İnzibatçı: "Əhmədiyyə Cəbrayılovla bağlı məqaləni siliriksə, İsa peyğəmbər haqqında olanı da silək" - MÜSAHİBƏ
Cəmiyyət
Oxunub: 2598
20 Jun 2024 | 17:40
İnzibatçı:

Vikipediya internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Bu gün dünyada onlarla insan vikipediyada könüllü kimi fəaliyyət göstərir. Onlardan biri də 20 yaşlı Ayxan Zahidzadədir. Bakı Dövlət Universitetinin tələbəsi A.Zahidzadə vikipediyanın Azərbaycan bölməsində inzibatçıdır. 2017-ci ildən vikipediyada işlərini Azərbaycan, türk, ingilis, nadir hallarda isə rus dillərində aparır.

"Report"un vikipediya könüllüsü Ayxan Zahidzadə ilə müsahibəni təqdim edirik:

- Ayxan bəy, vikipediyada könüllü kimi çalışmağa nə zaman qərar verdiniz?

- 12 yaşım var idi. Vikipediyaya Azərbaycan haqqında ingilis dilində bir məqalə qoymuşdum. Düşündüm ki, məlumatda nə isə yanlışlıq var, fikirləşdim ki, bu məlumatı dəyişməliyəm. Ona görə ki, bu yazını yüzminlərlə insan oxuyur. Ondan sonra motivasiya yarandı və vikipediyada çalışmağa başladım.

- Belə bir fikir var ki, vikipediya etibarlı mənbə deyil, siz nə düşünürsünüz, vikipediyanı nə dərəcədə etibarlı mənbə hesab etmək olar?

- Vikipediya əsasən etibarlı mənbələrdən istifadə edir. Düzdür, kənardan görünür ki, hər kəs gəlib vikipediyada mətni redaktə edə, ora nə isə əlavə edə bilər. Lakin bir qayda var ki, vikipediyada orijinal tədqiqata yol vermək olmaz. Yəni mən güclü akademik olsam da, tədqiqatımı vikipediyada dərc edə bilmərəm. Gərək hansısa etibarlı nəşriyyatda və ya saytda dərc olunsun ki, mən onu götürüb mənbə kimi istifadə edim. Vikipediyanın etibarlı mənbə olmaması mifi haradan yaranıb, onu da deyim. Dərslərdə, universitetlərdə şagird və tələbələr vikipediyanı mənbə göstərəndə müəllimlər onun altından xətt çəkir, onu mənbə hesab etmirlər. Mən isə belə izah edərdim ki, vikipediya etibarlı mənbə olmasa da, etibarlı mənbələrin güzgüsüdür. Mənbələr isə daha çox icmanın qərarı ilə müəyyən olunur.

- Vikipediyamızın olması, yəni vikipediyanın bizi ensiklopedik şəxs kimi qəbul etməsi üçün hansı şərtlər olmalıdır?

- Vikipediyada ensiklopediklik anlayışı fərqlidir. Bu, jurnalistlər üçün ayrı, idmançılar üçün ayrı, dövlət vəzifəliləri üçün ayrıdır. Lakin əsas primitiv şərt odur ki, həmin şəxs etibarlı mənbələrdə əhatə olunsun. Almanca vikipediyada belə bir məqalə vardı. Demək, Namibiyada bir nəfər bələdiyyə sədri seçilmişdi, baxmayaraq ki, bələdiyyə sədrləri ensiklopedik deyil. Ona görə ki, aşağı bir vəzifədir. Amma bu adam BBC, "The New York Times", "The Washington Post" kimi mənbələrdə əhatə olunmuşdu. Çünki soyadı bir az qəribə idi. İndi ingiliscə vikipediyada həmin məqalə yoxdur, amma başqa dillərdə qalır. Düzdür, bu, bir az subyektiv məsələdir, bəziləri deyirlər ki, sənin adın bu mənbədə hallanırsa, sən müsahibə versən də, bu, əslində, sənin haqqında olan mənbə sayılmır. Həmin məqalə sırf sənin həyat və fəaliyyətin, uğurun haqqında olmalıdır. Məsələn, hansısa bir idmançı qızıl medal qazanıb, sırf qızıl medal qazandığı haqqında mənbə varsa, onu əhatə edibsə, artıq bu, həmin şəxsin ensiklopedik meyarlarını artırır.

- İddia olunur ki, vikipediyaçılar bəzi məsələlərə və bəzi şəxslərə qarşı qərəzli yanaşırlar. Bu, nə dərəcədə doğrudur?

- Bu, bir icmadır və icmanın tərkibində insanlar var. İnsan da robot deyil. Ola bilər ki, kiminsə qərəzi var. Bütün icmanın qərəzli olması ehtimalı yoxdur. Biz demək olar ki, hər gün digər vikipediyaçılarla bir mövzu ilə bağlı müzakirə və mübahisə edirik, hər şeydə də eyni fikirdə olmuruq.

- Bəs texno-bloqer Fərid Pərdəşünasın vikipediyasının silinməsində hansısa qərəz var idi?

- Mən şəxsən məqalənin qalmasına səs vermişdim. Amma əsas məsələ səs vermək də yox, əsaslı arqumentlərin olmasıdır. Silinməsi yönündə əsaslı arqumentlər olarsa, məqalə silinir. Əgər Fərid Pərdəşünas məsələsində icma yekdilliklə silinməsinə qərar veribsə, deməli doğrudan da nə isə var və bu şəxs ensiklopedik deyil.

- Vikipediyada könüllü olaraq fəaliyyət göstərirsiniz və qazanc əldə etmirsiniz. Onda belə bir sual ortaya çıxır ki, könüllülərin burada marağı nədir?

- Ötən ay Polşadan gələn vikipediyaçı da eyni sualı vermişdi. Biz dedik ki, məqsədimiz Azərbaycan dilinin yayılması, onun təkmilləşdirilməsidir. Hazırda Azərbaycan dilində vikipediya bu dildə olan ən geniş məlumat bazasıdır və biz çalışırıq ki, bunu günü-gündən artıraq. Ötən ilin yayında Lənkəranda məktəblilər bizə yaxınlaşıb dedilər ki, nə üçün gəlmisiniz? Dedik ki, vikipediya ilə bağlı gəlmişik. Dedilər, hə, biz vikipediyanı bilirik, hansısa esse yazmalı olanda gedirik vikipediyanı oxuyuruq. Adama o zaman bir qürur hissi gəlir ki, bəli, mən boşuna yazmıram. İnsanlar həm bunu oxuyur, həm də bundan faydalanır. Çox insan var ki, mənfəəti sırf maliyyə baxımından düşünür. Mənə görə isə mənfəətin müxtəlif şaxələri var. Bunlardan biri cəmiyyətə faydalı olmaqdır. Digəri isə ondan ibarətdir ki, bir var nəyisə oxuyasan, biri də var oxuduğunu həm də yazasan. O zaman öyrəndiklərini daha yaxşı dərk edirsən. Şəxsən mən nə haqqında bilirəmsə, bunu vikipediyaya borcluyam. İstər fəlsəfə, istər tarix, istərsə də ölkələr haqqında olsun, sırf vikipediyada işləyirəm deyə çox bilirəm. Xarici vətəndaşlarla çox söhbət etmişəm, onlar təəccüblənib ki, sən necə bizim ölkəmiz haqqında bizdən çox məlumat bilirsən. Demişəm çünki mən vikipediyaçıyam.

- Vikpediya açıq bir platformadır. İstənilən şəxs vikipediyada məqalə yarada və istənilən məqalədə dəyişikliklər edə bilər. Bəs o zaman burada tənzimləmə mexanizmi necədir?

- Vikipediya öz şüarında da deyir ki, o, azad ensiklopediyadır. O, hər kəsi özünə dəvət edir ki, gəlin töhfə verin, birlikdə əməkdaşlıq edərək məlumat bazasını genişləndirək. Sadəcə, mən həm inzibatçıyam, həm də patrul fəaliyyəti göstərirəm. Patrul fəaliyyəti dedikdə, bizdə xüsusi son dəyişikliklər səhifəsi var. Buradan nə dəyişiklik olursa, saniyəsində görünür və biz ona nəzarət edirik. Təəssüflər olsun ki, bu işə yeni başlayan çoxları vandalistik bir məqalə, yaxud məktəbli uşaqlar özləri ilə bağlı məqalə dərc edir, biz anında onu geri çeviririk. Bəli, vikipediya açıq məkandır, hər kəs gəlib redaktə edə bilər, amma o redaktə qalacaq, ya qalmayacaq, bu, bir az şübhəli məsələdir. Biz bu zaman müdaxilə edirik.

- Hazırda Azərbaycanda könüllü vikipediyaçıların təxminən sayı nə qədərdir?

- Könüllülərimizin sayı dəhşətli dərəcədə azdır. Aktiv fəaliyyət göstərən bəlkə də 10-15 adam var. Bu, həddindən artıq kiçik rəqəmdir. Hər kəs soruşur ki, filan məqalə niyə yoxdur və ya məlumat niyə qısadır. Burada məsələ belədir ki, vikipediyada sırf şəxsi maraqlarınız nəyədirsə, ona uyğun fəaliyyət göstərirsiniz və ona uyğun məqalə yazırsınız. Elə adam var ki, işləyir, işdən çıxanda boş zamanı yaranır və həmin vaxtını vikipediyaya sərf edir.

- Vikipediya bazasının kasad olmasının səbəbi könüllülərin az olması ilə əlaqədardır, yoxsa başqa səbəblər də var?

- Könüllülər çox olduqca maraqlar da genişlənir. Məsələn, bizdə bu məsələdə həm də gender balansı yoxdur. Ümumiyyətlə, bütün vikipediyalarda belə bir problem var. Kişilərin sayı qadınların sayından qat-qat çox olur. Bu da problemli məsələdir. Müəyyən mövzular var, onlarla ümumiyyətlə maraqlanan yoxdur. Məsələn, bizdə Türkiyə ilə bağlı məqalə çox sayda olsa da, Tailand haqqında məqalə çox azdır. Demək olar ki, məqalə yoxdur, ona görə ki, Tailandla maraqlanan adamlar yoxdur. İngiliscə vikipediyada 6 milyondan çox məqalə var. İngilis dili qlobal bir dildir. Mən belə ingilis dilində fəaliyyət göstərirəm. Azərbaycan haqqında ingilis dilində məqalələr yazıram.

- Vikipediyada operativlik məsələsi necədir?

- Bu da insanların maraq dairəsi ilə əlaqəli bir məsələdir, çünki elə adam var ki, vəfat edir, amma bir həftə sonra onun haqqında vikipediyaya düzəliş edilir. Elə adam var ki, öldüyü və etibarlı mənbədə dərc olunduğu anda yerləşdirilir.

- Vikipediya üçün ödənişli məqalələr yazanlar varmı və bunun üçün əsas tələb nədir?

- Vikimediya Fondunun öz istifadə qaydası var, orada ödənişlə məqalə yazmaq qadağan olunmayıb. Siz ödənişlə məqalə yaza bilərsiniz. Sadəcə, siz qeyd etməlisiniz ki, mən filan məqalə üçün ödəniş almışam. Amma məbləği xüsusi olaraq qeyd etmək məcburiyyətində deyilsiniz. Ödənişli məqalələr yazıldıqda isə biz baxırıq ki, burada hansısa maraq toqquşması var, yoxsa yoxdur. Məsələn, hansısa müğənni, yaxud bəstəkar haqqında görkəmli, tanınmış ifadələrini işlədə bilmərik, uzağı hansısa mənbədə belə qeyd olunub deyə bilərik. Azərbaycanda da vikipediya üçün ödənişli məqalələr yazılır. Vikimediyanın əsas şirkəti Vikimediya Fondudur. Vikimediya Fondu qeyri-kommersiya təşkilatıdır və hər ilin əvvəli, yaxud sonu müxtəlif qurumlardan ianələr alır. Hansı ki, həmin qurumlar vikimediyanın məlumatlarından istifadə edirlər.

- Bildiyimə görə, azərbaycanca vikipediyada bəzi fotoşəkillərdən istifadə etmək olmur, bu kateqoriyaya nələr aiddir?

- Biz qanunvericiliyə uyğun olaraq ictimai obyektlərin şəklini çəkib vikipediyada yerləşdirə bilmirik. Məsələn, Milli Məclisin fotosunu "Creative Commons"a yerləşdirə bilmirik. Çünki müəllif hüquqları qorunur. Biz sadəcə azad lisenziyalı fotoşəkilləri "Commons"a yerləşdirə bilirik. Bu, bizə ciddi problem yardır. Mən şəxsən fotoqraf deyiləm, amma çəkdiyim şəkilləri "Commons"a yerləşdirmişəm. O foto qlobal nüfuzlu media orqanlarına yerləşdirilib. "Commons" hansısa bir fotoqraf üçün çox yaxşı bir vasitədir. Bundan savayı, Azərbaycanın tarixi memarlıq abidələrini təbliğ etmək üçün də çox güclü bir körpüdür.

- İkinci Qarabağ müharibəsi zamanı vikipediyada dəyişikliyin olunmaması, tariximizin saxtalaşdırılmaması üçün ermənilərlə necə mübarizə aparırdınız?

- Mən müharibə dövrü və ondan sonrakı dövrdə ingiliscə vikipediyada aktiv olaraq fəaliyyət göstərirdim. Çünki erməni tərəfi çox aktiv şəkildə dezinformasiya yaymağa çalışırdı. Məqalələrə gündəlik 10 minlərlə oxucu gəlirdi və baş verən hadisə ilə bağlı ilk məlumatı oradan əldə edirdilər. Mənim qarşılaşdığım ən böyük maneə o olurdu ki, ingiliscə və ya rusca vikipediya nə Azərbaycan, nə də Ermənistan mənbələrini obyektiv mənbə kimi qəbul etmirdi. Çünki iki tərəfin də maraqları toqquşurdu. Burada bir məsələ var idi ki, erməni diasporunun xarici mətbuat orqanları ilə əlaqələri çox güclü idi və onlar Qərb mətbuat orqanlarına rahatlıqla məlumat yerləşdirə bilirdilər. Məsələn, "Reuters" kimi mənbələrdə Azərbaycanın baxış bucağından çox az məlumatlar verilirdi. Bu zaman aktiv fəaliyyət göstərirdim ki, xarici mənbələr tapım. Bizim ən böyük problemimiz o idi ki, Azərbaycanda etibarlı mənbəni xaricə çıxara bilmirik. Müharibə dövründə də azərbaycanlı jurnalistlər və akademiklər xarici mənbələrə çıxa bilmirdilər.

- Əhmədiyyə Cəbrayılovla bağlı fransızca məqalənin silinməsinə səbəb nə idi?

- Açığı, bu haqda o qədər də məlumatlı deyiləm. Düşünürəm ki, əsassız formada silinib. Arqument belə idi, fransızlar nümunə gətirmişdi ki, bu şəxsin real olması haqqında həmin dövrə aid sənədlərimiz yoxdur. Sonrakı dövrlərə aid ancaq Azərbaycan mənbələridir. Vikipediyada o məqalənin silinməsi ona görə absurddur ki, onlar vikipediyada yaza bilərdilər ki, bu mənbələrə görə şəxsin real olmadığı qənaətindəyik. Əslində, vikipediya belə işləyir. Məsələn, belə bir nümunə deyim, İsa peyğəmbər haqqında məqalələr onun ölümündən sonrakı dövrə aiddir, necə ki, Əhmədiyyə Cəbrayılovla bağlı mənbələr də onun ölümündən sonrakı dövrə aiddir. Əgər Əhmədiyyə Cəbrayılovla bağlı məqaləni siliriksə, İsa peyğəmbər haqqında məqaləni də silək. Bu baxımdan, Fransa vikipediyasında çox absurd bir yanaşma göstəriblər. Ümumiyyətlə, məncə, xarici vikipediyalarda rus, ingilis, xüsusən fransızca vikipediyada çox qərəzli yanaşma var. Biz bu zaman neytrallıqdan daha çox informasiya müharibəsinin getdiyini, dezinformasiya yayıldığını görürük.

- Biz də məqalənin silinməməsi üçün əks arqument gətirə bilməzdik?

- Bizdə mənbələrim sayı dəhşətli dərəcədə azdır. Onunla belə, biz nə isə etməyə çalışırıq. Məsələn, Məhəmməd Füzuli ilə bağlı məqalədə ingiliscə vikipediyada illərdir yazılırdı ki, müsəlman şairdir. Biz Füzulinin azərbaycanlı olduğunu yaza bilmirdik. Buna görə də biz ABŞ-də kitabxanadan tanışlıqla 1960-cı illərdən qalma kitab tapdıq və o nadir mənbədə M.Füzulinin ana dilinin Azərbaycan dili olduğu müəyyən olundu. Biz bu mənbəni göstərə bildik. Problem budur ki, mənbə azdır, bu baxımdan, biz maksimum nəticə əldə edə bilmirik.

- 44 günlük Vətən müharibəsinin şəhidlərinin məqalələri niyə silinirdi?

- Biz şəhid məqalələri yazanda müharibə yenicə bitmişdi. Düşünmüşdük ki, bütün şəhidlər haqqında əlimizdən gəldiyi qədər məlumatlar yerləşdirək. O vaxt heç bir yerdə məlumat yox idi. Şəhidlik bizim üçün dəyəri ölçülməz bir anlayışdır, amma vikipediyada olması düzgün deyil. Məsələ budur ki, biz digər vikipediyalara baxanda görürük ki, belə bir şey yoxdur. Azərbaycanca vikipediya yeganə vikipediya layihəsidir ki, şəhidlərin demək olar hər biri haqqında məqalə var. Hərbçi kriteriyaları var, o hərbçi ensiklopedik hesab edilir ki, müəyyən əhəmiyyətli mükafat alsın və ya müəyyən bir fərqlənməsi olsun. Biz şəhid məqalələrini silmirik. Amma bir məsələ də var ki, vikipediya milli ensiklopediya deyil, burada neytrallığı pozmamaq lazımdır.

- Bir məqalənin yazılması üçün nə qədər zaman sərf edirsiniz?

- Bu, məqalənin həcmindən asılıdır. Əgər onu tərcümə edəcəksənsə, bu, vaxt tələb edir. Məsələn, 30 min sözlü məqaləni bir həftəyə tərcümə etmişdim. Oxşar həcmdə özümün tədqiq edib yazdığım Laçının işğalı haqqında məqaləni hazırlamaq yarım ay çəkmişdi. Çünki çoxlu kitablar oxuyursan, tədqiq edirsən və ağlında 5-10 kitab olur. Sonra tədqiq etdikcə görürsən ki, başqa kitablarda əlavə məlumatlar da var və beləcə, sərf etdiyin vaxt artır. Tbilisidə bir konfransda iştirak edirdim. İsrailli bir vikipediyaçı orada çıxış edirdi, o dedi ki, gəlin etiraf edək ki, bu qəribə bir hobbidir. Təmənnasız araşdırsın və bu qədər məqalə yazsın. Ötən ayın əvvəlində biz 200 min məqaləyə çata bildik. Mənim yazdığım məqalələrin sayı qısa və genişlə birgə 5 mindən çoxdur.

- Vikipediya könüllüsü olmaq istəyən şəxslərə nə tövsiyə edirsiniz?

- Düşünməsinlər ki, vikipediya onlara heç vaxt fayda verməyəcək. Məsələn, vikipediya mənim biliklərimi artırıb. Vikipediyada çalışdığıma görə xarici ölkələrdə konfranslarda iştirak edirəm. Yeni gələnlər qorxmasınlar ki, məqalələri silinəcək və hansısa xəbərdarlıq gələcək. Onu da qeyd edim ki, yeni gələnlər vikipediya üçün məqalələr yazaraq öz dil biliyini və dünyagörüşünü genişləndirəcəklər. Ona görə də faydalı olmaqdan çəkinməsinlər.

Müsahibənin videoformatını təqdim edirik:

 

 

 

Oxşar xəbərlər
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
01 Oct 2024 | 15:26
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
01 Oct 2024 | 15:21
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
GÜNLÜK
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)