Qurban kəsirik: nəyi bilməliyik?
Cəmiyyət
Oxunub: 1592
15 Jun 2024 | 08:56
Qurban kəsirik: nəyi bilməliyik?
Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək. İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramının əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.
 
Moderator.az islam.az-a istinadən qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatları təqdim edir:
 
Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?
 
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. 
 
Qurbanlıq heyvan mütləq erkək olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?
 
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.
 
Şərikli halda qurban kəsmək olarmı?
 
Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar. Lakin bu deyilənlər, Həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olanlar və Həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbb olduğu üçün, Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır. Bu halda Qurban tam kamil hesab olunacaq.
 
Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi?
 
Qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.  
 
Qurbanı necə kəsmək lazımdır?
 
Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə "bismillah" və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa). Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).
 
Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?
 
Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. 
 
Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?
 
Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi. 
 
 
Oxşar xəbərlər
09:59, Bu gün
Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib
09:52, Bu gün
Seysmoloji Mərkəz əhaliyə müraciət edib
09:48, Bu gün
Əmtəə bazarlarında qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb
09:44, Bu gün
Azərbaycanda yüksək nəticələr göstərmiş paralimpiyaçılara təqaüd veriləcək
09:43, Bu gün
Dövlət Neft Fondu BƏƏ-də təhsil mərkəzinə 100 mln. dollar yatırım edib
09:42, Bu gün
Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi...
09:40, Bu gün
Azərbaycan nefti 89 dollaradək bahalaşıb
09:32, Bu gün
Kürdəmirdə ağır qəza: Yaralılar var
09:31, Bu gün
Baş direktordan səhər saatlarında baş verən güclü zəlzələ ilə bağlı AÇIQLAMA
09:25, Bu gün
Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının sessiyasında...
09:18, Bu gün
Dağıntı və tələfat varmı? - Zəlzələ ilə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA
08:55, Bu gün
İranda prezident seçkisi rəsmi olaraq başlanıb
08:54, Bu gün
ABŞ-nin növbəti prezidenti kim olacaq?
08:51, Bu gün
Lənkəranda baş verən zəlzələnin görüntüsü - VİDEO
08:42, Bu gün
Gözlənilən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
08:38, Bu gün
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Laçına yola salınıb
08:36, Bu gün
ABŞ-də futbol meydançası çökdü
08:33, Bu gün
Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub?
08:00, Bu gün
28 İyun üçün xalq adətləri: pulun sizə gəlməsi üçün qapının ağzına...
07:57, Bu gün
Putinin Sovet imperiyası ərazilərini bərpa etmək niyyəti təsdiqləndi...-TELEDEBAT+VİDEO
07:52, Bu gün
Lənkəranda güclü zəlzələ olub
07:52, Bu gün
Milyardlarla insan hərəkətsizlik səbəbilə risk altındadır – XƏBƏRDARLIQ
07:51, Bu gün
Laçın sakini: Üç yaşımda çıxdığım yurduma üç yaşında oğlumla qayıdıram
07:44, Bu gün
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
07:31, Bu gün
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb- FOTOLAR 
07:22, Bu gün
İyulun 1-dən kreditlər haqqında yeni qanun QÜVVƏYƏ MİNƏCƏK-ŞƏRTLƏR
07:09, Bu gün
Yer orbitindəki Rusiya peyki 100-dən çox hissəyə parçalandı...-"REUTERS" 
06:55, Bu gün
Pəncərə təmizləyən qız 18-ci mərtəbədən yıxıldı - BU ŞƏKİLDƏ SAĞ QALDI
06:44, Bu gün
Bayden Trampı belə təhqir edib- "ÜZR İSTƏMƏLİSƏN"
06:26, Bu gün
Azərbaycanda quyruqlu uşaq doğulub - VİDEO
05:51, Bu gün
Bu içki mədə üçün təhlükəli elan edildi
05:35, Bu gün
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir
27 Jun 2024 | 23:53
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
27 Jun 2024 | 23:48
Nepalda musson yağışlarının fəsadları səbəbindən 28 nəfər ölüb
27 Jun 2024 | 23:47
Fələstin lideri avqustda Rusiyaya səfər edə bilər
27 Jun 2024 | 23:45
Bu 3 səbəbə görə qısa boylu kişilərlə SEVGİLİ OLUN
27 Jun 2024 | 23:33
QANUNDA DƏYİŞİKLİK: Bu sürücülər 100 manat cərimələnəcək
27 Jun 2024 | 23:25
Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək
27 Jun 2024 | 23:20
Xorultunu aradan qaldıran dərman istehsal olunacaq - YENİLİK
27 Jun 2024 | 23:15
“O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular”
27 Jun 2024 | 23:10
Bakıda bu məşhur məktəb BAĞLANDI
27 Jun 2024 | 23:09
Qiymət daha da qalxacaq, gizli taksilərin sayı artacaq
27 Jun 2024 | 22:55
Keçmiş nazir vəfat etdi - FOTO
27 Jun 2024 | 22:39
DİN: Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb - YENİLƏNİB
27 Jun 2024 | 22:24
Ərəb şeyxindən Aytac Vidadiqızına ŞOK TƏKLİF
27 Jun 2024 | 22:19
Riyaziyyat müəllimləri ən yüksək nəticə göstərən bölgələr
27 Jun 2024 | 22:13
İyunun 29-da TOEFL iBT imtahanı keçiriləcək
27 Jun 2024 | 21:55
Əsəd Suriyanın Türkiyə ilə münasibətlərini nizama salmaq qərarına gəlib
27 Jun 2024 | 21:52
Ərdoğan: Aİ-yə tamhüquqlu üzv olmaq Türkiyənin strateji hədəfi olaraq qalır
27 Jun 2024 | 21:51
Daxili işlər nazirinin müavini BMT-nin Polis Rəisləri Sammitində iştirak edir
27 Jun 2024 | 21:49
Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib
27 Jun 2024 | 21:20
İyulun 1-dən bu qanunlar QÜVVƏYƏ MİNƏCƏK
27 Jun 2024 | 20:56
80 il “gecikən” və “heç vaxt baş tutmayan oyun” bu il reallaşacaq
27 Jun 2024 | 20:51
"Şimali Koreya iyul ayında mühəndis qoşunlarını Donbasa göndərəcək" - ISW
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
27 Jun 2024 | 20:50
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq
27 Jun 2024 | 20:48
Direktor və direktor müavinləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar
27 Jun 2024 | 20:45
İranda güclü meşə yanğınları davam edir
27 Jun 2024 | 20:42
Bakıda 52 yaşlı kişi özünü ASDI
27 Jun 2024 | 20:36
Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur
27 Jun 2024 | 20:33
Ukrayna Rusiya aviasiya və kosmik sənayesinin avanqardını VURDU
27 Jun 2024 | 20:31
Qarabağdan köçən 10 mindən çox şəxs Ermənistanı tərk edib
27 Jun 2024 | 20:31
COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib
27 Jun 2024 | 20:30
Qadınlar buna görə peyğəmbər seçilməyibmiş… - Maraqlı açıqlama
27 Jun 2024 | 20:26
Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ
27 Jun 2024 | 20:19
Cəlilabadda faciə: 11 yaşlı uşağın meyiti su anbarından çıxarıldı
27 Jun 2024 | 20:14
Türkiyə MN: "III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırıq"
27 Jun 2024 | 20:13
“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı
27 Jun 2024 | 20:12
“Türk əsgəri, Azərbaycan əsgəri tarix boyu heç vaxt mülki əhaliyə zərər yetirməyib”
27 Jun 2024 | 20:12
Boşandığı bakılı əri Alsuya 2,5 milyardlıq sərvət təklif etdi
27 Jun 2024 | 20:07
"Damlanı, Günayı, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım"
27 Jun 2024 | 20:05
Məşhur kriminal avtoritet həbsxanada öldü
27 Jun 2024 | 19:41
Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
27 Jun 2024 | 19:32
Elçin Babayev: "Ən böyük uğurlardan biri BDU məzunu olmaqdır"
27 Jun 2024 | 19:26
Bakının mərkəzində gənc oğlan nişanlısını yumruqladı - DETALLAR
27 Jun 2024 | 19:03
Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ: Dərs saatı artırıla bilər
27 Jun 2024 | 18:50
Qubada sürücü avtoxuliqanlığa görə həbs edilib
27 Jun 2024 | 18:45
Kürdəmir və Lənkəranın qaz təchizatında fasilə yaranacaq
27 Jun 2024 | 18:43
Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib
27 Jun 2024 | 18:33
Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul CƏDVƏLİ
27 Jun 2024 | 18:32
İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib?
27 Jun 2024 | 18:05
İş həyatının 2-ci ilindən rəhbər vəzifələrdədir - “United Payment”in icraçı direktoru ilə müsahibə
27 Jun 2024 | 18:01
"Kim Çen minlərlə hərbçi yollasa da, Rusiya üçün heç bir faydası olmayacaq...”-General
27 Jun 2024 | 17:55
Yeni növraqla süslənən Sus… - VİDEO
27 Jun 2024 | 17:49
ACCA imtahanları artıq UNEC-də!
27 Jun 2024 | 17:45
Ukraynada müharibə iştirakçısı "Rusiya Qəhrəmanı" adından məhrum edildi
27 Jun 2024 | 17:40
Kürdəmirdə göldə bir nəfər batıb
27 Jun 2024 | 17:35
Rusiya hərbi gəmiləri Bakı buxtasında - FOTO
27 Jun 2024 | 17:30
Bakıda mənzildən meyit tapıldı
27 Jun 2024 | 17:25
Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalov Göygöldə dəfn edilib - FOTO
27 Jun 2024 | 17:20
14 il əvvəl taksi sürücüsünü öldürməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır
27 Jun 2024 | 17:16
Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonlar - Siyahı
27 Jun 2024 | 17:12
Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirildi - SİYAHI
27 Jun 2024 | 17:08
"AmCham Azərbaycan"ın Direktorlar Şurası yenidən formalaşdırılıb
27 Jun 2024 | 17:05
"Vaşinqtonun Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməz qalır" - Con Kirbi
27 Jun 2024 | 17:00
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
27 Jun 2024 | 16:57
Bu seçki dairələrinin hüdudları dəyişdirildi
27 Jun 2024 | 16:53
Liftdə köməksiz qalan şəxslər xilas edildi - VİDEO
27 Jun 2024 | 16:49
İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edildi - VİDEO
27 Jun 2024 | 16:45
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edəcək
GÜNLÜK
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 15:52
Azərbaycan və Gürcüstan XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
27 Jun 2024 | 11:44
Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - FOTO
27 Jun 2024 | 11:30
Kərə yağı BAHALAŞDI - Açıqlama
27 Jun 2024 | 14:49
“O öləndə uşaq kimi ağlayırdım, son günündə yaddaşını itirmişdi, amma məni tanıdı” - ÖZƏL
27 Jun 2024 | 11:13
Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb
27 Jun 2024 | 13:36
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - YENİLƏNİB
27 Jun 2024 | 12:04
Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI
27 Jun 2024 | 15:58
Cabbar Musayevlə bağlı ŞOK FAKTLAR - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar
27 Jun 2024 | 16:07
İlham Əliyev İnger Andersonu qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
23 Jun 2024 | 09:28
İlham İsmayılın ailəsində ağır itki....
AYLIQ
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 15:52
Azərbaycan və Gürcüstan XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
27 Jun 2024 | 11:44
Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - FOTO
27 Jun 2024 | 11:30
Kərə yağı BAHALAŞDI - Açıqlama
27 Jun 2024 | 14:49
“O öləndə uşaq kimi ağlayırdım, son günündə yaddaşını itirmişdi, amma məni tanıdı” - ÖZƏL
27 Jun 2024 | 11:13
Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb
27 Jun 2024 | 13:36
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - YENİLƏNİB
27 Jun 2024 | 12:04
Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI
27 Jun 2024 | 15:58
Cabbar Musayevlə bağlı ŞOK FAKTLAR - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar
27 Jun 2024 | 16:07
İlham Əliyev İnger Andersonu qəbul etdi - YENİLƏNİB