Görkəmli aktyor Abbas Mirzə Şərifzadənin faciəli ölümü - Nəsiman Yaqublunun yazısı
Ekskluziv
Oxunub: 2913
04 Jul 2024 | 10:55
Görkəmli aktyor Abbas Mirzə Şərifzadənin faciəli ölümü - Nəsiman Yaqublunun yazısı
...Çoxları ilə söhbət etmişəm. O dövrü görmüş, yaşamış adamların çoxu etiraf edib ki, camaat teatra Abbas Mirzənin adına gəlirdilər.
 
Teatrın ən şöhrətli aktyoru idi Abbas Mirzə Şərifzadə. Onun oynadığı rollar da əvəzsiz idi. Və şübhəsiz ki, 1930-cu illərdəki teatrımızdan danışanda üç böyük dramaturqun da adı çəkilməlidir: Şekspir, Cavid, Cabbarlı. Hər üç sənətkarın yaratdığı obrazları günəş kimi parladan isə Abbas Mirzə Şərifzadə idi.
 
Abbas Mirzə Şərifzadənin oynadığı rollar da böyük idi, o dövrdə tamaşaya qoyulan əsərlər də. Şekspirin, Cavidin əsərləri səhnəni silkələyirdi. Və böyük əsərlərin olduğu yerdə nəhəng aktyorlar da yetişməliydi.
 
Abbas Mirzənin aktyorluğa olan həvəsi lap cavan yaşlarından başlayıb. Onun böyük səhnəyə gəlişini, aktyorluq fəaliyyətinə başlamasını adətən 1908-ci ildən hesab edirlər. Həmin il Abbas Mirzə on beş yaşında ikən Molyerin “Zorən təbib” tamaşasında lal qız rolunda çıxış edib.
 
1908-ci ildə ilk rolunu ifa etdi. O qədər də böyük aktyorluq bacarığı tələb etməyən bu rol Abbas Mirzənin yaradıcılığında mühüm addım oldu. İki məğlubiyyətdən sonra bu, ilk müvəffəqiyyət idi.
 
1912-ci ildə Abbas Mirzənin həyatında daha bir uğurlu hadisə oldu. M. F. Axundovun “Xan Sərabi” (“Lənkəran xanının vəziri”) komediyasında Teymur ağa rolunu ifa etdi.
 
Abbas Mirzənin aktyorluğa olan həvəsi getdikcə alovlanırdı.Səhnədə daha böyük rollar oynamaq həvəsi ilə yaşayırdı. Dövrün böyük aktyoru Hüseyn Ərəblinskinin oyununa isə böyük məhəbbəti vardı. Öz həvəsini, sənətə olan sonsuz sevgisini saxlaya bilməyib bir gün böyük sənətkarın yanına üz tutdu. H. Ərəblinski səmimiyyətlə qarşıladı Abbas Mirzəni. Hətta “otel”də  onunla birlikdə iştirak etməyə imkan yaratdı.
 
İllər ötürdü...Ötən illər Abbas Mirzənin sənət yanğısını daha da artırırdı. Böyük səhnə obrazları yaratmağa çağırırdı.
 
Budur, 1919-cu ildir. A. M. Şərifzadə yazır: “Sevdiyim rollar: Nadir şah, “Trablis müharibəsi”ndə quldir Ramiz. Sevdiyim qrimlər: Ağa Məhəmməd Şah Qacar, “Gaveyi - ahəngər”.
 
Gəldi 1920-ci illər...
 
Abbas Mirzə Şərifzadənin bir aktyor kimi fəaliyyəti daha da genişlənir. Bir - birinin ardınca təkrarsız obrazlar yaradır. Dövrün qəzetləri Abbas Mirzənin oyununu yüksək qiymətləndirərək yazırdı: “... Abbas Mirzə Şərifzadənin yaratdığı Hamlet rolu tamaşaçının bütün varlığına təsir edir. Şərifzadənin oyunundakı ifadə aydınlığı, intonasiya - Hamleti bütün varlığı ilə səhnədə canlandırır... Bu, Şekspirin Hamletidir”...
 
“Kral - Şərifzadə çox gözəl idi. Bunu isbat üçün son pərdədə oynamayarkən belə, tamaşaçılar tərəfindən gurultulu alqışlar ilə səhnəyə çağırıla bilər”...
 
“... Sənan rolunda Şərifzadə Abbas Mirzə öz rolunu pək canlı göstərdi. Adətən canlı bir Şeyx Sənan yaratdı”...
 
Amma Abbas Mirzənin qəlbində bu sənətə möhkəm bağlılıq hissi yaşayırdı. Sonralar böyük dramaturq C. Cabbarlı onun aktyorluq sənətinə bağlılığını belə izah edəcəkdi: “Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz - özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında və iliyindədir.
 
Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir”.
 
Hələ 1923-cü ilin əvvəllərində Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə Respublika Maarif Komissarlığı yanında Azərbaycan Foto - Kino İdarəsi (AFKİ) yaradıldı.
 
Az sonra, 1925-ci ildə A. M. Şərifzadə müstəqil rejissor kimi “Bismillah” bədii filmini çəkir. Kinoda yalançı mollaların törətikləri iyrənc cinayətlər ifşa olunurdu.
 
Abbas Mirzə sonradan böyük ustalıqla “Hacı Qara”, “Məhəbbət oyunu” filmlərini də çəkdi. Kino haqqında belə yazırdı: “Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir. Lakin bütün bunlar ayrı - ayrılqda bir - birinə biganə olaraq qalmır. Bütün bunlar birləşərək filmə axıb gəlir və hər biri onun orqanik üzvü olur”.
 
Qızı Firəngiz xanım (Respublikanın Xalq artisti Firəngiz Şərifova) danışırdı ki, atası evdə məşq edəndə səsinin qüvvətindən pəncərənin şüşəsi cingildəyərmiş.
 
... 1930-cu illərdir...Abbas Mirzə Şərifzadə Azərbaycan teatrının səhnəsində parlaq obrazlar yaradır. Şekspirin, Cavidin, C.Cabbarlının qəhrəmanları onun ifasında səhnədə “yaşayır”, “mübarizə aparır”, “sevir”, qısqanclıq zəhəri ilə “çırpınırlar”.
 
Azərbaycan teatrının səhnəsində Abbas Mirzənin ifasında qısqanc Otellonun iztirabları eşidilir:
 
... Qəzəbim bir ilan olmuş, sürünür,
 
Şübhəsiz, burda cinayət görünür.
 
Titrədən söz deyil, əlbəttə məni...
 
Of, ya rəbbi! Bu mümkün yəni?..
 
O qulaqlar, o dodaqlar, dəsmal...
 
Ah, iblis qadın!.. Al, boynuna al!
 
1936-cı il 11 fevral. Həmin gün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Abbas Mirzə Şərifzadəyə “Respublikanın Xalq Artisti” Fəxri adı verilir.
 
Elə həmin il teatr tariximizdə bir mühüm hadisə də baş verir. Mart ayının 18-də Şekspirin “Maqbet” əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulur. Maqbet rolunda Respublikanın Xalq Artisti Abbas Mirzə Şərifzadə çıxış edir.
 
... 1937-ci ilin dekabr ayında Abbas Mirzə Şərifzadəni həbs edirlər.
 
... İlk istintaq prosesi gedir. Abbas Mirzə Şərifzadə ittiham olunur. İlk istintaqd qardaşı haqqında suallar verirlər. (Abbas Mirzənin qardaşı Qulammirzə inqilabdan sonra köçüb İrana getmişdi və orada yaşayırdı). Abbas Mirzədən soruşurlar ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qulammirzəni niyə həbs etmişdilər?
 
Abbas Mirzə cavab verir ki, qardaşını Müsavat hökuməti ilə əlaqədə günahlandırıb tutmuşdular. Bir müddət həbsxanada yatandan sonra çıxıb getdi İrana. O vaxtdan bəri onunla əlaqəsi olmayıb.
 
1938-ci ildir...Böyük Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadə istintaq olunur.
 
Getdikcə sualların xarakteri də başqalaşır. İndi Abbas Mirzəni daha çox siyasi sahəyə “çəkirlər”. Siyasi səhvlərini etiraf etməyə çağırırlar. Soruşurlar ki, Müsavat hökuməti ilə hansı əlaqələrin olub?
 
Abbas Mirzə qətiyyətlə bildirir ki, onun Müsavat hökuməti ilə əlaqəsi olmayıb. Həmin hökumətin heç bir üzvü ilə də münasibət saxlamayıb.
 
İstintaq aparanlar bu dəfə də Abbas Mirzədən istədikləri cavabı ala bilmirlər. Hələlik Abbas Mirzə qətiyyətli və möhkəmdir, haqqın, ədalətin təntənəsinə inam hissi içərisində qırılmayıb.
 
İndi böyük şair Hüseyn Cavidin adını çəkirlər. Soruşurlar ki, Cavidin “millətçi” əsərlərində niyə oynayırdın? Bundan məqsədin nə idi?
 
Abbas Mirzə yenə həqiqəti söyləyir. O həqiqəti söyləyir ki, onu ən düşüncəsiz adam da başa düşə bilər. Deyir ki, mən artistəm və borcum tamaşaya qoyulan əsərdə oynamaqdır.
 
İstintaq prosesi davam etdikcə, günlər ötdükcə “2839” nömrəli məhbusun da (Abbas Mirzə Şərifzadəini) işgəncələri artır, yaşayışı dözülməz oludru. Həbsxana divarları arasında onunla rəftar da kobudlaşır, pisləşirdi. Üzüntülü sorğu - suallar, həbsxananın ağır şəraiti Abbas Mirzəni haldan salır, taqətini kəsirdi. Bu, onun keçirdiyi fiziki ağrılar idi. Mənəvi sarsıntılar isə başqa tərzdə didib - parçalayır, göynədirdi içərisini. Lakin hələ dözürdü ağrılara...
 
Yenə sorğular, suallar.
 
Abbas Mirzə Şərifzadəni “troyka” dəstəsi mühakimə edir. Abbas Mirzənin etirazları heç bir fayda vermir. “Troyka”nın çıxardığı hökm amansızdır. Böyük aktyor ən yüksək cəzaya - ölümə məhkum edilir. Altı gündən sonra Abbas Mirzə çox şeyi “etiraf” edir: “Mən uzun müddət onlarla razılaşmırdım. Nəhayət razılıq verdim. Mənə tapşırılmışdı ki, bədii sovetdə Hüseyn Cavidin millətçi “Şeyx Sənan”, “Səyavuş” əsərlərini müdafiə edim”.
 
Abbas Mirzə daha sonra etiraf edir ki, “İblis”, “Romeo”, “Eyvaz”  rollarını oynayarkən də bəzi əksinqilabi tapşırıqları yerinə yetirirmiş (məcburiyyətdən doğan “etiraf”lara bir fikir verin). Müqavimət göstərməyin boş və mənasız olduğunu başa düşən Abbas Mirzə çox ittihamları qəbul edir. 1938-ci il noyabrın 2-də deyir: “Biz əksinqilabi təşkilatların üzvləri ilə “Avropa” mehmanxanasında görüşürdük”.
 
“2839” nömrəli məhbusu da belə təslim edirlər.
 
... Abbas Mirzə Şərifzadə “İran casusu”, “xarici ölkə casusu” kimi günahlandırılaraq ölüm cəzasına məhkum edilir. 1938-ci il soyuq noyabr günlərinin birində hökm yerinə yetirilir. Azərbaycan səhnəsinin daha bir günəşi qırx beş yaşında belə söndü...
 
Qardaşının başına gələn faciəni eşidəndən bir il sonra, üstündən tikanlı məftillər keçən Arazın o tayında - Tehran şəhərində Abbas Mirzənin istəkli qardaşı Qulammirzə dərdə dözməyib dünyadan köçdü.
 
Bəzi məlumatlara görə A.M.Şərifzadəyə həbsxanada işgəncə verdikdən sonra o, çətinliklə ayağa qalxıb səhnədə dediyi məşhur “olum, yoxsa ölüm” monoloqunu söyləmiş, sonra dişləri ilə əlinin damarlarını qopartmağa başlayıb.Həbsxana işçiləri  gəlib onu aparıblar və bu hadisədən  sonra onun həyatından heç bir məlumat olmayıb.
 
407e7d37387f5f84327c6fb35ffbf1d3.jpg (34 KB)
 
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru, professor
 
Oxşar xəbərlər
10:15, Bu gün
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
10:08, Bu gün
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
09:59, Bu gün
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub
09:53, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
09:46, Bu gün
Azərbaycanlı aparıcının meyxanaçı ilə toyundan görüntüləri
09:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda cərimələnə bilərsiniz - VİDEO
09:34, Bu gün
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
09:29, Bu gün
Qadın ərinə şərt qoydu: O biri kişini də qəbul edəcəksən ... - Bir qətlin TƏFƏRRÜATI
09:21, Bu gün
DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...
09:15, Bu gün
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
09:06, Bu gün
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
08:58, Bu gün
38 yaşlı məşhur yarıçılpaq halda poza verdi - FOTO
08:50, Bu gün
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
08:44, Bu gün
Bu universitet tələbələrini özü seçəcək - VİDEO
08:35, Bu gün
İsrail Beyrutu VURDU
08:33, Bu gün
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
08:17, Bu gün
Bu gün sevgidə kimlər şanslı olacaq? - Hər bürc üçün sevgi PROQNOZU
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
GÜNLÜK
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var