"COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq" - Vüqar Rəhimzadə
Cəmiyyət
Oxunub: 1959
01 Jul 2024 | 18:30
"Bu gün ölkə və dünya mətbuatından əsas müzakirə mövzularından biri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan COP29-a ev sahibliyidir. Konfransın əsas məqsəd və məramının nədən ibarət olduğuna diqqət yetirdikdə belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyini şərtləndirən amillər bəlli olur. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə  beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır". 
 
Bunu Moderator.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib. 
 
Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, həmçinin bu istiqamətdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır.
 
"Azərbaycan daim dünyaya bu çağırışı edir ki, qlobal problemlərin həllində qlobal birlik, həmrəylik vacibdir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Euronews” televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etdi ki,   hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. BP sərmayədarlarımız sırasındadır. Ölkəmizlə əməkdaşlıq etməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin.  Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri  tərəfdaşlarımızla həll etməliyik". 
 
Vüqar Rəhimzadə qeyd edib ki,  COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 197 ölkəni özündə birləşdirən Tərəflər Konfransına Azərbaycanın  ev sahibliyi  təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatik  uğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar və tərəfdaşlar qazanmasında stimulverici amil rolunu oynayır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlər üzrə inkişaf etdirilməsinə səy göstərir.  Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş  kimi dünya dövlətlərinin diqqətində olması, Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici  rol oynaması uğurlu xarici siyasətimizin nəticəsidir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dünya birliyi ilə əməkdaşlığa regional çərçivədən başlasa da illər keçdikcə  coğrafiyasını daha da genişləndirir. Ən əsası Azərbaycanın dövrün hər bir çağırışını zamanında dəyərləndirməsi uğurlarımızın davamlılığında öz sözünü deyir. Belə ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu.  Dünya təcrübəsinə əsasən bu çağırışı etdi ki,  təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən  heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.  2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bu mühüm saziş Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təsdiqi oldu.   
 
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan  bu gün qaz və elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a  ev sahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər  daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.   Bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə  böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional,  qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpaolunan enerji stansiyası istifadəyə verildi. Bu il Bakı Enerji Həftəsi çərçivəsində  Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin birgə iştirakı ilə Neftçala, Biləsuvar Günəş Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdi ki, bu, yalnız başlanğıcdır. Çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq  üzərimizə düşən öhdəlikdir.
 
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki,  Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihənin uğurlu sonluqla başa çatmasından sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevriləcək. COP29-a ev sahibliyi  bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ev sahibliyi edən ölkə olaraq Azərbaycanın əsas məqsədlərindən  biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
 
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınması, qlobal məsələlərin ölkəmizdə müzakirə edilərək ümumi mövqeyin ortaya qoyulması onun beynəlxalq nüfuzunun, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. COP29 Azərbaycanın beynəlxalq  nüfuzuna yeni əlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.
 
Oxşar xəbərlər
20 Oct 2024 | 23:54
Türkiyədə üç gündür meşə yanğını davam edir
20 Oct 2024 | 23:47
"Dünyanın ən yaxşı modeli" seçilmiş azərbaycanlı - Rüstəm Cəbrayılov kimdir?..
20 Oct 2024 | 22:59
Neymar ağladı - “Hər gün əzab çəkirdim”
20 Oct 2024 | 22:56
ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq
20 Oct 2024 | 22:32
Livandan İsrailə 160 raket və mərmi atılıb
20 Oct 2024 | 22:05
Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..
20 Oct 2024 | 21:59
Astarada dəhşətli hadisə: Ata oğlunu güllələdi
20 Oct 2024 | 21:54
Ordumuzun mayoru VƏFAT ETDİ
20 Oct 2024 | 21:35
"İran ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşır"- "Sky News"
20 Oct 2024 | 21:33
Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub
20 Oct 2024 | 21:32
Yevlax sakinini ilan sancdı
20 Oct 2024 | 20:43
QHT Agentliyinin lahiyəsi AXC TV-də Əliməmməd Nuriyevlə müzakirə olunub - VİDEO
20 Oct 2024 | 20:34
Göz sifilisi barədə bilmədikləriniz
20 Oct 2024 | 20:04
Universitetdə oxuyan gənc qızın kömək üçün fəryadı - Onu zorlayıb və həmin anları lentə alıblar
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 19:55
Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”
20 Oct 2024 | 19:53
Bağça müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanı yekunlaşıb
20 Oct 2024 | 19:52
İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib
20 Oct 2024 | 19:44
İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar gətirəcək
20 Oct 2024 | 19:37
İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib
20 Oct 2024 | 19:34
Boksçularımızdan Avropa çempionatında daha bir medal
20 Oct 2024 | 19:33
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
20 Oct 2024 | 19:27
Netanyahu Trampla telefonla danışıb
20 Oct 2024 | 18:39
Günay Ağamalının seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR
20 Oct 2024 | 18:36
"Qəzzada gerçəkdən soyqırım törədilir" - Kamala Harris
20 Oct 2024 | 18:32
"Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaq"
20 Oct 2024 | 18:22
“Ağdamdan müsabiqə yolu ilə seçilmişdim, təəssüf ki, Şövkət xanım uğurlarımı görmədi”- Aygün Bayramova
20 Oct 2024 | 18:20
“Mahnılar məndədir, onun ölümündən sonra səhnədən uzaqlaşmışam”-Rəhim Rəhimlinin mahnıları tapıldı-ÖZƏL
20 Oct 2024 | 18:18
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
20 Oct 2024 | 18:02
Gürcüstandan gələn ruhanilər Ağdamda şükür namazı qıldılar
20 Oct 2024 | 17:56
İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar - VİDEO
20 Oct 2024 | 17:47
Boksçumuz Avropa ikincisi oldu
20 Oct 2024 | 17:41
Moldovada prezident seçkiləri və referendum keçirilib
20 Oct 2024 | 17:32
Ukrayna Lipetsk aerodromunu vurdu
20 Oct 2024 | 17:23
İran Pakistan və Əfqanıstanla sərhədə hasar çəkir
20 Oct 2024 | 17:16
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
20 Oct 2024 | 17:08
Qadınlar duş qəbulu zamanı nə etməməlidir? - Ginekoloq söylədi
20 Oct 2024 | 16:52
12 il mədəsində görün nə gəzdirib - FOTO
20 Oct 2024 | 16:44
Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət 
20 Oct 2024 | 16:39
“Qürur dolu Qayıdış” filmində təsirli anlar - VİDEO
20 Oct 2024 | 16:29
Dörd arvadı və iki məşuqəsi olan kişidən ŞOK QƏRAR 
20 Oct 2024 | 16:19
Körpələri öldürüb meyitini satırlarmış... - VİDEO
20 Oct 2024 | 16:09
Sabah bu şəxslər ehtiyyatlı olsunlar!
20 Oct 2024 | 16:00
“Mən cərimələrin artırılmasının əleyhinə səs verdim, çünki...” - SENSASİON MÜSAHİBƏ
20 Oct 2024 | 15:52
BRİKS sammitinə qarşı PUA təhlükəsi: Kazan aeroportunda xüsusi plan işləndi
20 Oct 2024 | 15:43
Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 25-dək...
20 Oct 2024 | 15:35
Tramp: "Netanyahu Baydenə qulaq asmadığı üçün..."
20 Oct 2024 | 15:25
Ən yaxşı 5 süfrə duzunu adları AÇIQLANDI- SALİNA...
20 Oct 2024 | 15:19
Azərbaycanda zəlzələ oldu
20 Oct 2024 | 15:10
Zeytun yağı adı ilə bunu ALIRIQ: saxtadan necə ayırd etmək olar?
20 Oct 2024 | 15:04
Deputat bu bazar da vətəndaş qəbulu keçirdi, bəzi məsələlər yerindəcə həll olundu
20 Oct 2024 | 15:00
Səfirimizin 3 milyonluq korrupsiya əməli- ŞOK FAKTLAR 
20 Oct 2024 | 14:53
Nəfəs alarkən ürəyinə bıçaq batırılırmış kimi AĞRI HİSS EDİRSƏN?
20 Oct 2024 | 14:46
300 manatlıq toylarla bağlı İNANILMAZ FAKTLAR
20 Oct 2024 | 14:39
"İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib"- DEPUTAT 
20 Oct 2024 | 14:32
Komitə sədrinin qohumu ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq aldı — ŞOK İDDİA
20 Oct 2024 | 14:25
Polad Qəhrəmanov vəfat etdi - FOTO
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 14:05
Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI 
20 Oct 2024 | 13:55
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
20 Oct 2024 | 13:49
“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov
20 Oct 2024 | 13:40
"Böyük müharibədən yan keçmək üçün güc gərəkdir" - Zelenskinin Ofisi Qərbə sərt mesaj göndərib
20 Oct 2024 | 13:35
Oktyabrın 20-nin ən xoşbəxt BÜRCÜ: Bu gün bunu etməyinizə dəyər
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 13:17
“Təkcə hamamımız dağılmayıb, Zəngilanda müəllim olmaq istərdim”-FOTO
20 Oct 2024 | 13:13
Yağış və qar yağacaq, dolu düşəcək - Sabahın hava PROQNOZU
20 Oct 2024 | 13:06
Vətəndaşların nəzərinə: Kreditin verilməsində YENİLİK 
20 Oct 2024 | 12:59
Mesajlaşmaq üçün ən etibarlı YER – Məxfiliyi qoruyur
20 Oct 2024 | 12:50
Nigar Camal : "İnsanlar, soyuqdan "ölürük"- VİDEO
20 Oct 2024 | 12:40
"G7 ölkələrinin Ukraynaya dəstəyi sarsılmazdır..."
20 Oct 2024 | 12:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
20 Oct 2024 | 12:36
Yeni telefon: nə şarja ehtiyac var, nə internetə - Mask möcüzəsi
20 Oct 2024 | 12:29
Türkiyə silahlı qüvvələri İraqın şimalında terror təşkilatı PKK/KCK-nın iki liderini məhv edib - FOTOLENT
20 Oct 2024 | 12:28
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib - FOTOLENT
20 Oct 2024 | 12:07
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi
20 Oct 2024 | 12:01
Messidən het-trik, Suaresdən dubl, "İnter Mayami"dən darmadağın - VİDEO
20 Oct 2024 | 11:58
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
20 Oct 2024 | 11:48
Ailədə hər uşağın atasının ayrı-ayrı kişilər olduğu ada - VİDEO
20 Oct 2024 | 11:45
“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”- Saakaşvili  
20 Oct 2024 | 11:37
İsrail Təhlükəsizlik Kabineti bu gün toplanacaq
20 Oct 2024 | 11:36
Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
20 Oct 2024 | 11:34
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
20 Oct 2024 | 11:26
"Amaliya Pənahova xərçəngə tutulanda yazdı ki..."
20 Oct 2024 | 11:22
"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"
20 Oct 2024 | 11:20
İsrailin İrana hücum planları üzə çıxıb
20 Oct 2024 | 11:18
İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi
20 Oct 2024 | 11:15
"Nədən canavarların geriyə dönüşü Avropada narahatlıq doğurur?" - "The Economist"
20 Oct 2024 | 11:09
Bu yolda sürət həddi bərpa olundu
20 Oct 2024 | 11:06
Qəzzada çoxmərtəbəli yaşayış binasına zərbə endirildi- 73 nəfər HƏLAK OLDU
20 Oct 2024 | 10:56
Xalq artisti təcili əməliyyat olundu – FOTO
20 Oct 2024 | 10:50
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 10:31
Dietoloq gecələr xurma yeməməyi məsləhət GÖRÜB 
20 Oct 2024 | 10:22
Zəngilan şəhər günü: 4 ildir ki, azaddır...
20 Oct 2024 | 10:16
Telegram istifadəçilərinə fotoşəkil adı altında virus göndərilməyə BAŞLADI
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 10:09
Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib - VİDEO
20 Oct 2024 | 10:00
Sağlamlığınıza zərər vermədən gündə nə qədər çörək yeyə bilərsiniz?
20 Oct 2024 | 09:53
Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar
20 Oct 2024 | 09:45
Rusiyada 3 uşaq yanğında ÖLDÜ
GÜNLÜK
20 Oct 2024 | 09:00
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
20 Oct 2024 | 09:16
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 08:48
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 08:28
Estakada ÇÖKDÜ: 7 nəfər öldü
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
20 Oct 2024 | 09:00
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
20 Oct 2024 | 09:16
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 08:48
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 08:28
Estakada ÇÖKDÜ: 7 nəfər öldü
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ