1944-cü ilin Milad günündə ABŞ-ın 101-ci Hava Desant diviziyasının tərkibindəki 502 və 506-cı Paraşütlü Piyada Alayları arasında keçirilməli olan, anacq alman hücumu nəticəsində baş tutmayan yarış 80 ildən sonra reallaşacaq.
Moderator.az ABŞ hərbi mənbələrinə əsasən xəbər verir ki, 1944-cü ildə keçirilməsi planlaşdırılan oyunun illər sonra gerçəkəşdirmək ideyası 2018-ci ildə meydana gəlmiş, 2022-ci ildə isə reallaşmışdı. Lakin 2022-ci ildən fərqli olaraq, bu kəs oyunun daha geniş miqyasda və “daha dərin məna yükü ilə” keçirilməsi nəzərdə tutulur. Mütəxəssislər hesab edir ki, paraşütçü alaylar arasında oyun elə şəkildə təşkil edilməlidir ki, 1944-cü il ruhunu və 80 illik zaman boşluğunu bütün tarixi-psixoloji nüansları özündə əks etdirə bilsin.
Xatırladaq ki, 1944-cü ildə ABŞ-ın 101-ci Hava Desant Diviziyası almanların genişmiqaslı hücumu ilə əlaqədar olaraq təcili Belçikaya aparılmış və Bastogne şəhərinin müdafiəsinə cəlb edilmişdi. Bu səbəblə də tərkibindəki 502 və 506-cı Paraşütlü Piyada Alayları arasında keçirilməli olan oyun başa çatdırılmamışdı.
Seymur ƏLİYEV