"Sualtı dünyanın yeddi möcüzəsi"ndən biri - BƏLƏDÇİ
Maraqlı
Oxunub: 4253
08 Jun 2024 | 11:47
Qırmızı dəniz Yer kürəsinin ən isti dənizidir. Özəlliyi ondan ibarətdir ki, bu dənizə bir dənə də olsun çay axmır. Buna görə də Qırmızı dənizdəki su çox təmizdir.
 
Qırmızı dəniz İordaniya, Misir, Sudan, Efiopiya, Eritreya, Səudiyyə Ərəbistanı, Yəmən və İsrail sahillərini yuyur. İordaniya üzrə Qırmızı dəniz sahil xətti cəmi 27 km-dir. Bununla belə, krallıq bu kiçik ərazidən maksimum yararlanır. Ərazi həm də İordaniya Krallığının dünya okeanına çıxışını təmin edir.
 
"Kaspi" qəzetinin Qırmızı dənizdən reportajını təqdim edirik:
 
Məhz bu nöqtə dünyanın ən gözəl sualtı yerlərindən biri hesab olunur. İndiyə qədər alimlər, coğrafiyaçılar və Qırmızı dənizin tədqiqatçıları onun niyə "Qırmızı dəniz" adlandırılması barədə mübahisə edirlər. Lakin bu, turistlərə Qırmızı dənizin gözəl mif və əfsanələrindən həzz almağa mane olmur...
 
Tədqiqatçıların fikrincə, Qırmızı dəniz bu adı çox miqdarda suyu qırmızı rəngə boyayan yosunlarına görə alıb. Başqa bir elmi nəzəriyyədə deyilir ki, suya qırmızı rəng verən çoxlu sayda mərcan qayalarına görə dəniz "Qırmızı"dır. Romantik versiya isə daha maraqlıdır: dəniz sevdiyi qıza sevgisini bildirən bir gənc tərəfindən səpələnmiş milyonlarla qırmızı qızılgülün ləçəkləri səbəbindən qırmızı olub. Üfüqdə parlaq qırmızı olan dənizi görən qız təklifi qiymətləndirib və şahzadəsinin ardınca uzaq bir ölkəyə gedib.
 
Maraqlıdır ki, Misir sakinləri bu su hövzəsini "Yaşıl dəniz" adlandırırlar.
 
Yer kürəsinin ən isti dənizi
 
Qırmızı dəniz haqlı olaraq "Sualtı dünyanın yeddi möcüzəsi" siyahısında yer tutur. Hələ 1989-cu ildə okeanın mühafizəsi və kəşfiyyatına həsr olunmuş peşəkar dalğıclar üçün CEDAM təşkilatı ilə əlaqəli bir qrup alim "Sualtı dünyanın yeddi möcüzəsi hansıdır?" sualına cavab axtararkən bu nəticəyə gəliblər.
 
Qırmızı dəniz tərkibində yüksək duz olması ilə yanaşı, həm də Yer kürəsinin ən isti dənizidir. Qırmızı dənizin özəlliyi ondan ibarətdir ki, ona bir dənə də olsun çay axmır. Buna görə də Qırmızı dənizdəki su kristal təmizdir. Qışda orta temperatur 21-23 dərəcə, yayda isə 30 dərəcəyə çatır. Bütün il boyu dənizdə üzmək olur.
 
Dalğıc turizminin vətəni
 
Qırmızı dənizdə tətillər İordaniyaya gələn turistlər arasında çox populyardır. Kristal təmiz sularda hər il minlərlə turist suyun altında gizlənən dünyanın gözəlliyini və zənginliyini müşahidə edir. Bir çox turist bu xüsusi istiqaməti seçir, çünki Qırmızı dənizin sularında hətta rahat üzgüçülük müalicəvi təsir göstərir, mənzərəli təbiət və mülayim iqlim xoş əyləncəyə kömək edir.
 
İordaniyanın Qırmızı dənizi Aqaba şəhərində yerləşir. Bu, İsraillə sərhəddə yerləşən şəhərdir. Sahildən İsrailin Eylat şəhəri görünür. Aqaba körfəzinin sahilindəki bayraq dirəyi nəhəngliyinə görə Ginnesin Rekordlar kitabında yer alıb. Hündürlüyünə görə dünyada 6-cı sayılan bayraq qonşu ölkələrdən də yaxşı görünür. Az adam bilir ki, 2001-ci ildən krallığın bu guşəsi xüsusi iqtisadi zonadır. Şəhərin infrastrukturu daim inkişaf edir və hökumət Aqabanı "yeni Dubaya" çevirmək niyyətindədir. Aqaba körfəzi Qırmızı dənizin ekoloji baxımdan ən təmiz zonasıdır.
 
Bu sahillər çox vaxt "Sualtı cənnət bağı" da adlanır.
 
Qırmızı dənizin zəngin sualtı dünyasına görə şəhər sualtı dalğıc həvəskarları arasında məşhurdur. Bura yeni başlayanlardan peşəkarlara qədər - bütün səviyyələrdə olan dalğıclar üçün uyğundur. 30-a yaxın dalğıc sahəsi hər zövq və bacarıq səviyyəsi üçün imkanlar təklif edir. Ayaqlarını islatmadan dərin dənizin möcüzələrini görmək istəyənlər üçün şüşəli qayıq və ya sualtı gəzinti də təklif olunur. Bundan əlavə, su idmanı üçün çoxlu imkanlar, eləcə də böyük və maraqlı Dəniz Parkı var. Körfəz boyunca müxtəlif hotellərə məxsus həm pulsuz, həm də pullu çimərliklər, onların yaxşı inkişaf etmiş infrastrukturu var. Şəhərin ətrafı dağlarla əhatə olunub. Hündür qayalıqlar sayəsində sahil küləklərdən qorunur. Burada rahat və aktiv tətil, digər əyləncələr üçün ideal şərait var.
 
Dəniz məhsulu aparmaq qadağası
 
Qırmızı dəniz zəngin sualtı dünyası ilə məşhurdur. Dənizin təmiz sularında nadir mərcanlar və mindən çox balıq növü yaşayır. "Bura balıqçılar, dalğıclar və nizə ilə balıq ovlamaq istəyənlər üçün cənnətdir. Xüsusi avadanlıq olmadan belə, artıq sahildə dənizin rəngarəng dünyasını görmək üçün maska və şnorkel taxmaq kifayətdir. Burada müxtəlif balıqlar, süngərlər, hər rəngli mərcanlar, tısbağalar, dəniz kirpiləri və digər ekzotik sualtı canlıları görmək mümkündür. Tez-tez meduza və bəzən zəhərli balıqlara da rast gəlmək olar. Sahildə və dənizin dibində kəskin mərcanlar təhlükə yaradır, buna görə də xüsusi çimərlik ayaqqabıları geyinmək daha yaxşıdır", - deyə sahil mühafizəçisi bildirdi.
 
Aqaba rifləri müxtəlif mərcanların və balıqların yaşadığı həyat və sulu çiçəklərlə doludur. Maraqlıdır ki, ağaca bənzəyən, böyük dərinliklərdə yaşayan nadir qara mərcan ilk dəfə burada Kral Hüseynin özü tərəfindən aşkar edilib. "İordaniyada Qırmızı dənizdən balıq götürmək qadağandır, siz mərcan kəsə bilməzsiniz, ümumiyyətlə, özünüzlə heç bir dəniz məhsulu götürə bilməzsiniz", - deyə mühafizəçi əlavə etdi.
 
Üzgüçülük mövsümünün başa çatdığı ölkələrə alternativ
 
Müasir İordaniya ölçülü şərq həyatı yaşayır. İordaniyalılar turistlərin gəlişindən məmnundurlar. Buna görə də ənənəvi ərəb qonaqpərvərliyi və sadəliyinə hər addımda rast gəlinir. Hələlik qonşu dövlətlərin müharibəsi, ölkəyə gələn mühacir axını turizmin inkişafına da müəyyən əngəllər yaradır. Amma yerli turizmçilər optimistdirlər:
 
"Payızın və ya qışın sonu səyahət üçün ideal vaxtdır. İordaniya sahillərində ekskursiya turu üçün ən rahat hava oktyabr-noyabr və fevral-iyun aylarındadır. Ümumiyyətlə, İordaniyada çimərlik tətili üzgüçülük mövsümünün artıq başa çatdığı ölkələrə alternativdir. Daha bir neçə üstünlük: hava limanı yaxındır, təmiz və şəffaf dəniz, çoxlu qədim yerlər var. Qonaqpərvərlik də öz yerində..."
Oxşar xəbərlər
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
08 Sep 2024 | 23:26
Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
08 Sep 2024 | 23:22
Azərbaycanda küçədə bıçaqlanma: ANBAAN GÖRÜNTÜLƏR
08 Sep 2024 | 23:21
Bu şəhərdə göyərçinlərə dən atanlar 12,8 min dollar CƏRİMƏLƏNİR
08 Sep 2024 | 23:20
İnterpol niyə bu azərbaycanlıları axtarışa verib: Qətl, oğurluq, terror, zorlama - Aralarında qadın da var
08 Sep 2024 | 23:14
"Mən ikinci Vaqif Gərayzadəyəm" - Müğənnidən ŞOK SÖZLƏR
08 Sep 2024 | 23:01
"Avropa İttifaqı və ABŞ imperiyasının sonu çatıb" - "Haber7"
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 21:45
Tələbələr ən çox bu səbəblərdən universitetdən xaric olunur
08 Sep 2024 | 21:40
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı - VİDEO
08 Sep 2024 | 21:00
“Türkiyədə amerikalıların başına torba keçirilməsinin səbəbi...” - SENSASİON İDDİALAR
08 Sep 2024 | 20:43
"Ukrayna və Yaxın Şərqdə müharibələrin günahkarı kollektiv Qərbdir" - İranın Rusiyadakı səfiri
08 Sep 2024 | 20:16
KVN-nin əfsanəvi aparıcısı Aleksandr Maslyakov vəfat edib
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 20:09
Sabunçu Tibb Mərkəzinin yaxınlığında YANĞIN: Yolda tıxac yarandı
08 Sep 2024 | 19:34
Paris 2024: Azərbaycan medal sıralamasında neçənci yeri tutub?
08 Sep 2024 | 19:16
İranda avtobus qəzası: Azı 55 nəfər xəsarət alıb
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 18:48
Sosial şəbəkələri boykot edə bilərikmi?
08 Sep 2024 | 18:46
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
08 Sep 2024 | 18:35
"Almaniyanın vasitəçiliyi ilə Putinlə danışıqlara getmək olar" - ukraynalı diplomat
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 18:07
AzTV- də dəyişiklik - VİDEO
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
08 Sep 2024 | 17:27
Qəzzada ölənlərin sayı 40 mini keçdi
08 Sep 2024 | 17:23
"Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək" - ABŞ və Britaniya kəşfiyyatı
08 Sep 2024 | 17:18
Dünyanın ilk trilyoneri peyda ola bilər
08 Sep 2024 | 17:18
Güzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR 
08 Sep 2024 | 17:16
Azərbaycanda EVDƏ YANĞIN: azyaşlı xəsarət alıb
08 Sep 2024 | 17:15
İranlı deputat Rusiyaya ballistik raketlər və PUA-ların tədarükünü təsdiqlədi - SENSASİYA
08 Sep 2024 | 17:12
İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”
08 Sep 2024 | 17:10
Məşhur idmançı faciəvi şəkildə vəfat etdi - FOTO
08 Sep 2024 | 17:08
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 16:55
Sabahdan Bakının mərkəzi 9 günlük BAĞLANIR
08 Sep 2024 | 16:54
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ
08 Sep 2024 | 16:52
Bayden hakimiyyəti dövrünün 40 faizini tətillərdə keçirib
08 Sep 2024 | 16:50
Üzüm yığarkən ölən ər və arvadın FOTOSU
08 Sep 2024 | 15:47
Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 15:21
"İsrailin dövlət terrorçuluğuna müqavimət milli məsələdir" - Ərdoğan
08 Sep 2024 | 14:58
“Çılğın itləri insanları, səbirliləri isə mina axtarmağa göndəririk” -Sektor müdiri xüsusi təyinatlı hərbi hissədən danışdı
08 Sep 2024 | 14:57
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
08 Sep 2024 | 14:52
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
08 Sep 2024 | 14:51
İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi
08 Sep 2024 | 14:35
KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 13:16
“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl
08 Sep 2024 | 12:53
"Azərbaycanın savadlılıq səviyyəsi bir çox ölkələrdən xeyli yuxarıdır" - Kamran Əsədov
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 12:44
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
08 Sep 2024 | 12:37
"O, heç vaxt könüllü olaraq öz postunu tərk etməyəcək" - Tixanovskaya
08 Sep 2024 | 12:34
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 12:26
Klintondan Kamalaya qeyri-adi məsləhət: "Trampı debatda belə çaşdıra bilərsən..."
08 Sep 2024 | 12:16
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
08 Sep 2024 | 12:10
“Qazancım haqda soruşmayın..”- Amerikada biznesi batan Elariz Məmmədoğlu yeni işə başlayır?-AÇIQLAMA+ÖZƏL
08 Sep 2024 | 12:05
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?
08 Sep 2024 | 11:54
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
08 Sep 2024 | 11:44
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 Sep 2024 | 11:28
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident
08 Sep 2024 | 11:23
Hansı müğənninin başında bit var? – QALMAQAL
08 Sep 2024 | 11:15
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 Sep 2024 | 11:00
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
08 Sep 2024 | 10:52
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
08 Sep 2024 | 10:41
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
08 Sep 2024 | 10:33
Bakıda şadlıq evində yanğın olub
08 Sep 2024 | 10:22
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
08 Sep 2024 | 10:10
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
08 Sep 2024 | 10:02
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
08 Sep 2024 | 09:54
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
08 Sep 2024 | 09:43
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 09:35
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
08 Sep 2024 | 09:23
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
08 Sep 2024 | 09:16
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
08 Sep 2024 | 09:08
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08 Sep 2024 | 08:58
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 08:04
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:35
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
08 Sep 2024 | 07:21
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
GÜNLÜK
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI