Zərdüşt: "Bizim dində "o olmaz, bu olmaz" deyə bir şey yoxdur"
Cəmiyyət
Oxunub: 2696
29 Jun 2024 | 17:19
Zərdüşt:
8 milyardlıq dünya əhalisinin içərisində onların sayı vur-tut 110-120 min civarındadır. Söhbət bir zamanlar bizim əcdadlarımızın da etiqad etdikləri zərdüştilik dininin daşıyıcılarından gedir. BAKU TV-nin redaktoru Azadə Balayeva Londonda hələ də bu dinə sadiq qalan Kapadialar ailəsinin qonağı olub. Zərdüştilər adətən özləri ilə eyni dinə mənsub insanlarla evliliyə üstünlük verirlər. Vira Kapadia və Badji Kapadia da ayrı-ayrı ölkələrdə, biri Pakistan, digəri isə Hindistanda doğulub böyüsələr də, tale onları vətənlərindən minlərlə kilometr uzaqda qarşılaşdırıb. Elə söhbətimizə də bu qarşılaşmanın tarixçəsindən başladıq.
 
- Görüşməniz təsadüf idimi? Necə tapdınız bir-birinizi?
 
Baji Kapadia
 
- İkimizin də uşaqlığı fərqli ölkələrdə keçib. Vera Pakistanda, Kəraçidə, mən isə Hindistanda, Puna şəhərində doğulmuşam. 25 yaşıma qədər ali təhsil almışam. Vira isə Kəraçidə kollecə gedib. O, 4 aylıq olanda atası vəfat edib. Viranı əmiləri böyüdüb. 7 əmisi var idi. Viraya qarşı çox qəddar olublar. Onu təkbaşına bayıra çıxmağa belə qoymayıblar. Ona görə də 17 yaşı olanda anası qızını da alıb İngiltərəyə gəlib. Biz 1964-cü ildə tanış olmuşuq. Mənim iki dostum o vaxt artıq bu ölkədə yaşayırdı. Zərdüştçülüyün avqust ayındakı yeni il bayramı idi. Viranın anası məni və dostlarımı evinə bayram yeməyinə çağırmışdı. Biz onları tərk etdikdən sonra anası qızına məni çox bəyəndiyini söyləyib. Vira da "elə çox xoşuna gəlirsə, özün evlən" deyib. Bir müddət sonra biz "Box Hill"də (Londonda təbii park) yenə bir məclisdə bir araya gəldik. Orada artıq daha yaxından tanış olmaq imkanımız oldu. İki il sonra - 1966-cı il sentyabrın 11-də evləndik.
 
- Zərdüştilik dininə mənsub ailədə doğulub böyümüsünüz. Belə bir ailədə keçən uşaqlığınızı necə xatırlayırsınız? Məbədə və ya başqa dini məkanlara gedirdinizmi? Sizin dininizdə də kremasiya - meyitlərin yandırılması ənənəsi varmı?
 
Baji Kapadia
 
- Çox xoşbəxt uşaqlığımız olub. Biz öz ölkəmizdə azı həftədə bir dəfə zərdüşt dini məbədinə gedirdik. Evdə isə hər gün ibadət edirdik. Zərdüştilikdə insanı, ölünü yandırmaq günah sayılır. Çünki bizdə atəş müqəddəsdir. Ona görə də atəşi kirlətmək böyük günahlardandır. Qədimlərdə bizdə meyiti məbədin ən yüksək yerinə, Sükut Qülləsinə qoyardılar və yırtıcı leşyeyən quşlar, kərkəslər onu parçalayırdı. Bu qüllələrə hələ də Kəraçidə və Hindistanın müxtəlif ərazilərində rast gəlmək mümkündür. Bu qüllənin bir modeli də Londonda "Britaniya muzeyi"ndə saxlanılır. Meyitlərin leşyeyən quşlara təslim edilməsinin elmi cəhətdən də çox faydalı olduğu deyilir. Quşlar ətləri yedikdən sonra Günəş sümükləri qurudur, yağış isə bütün qan və çirki yuyurmuş. Bu elmi baxımdan çox gigiyenik bir yol sayılır. Amma təəssüflər olsun ki, müasir dünyamızda bu leşyeyən quşlar da azalıb. Eyni zamanda Süküt Qüllələrinin ətrafında da geniş insan məskənləri salınıb. Bu səbəbdən modern dünyada meyitin yandırılması qaçılmaz olub. Baxmayaraq ki, dinimizdə yandırılmaq günahdır. Amma başqa yol da yoxdur. Unutmuruq ki, biz atəşə sitayiş edirik və atəş bizim üçün müqəddəsdir. Biz zərdüştlər üçün siqaret çəkmək belə günahdır. Çünki atəşi iki dodağımızın arasına almaq ona qarşı hörmətsizlik sayılır.
 
- Zərdüşti mömininin həyatı necədir? Bu inanc gündəlik həyatınıza necə yön verir?
 
Baji Kapadia
 
- Zərdüştilik dünyada ən qədim təkallahlı din sayılır. Çünki biz bir tək Allaha sitayiş edirik. Bu din xristianlıq və islam dininə öncülük edib. İnanclara görə Zərdüşt Peyğəmbər 2500 il əvvəl yaşayıb. Bu isə o deməkdir ki, bu dövr eradan əvvəl 500-cü ilə təsadüf edir. O dövrdə çox geniş yayılmış bir din olub. Mərkəzi Asiya və Azərbaycan ərazisini əhatə edib. Fars imperiyasında çox önəmli iki hökmdar olub: Şapur və Böyük Kir. Onların dövründə zərdüştilik dini çox geniş yayılıb. Zərdüştiliyin üç ən önəmli amalı var - bunlar gözəl düşünmək, gözəl danışmaq və xoş niyyətdir. Bütün zərdüştilər bu üç amal üzərində həyatlarını qurmalı və davam etdirməlidirlər.
 
- Gündəlik həyatınızda hansı dini ayinləri yerinə yetirirsiniz? Zərdüştilikdə "olar-olmazlar" nələrdir?
 
Baji Kapadia
 
- Zərdüştilik qadağalar dini deyil. İslamda çox sərt qaydalar var - "onu edə bilməzsən, bunu edə bilməzsən". Bizim dində isə "o olmaz, bu olmaz" deyə bir şey yoxdur. Bizim dinimizdə sadəcə azad iradə var. Zərdüşt Peyğəmbərimiz deyirdi ki, azad iradə hər şeydən daha önəmlidir və biz bu azad iradəmizi tərbiyə etməliyik. Bizim dinimizdə iki önəmli qüvvə var - Xeyir və Şər.
 
Vira Kapadia
 
- Bir şey əlavə etmək istərdim. Biz zərdüştilər din dəyişdirmirik və bu dinə də heç kəsi qəbul etmirik. Ya sən zərdüştçü doğulursan, zərdüştisən, ya da sən zərdüşti deyilsən və heç vaxt da ola bilməzsən.
 
Biz quzu yunundan hazırlanan və sadra - kusti deyilən bir qurşaq taxırıq. Bu bağ günün 24 saatı bizim üzərimizdə olur. Bu bizi şər qüvvələrdən qoruyur. Bu belbağını yalnız bizim din xadimlərimizin həyat yoldaşları toxuya bilər. Quzu yunundan toxunması isə məsumluğu ifadə edir. Eyni zamanda kişilər də mayka şəklində sudra geyinirlər. Biz bunları şər qüvvələrdən qorunmaq üçün geyinirik. Bizim din xadimlərimiz gündə beş dəfə dua edirlər. Hər dəfə dua edəndə sudraları əyinlərində olmalıdır.
 
Baji Kapadia
 
- İslamda olduğu kimi biz də gündə beş dəfə - günün 5 müxtəlif saatında dua edirik. Bu dualara gez deyirik. İlk dua günəş çıxdığından 12:40-a qədər, ikinci dua 12:30-da 3:30-a qədər. Sonuncu dua da gecə olur.
 
- Zərdüştiliyin bayramlarını və xüsusi günlərini necə qeyd edirsiniz?
 
- Biz ildə iki dəfə yeni ili qeyd edirik. 21 mart - Novruz bayramı bizim yeni ilimizdir. Ərəblər Fars imperiyasını işğal etdiyində bir çox zərdüştçü insan oranı tərk etmək məcburiyyətində qaldı. Bu insanlar əslən farslar idi. Onlar Zərdüşt dininin yeni ilini 21 martda qeyd edirdilər. İranı tərk edən bəzi zərdüştilər Hindistana getdilər. Orada bir hökmdar var imiş. O deyir ki, burada yaşamaq istəyirsinizsə, bizim də adət-ənənələrə əməl etməlisiniz. Yəni hinduizm ayinlərini də icra etmək məcburiyyətindəsiniz. Ona görə də hazırkı zərdüştçilik dinində olan bəzi ayinlər hinduizmdən qaynaqlanır. Bu tarixdən sonra onlar 21 avqust tarixini də yeni il kimi qeyd etməyə başlayırlar. Çünki Hindistandakı həyat onlar üçün yeni başlanğıc idi. Eyni zamanda zərdüştilik təqvimində qısa il olmadığına görə bizdə boşluqlar yaranır. Bu səbəbdən zərdüştilik təqvimi ənənəvi təqvimdən geri qalır. Hazırda zərdüştilər 1393-cü ili yaşayırılar.
 
- Londonda zərdüştilik inancınızı necə yaşayırsınız? Burada zərdüşt icması varmı?
 
Vira Kapadia
 
- Novruz bizim ən önəmli bayramımızdır. Biz bu bayramda Londondakı "Zərdüşt Mərkəzi"nə gedirik. Burada uzun dualar oxunur. Sonra da yemək - içmək olur. Gözəl yeməklər yeyirik.
 
Baji Kapadia
 
- Biz ora tez-tez gedirik. Çünki icmamız orada toplaşır. Böyük Britaniyada 5 min zərdüştçü yaşayır. Onların əksəriyyəti də Londonda məskunlaşıblar.
 
- Vətəninizdə zərdüştçü qohumlarınız çoxdurmu? Sizcə, hazırda bu ölkələrdə nə qədər zərdüşti qalıb, onların sayı azalır, yoxsa artır?
 
Vira Kapadia
 
- Pakistanda bir neçə qohumum var.
 
Baji Kapadia
 
- Mənim Hindistanda heç yaxınım qalmayıb.
 
Vira Kapadia
 
- Orada min nəfərdən az, haradasa 900-ə yaxın zərdüştçü qalıb. Onların çoxu ABŞ və İngiltərəyə miqrasiya ediblər. Qalanlarının da çoxu yaşlı insanlardır. Zərdüştilərin çoxu Kəraçini tərk ediblər.
 
Baji Kapadia
 
- Hindistanda zərdüştilər daha çoxdurlar. Orada 70 minə yaxın zərdüştinin yaşadığı deyilir. Çoxu Mumbayda məskunlaşıb. Onların azalmasının başlıca səbəblərindən biri bizim bu dinə başqa adamları qəbul etməməyimizdir. Eyni zamanda modern dünyada gənc zərdüştçülər başqa dinlərə mənsub insanlarla evlənirlər. Məsələn, bizim oğlumuz Edi ingilis bir xanımla evlənib. Hazırda dinimizin yox olma təhlükəsi var. Çünki dini ayinlərimizi yerinə yetirən yox dərəcəsindədir. Biz isə atəşi yaşatmağa çalışırıq.
 
- Qeyd edək ki, digər dinlərdə olduğu kimi, Zərdüştlük dininin də öz müqəddəs kitabı var. Bu kitab "Avesta" adlanır. Rəvayətə görə, kitabın ilkin nüsxəsi makedoniyalı İskəndər tərəfindən yandırılsa da, böyük hökmdar onun yunan dilinə tərcümə olunmasını əmr edibmiş. İllər sonra kitab Fars hökmdarı II Şapur tərəfindən pəhləvi dilinə də məhz yunan dilindən tərcümə olunub.
 
Baji Kapadia
 
- Hər gün "Avesta"nı oxuyuram. Ümumi başa düşürəm, amma hamısını anlamıram. Bütün dinlərdə dini kitabları başa düşmək çox çətindir. Amma bunların ingiliscə izahları var.
 
Kitabın ilk səhifəsində dua saatları yer alıb. Mən sadəcə səhər dualarını icra edirəm və səhər günəş çıxana qədər bu duanı oxuyuram. Kitabın içində sağlam olmaq üçün dua var, ölən insanlar üçün oxunan dualar var. Kitabdakı ən önəmli hissələr qatalardır. Bu qatalar Zərdüştün işıq və müdriklik tanrısı Ahuraməzda ilə etdiyi söhbətlərdir. Qatalar müdriklik mesajlarıdır. Bu söhbətlər zərdüşt peyğəmbər tərəfindən yazıya köçürülüb. Zərdüşt bu kitabı avesta dilində yazıb. Avesta dili çox çətin tələffüz edilən bir dildir. Avqust ayındakı tədbirlərdə kahinlərimiz avesta dilindəki qataları oxuyurlar. Mən də bu dili bilirəm. Amma onun tələffüzü çox çətindir.
 
(Dua oxuyur)
 
- Nə oxuduğunuzu anladınızmı?
 
- Bu duanın çox dərin fəlsəfi mənası var. Qatalar çox yüksək səviyyəli söhbətlərdir. Bu söhbətlərin məğzi odur ki, insan öz iradəsini tərbiyə etməli və yaxşı düşünməyə çalışmalıdır. Yəni sən öncə öz düşüncələrini pisliklərdən təmizləməlisən.
 
- Azərbaycan türklərinin bir vaxtlar zərdüştiliyə inanc gətirdiyini və ölkəmizdə zərdüştilik abidələrinin olduğunu bilirsinizmi? Bu abidələri ziyarət etmək istərdinizmi?
 
- Mən bilirəm ki, Azərbaycan Zərdüşt dininin ən qədim məskənlərindən sayılır. Ona görə də Azərbaycana getməyi, oradakı zərdüştilik məbədlərini görməyi çox istərdik.
 

 

Oxşar xəbərlər
08:30, Bu gün
Yeni antibiotik bakteriya hüceyrəsini MƏHV EDƏCƏK - İNQİLABİ KƏŞF
08:21, Bu gün
Əhaliyə xəbərdarlıq edildi - Bu tarixlərdə...
08:15, Bu gün
Dəhşətli qəza 5 CAN ALDI
08:06, Bu gün
Bu ay inanılmaz dərəcədə zənginləşəcək BÜRCLƏR
07:51, Bu gün
"Amerika hərbçiləri Ukrayna piyadalarının döyüşdüyü şəraitə dözə bilərdilərmi?"
20 Oct 2024 | 23:54
Türkiyədə üç gündür meşə yanğını davam edir
20 Oct 2024 | 23:47
"Dünyanın ən yaxşı modeli" seçilmiş azərbaycanlı - Rüstəm Cəbrayılov kimdir?..
20 Oct 2024 | 22:59
Neymar ağladı - “Hər gün əzab çəkirdim”
20 Oct 2024 | 22:56
ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq
20 Oct 2024 | 22:32
Livandan İsrailə 160 raket və mərmi atılıb
20 Oct 2024 | 22:05
Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..
20 Oct 2024 | 21:59
Astarada dəhşətli hadisə: Ata oğlunu güllələdi
20 Oct 2024 | 21:54
Ordumuzun mayoru VƏFAT ETDİ
20 Oct 2024 | 21:35
"İran ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşır"- "Sky News"
20 Oct 2024 | 21:33
Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub
20 Oct 2024 | 21:32
Yevlax sakinini ilan sancdı
20 Oct 2024 | 20:43
QHT Agentliyinin lahiyəsi AXC TV-də Əliməmməd Nuriyevlə müzakirə olunub - VİDEO
20 Oct 2024 | 20:34
Göz sifilisi barədə bilmədikləriniz
20 Oct 2024 | 20:04
Universitetdə oxuyan gənc qızın kömək üçün fəryadı - Onu zorlayıb və həmin anları lentə alıblar
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 19:55
Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”
20 Oct 2024 | 19:53
Bağça müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanı yekunlaşıb
20 Oct 2024 | 19:52
İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib
20 Oct 2024 | 19:44
İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar gətirəcək
20 Oct 2024 | 19:37
İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib
20 Oct 2024 | 19:34
Boksçularımızdan Avropa çempionatında daha bir medal
20 Oct 2024 | 19:33
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
20 Oct 2024 | 19:27
Netanyahu Trampla telefonla danışıb
20 Oct 2024 | 18:39
Günay Ağamalının seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR
20 Oct 2024 | 18:36
"Qəzzada gerçəkdən soyqırım törədilir" - Kamala Harris
20 Oct 2024 | 18:32
"Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaq"
20 Oct 2024 | 18:22
“Ağdamdan müsabiqə yolu ilə seçilmişdim, təəssüf ki, Şövkət xanım uğurlarımı görmədi”- Aygün Bayramova
20 Oct 2024 | 18:20
“Mahnılar məndədir, onun ölümündən sonra səhnədən uzaqlaşmışam”-Rəhim Rəhimlinin mahnıları tapıldı-ÖZƏL
20 Oct 2024 | 18:18
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
20 Oct 2024 | 18:02
Gürcüstandan gələn ruhanilər Ağdamda şükür namazı qıldılar
20 Oct 2024 | 17:56
İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar - VİDEO
20 Oct 2024 | 17:47
Boksçumuz Avropa ikincisi oldu
20 Oct 2024 | 17:41
Moldovada prezident seçkiləri və referendum keçirilib
20 Oct 2024 | 17:32
Ukrayna Lipetsk aerodromunu vurdu
20 Oct 2024 | 17:23
İran Pakistan və Əfqanıstanla sərhədə hasar çəkir
20 Oct 2024 | 17:16
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
20 Oct 2024 | 17:08
Qadınlar duş qəbulu zamanı nə etməməlidir? - Ginekoloq söylədi
20 Oct 2024 | 16:52
12 il mədəsində görün nə gəzdirib - FOTO
20 Oct 2024 | 16:44
Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət 
20 Oct 2024 | 16:39
“Qürur dolu Qayıdış” filmində təsirli anlar - VİDEO
20 Oct 2024 | 16:29
Dörd arvadı və iki məşuqəsi olan kişidən ŞOK QƏRAR 
20 Oct 2024 | 16:19
Körpələri öldürüb meyitini satırlarmış... - VİDEO
20 Oct 2024 | 16:09
Sabah bu şəxslər ehtiyyatlı olsunlar!
20 Oct 2024 | 16:00
“Mən cərimələrin artırılmasının əleyhinə səs verdim, çünki...” - SENSASİON MÜSAHİBƏ
20 Oct 2024 | 15:52
BRİKS sammitinə qarşı PUA təhlükəsi: Kazan aeroportunda xüsusi plan işləndi
20 Oct 2024 | 15:43
Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 25-dək...
20 Oct 2024 | 15:35
Tramp: "Netanyahu Baydenə qulaq asmadığı üçün..."
20 Oct 2024 | 15:25
Ən yaxşı 5 süfrə duzunu adları AÇIQLANDI- SALİNA...
20 Oct 2024 | 15:19
Azərbaycanda zəlzələ oldu
20 Oct 2024 | 15:10
Zeytun yağı adı ilə bunu ALIRIQ: saxtadan necə ayırd etmək olar?
20 Oct 2024 | 15:04
Deputat bu bazar da vətəndaş qəbulu keçirdi, bəzi məsələlər yerindəcə həll olundu
20 Oct 2024 | 15:00
Səfirimizin 3 milyonluq korrupsiya əməli- ŞOK FAKTLAR 
20 Oct 2024 | 14:53
Nəfəs alarkən ürəyinə bıçaq batırılırmış kimi AĞRI HİSS EDİRSƏN?
20 Oct 2024 | 14:46
300 manatlıq toylarla bağlı İNANILMAZ FAKTLAR
20 Oct 2024 | 14:39
"İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib"- DEPUTAT 
20 Oct 2024 | 14:32
Komitə sədrinin qohumu ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq aldı — ŞOK İDDİA
20 Oct 2024 | 14:25
Polad Qəhrəmanov vəfat etdi - FOTO
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 14:05
Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI 
20 Oct 2024 | 13:55
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
20 Oct 2024 | 13:49
“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov
20 Oct 2024 | 13:40
"Böyük müharibədən yan keçmək üçün güc gərəkdir" - Zelenskinin Ofisi Qərbə sərt mesaj göndərib
20 Oct 2024 | 13:35
Oktyabrın 20-nin ən xoşbəxt BÜRCÜ: Bu gün bunu etməyinizə dəyər
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 13:17
“Təkcə hamamımız dağılmayıb, Zəngilanda müəllim olmaq istərdim”-FOTO
20 Oct 2024 | 13:13
Yağış və qar yağacaq, dolu düşəcək - Sabahın hava PROQNOZU
20 Oct 2024 | 13:06
Vətəndaşların nəzərinə: Kreditin verilməsində YENİLİK 
20 Oct 2024 | 12:59
Mesajlaşmaq üçün ən etibarlı YER – Məxfiliyi qoruyur
20 Oct 2024 | 12:50
Nigar Camal : "İnsanlar, soyuqdan "ölürük"- VİDEO
20 Oct 2024 | 12:40
"G7 ölkələrinin Ukraynaya dəstəyi sarsılmazdır..."
20 Oct 2024 | 12:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
20 Oct 2024 | 12:36
Yeni telefon: nə şarja ehtiyac var, nə internetə - Mask möcüzəsi
20 Oct 2024 | 12:29
Türkiyə silahlı qüvvələri İraqın şimalında terror təşkilatı PKK/KCK-nın iki liderini məhv edib - FOTOLENT
20 Oct 2024 | 12:28
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib - FOTOLENT
20 Oct 2024 | 12:07
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi
20 Oct 2024 | 12:01
Messidən het-trik, Suaresdən dubl, "İnter Mayami"dən darmadağın - VİDEO
20 Oct 2024 | 11:58
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
20 Oct 2024 | 11:48
Ailədə hər uşağın atasının ayrı-ayrı kişilər olduğu ada - VİDEO
20 Oct 2024 | 11:45
“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”- Saakaşvili  
20 Oct 2024 | 11:37
İsrail Təhlükəsizlik Kabineti bu gün toplanacaq
20 Oct 2024 | 11:36
Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
20 Oct 2024 | 11:34
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
20 Oct 2024 | 11:26
"Amaliya Pənahova xərçəngə tutulanda yazdı ki..."
20 Oct 2024 | 11:22
"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"
20 Oct 2024 | 11:20
İsrailin İrana hücum planları üzə çıxıb
20 Oct 2024 | 11:18
İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi
20 Oct 2024 | 11:15
"Nədən canavarların geriyə dönüşü Avropada narahatlıq doğurur?" - "The Economist"
20 Oct 2024 | 11:09
Bu yolda sürət həddi bərpa olundu
20 Oct 2024 | 11:06
Qəzzada çoxmərtəbəli yaşayış binasına zərbə endirildi- 73 nəfər HƏLAK OLDU
20 Oct 2024 | 10:56
Xalq artisti təcili əməliyyat olundu – FOTO
20 Oct 2024 | 10:50
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 10:31
Dietoloq gecələr xurma yeməməyi məsləhət GÖRÜB 
20 Oct 2024 | 10:22
Zəngilan şəhər günü: 4 ildir ki, azaddır...
20 Oct 2024 | 10:16
Telegram istifadəçilərinə fotoşəkil adı altında virus göndərilməyə BAŞLADI
GÜNLÜK
20 Oct 2024 | 09:00
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
20 Oct 2024 | 09:16
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 08:48
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
20 Oct 2024 | 09:00
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
20 Oct 2024 | 09:16
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
20 Oct 2024 | 13:24
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
20 Oct 2024 | 08:48
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
20 Oct 2024 | 10:42
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
20 Oct 2024 | 09:40
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
20 Oct 2024 | 10:13
Parkda çantadan kişi qalıqları TAPILDI
20 Oct 2024 | 14:15
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
20 Oct 2024 | 09:30
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ