Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
Analitika
Oxunub: 8709
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
Cənubi Qafqazda hərbi-siyasi vəziyyət yeni təhlükəli mərhələyə qədəm qoyur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Azərbaycanın öz suveren ərazisində - Qarabağda keçirdiyi antiterror əməliyyatı nəhayət, regionda separatizmin kökünün kəsildiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından vaz keçdiyini, iki ölkə arasında münaqişəyə son qoyacaq sülh müqaviləsinin imzalanmasına ümidləri artırırdı.
 
Amma buna qədər olduğu kimi, öz hərbi və diplomatik sahədə ardıcıl məğlubiyyətlərindən nəticə çıxarmayan Ermənistan rəhbərliyi yenə də sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şəraitdə qeyri-konstuktiv yanaşma sərgilməyə başladı.
 
Bu qeyri-konstruktivlik Ermənistanın Azərbaycan XİN-in iki ölkə arasında sülhlə bağlı təkliflərinə cavabları gecikdirməklə başlamışdı. Beynəlxalq tədbirlərdə Azərbaycanın Qarabağda guya “etnik təmizləmə” həyata keçirməsinə dair əsassız iddialar səsləndirməsi, Qarabağın erməni sakinlərinin hüquqları ilə bağlı bəndin iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin mətninə salınması cəhdləri, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmanın Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndini aşkar şəkildə pozması və s. özünü büruzə verirdi.
 
Bu addımlarda Ermənistan hakimiyyətindəki revanşist qüvvələrin önəmli rolu olsa da, prosesdə regiondan kənar ölkələrin, xüsusən Fransanın rolu olub. XXI əsrdə hələ də utancverici neokolonikal dövlət statusu daşıyan Fransa qlobal miqyasda oynadığı təxribatçı rolunu, Cənubi Qafqaz regionundakı proseslərdə də oynamağa çalışır.
 
Ermənistanın Rusiyadan uzaqlaşmaqla bağlı tutduğu siyasi kursu regionda nüfuzunu artırmaq üçün geosiyasi fürsət bilən Paris ötən müddət ərzində bu ölkədə təsirini artırmaq, Cənubi Qafqazda militarizasiya və Ermənistanı sülh danışıqlarından uzaqlaşdırmaq üçün ardıcıl addımlar atdı.
 
Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən ermənipərəst Makron hökuməti planetin fərqli yerlərində - Okeaniyada, Afrikada, Cənubi Amerikada yürütdüyü avantürist siyasəti Cənubi Qafqaza da daşımağa cəhd edir. Bunun üçün isə daim özünə himayədar axtaran Ermənistan hakimiyyətini bir alət kimi istifadə edir, onu Üçüncü Qarabağ Müharibəsinə hazırlaşdırır.
 
Siyasi üzaqgörənliyi sıfır səviyyəsində olan, zəif iradəli və asanlıqla manipulyasiya edilən Paşinyan hakimiyyəti isə həvəslə Parisin Cənubi Qafqazdakı aləti, forpostu olmaq rolunu icra edir.
 
Ermənistanın Üçüncü Qarabağ Müharibəsi istədiyini, Fransa və digər qlobal oyunçular tərəfindən buna hazırlandığını rəsmi İrəvanın son addımları, silah arsenalını genişləndirməsi aşkar sübut edir.
 
2020-ci ildən bəri Ermənistan yeni hərbi partnyoru, Fransa ilə də yaxın dostluq edən Hindistandan dəyəri yüzmilyonlarla dollar olan "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" və “MArG 155” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raketləri və s. əldə edib.
 
Bundan başqa eskalasiyanın əsas sponsoru Fransa da Ermənistana son illərdə bir sıra silahlar satıb. Fransa rəsmi İrəvanla ötən ilin oktyabrında 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnikanın satışı barədə saziş imzalamışdı. Sazişdə “Mistral” qısa mənzilli Hava Hücumundan Müdafiə sistemlərinin gələcəkdə alınmasına dair bənd də var idi.
 
Rəsmi Paris bu sazişi Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia edir, ölkənin təhlükəsizliyini gücləndirməyə dəstək kimi qələmə verirdi.
 
Amma bu il iyunun 19-da Fransanın Ermənistana 36 ədəd SEZAR özüyeriyən haubitsasının verilməsi ilə bağlı imzaladığı müqavilə Parislə İrəvanın növbəti yalanını üzə çıxardı.
 
Bu addımın ardınca, sinxron şəkildə, sırf “təsadüf” nəticəsinə, Fransanın 100-ə yaxın tanınmış simasının Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Prezident Emmanuel Makrona müraciət ünvanladığı, müraciətdə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum oldu.
 
Aydın məsələdir ki, bu informasiya axını Parislə İrəvan arasında razılaşdırılmış şəkildə, ölkəyə Fransa qüvvələrinin gəlişini hazırlamaq niyyəti ilə atılıb.
 
Beləliklə, Cənubi Qafqazın əsas ölkəsi – Azərbaycanın maraqları və mövqeyi nəzə alınmadan Fransanın hücum xarakterli SEZAR haubitsalarını Ermənistana satması və ardınca, fransız hərbçilərin ölkəyə yerləşdirilməsinə hazırlıq üçün hazırlanan informasiya fonu ilk növbədə Azərbaycana təhdid yaradır, regionda hərbi-siyasi vəziyyəti irimiqyaslı müharibə həddinə gətirir.
 
Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlaması, beynəlxalq hüquq və normaları pozması faktı bu kontekstdə Ermənistanın kütləvi silahlanma ilə bağlı addımlarını, xüsusilə hücum silahları almasını qeyri-legitim edir. Rəsmi İrəvanın bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyini, “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Konstitusiyasını dəyişmək istəməməsi Azərbaycanın özünü təhdiddə hiss etməsi, Ermənistanın silahlanmasına qarşı onun ərazisində preventiv addımlar atması hüququnu legitimləşdirir.
 
Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermənistana ölümcül silahlar almaqdan və regionu hərbiləşdirməkdən vaz keçməklə bağlı xəbərdarlıq edib.
 
2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın kütləvi silahlanması və Azərbaycana qarşı təhlükə törədəcəyi təqdirdə atılacaq addımlar barədə açıq danışmışdı.
 
“Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.
 
Göründüyü kim, rəsmi Bakı Ermənistanla eskalasiyada maraqlı deyil, bunun baş verməməsi üçün önləyici addımlar atır. Amma görünən odur ki, Nikol Paşinyan hökuməti üçüncü ölkələrin, konkret Fransanın diktəsi ilə hərəkət edir, sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli situasiyanı toksikləşdirir, hərbi təxribatlara meyillənir.
 
Amma heç kim unutmamalıdır ki, rəsmi Bakı regionda yeni Qarabağ müharibəsi başlatmaq istəyən Ermənistanın hərbiləşmə xəttini davam etdirməsini, öldürücü silahlar almağa davam etməsini sakit şəkildə izləməyəcək.
 
Ermənistan və onun yeni ağası Fransa unutmalı deyil ki, Azərbaycan bu ölkənin bütün ərazisində istənilən hərbi hədəfi dəqiqliklə məhv etmək, zərərsizləşdirmək üçün bütün hərbi-texniki vasitələrə malikdir.
 
Azərbaycan heç vaxt Ermənistana hərbi balansı dəyişmək imkanı tanımayacaq və bütün təxribatları qəti şəkildə cavablayacaq. Rəsmi İrəvan bu faktı, həmçinin növbəti hərbi münaqişənin artıq Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoya biləcəyini unutmamalıdır. /APA/
Oxşar xəbərlər
22:08, Bu gün
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirildi - FOTO
22:00, Bu gün
Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını AÇIQLADI
21:53, Bu gün
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
21:48, Bu gün
Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı
21:40, Bu gün
Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
21:39, Bu gün
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
21:35, Bu gün
İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
21:30, Bu gün
Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”
21:23, Bu gün
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21:15, Bu gün
"Maşın" şouda qazandığı avtomobillə Şuşaya getdi - FOTO
21:08, Bu gün
"Aygün stil ikonası, möcüzədir"
21:00, Bu gün
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİLƏNİB - FOTO
20:52, Bu gün
Sabahın tibbi-meteoroloji PROQNOZU
20:51, Bu gün
İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyir
20:44, Bu gün
"Apple" hər il yeni məhsullar təqdim etməyi dayandırır
20:36, Bu gün
İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"
20:28, Bu gün
Lətifə virusa yoluxdu
20:21, Bu gün
"Netanyahu və onun cinayətkar dəstəsini bəşəriyyətin birliyi dayandıracaq" - Ərdoğan
20:20, Bu gün
Bu həftə cekpot vuracaq BÜRCLƏR
20:13, Bu gün
Tanınmış rəssamın qızının faciəvi ölümü - Toyu olacaqdı...
20:05, Bu gün
"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə alındı
19:55, Bu gün
“Qarabağ” ciddi itki ilə üzləşdi
19:48, Bu gün
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
19:40, Bu gün
Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir
19:30, Bu gün
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
19:18, Bu gün
Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
19:10, Bu gün
Azərbaycanda 3 ulduzlu hotellər də bahalaşdı
19:05, Bu gün
Məşhur türk serialı FİNAL EDİR
19:00, Bu gün
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR
18:55, Bu gün
Astiqmatizm nədir?
18:50, Bu gün
Mask və "Tesla" üçün vacib həftə
18:45, Bu gün
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
18:32, Bu gün
Prezident generalı nazir müavini TƏYİN ETDİ - DOSYE
18:27, Bu gün
Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi
18:23, Bu gün
Soçidən Bakıya birbaşa aviareyslər açılır
18:21, Bu gün
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya - FOTO
18:15, Bu gün
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
18:13, Bu gün
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
18:08, Bu gün
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
18:05, Bu gün
Putin Ərdoğanla müzakirə APARDI
18:00, Bu gün
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
17:54, Bu gün
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
17:48, Bu gün
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
17:40, Bu gün
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
17:36, Bu gün
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
17:30, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
17:24, Bu gün
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
17:18, Bu gün
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
17:13, Bu gün
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
17:07, Bu gün
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
17:02, Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
16:57, Bu gün
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
16:52, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
16:50, Bu gün
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
16:47, Bu gün
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
16:42, Bu gün
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
16:37, Bu gün
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
16:32, Bu gün
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
16:32, Bu gün
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
16:27, Bu gün
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
16:22, Bu gün
Prezidentin adından saxta məlumat yayıldı
16:17, Bu gün
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
16:12, Bu gün
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
16:07, Bu gün
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
16:03, Bu gün
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
15:59, Bu gün
Çavuş arvadını öldürüb intihar etdi
15:55, Bu gün
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
15:50, Bu gün
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
15:38, Bu gün
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
15:33, Bu gün
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
15:27, Bu gün
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
15:22, Bu gün
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
15:17, Bu gün
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
15:12, Bu gün
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
15:07, Bu gün
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
15:02, Bu gün
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
14:57, Bu gün
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
14:52, Bu gün
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
14:48, Bu gün
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
14:46, Bu gün
Tibb üzrə Nobel qalibləri açıqlandı
14:41, Bu gün
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
14:30, Bu gün
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
14:24, Bu gün
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
14:18, Bu gün
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
14:12, Bu gün
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
14:06, Bu gün
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
14:00, Bu gün
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
13:54, Bu gün
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
13:48, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
13:42, Bu gün
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
13:36, Bu gün
STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyətini qiymətləndirib
13:30, Bu gün
Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO
13:25, Bu gün
Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ
13:20, Bu gün
Oktyabrın 8-nə olan hava PROQNOZU
13:15, Bu gün
Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?
13:10, Bu gün
Toyda Röyanın əlindən tutub oynadan "OLİQARX" KİMDİR? - VİDEO
13:05, Bu gün
Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edildi
13:00, Bu gün
BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub - FOTO
12:57, Bu gün
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...
12:56, Bu gün
Bu avtobusların hərəkət intervalı azaldıldı
GÜNLÜK
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər