Cavanşir Feyziyev: “Abay Kunanbayev qazax xalqının milli-mənəvi kimlik rəmzidir”
Siyasət
Oxunub: 2382
30 Jun 2024 | 22:14
Cavanşir Feyziyev: “Abay Kunanbayev qazax xalqının milli-mənəvi kimlik rəmzidir”
 
Qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Abay Kunanbayevin bütün külliyatını özündə əks etdirən “İşıq varsa könüldə...” kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir.  Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı ön sözdə Abay Kunanbayevin yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edərək, Abay Kunanbayevin qazax xalqının milli dirçəlişi uğrunda mübarizəsinin Mirzə Fətəli Axundzadənin mövqeyi ilə yaxından səsləşdiyini vurğulayır:
Cavanşir Feyziyev 
Milli Məclisin deputatı
     Abay Kunanbayevin  “İşıq varsa könüldə...” kitabına Ön Söz...
 
 
 
Hər bir xalqın taleyində elə şəxsiyyətlər var ki, onların adı xalqın adı, milli-mənəvi kimliyi kimi səslənir. Belə adamlar mənsub olduqları xalqın simvolu - pasportu hesab olunurlar. Məsələn: Şekspir deyəndə gözlərimiz önündə ingilislər, Robert Börns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Şota Rustaveli deyəndə gürcülər, Taras Şevçenko deyəndə ukraynalılar canlanır. Qazax xalqından danışanda isə yada düşən ilk böyük şəxsiyyət Abay Kunanbayev olur. Bu xalqın özü də varlığını Abaysız təsəvvür edə bilmir. Avrasiyanın nəhayətsiz ərazilərinə yayılmış çoxsaylı qazax tayfaları Abay işığına yığışaraq vahid bir xalq, millət halına gəldiklərini etiraf edirlər. Çox az sayda şairlər var ki, öz xalqı tərəfindən Abay qədər sevilir və yada salınır. 
Təkcə ana vətəni Qazaxıstanda deyil, bütün türk dünyasında şəxsiyyəti böyük sevgiylə anılan, yaradıcılığı rəğbətlə qarşılanan qazax xalqının böyük şairi, mütəfəkkiri, bəstəkarı, maarifçisi, yazılı qazax ədəbiyyatının banisi Abay Kunanbayev 1845-ci ildə Semey (əski Semipalatinsk) vilayətində, Tobıklı nəslinin başçısı Kunanbay Oskenbayevin ailəsində dünyaya gəlib.  Arqın tayfasından olan Kunanbay rus rəhbərliyinin müəyyən etdiyi Karkaralı dairəsinin baş sultanı vəzifəsini daşıyırdı, bu vəzifənin sahibləri ərazidə inzibati və məhkəmə hakimiyyətinə malik idilər. Abayın əsl adı İbrahim olub, Abay isə nənəsi Zereninin ona əzizləmə mənasında verdiyi addır. O nənəsinin verdiyi bu adı  1886-cı ildə qələmə aldığı “Yay” şeirində  ilk dəfə ədəbi təxəllüs olaraq işlətməklə qazax xalqının tarixi-mənəvi yaddaşına “Abay” kimi öz adını həkk edib. 
Həyatda və əsərlərində ictimai ədalətsizliklərə qarşı çıxmış Abay Kunanbayev xalqın nicat yolunu maarifətlənməkdə, milli-mənəvi özünüdərkdə axtarmışdır. Buna görə də hakim təbəqələr tərəfindən təqib olunmuş, hətta ona qarşı sui-qəsd təşkil edilmişdir. Sui-qəsddən xilas olmaq mümkün olsa da, ümumiyyətlə, təzyiqlərdən yaxa qurtara bilməmişdir. Hakim təbəqələr onu cəmiyyətdən təcrid etmək, təkləmək, xalqın gözündən salmaq üçün müxtəlif təxribatlara əl atmaqdan çəkinməmişlər. Buna baxmayaraq, Abay Kunanbayev akın poeziyası, yəni xalq şeiri ruhunda poeziya nümunələri yaratmaqla ölkəsini və doğma xalqını cəmiyyətdə gedən prosesləri dərk etməyə çağırmışdır.
Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxsaylı lirik və satirik şeirlərin, lirik-epik poemaların və maarifçi-realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.
Abay Kunanbayev  ilk növbədə şair kimi şöhrət qazanmışdır. Qazax ədəbiyyatında XVIII əsrdən başlanmış xalq akın poeziyası ənənələrinin genişlənməsi və yazılı poeziyada xəlqiliyin qüvvətlənməsinə təsir göstərməsi proseslərinin dalğasında ədəbiyyata qədəm qoymuş sənətkar  öz ölkəsində yeni ruhlu şeirin əsas yaradıcılarından biri kimi ədəbiyyat meydanına gəlmişdir. Azərbaycan ədəbiyyatında olduğu kimi, XIX əsr Qazax ədəbiyyatında, o cümlədən, Abayın əsərlərində də maarifçiliklə xəlqilik üzvü surətdə bir-birini tamamlamış və qüvvətləndirmişdir. 
 Abay Kunanbayevin qazax xalqı arasında «Qara söz» kimi tanınan dərin məzmunlu kitabı mənsub olduğu xalqı ağ günə çıxarmaq uğrunda mübarizəyə ruhlandıran mühüm maarifçi-didaktik çağırışlardan ibarətdir. 
Göründüyü kimi, Abayın şeirlərində öz əksini tapmış ictimai mətləblər XIX əsr Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadədən, Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və maarifçi problemlərlə yaxından səsləşir. Bu şeirlərdə didaktikadan maarifçi realizmə doğru ciddi bir yolun ibrətamiz məqamları ifadə olunmuşdur. 
Qazax tayfalarının parçalanması ilə bağlı vətəndaş narahatlığı Abayın əsərlərində aparıcı xətlərdən birini təşkil edir. Bu məqamda Abay xalqının dərdlərini dərindən başa düşən, birləşmək üçün ona çarə axtaran və yol göstərən mütəfəkkir şair kimi çıxış edir. 
 «İsgəndər», «Maqsud» və «Əzim haqqında nağıl» poemaları XIX əsrdə qazax ədəbiyyatında meydana çıxmış mənzum hekayətçiliyin poemaya doğru inkişafını əks etdirən yeni tipli bədii əsərlərdir. Şeirlərində cəhaləti və ədalətsizliyi poetik cəhətdən ümumiləşdirilmiş şəkildə mənalandıran Abay poemalarında həmin motivləri canlı və ibrətamiz həyat hadisələri vasitəsi ilə təsvir etmişdir. Bu poemalar qazax ədəbiyyatını didaktik maarifçilik səviyyəsindən maarifçi-realist ədəbiyyat mərtəbəsinə qaldırmağın bariz nümunələridir. Bu, XIX əsrdə türk xalqları ədəbiyyatının, o cümlədən, qazax ədəbi fikrinin gəlib çatdığı mühüm bir mərhələ idi.
Abay Kunanbayevin yaradıcılığının zirvəsi «Əqliyyə» romanı hesab olunur. «Əqliyyə» romanında məşhur hind ədəbi abidəsi «Kəlilə və Dimnə» müdrikliyi ilə Mirzə Fətəli Axundzadənin «Kəmalüddövlə məktubları» fəlsəfi traktatındakı tənqidi ruh vəhdətdə ifadə olunmuşdur. «Əqliyyə» romanı Abayın əxlaq nəzəriyyəçiliyindən maarifçi realizmə doğru təkamül proseslərini bütün reallığı ilə əks etdirir. Bu, ümumi nəsihətçilikdən uzaq olub, cəmiyyətdə baş verən hadisələrdən, ictimai münasibətlərdən çıxarılan ümumiləşdirilmiş nəticələri meydana qoyan, çıxış yollarını diqqətə çatdıran mükəmməl sənət nümunəsidir. Bu mənada, XIX əsr qazax nəsrinin şah əsəri olan «Əqliyyə» romanı dünya maarifçi-realist ədəbiyyatının mühüm və əhəmiyyətli örnəklərindən biri sayılmağa layiqdir. 
 Abay Kunanbayevin «Qara söz» adlandırdığı «Əqliyyə» romanı böyük və müdrik söz kimi qazax xalqını ağ günə çıxarmağın ibrətamiz dərsləri və çağırışlarıdır. Bu əsər bir daha sübut edir ki, Abay qazax maarifçilik hərəkatının ən böyük ideoloqu olmuşdur. O, cəmiyyətin inkişafını sosial ədalətin təmin olunmasında, idrak yolunda və elmə yiyələnməkdə axtarmışdır. Əsərlərindəki didaktik-maarifçi ideyalar böyük mütəfəkkirin əsas qayəsini və məramını ifadə edən baxışların təcəssümüdür.
Bütün bunlara görə, Abay Kunanbayev indiyədək ədəbiyyatşünaslıq əsərlərində qeyd edildiyi kimi, heç də tənqidi realizmin yox, qazax ədəbiyyatındakı maarifçi realizmin görkəmli nümayəndəsi və əsas yaradıcılarından biridir.
Abay Kunanbayevin həyatı və yaradıcılığını Azərbaycanla bağlayan xeyli məqamlar vardır. Belə ki, Abayın ədəbi dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin mühüm rolu olmuşdur. Əsərlərindən də aydın görünür ki, Abay XIX əsrin yetmiş-səksəninci illərində Orta Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin dram əsərləri və fəlsəfi baxışlarını əks etdirən «Kəmalüddövlə məktubları» fəlsəfi traktatı ilə də tanış imiş.
Tərcümeyi-halından aydın olur ki, Abayın dünyagörüşünün formalaşmasında Qərb mədəniyyəti və Şərq ədəbiyyatı ilə yanaşı, zəngin ənənələrə malik rus ədəbiyyatının da böyük rolu olmuşdur. «Əqliyyə» romanında müşahidə edirik ki, Abay tarix baxımından və coğrafi ərazi etibarilə Qazaxıstana yaxın olan Rusiya ilə əlaqələri, rus dili və mədəniyyətini öyrənməyi öz dövrü üçün faydalı hesab etmişdir. Abay  rus dili və maarifçiliyinə yiyələnməyi o zamankı feodal geriliyindən inkişafa doğru mühüm addım kimi dəyərləndirmişdir: «Rus dilini öyrənmək, rus məktəblərində oxumaq, rus elminə yiyələnmək bu xalqın ən yaxşı keyfiyyətlərini mənimsəməyə və onun nöqsanlarından uzaq olmağa imkan yaradır. Rus dilini bilmək - gözüaçıq dünyanı görməkdir. ...Rus elmi və mədəniyyəti dünyanı dərk etməyin açarıdır. Onlara yiyələnməklə xalqımızın həyatını xeyli yüngülləşdirmək olar».
Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Abay Kunanbayevin fəaliyyətində tərcüməçilik  özünəməxsus yer tutur. O, rus ədəbiyyatı klassiklərinin əsərlərini qazax dilinə tərcümə etməklə həm öz xalqını Aleksandr Puşkin və Mixail Lermantov kimi böyük sənətkarların əsərləri ilə tanış etmək istəmiş, həm də onların əsərlərindəki ibrətamiz, tərbiyəvi, maarifçi fikirləri cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Abayın rus ədəbiyyatından tərcümə üçün müraciət etdiyi bədii nümunələr maarifçi-didaktik fikirlərin və vətənpərvərlik duyğularının geniş üstünlük təşkil etdiyi əsərlərdir. Abay Aleksandr Puşkinin «Yevgeni Onegin» poemasını çox sevmiş, bu əsərin bir çox hissələrini əzbər söyləməklə qazax xalqı arasında yaymışdır. O, «Yevgeni Onegin» poemasındakı Tatyananın məktublarından  seçilmiş parçalardan mahnı mətni tərtib etmiş və onun əsasında musiqi əsəri bəstələnmişdir.
Ümumiyyətlə, Abay musiqi və nəğmənin böyük təsir gücündən maarifçi məqsədlərini xalqa çatdırmaq üçün bacarıqla istifadə etmişdir. O, məşhur qazax akını Cambul Cabayevlə dostluq edərək onun oxuduğu mahnıları dinləmiş və yüksək qiymətləndirmişdir.
Abayın bəstələdiyi mahnılar el-akın nəğmələri kimi səslənir və xalq tərəfindən rəğbətlə qarşılanır. Onun mahnıları bu gün də milli-mənəvi özünüdərk baxımından mühüm əhəmiyyətə malikdir. Abay Kunanbayevin sözlərinə bəstələnmiş mahnılar doğma xalqını aydın sabahlara səsləyən nəğmələrdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Qazax ədəbiyyatının görkəmli klassiki Abay Kunanbayevin anadan olmasının 125 və 150 illik yubileylərində iştirak və çıxış etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev  Abayın yaradıcılığına həmişə yüksək qiymət vermişdir: «Abay, onun yaradıcılığı... qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqının xoşbəxtliyinə və firavanlığına aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk».
Abay Kunanbayevin həyat yolu haqqında Muxtar Auezov 1942-1947-ci illərdə «Abay» adlı roman yazmış, daha sonra bu əsər üzərində yenidən işləyərək  genişləndirmiş və 1952-ci ilə onu «Abay yolu» epopeyası şəklində oxuculara təqdim etdirmişdir. Muxtar Auezovun «Abay yolu» qazax xalqının milli oyanış və dirçəlişinin mükəmməl epopeyasıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov «Abay yolu» epopeyasını «türk xalqlarının ortaq estetik və sosial ensiklopediyası» adlandırmışdır. Qazax xalqının taleyində oynadığı mühüm rola, dərin ictimai məzmununa və yüksək sənətkarlıq xüsusiyyətlərinə görə Muxtar Auezovun «Abay yolu» epopeyasını görkəmli rus yazıçısı Mixail Şoloxovun «Sakit Don» trilogiyası ilə müqayisə etmək olar. Obrazlı şəkildə belə demək olar ki, Muxtar Auezovun «Abay yolu» epopeyası qazax ədəbiyyatının «Sakit Don»udur. 
Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun «Xalqın böyük ədibi» məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar “Ağaclar quruyur qocalar kimi» adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır.
 Abayın yaradıcılığında Azərbaycan klassik ədəbiyyatı motivləri və müasiri olmuş azərbaycanlı şair və yazıçıların yaradıcılıq idealları ilə səsləşən şeirləri təhlil edən Anar doğru olaraq belə qənaətə gəlmişdir ki: «Azərbaycan türkləriylə qazaxların dərdləri, bəlaları da dilləri və taleləri kimi yaxın idi. Odur ki, bu xalqların şairləri də eyni oda yanırdılar». Həqiqətən, Abayın qazax xalqının oyanışı və dirçəlişi uğrunda apardığı mübarizə Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ilə başlanan və mollanəsrəddinçilərə qədər davam edən maarifçi-demokratik hərəkatı təmsil edən görkəmli şair və yazıçıların baxışları və fəaliyyəti ilə səsləşir, “eyni oda yanmağın” fəlsəfəsi ilə doğmalıq təşkil edir.
Abay Kunanbayevev Azərbaycan ədəbiyyatşünaslığında «qazax ədəbiyyatının dan ulduzu» (Pənah Xəlilov) və “bədii söz nəhəngi” (Xəlil Rza) kimi yüksək qiymətləndirilmişdir. Ölkəmizdə çap olunmuş kitablar və məqalələr Azərbaycan elminin və ədəbi-ictimai fikrinin dünya Abayşünaslığına əhəmiyyətli töhfələridir.
Böyük qazax mütəfəkkiri və şairi Abayın əsərləri dünyanı ədalətə, insanlığa, bərabərliyə, dostluğa, həmrəyliyə çağırır. Abayın yolu - milli-mənəvi birlik və müstəqillik uğrunda mübarizə aparan xalqların ortaq tale yollarının bədii ifadəsidir. Bütün bunlara görə Abay Kunanbayevin yaradıcılığı ortaq taleyi paylaşan Azərbaycan üçün hər zaman aktual və müasirdir.
 Dövlətimiz Bakının gözəl yerlərinin birində qazax xalqının böyük şairi Abayın əzəmətli heykəlini ucaldıb. Qoy bu kitab da dövlətimiz adına böyük şairə həsr olunan növbəti abidə olsun!
Cavanşir Feyziyev 
Milli Məclisin deputatı
 
 
 
 
                    
Tərcümələrdə Abayın taleyi...
Akılbek Şayaxmet
 Kostanay Dövlət Universitetinin professoru
 
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Azərbaycan Respublikası Parlametinin deputatı  Cavanşir Feyziyevin təşəbbüsü və dəstəyi ilə  Qazax ədəbiyyatının klassiki, böyük Qazax mütəfəkkiri və şairi  ABAYın “Seçilmiş əsərləri”nin Azərbaycan dilində nəşrə hazırlanması xəbərini böyük fərəh və sevinc hissi və layihə rəhbərinin ünvanına şükranlıqla  qarşıladım. 
Kitaba ABAYın bütün şeirləri, poemaları və “Qara sözlər” əsəri daxil edilmişdir. Nəşrin keyfiyyətini daha yaxşı öyrənmək üçün onu Qazaxıstanda yaşayan, qazax dilini müəkəmməl bilən azərbaycanlı mütəxəssis dostlarıma göstərdim. Onlarla olan müzakirə və mükaliməmizdən kitabın yüksək səviyyədə tərcümə olunduğu qənaətini hasil etdik. Bu şərəfli işin öhdəsindən yüksək peşəkarlıq və bacarıqları sayəsində layiqincə gələn dostlara təşəkkür edirəm. Əsərlərdə yer alan ən incə mətləblər, sətiraltı ifadələr, qazax atalar məsəlləri və folklor nümunələri belə çox böyük ustalıqla Azərbaycan dilinə tərcümə olunmuşdur. Əlbəttə, bu iş bir qazax şairi və ədəbiyyat adamı olaraq məni hədsiz dərəcədə sevindirdi. ABAYın təkcə Qazaxıstanın deyil, bütün Türk dünyasının bir mütəfəkkir şairi olaraq qəbul edilməsinin və bu məqsədlə onun əsərlərinin bütün türk şivə və ləhcələrində çap olunmasının çoxdan zamanı çatıb. İnanıram ki, Abayın yaradıcılığı ilə bağlı qardaş Azərbaycan tərəfindən belə bir addımın atılması ölkələrimiz arasında ədəbi əlaqələrin yüksəlməsinə, qədim ortaq dəyərlərimizin bir-birimizə tanıdılmasına böyük töhfə olacaqdır.
Abay dünyanın dahi yazarları və mübarizləri sırasında öz layiqli yerini əlbəttə ki, tutmuşdur.  Qazax xalqının bu dahi şairi yeni qazax ədəbiyyatının, eləcə də qazax ədəbi dilinin təməlini qoyanlardan biri olmaqla, eyni zamanda milli ədəbiyyatımızda tərcüməçilik ənənəsini yaratmış, bunlara yeni məzmun və məna vermişdir.
Abayı yalnız dörddə bir hissəsi suyun üzündə qalan aysberqə bənzətmək olar, qalan hissəsi suyun altındadır. Abayı təkcə oxumaq və dinləmək azdır, onu bütün qəlbinlə qəbul etmək və söylədiklərini ağılla idrak etmək lazımdır.
Abay bir çox şeirlərində ürəyin səsinə daha çox üstünlük versə də, bədii əsərlərində ağılın, ürəyin və azad düşüncənin hökmünü bir konteksdə cəmləşdirir. Bu üç anlayış onun baxışlarında bir bütöv halında təcəssüm edir. Abay ruhani dəyərləri hər zaman ön planda görür, tək və qüdrətli Allahı tanıyır və onun rəsulu Məhəmməd peyğəmbərə inam bəsləyir, insanları inanclı olmağa, Allah qarşısında öz borclarını yerinə yetirməyə səsləyir.
Məhz Abayın sayəsində XIX əsrdə Puşkinin, Lermantovun şeirləri qazax çöllərində dombranın müşaiyəti ilə oxunmağa başladı. Krılovun təmsilləri yurtalarda öz yeni dinləyicilərini tapdı. Çox maraqlı faktlardan biri də budur ki, Abayın şeirləri və tər-cümə etdiyi “Yevgeni Onegin” kitabı hələ o zaman ləl-cəvahirat kimi yeniyetmə qızlara peşkəş verilərdi. Böyük çöldə Abayın “Tatyanaya məktub”, “Oneginin cavabı”, “Tatyananın sözləri” adlandırdığı nəğmələr oxunurdu. “Rus həyatının ensklopediyası”nın qəhrəmanı – “Yevgeni Onegin”in Tatyanası eyni zamanda qazaxların da sevimli qəhrəmanına çevrilmişdi. Tatyananın nəğmələri dildən-dilə gəzirdi. Bu könül dualarını, gənclik kədərini kimlər oxumuşdular? Bunlar Abayla Puşkin ruhunun qarşılıqlı ünsiyyətindən yaranmışdı.
Abayı dərin milli kökləri olan palıd ağacına bənzətmək olar. Şair insanın daxili aləmini, əbədi sevgisini və insanların dostluğunu tərənnüm etdiyindəndir ki, onun poeziyası sərhəd tanımaz. Abay yalnız aqil, ustad və ruhani deyil, eyni zamanda müdrik bir mütəfəkkir, böyük çölün filosofudur. 
Abay qazax şeir yaradıcılığının novatorudur. Onun sayəsində, qazax şeirinin, məzmun və ahənginə görə şərqin və qərbin ən yaxşı örnəklərindən geri qalmayan yeni ölçüləri, daxili qafiyələri, müxtəlif formaları yaranmağa başlamışdır. 
İnsanın yaradıcı gücünə dərin inam, həyatın mənasının qavramı Abay şeirləri üçün xarakterik xüsusiyyətlərdir. Özbaşnalığa, qəddarlığa, tənbəlliyə, cəhalətə, yaltaqlığa qarşı kəskin mübarizə apararkən o, ağılın gücünə inanır, doğru yola ancaq elm işığında çıxmağın mümkün olduğunu sanırdı. Abayı dönə-dönə oxuyarkən bu qənaətə gəlmək olar ki, onun poeziyası həm də bu günün poeziyasıdır. İşıq və zülmət, məhəbbət və əzab, doğruluq və hiyləgərlik – bütün bu əbədi mövzuları şair öz qəlbinin süzgəcindən keçirir və işığa gedən yolun idrakdan keçdiyini müəyyən edir. Çünki, əsl Həqiqətə yalnız cəhalətə qalib gəlməklə qovuşmaq mümkündür.
Və Abay həqiqətən ölməzdir. Və qazax xalqı həmişə onun açdığı cığırla gedəcəkdir. Abay qazax xalqının vicdanı olaraq həmişə bizimlə olacaqdır.
Şairin taleyi, başqa xalqlar tərəfindən də tanınması və qəbul edilməsi mənasında, tərcüməçilərin istedad, hissiyat və üslubundan çox asılıdır. İnanıram ki, bu kitabda, bu yeni tərcümələrdə Abayın taleyi gətirib. Bir daha başda Azərbaycan Parlamentinin deputatı hörmətli Cavanşir Feyziyev olmaqla kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. 
 
Oxşar xəbərlər
09:26, Bu gün
Fətullah Gülənin ölüm xəbəri yayıldı
09:22, Bu gün
Qriqoryan: Biz Zəngəzur dəhlizinə nəzarət etməməliyik
09:16, Bu gün
Ölkəyə minik avtomobillərinin idxalı azaldı - Qiymətlərə təsir edəcək? - VİDEO
09:07, Bu gün
Van Dammın Qəbələdəki heykəli niyə götürüldü?
08:55, Bu gün
Azərbaycanlı məşhur yeni tikdirdiyi evində həyat yoldaşını qadınla tutdu - VİDEO
08:47, Bu gün
Vəfa Şərifova müəllimini TƏNQİD ETDİ: "Tacir Şahmalıoğluya qadınların ağzından..."
08:36, Bu gün
Bakıda avtomobil qatara çırpıldı - ağır xəsarət alanlar var - SON DƏQİQƏ
08:30, Bu gün
Yeni antibiotik bakteriya hüceyrəsini MƏHV EDƏCƏK - İNQİLABİ KƏŞF
08:21, Bu gün
Əhaliyə xəbərdarlıq edildi - Bu tarixlərdə...
08:15, Bu gün
Dəhşətli qəza 5 CAN ALDI
08:06, Bu gün
Bu ay inanılmaz dərəcədə zənginləşəcək BÜRCLƏR
07:51, Bu gün
"Amerika hərbçiləri Ukrayna piyadalarının döyüşdüyü şəraitə dözə bilərdilərmi?"
20 Oct 2024 | 23:54
Türkiyədə üç gündür meşə yanğını davam edir
20 Oct 2024 | 23:47
"Dünyanın ən yaxşı modeli" seçilmiş azərbaycanlı - Rüstəm Cəbrayılov kimdir?..
20 Oct 2024 | 22:59
Neymar ağladı - “Hər gün əzab çəkirdim”
20 Oct 2024 | 22:56
ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq
20 Oct 2024 | 22:32
Livandan İsrailə 160 raket və mərmi atılıb
20 Oct 2024 | 22:05
Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..
20 Oct 2024 | 21:59
Astarada dəhşətli hadisə: Ata oğlunu güllələdi
20 Oct 2024 | 21:54
Ordumuzun mayoru VƏFAT ETDİ
20 Oct 2024 | 21:35
"İran ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşır"- "Sky News"
20 Oct 2024 | 21:33
Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub
20 Oct 2024 | 21:32
Yevlax sakinini ilan sancdı
20 Oct 2024 | 20:43
QHT Agentliyinin lahiyəsi AXC TV-də Əliməmməd Nuriyevlə müzakirə olunub - VİDEO
20 Oct 2024 | 20:34
Göz sifilisi barədə bilmədikləriniz
20 Oct 2024 | 20:04
Universitetdə oxuyan gənc qızın kömək üçün fəryadı - Onu zorlayıb və həmin anları lentə alıblar
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 19:55
Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”
20 Oct 2024 | 19:53
Bağça müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanı yekunlaşıb
20 Oct 2024 | 19:52
İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib
20 Oct 2024 | 19:44
İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar gətirəcək
20 Oct 2024 | 19:37
İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib
20 Oct 2024 | 19:34
Boksçularımızdan Avropa çempionatında daha bir medal
20 Oct 2024 | 19:33
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
20 Oct 2024 | 19:27
Netanyahu Trampla telefonla danışıb
20 Oct 2024 | 18:39
Günay Ağamalının seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR
20 Oct 2024 | 18:36
"Qəzzada gerçəkdən soyqırım törədilir" - Kamala Harris
20 Oct 2024 | 18:32
"Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaq"
20 Oct 2024 | 18:22
“Ağdamdan müsabiqə yolu ilə seçilmişdim, təəssüf ki, Şövkət xanım uğurlarımı görmədi”- Aygün Bayramova
20 Oct 2024 | 18:20
“Mahnılar məndədir, onun ölümündən sonra səhnədən uzaqlaşmışam”-Rəhim Rəhimlinin mahnıları tapıldı-ÖZƏL
20 Oct 2024 | 18:18
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
20 Oct 2024 | 18:02
Gürcüstandan gələn ruhanilər Ağdamda şükür namazı qıldılar
20 Oct 2024 | 17:56
İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar - VİDEO
20 Oct 2024 | 17:47
Boksçumuz Avropa ikincisi oldu
20 Oct 2024 | 17:41
Moldovada prezident seçkiləri və referendum keçirilib
20 Oct 2024 | 17:32
Ukrayna Lipetsk aerodromunu vurdu
20 Oct 2024 | 17:23
İran Pakistan və Əfqanıstanla sərhədə hasar çəkir
20 Oct 2024 | 17:16
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
20 Oct 2024 | 17:08
Qadınlar duş qəbulu zamanı nə etməməlidir? - Ginekoloq söylədi
20 Oct 2024 | 16:52
12 il mədəsində görün nə gəzdirib - FOTO
20 Oct 2024 | 16:44
Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət 
20 Oct 2024 | 16:39
“Qürur dolu Qayıdış” filmində təsirli anlar - VİDEO
20 Oct 2024 | 16:29
Dörd arvadı və iki məşuqəsi olan kişidən ŞOK QƏRAR 
20 Oct 2024 | 16:19
Körpələri öldürüb meyitini satırlarmış... - VİDEO
20 Oct 2024 | 16:09
Sabah bu şəxslər ehtiyyatlı olsunlar!
20 Oct 2024 | 16:00
“Mən cərimələrin artırılmasının əleyhinə səs verdim, çünki...” - SENSASİON MÜSAHİBƏ
20 Oct 2024 | 15:52
BRİKS sammitinə qarşı PUA təhlükəsi: Kazan aeroportunda xüsusi plan işləndi
20 Oct 2024 | 15:43
Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 25-dək...
20 Oct 2024 | 15:35
Tramp: "Netanyahu Baydenə qulaq asmadığı üçün..."
20 Oct 2024 | 15:25
Ən yaxşı 5 süfrə duzunu adları AÇIQLANDI- SALİNA...
20 Oct 2024 | 15:19
Azərbaycanda zəlzələ oldu
20 Oct 2024 | 15:10
Zeytun yağı adı ilə bunu ALIRIQ: saxtadan necə ayırd etmək olar?
20 Oct 2024 | 15:04
Deputat bu bazar da vətəndaş qəbulu keçirdi, bəzi məsələlər yerindəcə həll olundu
20 Oct 2024 | 15:00
Səfirimizin 3 milyonluq korrupsiya əməli- ŞOK FAKTLAR 
20 Oct 2024 | 14:53
Nəfəs alarkən ürəyinə bıçaq batırılırmış kimi AĞRI HİSS EDİRSƏN?
20 Oct 2024 | 14:46
300 manatlıq toylarla bağlı İNANILMAZ FAKTLAR
20 Oct 2024 | 14:39
"İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib"- DEPUTAT 
20 Oct 2024 | 14:32
Komitə sədrinin qohumu ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq aldı — ŞOK İDDİA
20 Oct 2024 | 14:25
Polad Qəhrəmanov vəfat etdi - FOTO
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 14:05
Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI 
20 Oct 2024 | 13:55
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
20 Oct 2024 | 13:49
“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov
20 Oct 2024 | 13:40
"Böyük müharibədən yan keçmək üçün güc gərəkdir" - Zelenskinin Ofisi Qərbə sərt mesaj göndərib
20 Oct 2024 | 13:35
Oktyabrın 20-nin ən xoşbəxt BÜRCÜ: Bu gün bunu etməyinizə dəyər
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 13:17
“Təkcə hamamımız dağılmayıb, Zəngilanda müəllim olmaq istərdim”-FOTO
20 Oct 2024 | 13:13
Yağış və qar yağacaq, dolu düşəcək - Sabahın hava PROQNOZU
20 Oct 2024 | 13:06
Vətəndaşların nəzərinə: Kreditin verilməsində YENİLİK 
20 Oct 2024 | 12:59
Mesajlaşmaq üçün ən etibarlı YER – Məxfiliyi qoruyur
20 Oct 2024 | 12:50
Nigar Camal : "İnsanlar, soyuqdan "ölürük"- VİDEO
20 Oct 2024 | 12:40
"G7 ölkələrinin Ukraynaya dəstəyi sarsılmazdır..."
20 Oct 2024 | 12:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
20 Oct 2024 | 12:36
Yeni telefon: nə şarja ehtiyac var, nə internetə - Mask möcüzəsi
20 Oct 2024 | 12:29
Türkiyə silahlı qüvvələri İraqın şimalında terror təşkilatı PKK/KCK-nın iki liderini məhv edib - FOTOLENT
20 Oct 2024 | 12:28
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib - FOTOLENT
20 Oct 2024 | 12:07
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi
20 Oct 2024 | 12:01
Messidən het-trik, Suaresdən dubl, "İnter Mayami"dən darmadağın - VİDEO
20 Oct 2024 | 11:58
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
20 Oct 2024 | 11:48
Ailədə hər uşağın atasının ayrı-ayrı kişilər olduğu ada - VİDEO
20 Oct 2024 | 11:45
“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”- Saakaşvili  
20 Oct 2024 | 11:37
İsrail Təhlükəsizlik Kabineti bu gün toplanacaq
20 Oct 2024 | 11:36
Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
20 Oct 2024 | 11:34
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
20 Oct 2024 | 11:26
"Amaliya Pənahova xərçəngə tutulanda yazdı ki..."
20 Oct 2024 | 11:22
"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"
20 Oct 2024 | 11:20
İsrailin İrana hücum planları üzə çıxıb
20 Oct 2024 | 11:18
İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi
20 Oct 2024 | 11:15
"Nədən canavarların geriyə dönüşü Avropada narahatlıq doğurur?" - "The Economist"
20 Oct 2024 | 11:09
Bu yolda sürət həddi bərpa olundu
GÜNLÜK
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 17:16
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
20 Oct 2024 | 15:19
Azərbaycanda zəlzələ oldu
20 Oct 2024 | 09:53
Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 17:16
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
20 Oct 2024 | 15:19
Azərbaycanda zəlzələ oldu
20 Oct 2024 | 09:53
Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar