun içinə quzu qabırğası yerləşdirirdilər. Və yaxud çəpgən deyilən geyimimiz var, o ən məşhur geyimlərimizdən biridir. Çəpgən Türk etnik mədəni mühitini bir-birinə bağlayan, Türk dünyasında ən çox istifadə edilən geyimlərdən olub. O, 19-cu əsrin əvvəllərinə qədər uzunətək olub. 19-cu əsrin ortalarından sonra çəpgənin ayağı kəsilib və belə qədər qısaldılıb. Onu gen tumanla geyindikdə xanımlara xüsusi gözəllik verib. Çəpgənin beli karset kimi iplə yığılardı. Çəpgən müasir dövrümüzdə də xanımlarımızın ən çox müraciət etdiyi geyim növlərindən biridir.
Lalə dövrü: “Zanbaq yaxa”, “Nilufər qol”
Qarabağ geyimləri digər bölgələrimizin geyimləri ilə oxşadır, çox cüzi detallarla bir-birindən fərqlənirlər. Ümumiyyətlə, bölgələrimizin geyimləri iki biçim üsuluna malikdir. Biri çəpgən tipli, bir də arxalıq, çuxa tipli geyimlərdir. Çuxa tipli geyimlərin ətəyi kəsilərək gödəldilib, büzməli və ya qatmalı (el arasında ona qarmanlı da deyilir) tikilib. Bu geyimlər yalnız yaxa kəsimi və qol formasına, bir də ətəklərinin uzun və ya qısalığına görə bir-birindən fərqlənirlər. Qalan biçim üsulu eynidir. Kip bədən, gen ətək, yarımqol, uzunqol və yaxud da Qarabağa məxsus “Nilufər qol”lu formaları mövcuddur. Qarabağ arxalıqlarının iki forması var. Biri oymayaxa arxalıq, bu daha çox Qarabağ arxalığı adı ilə məşhurdur. Bir də zanbaqyaxa arxalıq, bu da o zaman Osmanlıda “Lalə dövrü” var idi, həmin lalə dövrü saray geyimlərinin yaxa formasıdır.
İlk Avropa elementlərinin Qarabağ qolu
Bir vacib nüansı da qeyd edim ki, ilk Avropa elementlərini milli geyimlərimizə daxil edənlər də məhz qarabağlılar olub. Qarabağdan, əsasən də Şuşadan Avropaya, Rusiyaya təhsil almağa gedənlər həddən artıq çox idi və onlar təhsillərini başa vurub geri qayıdanda oradan özləri ilə müxtəlif geyim elementləri gətirirdilər. Məhz bu səbəbdən kişi geyimləri Qarabağ bölgəsində daha tez avropalaşdı. Avropa elementlərindən nilufər qollar isə Qarabağ qadın geyimlərində özünə yer elədi.
Qarabağ qadın geyimlərinin bir elementi də köynəkdir. Bu köynəklər Ümumazərbaycan xarakteri daşıyır. Yəni bütün bölgələrimiz üçün səciyyəvidir. Köynəklərin yaxası adətən uzun aşırımlı, boğazda düymə ilə olurdu. Bir də gənc, evli xanımlarda, kiçik övladı olan qadınlarda köynəyin yaxası uzun kəsilirdi. Bu, uşağa süd verən xanımın rahatlığı üçün edilirdi. Bu da bütün Türk dünyasında yayılmış ənənə idi. Ona görə də əliuşaqlı qadınlar həmişə döşlük geyinərdilər. Əvvəl ona önlük deyilərdi, belə bağlayırdılar. Amma sonradan qadınların yaxasına keçirməklə döşlük əlavə olundu ki, süd verən ana həmin döşlük hissədən uşağını rahatlıqla yedizdirə bilsin.
Şər qüvvələrdən qoruyan bafta
Bir də Qarabağ geyimlərində ən vacib məqamlardan biri də o idi ki, hamısında zər, bafta materiallarından istifadə olunardı. Bu, bizim geyimlərin spesifik xüsusiyyətlərindən biri sayılardı və bütövlükdə Türk dünyasında geniş yayılan ənənə idi. Həm də inanclardan irəli gələn xüsusiyyət idi. Bilirsiniz ki, bizdə şər qüvvələrə qarşı metaldan istifadə olunur, yastığın altına qayçı, bıçaq və s. qoyardılar. Şər qüvəlləri qorxutmaq üçün geyimdə isə baftadan istifadə edirdilər. Bafta çox vaxt qızılı rəngdə olurdu, deyilənə görə, şər qüvvələr o rəngdən qorxardı. Məhz bu səbəbdən tumanın, köynəyin ətəyinə qızıl pullar, digər bəzəklər düzürdülər. Qolun kəsik hissələrində, boyun hissəsində bu kimi elementlərdən istifadə olunardı. Bu, həm geyimi dəbdəbəli göstərərdi, həm də şər qüvvələrdən qoruyardı. Baftalar bəzən qızıl sapla, bəzən gümüş sapla, bəzən də adi tellərlə toxunurdu.
“İşton”, “İştan”, “İç don”
Qadın geyimləri ətəkdən ibarət idi, hansı ki, ona tuman deyilərdi. Məsələ burasındadır ki, o vaxtlar şalvara da, uzun ətəyə də tuman deyərdilər. Bunun tarixi kökləri var. Tuman həm də iç don adlanırdı. Qarabağda “iştan” deyilərdi. Özbəkistanda “işton”, “iştan”, Türkiyədə “iç don”, Qərbi Azərbaycanda “işdan” adlanırdı. Buradan da “ştan“ sözü yaranıb, rusların dilinə keçib. Bəzi rus mütəxəssisləri yazırlar ki, guya bu söz bizə onlardan keçib. Amma bu kökündən yalnışdır. “İşton”sözü dəyişib olub “ştan”. Dilimizdə bunun kimi rus dilinə keçən bir çox sözlər var...
Ətəklərin fərqli xüsusiyyəti ondan ibarətdir ki, imkanlı ailənin xanımları gen ətək tuman geyinərdilər. Elə olurdu ki, on iki taxta parçadan gen tuman tikdirərdilər. Tumanın genişliyi sahibinin statusundan xəbər verərdi. Bu geyim qadının varlı-hallı, imkanlı olmasının əsas göstəricisi idi. Nisbətən imkanı az olan ailənin xanımları isə üç-dörd taxtadan dar tuman geyinərdilər. Yaşlı qadınlar isə qışda soyuqdan qorunmaq məqsədi ilə üst-üstə bir neçə tuman geyinərdilər. Bəzən yeri gələndə tuman alt paltarını əvəz edirdi. Ona görə də bu gün dilimizdə tuman sözü alt paltarı kimi qalıb. Bax, bu sözün də kökü ordan gəlir. Gen balaq tumanı arxadan dartıb qabağa keçirərdilər və bununla da alt paltarı olurdu.
Azərbaycanın kəlağayı mərkəzi
Qarabağ bölgəsinin xanımlarının baş örtüklərində də elə bir fərq yoxdur. Onlar başına tərçəng qoyardı. 18-ci əsrə kimi araqçın məhz tərçəng adı ilə məşhur idi. İndinin özündə də Türkiyədə və Cənubi Azərbaycanda bu addan istifadə olunur. Tərçəng xalis türk sözüdür. Qarabağda, Şuşada kəlağayı istehsalı olub. Azərbaycanın dörd əsas kəlağayı istehsal edən mərkəzlərindən biri də həmz Qarabağ bölgəsi olub. Dörd emalatxana olub və hamısında da kəlağayı istehsal edilib. Naxışlar barəsində isə təəssüf ki, heç bir məlumat yoxdur. Qarabağda kəlağayıya yaylıq deyərdilər. Yaylıq yağlıq deməkdir. Kəlağayı özü də “kəlləyağlığı” deməkdir. Xanımlar əvvəlcə altdan kəlağayını bağlayardılar ki, başın tərini, yağını çəksin sonra dingə, araqçın və ya çalma qoyardılar, yaxud da zər-zibalı örpəklər bağlayardılar. Xanımlar baş geyimi olan sərəndaclardan da istifadə edərdilər.
Küləcə, kürdü, kürkü
Qarabağ qadın geyimlərinin bir növü də küləcədir. Bu geyim Azərbaycanın digər bölgələri üçün də xarakterikdir. Mövsümi geyim idi, əsasən qış aylarında geyinərdilər. Mövsumi geyimlərdən biri də kürdü idi. Kürkünün qısaldılmış, qolsuz variantı idi. Onun yaxası, qol ağzı samur xəzi və ya körpə quzu dərisi ilə tikilərdi. Qışda paltarın üstündən geyinərdilər.
Qadın və kişi ayaq geyimləri də eynidir, elə bir fərq yoxdur. Qadınlar da başmaq geyinib, çus geyinib, kişilər də. Yalnız ayaq ölçülərinə görə bir-birindən fərqlənirdilər.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.
11:40, Bu gün
Kirayə evlərin bahalaşma SƏBƏBİ MƏLUM OLDU
11:35, Bu gün
İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi
11:30, Bu gün
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
11:28, Bu gün
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
11:27, Bu gün
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
11:24, Bu gün
İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
11:20, Bu gün
Neymar Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək
11:12, Bu gün
İsrail ordusu bu şəhərin təxliyəsinə başlayır
11:04, Bu gün
600 dollara toya dava salıb, gəlini qaçırdır - Maraqlı xidmət
10:53, Bu gün
Tehranda televiziya qülləsini ildırım vurub
10:47, Bu gün
Uşağı olan anaların DİQQƏTİNƏ - Birlikdə yatmaq olarmı?
10:39, Bu gün
Müdafiə darmadağın ola bilər - Zelenski son çarəyə əl atır
10:31, Bu gün
Yol Polisi tədris ilinin başlanması ilə bağlı müraciət yayıb
10:21, Bu gün
“Biz burada kosmonavt yetişdirmirik, belə tədris yükü olar?” - Təhsil ekspertindən ETİRAZ
10:19, Bu gün
İvanişvilidən SƏRT SÖZLƏR: "Saakaşvili buna görə üzr istəməlidir..."
10:18, Bu gün
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:11, Bu gün
Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI
10:04, Bu gün
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb
10:00, Bu gün
Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: "Ona verilən icazə son dərəcə təhlükəli ola bilər"
09:52, Bu gün
Tərkibindəki dəmir qan hüceyrələri əmələ gətirir
09:44, Bu gün
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
09:32, Bu gün
Ölkədə bu xidmətlərin qiyməti artdı
09:25, Bu gün
Ukrayna Kurskda, Rusiya Donbasda irəliləyir
09:19, Bu gün
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
09:11, Bu gün
Planları, yeni tanışlıqları təxirə salın: İlin ən təhlükəli dövrü
08:55, Bu gün
2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
08:44, Bu gün
Vikipediyadan şəhidlərə aid məqalələri sildiyi deyilən şəxs danışdı: "Bərpa edəcəyəm..."
08:32, Bu gün
Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...
08:25, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
08:16, Bu gün
Avtobus qəzası: 40-dan çox turist yaralandı
11:40, Bu gün
Kirayə evlərin bahalaşma SƏBƏBİ MƏLUM OLDU
11:35, Bu gün
İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi
11:30, Bu gün
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
11:28, Bu gün
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
11:27, Bu gün
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
11:24, Bu gün
İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
11:20, Bu gün
Neymar Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək
11:12, Bu gün
İsrail ordusu bu şəhərin təxliyəsinə başlayır
11:04, Bu gün
600 dollara toya dava salıb, gəlini qaçırdır - Maraqlı xidmət
10:53, Bu gün
Tehranda televiziya qülləsini ildırım vurub
10:47, Bu gün
Uşağı olan anaların DİQQƏTİNƏ - Birlikdə yatmaq olarmı?
10:39, Bu gün
Müdafiə darmadağın ola bilər - Zelenski son çarəyə əl atır
10:31, Bu gün
Yol Polisi tədris ilinin başlanması ilə bağlı müraciət yayıb
10:21, Bu gün
“Biz burada kosmonavt yetişdirmirik, belə tədris yükü olar?” - Təhsil ekspertindən ETİRAZ
10:19, Bu gün
İvanişvilidən SƏRT SÖZLƏR: "Saakaşvili buna görə üzr istəməlidir..."
10:18, Bu gün
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:11, Bu gün
Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI
10:04, Bu gün
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb
10:00, Bu gün
Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: "Ona verilən icazə son dərəcə təhlükəli ola bilər"
09:52, Bu gün
Tərkibindəki dəmir qan hüceyrələri əmələ gətirir
09:44, Bu gün
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
09:32, Bu gün
Ölkədə bu xidmətlərin qiyməti artdı
09:25, Bu gün
Ukrayna Kurskda, Rusiya Donbasda irəliləyir
09:19, Bu gün
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
09:11, Bu gün
Planları, yeni tanışlıqları təxirə salın: İlin ən təhlükəli dövrü
08:55, Bu gün
2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
08:44, Bu gün
Vikipediyadan şəhidlərə aid məqalələri sildiyi deyilən şəxs danışdı: "Bərpa edəcəyəm..."
08:32, Bu gün
Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...
08:25, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
08:16, Bu gün
Avtobus qəzası: 40-dan çox turist yaralandı
01:19, Bu gün
Gürcüstan hakimiyyəti osetinlərlə müharibəyə görə üzr istəyəcək
00:37, Bu gün
İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda
00:34, Bu gün
Musiqi məktəbinin direktoru VƏFAT ETDİ
00:21, Bu gün
"Qalatasaray" rəqibini darmadağın etdi
00:19, Bu gün
QHT-lər milli xəyanətkarlara qarşı: "Haram olsun"
00:05, Bu gün
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
14 Sep 2024 | 23:42
Usama ben Ladenin oğlu sağdır və "Əl-Qaidə"ni dirçəltməyə hazırlaşır
14 Sep 2024 | 23:35
"İbarəli kütbeyin anqlosakslar bir şeyi etiraf etmək istəmir ki..."
14 Sep 2024 | 23:32
“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki...”- Əməkdar artist+ÖZƏL
14 Sep 2024 | 23:03
İstirahət mərkəzində əməliyyat: həbs olunan var
14 Sep 2024 | 22:55
Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI
14 Sep 2024 | 22:50
Azərbaycanlı aktyorun səhnədə dizi yaralandı - FOTO
14 Sep 2024 | 22:44
Millimiz Olimpiadada dördüncü qələbəsini qazandı
14 Sep 2024 | 22:36
Balıqçı qayığı ilə birlikdə yoxa çıxdı
14 Sep 2024 | 22:28
Lekler Azərbaycan Qran Prisinin seçmə mərhələsinin qalibi oldu
14 Sep 2024 | 22:20
"Bu qız indi gözəldir, "Şabaniyə"yə oxşayır"
14 Sep 2024 | 22:13
Razılaşmadan imtina etmədik, Zelenski mane olur - Yerxov
14 Sep 2024 | 22:08
İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!
14 Sep 2024 | 22:04
Gözəllik naminə kor olmaq: Evdə saç boyama qadına baha başa gəldi
14 Sep 2024 | 21:56
Bakı trası fədakarlığı mükafatlandırır, cəsurları sevir - "McLaren"in pilotu
14 Sep 2024 | 21:48
Günəşdə son illərin ən güclü partlayışı baş verdi
14 Sep 2024 | 21:40
“Ələkbər əmi”nin qızı ailə qurdu - FOTO
14 Sep 2024 | 21:32
Göygöldə ilk dəfə olaraq “Moruq Festivalı” keçirilir
14 Sep 2024 | 21:24
Qoz qabıqlarını qaynadıb saçlarınıza çəkin
14 Sep 2024 | 21:16
“Şamaxı” “Sumqayıt”a, "Qarabağ” isə "Səbail"ə qalib gəlib - VİDEO
14 Sep 2024 | 21:08
Ukrayna Rusiyaya PUA hücumu etdi: ölən var
14 Sep 2024 | 21:00
Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər?
14 Sep 2024 | 20:51
Belarus Ukrayna sərhədinə qoşun yığır?
14 Sep 2024 | 20:50
ADSEA əməkdaşları "Formula 1" yarışlarında əzmlə xidmət göstərirlər – VİDEO
14 Sep 2024 | 20:45
Səhər acqarına su için - Hər dərdin dərmanıdır...
14 Sep 2024 | 20:37
"Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki..."
14 Sep 2024 | 20:35
"Ukrayna Rusiyada məhv etmək istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib" - "Reuters"
14 Sep 2024 | 20:28
Arda Gülər üçün 70 milyonluq təklif
14 Sep 2024 | 20:20
“YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək
14 Sep 2024 | 20:12
Rusiyanın ən böyük banklarına kiberhücum edildi
14 Sep 2024 | 20:06
Ağdərədə FHN-in maşını aşdı: Bir nəfər həlak oldu, yaralılar helikopterlə Bakıya gətirildilər
14 Sep 2024 | 19:58
“Netflix” bu “iPhone”ları dəstəkləməyi dayandırır – Siyahı
14 Sep 2024 | 19:50
Zamiq bahalı hədiyyələrini paylaşdı - VİDEO
14 Sep 2024 | 19:43
Ayda beş kiloqramı necə itirmək olar?
14 Sep 2024 | 19:35
Ermənistan Su-30 təyyarələri üçün bu ölkəyə müraciət etdi
14 Sep 2024 | 19:30
Körpəyə siqaret verildi, şəkli paylaşıldı: hansı cəza veriləcək?
14 Sep 2024 | 19:22
İnsanda yenidən DİŞ ÇIXARAN preparat hazırlandı
14 Sep 2024 | 19:16
2025-ci ilin ən şanslı bürcləri - Pul, şans, sevgi və karyera...
14 Sep 2024 | 19:10
Cənubi Koreyaya yenidən zibil şarları göndərildi
14 Sep 2024 | 19:03
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
14 Sep 2024 | 18:55
Türkiyə gözəlindən tənqidlərə cavab: savadsız insanlar...
14 Sep 2024 | 18:48
Pensiya yaşı çatmadan pensiya kapitalından istifadə imkanı kimlərə yaradıla bilər?
14 Sep 2024 | 18:40
Qadın pişiyi sayəsində xərçəng olduğunu öyrəndi
14 Sep 2024 | 18:33
Dollara tələbat artır - Manat ucuzlaşacaq?
14 Sep 2024 | 18:25
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
14 Sep 2024 | 18:18
Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"
14 Sep 2024 | 18:10
Vurulan təyyarəni düşmən üzərinə çırparaq şəhid olan polkovnik...
14 Sep 2024 | 18:05
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
14 Sep 2024 | 18:00
Kütləvi istefalar BAŞLADI - Bu partiyanın 41 üzvü...
14 Sep 2024 | 17:55
Qarşı cinslə ilk görüş üçün ƏN PİS GÜN: Bu tarixlərdən istifadə etməyin!
14 Sep 2024 | 17:48
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
14 Sep 2024 | 17:41
Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...
14 Sep 2024 | 17:35
O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..
14 Sep 2024 | 17:34
"Bu, informasiya terroru, azad sözə və jurnalist peşəsinə hücumdur" - Zaxarova
14 Sep 2024 | 17:27
Silahların xarakteri dəyişməyə başladı – Hücum sistemləri Ermənistana göndərilir
14 Sep 2024 | 17:20
"Nazirlər də işə velosipedlə getsin!" - Ekspert Bakının tixac problemindən danışdı - VİDEO
14 Sep 2024 | 17:13
Nuran Abdullayev Forumdan danışdı: "Əsas hədəfimiz bütün dünyada yaşayan azərbaycanlı həkimləri birliyə cəlb etməkdir"
14 Sep 2024 | 17:10
MSK iddiaları araşdırdı: "Bu seçki məntəqələrində qanun pozuntuları..."
14 Sep 2024 | 17:04
Temperatur enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
14 Sep 2024 | 16:57
Xəzər dənizində ZƏLZƏLƏ oldu
14 Sep 2024 | 16:51
Ermənişünas alim tarixi faktları açıqladı: "Ermənilərin Qafqazda dövlət qurmaq planı olmayıb"
14 Sep 2024 | 16:44
ABŞ Konqresindən Azərbaycana həmlə – Sentyabrın 19-da...
14 Sep 2024 | 16:37
Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir - FOTO
14 Sep 2024 | 16:30
Rusiya Polad Bülbüloğluna mükafat verdi
14 Sep 2024 | 16:23
"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb
14 Sep 2024 | 12:46
Universitetlər tələbələri belə aldadır - VACİB MƏLUMAT
14 Sep 2024 | 13:43
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
14 Sep 2024 | 13:46
"Uşaqpulu birmənalı bərpa olunmalıdır, əks təqdirdə...” - Sosioloqdan SOS
14 Sep 2024 | 12:12
Məktəbdə kağız pulu, fond pulu, təmir pulu yığılması - Hüquqi məsuliyyət YARADIR
14 Sep 2024 | 12:59
"Kamala Harris debatı uddu, lakin seçkinin taleyi hələ qeyri-müəyyəndir...”
14 Sep 2024 | 12:39
18 yaşlı qadının bıçaqlanmasının yeni DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub
14 Sep 2024 | 14:05
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatdı, "Mercedes" pilotu birinci oldu - YENİLƏNİB
14 Sep 2024 | 12:06
“Bildik, pis oğlansan, aldadırsan, badalaq gəlirsən…” – Serial aktyoru
14 Sep 2024 | 11:51
Qusarda motosiklet aşdı - Ölən var
14 Sep 2024 | 13:53
“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
14 Sep 2024 | 12:46
Universitetlər tələbələri belə aldadır - VACİB MƏLUMAT
14 Sep 2024 | 13:43
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
14 Sep 2024 | 13:46
"Uşaqpulu birmənalı bərpa olunmalıdır, əks təqdirdə...” - Sosioloqdan SOS
14 Sep 2024 | 12:12
Məktəbdə kağız pulu, fond pulu, təmir pulu yığılması - Hüquqi məsuliyyət YARADIR
14 Sep 2024 | 12:59
"Kamala Harris debatı uddu, lakin seçkinin taleyi hələ qeyri-müəyyəndir...”
14 Sep 2024 | 12:39
18 yaşlı qadının bıçaqlanmasının yeni DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub
14 Sep 2024 | 14:05
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatdı, "Mercedes" pilotu birinci oldu - YENİLƏNİB
14 Sep 2024 | 12:06
“Bildik, pis oğlansan, aldadırsan, badalaq gəlirsən…” – Serial aktyoru
14 Sep 2024 | 11:51
Qusarda motosiklet aşdı - Ölən var
14 Sep 2024 | 13:53
“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”